Post Views: 41 Mənim yuxularım qarışır, Ana! Qarışır, içindən çıxa bilmirəm. Darıxır ürəyim içimdə, Ana! Darıxır, özümü yıxa bilmirəm. Sənin əllərinin kəraməti var, Gəl, topla dağınıq ruhumu yenə. Qan verən yaramı ürəyinə sar, Bir tək ürəyini sıxa bilmirəm. Zaman tərs yellənir, ömür viranə, Dağıdıb küləklər könül evini. Ya ruhum sovrulub bir küncə yenə, Ya da …