Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 108 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Xoşbəxtliyə rekviyem”

Post Views: 30 Bu gün doğum günüdür Və tam 33 il gecikmişdi xoşbəxtlik… Bir qərinə ayağını sürüyüb Çata bilməmişdi həyatın səssizliyinə. Ya həsrət əllərini uzatmışdı, Ya xoşbəxtlik… “Kloun təbəssümü” gəzdirən Saxta ürəklər qalmışdı səhnədə. Və pərdə arxasında Məğlub olmuş xoşbəxtlik Tam 33 il sonra Ağlayırdı həyata.

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY.”Daha nələrdi…”

Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sevəndə yazılır sevgi şeiri, Sonradan yazılan xatirələrdi. Vüsal Oğuz Öldürdü bu sevgi, öldürdü bizi- -Bıçqıdı, tətikdi, daha nələrdi.. Narahat ruhlardı yerə enənlər, Həftənin günləri bəhanələrdi. Yağıya, düşmənə gərəyimiz yox, Qocalıb ölməyə diləyimiz yox, Sevgidən keçirik, ələyimiz yox, Ələnib keçənlər əfsanələrdi. Güləndə üzünə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Anam Türkiyənin bir parçasısan”

Post Views: 24 Anam Türkiyənin bir parçasısan, Gördükcə səni şad oldum, Adana! Qəriblər qəribdi qərib dünyada, Dünyada mən də yad oldum, Adana! Qoynunda dil açan yeni nəğmələr, Dodaqdan dodağa süzülüb gəldi. Hüsnü camalına tamaşa üçün, Ərənlər torpağa düzülüb gəldi. Günəşlə birlikdə oyanan səhər, Üzünə nurunu səpib gələcək. Köhnə xatirəni təzələməkçün, Sənin yanağından öpüb gələcək. Daha …

Ana səhifə

Gülnarə İSRAFİLQIZI.” Geyindiyin alma budağı, qatilin”

Post Views: 31 geyindiyin alma budağı, qatilin. içdiyin şərab qədəhi rəqibin. qədəhlər boğub öldürəcək çayda uşaq boğulduğu kimi. düşəcəksən dənizin ənginliklərinə o da çox çəkməyəcək xilasedicilər çıxaracaqlar meyidini balıqlara yem olmaqdan qurtulacaqsan. torpağa əkəcəklər cismini hər gün keçdikcə bir az torpaqlaşacaqsan bir az göyərəcəksən bir az çürüyəcəksən torpağı daşıyacaqlar başqa bir məkana ev tikməyə, tikəcəklər. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD (Yeni şeir) Sənin gözlərindən günahım axır

Post Views: 40 Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var hələ, Çox da ki …

Ana səhifə

Xəyalə SEVİL (Yeni şeirlər)”Ulduz” jurnalı, May 2015

Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GÖYÜN ÜZÜ GÖY DİVARDI Axşam düşür. Qaranlıq pərdə kimi Çəkilir pəncərəmə, Qaralır evimin rəngi Və tənhalıq başlayır… Tavanı çökmüş evdi gözüm, Damır, damır yanağıma. Üzü sənə sarı Yol da uzanıb, Böyüyüb ayağıma. Eeeh! Bircə bacarasan ölməyi, Gözlərini sulu …

Ana səhifə

Hikmət MƏLİKZADƏ Şerləri(Ulduz jurnalı aprel buraxılışı)

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SƏN ELƏ BİLDİN Kİ, EŞQ SƏLTƏNƏTDİR… Sən elə bildin ki, eşq səltənətdir, Hər axşam üzümə qapı bağladın. Qonşu elçi gəldi, baş barmağına Mənim rənglədiyim sapı bağladın. Dünən düşüb itib nişan üzüyün, Bilirəm, dünəndən əlin üşüyür. …Mənim də gözümdə məndən nigaran …

Azərbaycan ədəbiyyatı

Zeynəb Dərbəndlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)

Post Views: 31 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti SƏNSƏN Ana, mənim ürəyimin, Ən böyük dəvası …

Azərbaycan ədəbiyyatı

Debüt: Nurlana BEYBUDOVA (Naxçıvan Muxtar Respublikası).Yeni şeir

Post Views: 58 Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc …

Ana səhifə

Əlirza Həsrətin yeni kitabı işıq üzü görüb

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı qələm sahibi, şair Əlirza Həsrətin “Saat səsi” adlı yeni kitabı işıq üzü görüb.Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Nəfis tərtibatla işıq üzü görən kitabın geniş oxucu auditoriyası tərəfindən müsbət qarşılanacağına ümid edirik.Kitab müəllifin oxucularla sayca altıncı görüşüdür.Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Qadınlara Həsr …

Publisistika

Günel NAZİM.”Hamurapi olsaydı” (Köşə yazısı)

Post Views: 51 Balaca bir otagin içində oturub düşünürəm, qəlbim çağlayir, beynimdən isə sözlər axıb masama tökülür. Amma hardan başlayıb, hardan yazım? Kompüterin “bağla” düyməsini basıb pəncərədən kənara baxıram… Qarşıdakı hündür binalar, sağdakı körpü, soldakı park… Mənə heç nə xatırlatmır. hələ şütüyən maşınlarin səslərindən, svetoforun yaşıl işığı yanmamış öndə olan maşın üçün siqnal vermələrindən söz …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU Sonet

Post Views: 28 Deməli, gedirsən tək qoyub məni, Bilirəm, bu görüş son görüş deyil. Heç vaxt əvəz etməz dünyada səni, Şirin xatirəli bir neçə şəkil. Öpüb, qucaqlayıb rəsmini hər an, Gözüm yaşla dolu anacam səni. Dilimə gətirib ismini hər an, Qarşımda dayanmış sanacam səni. “Sevirəm” sözünü etməklə təkrar, Sevgimi qiymətdən salmaq istəməm. Sənsiz bir yerdə …

Azərbaycan ədəbiyyatı

Aytən QULİYEVA Şeirləri

Post Views: 43 Alqış Vətənə məhəbbət imandan gəlir, Ölkəmi qoruyan əsgərə alqış. Qeyrətin əsrarı nəsildən gəlir, Hərbi libas geyən zabitə alqış. Fədakar qəlbiylə mərdlik göstərən, Vətən sərhədini hər an gözləyən, Dənizdə, quruda keşiklər çəkən, Hərbi andlar içən, mərdlərə alqış.

Publisistika

Qəşəm NƏCƏFZADƏ ŞƏFA VƏLİNİN ŞEİRLƏRİ HAQQINDA

Post Views: 46 Şəfa Vəli yaddaşımda, təsəvvürümdə həmişə Gəncədən-Bakıya gələn və daim yol üstə olan şair kimidir. Bir az keçir, o zəng edəcək, “Qəşəm müəllim, az qalıb Bakıya, Hacıqabuldayam” və hər dəfə nədənsə Şəfa Vəli elə Hacıqabulda olmalı imiş… Gəncə – Bakı arasında Hacıqabul çox maraqlı yerdi. Ötən əsrin 1980-ci illəri… Gəncə. Arıq, uzun saçlı …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA (Yeni şeir) Qorxuram deməyə

Post Views: 35 Ay məndən şairlik uman qardaşım, Yarımçıq misralar könül ovutmaz… İlhamlı könlümü duyan qardaşım, “Qəriblik” bəd sözdü, rədif tapılmaz… Məndən nağıl istə, nənəm danışıb, Yaddaşımda qalıb Simurq quşları… Məndən şeir umma…. O misraları Yazır yanağıma gözümün yaşı… “Ola”-deyib arzulama şairə “Möhtəşəm” misralar, ağladan bəndlər… Qorxuram deməyə- mən də şairəm! Şairi var edir sonsuz …

Ana səhifə

Elnur Coşqun (Yeni şeir)

Post Views: 35 Elnur Coşqun Kor vicdanlar gərək şişə çəkilə, Haram ola,Vətən eşqin oyana. Qarabağın yanan rəsmi çəkilə, Yatan millət,bəlkə,baxa oyana. Qələbə de,and iç, ruha tik andı, Vətən,ruhsuz bu yırtığı tik,andı. Əsir ellər qəlb göynədən tikandı, Dərd səddini aşıb bu dərd o yana Coşqun, dərdi bifər açdın,fər dola, Zaman-zaman fər boşalan fər dola, Döyüş gələ …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.(Yeni şeir) Baxışlar uzanar…

Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Baxışlar uzanar… Hardayam, necəyəm, nəyinə gərək?! Gecənin bir vaxtı qarışır yuxun, Ötən günlər üçün üzülür ürək, Səni əsir edir, hisslərin, duyğun… Arzular uzanar həsrətə sarı, Sevgiyə uzanan əllərin yanar, Qürurun keçməyir məftil hasarı, Kin dolu baxışla orda dayanar. …

Publisistika

Günel Nazim (Debüt)Heç bilmirəm hardan başlayım nə yazı.

Post Views: 37 Günel Nazim 1995-ci il 14 iyulda Salyan rayonunda anadan olmuşdur.2000-ci ildə Humanitar fənnlər təmayüllü məktəb liseyinde tədrisə başlamış 2012 – ci ildə eyni liseyin məzunu olmuşdur. Hal- hazırda Bakı Asiya Universitetinin tarix fakültəsində təhsilini davam etdirir. Şəfizadə ailəsinə payız gəlmiş bir yarpağını yerə salmışdır. Ölümündən tam 1il keçmişdi 03.09.2013-cü il idi.Hər kəs …

Publisistika

Hikmət MƏLİKADƏ.”Müasir tənqidin Əsəd Cahangir əhatəsi”

Post Views: 26   Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ədəbiyyat-poeziya işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik və bir qədər də tənqidi təzahürlərdir. Səmimi etiraf edək ki, istedadlı tənqidçi, müasir tənqidin nəzəri-ədəbi əsaslarını dürüst məntiqə kökləməyi bacaran Əsəd Cahangir də müraciət obyekti kimi seçdiyi, təhlilə, tədqiqə cəlb etdiyi mövzularda …

Azərbaycan ədəbiyyatı

Şəfa Nur (Piriyeva) (Yeni şeirlər)

Post Views: 48 Şəfa Nur (Şəfa Piriyeva) “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və əməkdaşıdır. Axşamdan səhərə… Ruhumun yolundan aza bilmirəm, Ürəyin dərdini yoza bilmirəm. Duyğular süzülüb dolur içimə, Heyf, hər birini yaza bilmirəm.. Uzaqdan duyulur şeirin ətri, Duyğular yazdırır gedən sətri. …

Azərbaycan ədəbiyyatı

Ülkər Dəniz (Piriyeva) Cığatel İsaqızı Kitab Evim.Az-da tam səmimi oxucularıyla…

Post Views: 51 20 iyun Kitab Evim.Az yenidən kitab sevərləri, saz, söz aşiqlərini gözəl xanım, əsl ana, Ədəbiyyata gec gəlib amma tez bir zamanda minlərlə insanın qəlbində şeirə, sənətə böyük məhəbbət yaradan ən dəyərli ürəyə malik şairə Cığatel xanım İsaqızının ətrafına toplamışdı. Həmin günü həmçinin Cığatel xanımın 50 illik yubiley yaşı günü qeyd olunurdu. “Seçilmişlər” …

Azərbaycan ədəbiyyatı

Ülkər Dəniz ( Piriyeva )Qənirə xanım Paşayeva oxucularıyla Kitab Evim.Az-da….

Post Views: 44 Bədii qiraətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi. 19 iyun Kitab evim.Az  yenidən gözəl bir insanla təqdimat keçirdi. Dəyərli insan, əsl xanıməfəndi, jurnalist, Millət vəkili hörmətli Qənirə xanım Paşayeva və onun ürəyini qoyduğu müxtəlif mövzulu kitabları ilə gözəl və yaddaqalan görüş baş tutdu. Görüşdə müxtəlif mətbuat …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA

Post Views: 28 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bütün yalanları söyləyib getdin… səni aldatmağa söz tapammıram… təsəllin budurmu üfləyib getdin?! ömrüm şam ömrüdü… hələ yanıram… sənə kim demişdi, Gəncə düzləri lalələr içində sevda bitirir? gərək tanıyaydın… mənim gözlərim sənin hər şəklində bir nur itirir…

Azərbaycan ədəbiyyatı

Şəhanə Cəfərova ŞEİRLƏR

Post Views: 62 Boş deyib keçmə Bu həyati boş deyib keçmə Məni özündən uzaq etmə Geri gəl belə getmə Sevgimi boş deyib keçmə! Uzaq ya yaxin-pis ya yaxşi Sən yoxsan nəyimə lazim bu həyat! dəli etmə öldürmə məni sevirəm axi səni. Oynama hisslərimlə! Xoşbəxt olaq sevgimizlə! İkimizi boş deyib keçmə. taleyimiz Əbəlkədə bir! Qaçmayaq taleydən …

Ana səhifə

Şeir: Ahmet ÖZTEK KAR BAHARI Tablo: Hüseyin SARTAŞ

Post Views: 31 KAR BAHARI Bir turna uçurdum, gönlüm ağına. Yaktı yüreğimi saldı, bağına. Gelir diye koştum, zorlu dağına. Döndü güzel günüm, zar baharına. Yasla geçer benim, kara gözlerim. Gün geçtikçe yârim, canım özlerim. Gelmez olur kızım, kızan sözlerim. Yandı güzel sürüm, er baharına. Düşe kalka çıktım, ben bu dağlara. Yavruma yandım da kandım ağlara. …

Publisistika

Yavuz Bülent Bakiler (Məqalə) GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU

Post Views: 34 GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU Türkiye’de lise ve üniversite mezunu 5 milyon kişi üzerinde bir anket yapılsaydı ve onlara sorulsaydı, denilseydi ki: “Köroğlu kimdir ve nerede yaşamıştır?” Herhalde 4 milyon 999 bin kişi derdi ki: “Köroğlu bizim halk kahramanlarımızdan birisidir. Şairdir. Çamlıbel ve Bolu dağlarında yaşamıştır. Çalıp söylediğimiz güzel türküleri vardır!” Eğer 1980 yılından önce, …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə (Yeni şeir) Nə sevgi sənlikdir, nə sən sevgilik

Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Hər can bir adamı qaraya çəkir, Hərə bir can dartır öz ağlığına. Qayıt, ağ əzaba bükdüyün canın, Diz çök qarşısında, döz ağlığına… Tabutdu elə bil o qara taxta, Sənin nə vecinə ölən kimdi, qız. Yaman naz atırsan, o da ruh …

Azərbaycan ədəbiyyatı

Xuraman Camalqızı (Debüt)QARABAĞ SEVDALILARI AND

Post Views: 42 Xuraman Camalqızı (Abbasova Xuraman Camal qızı) 1959 cu ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Gənc yaşlardan şeir yazmağa başlayıb. 2007-ci ildə “Durnalar Var Köçümdə”adli kitabım işıq üzü görüb. Vətən həsrəti, Qarabağ harayı, şeirlərinin başlıca mövusudur. “Laçın yurdu” jurnalında və bəzi qəzetlərdə şeirləri dərc olunub. QARABAĞ SEVDALILARI AND Qarabağ sevdalıları cəmlənin bir …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU (Yeni şeir) Bu dünya şairin nəyinə gərək?!

Post Views: 30 Bu dünya şairin nəyinə gərək?! Günahı duayla yuyub gəlibdi, Ömrü şeir üçün qoyub gəlibdi, Onsuz da dünyadan doyub gəlibdi, Bu dünya şairin nəyinə gərək?! Divara daş kimi vurulub qalan, Bir göz qrpımında durulub qalan, Yalan üzərində qurulub qalan, Bu dünya şairin nəyinə gərək?! Süleyman mülküdü qalan ha deyil, Şairi yadına salan ha …

Azərbaycan ədəbiyyatı

Aytən xanım (Şeirlər)

Post Views: 57 Qədər məhkumuyam Sən olan şəhəri tərk edirəm mən, Keçdiyim yollardan keçərsən mənsiz. Səndən uzaqlara tək gedirəm mən, O, görüş yerinə gələrsən mənsiz. Soruşma kimsədən, soruşma məni, Heç vaxt axtarmağa çalışma məni, Sevgimiz xətrinə bağışla məni , Birtəhər yaşayıb, dözərsən mənsiz.

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI (Məqalə) Atalar sözləri

Post Views: 41 Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – …

Azərbaycan ədəbiyyatı

Şəfaqət Cavanşirli(Hekayə)Qurdlar və Canavarlar

Post Views: 34 Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar. Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. …

Publisistika

Ziyadxan Nəbibəyli, Hikmət Məlikzadə haqqında

Post Views: 42 Ziyadxan Nəbibəyli, Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısı Tanrı ilə baş-başa «Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur». Əzizə Cəfərzadə Azərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV (Yeni şeir) Ələyə

Post Views: 36  Xəlbirindən keçirəcək bir anda, Sığışmışıq dünya boyda ələyə. Gələn gündən qol çəkmişik bir anda, Gözləyirik bir gün bizi ələyə. Kim ödəmir, tale qoyan tavanı? Yaş ötdükcə damır ömrün tavanı. Bu yandığım yağsız,quru tavanı, Yandıran od deşib edib,ələy ə! Coşqun,baxmaz nə şirin,nə acıya, Sondur əgər ömrün xəmri acıya. Haqq divanı çətin sənə acıya, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL (Yeni şeir) Anamın əlləri

Post Views: 63 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Anamın əlləri qocalır yaman, Əllərinə cavan qırışlar düşür. Aybaay, günbəgün ,saatbasaat Cavanlığı barmağından sürüşür. Anamın əlləri qocalır yaman, Əllərinə illər ağrısı çökür. Bizim qayğımızı, zəhmətimizi, İndi də qocalmış əlləri çəkir. Bu qocalmış əllər cavan əllərin Beşik yürgələyən xatirəsidi. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA (Yeni şeir) Təpinə bilmirəm… sözümə baxmır…

Post Views: 37 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü dözüb durmaq olmur… yıxılır ölür hər gün bircə-bircə can ümidlərim… çəkdiyim ağrılar sən qoxuludu, həkimlər uydurur xəstəlikləri… daha yaşamağım bir ovuc qalıb… ürəyim canıma sinmir… sığışmır… gözüm bulud olub yoldan asılıb, təpinə bilmirəm… sözümə baxmır… bilirəm… bilirsən, sevmək asandı… …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) A Dünya

Post Views: 25 Azərbaycan Yazıçılar Birliyinin üzvü De, niyə bizləri sınağa çəkib, Sən özün özünə şadsan a dünya? Kiminə kilo ilə qızıla dönüb. Mənə qəlb yandıran odsan a dünya. Az olubmu mənə, verdiyin əzab, Allah deyən bəndə, buna etməz tab. Kimi dərd qəm içir, kimisi şərab, Kiminin ağzında dadsan a dünya. Nə yazığ, bizləri fələyə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”

Post Views: 30 Üzümdəki təbəssüm içimdəki hıçqırıq, Sızıb üzə çıxınca olubdu qırıq-qırıq. Sinəm bir köhnə divar, güllələrlə yazılıb. Bir eşqin kölgəsində qəbrim çoxdan qazılıb. Dünən qəfil güllədən ölənin yasındayam. Gündüzlər “Fatihə”-də, gecələr “Yasin”-dəyəm. Təbrizdə güllələnib, Hələbdə soyuluram. Bir çinaram,min ildi içimdən oyuluram. Tökülür yarpaqlarım, könlümdə xəzan yeli. Məni tərsinə atıb qoca taleyin əli… Dövranın sapı …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Gözyaşlarım”

Post Views: 28 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Nehirleri mecralarından çıkarıp Bana getirsen Ödeyemezsin bir damla gözyaşımı. Gönlümden gönlüne Uçmaz ki sevdam! Artık Kanadı kırık, yüreği yanık, Üşümüş, ıslak, Yaralı kuştur aşk… Yitik anılar yumağı Titrek uykusuzluğuma sarılmış, Tırnaklarım Uykusuzluğumla yastığıma geçmiş. Yağmur Dışarıda cama, İçeride yüreğime vuruyor. Güçsüz değildim ki ben Yıkamazdı …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Səni gizli görümmü? Tellərini hörümmü? Bal kimi dodaqları, Yana-yana öpümmü?! Busələri pay eylə, Vücudunla könlümü, Məcnunlara tay eylə… Ürək yaşasın deyə, Heyranam gözəlliyə… Xəta olmasın deyə, Kimsə xətrinə dəyə, Səni gizli görümmü?! Meyxoş olum, ölümmü?!

Publisistika

İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər

Post Views: 33 İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. …

Azərbaycan ədəbiyyatı

Fidan Abbasova (Yeni şeir) Qapını üzümə çırpıb gedərkən

Post Views: 30 Qapını üzümə çırpıb gedərkən heç düşünmədinmi kim var otaqda bir zaman qürurla məni sevərkən bilməzdim qoyarsan sən məni yolda…. Qəlbimə toxundu o sərt baxışlar elə bil dünyadan küsən kimiyəm ilahi böyükdür hər vaxt bağışlar mən sanki bir dəmir qəfəs kimiyəm….. Sarıb hər yanımı kədər üzüntü var olan bir seyi necə yox edək …

Publisistika

Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti

Post Views: 49 Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək

Post Views: 34 Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək, İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik.

Azərbaycan ədəbiyyatı

Həsrət Əli Zülfüdağlı (Debüt) YARISI BİZİK DÜNYANIN

Post Views: 35 Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır. 1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi …

Azərbaycan ədəbiyyatı

Azər Cəbrayıllı (Debüt) Sevən qəlblər

Post Views: 38 Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı …

Azərbaycan ədəbiyyatı

Əsmər Qasımlı (Yeni Şeir)

Post Views: 51 Buludun da dolub gözü elə bil ki bax bu axşam, Axıdaraq göz yaşını kimdən imdad diləyir o? Nə yaxşıdır, heç olmasa qara bulud qara günü, Taleyindən çıxardaraq yer üzünə çiləyir o. Bir gecədə yer üzünə düşən hər bir damla yağış, Günəşin al şəfəqiylə par-par yanır səhəri gün. Axıtmasa göz yaşını çıxararaq ürəyindən, …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”

Post Views: 34 Əgər bir gözələ könlümü verib Sevirəmsə, demək, yaşayıram mən. Ürəyimin mənə dediyi yerə Gedirəmsə, demək, yaşayıram mən. Bəsdir yaşadığım mütilər kimi! İtirsəm, itirrəm, söylə nəyimi? Axı mən insanam! İstədiyimi Edirəmsə, demək, yaşayıram mən. Çox ağac əkmişəm dostluq bağında. Dostluq etməmişəm pul marağında. Dostun köməyinə dar ayağında Yetirəmsə, demək, yaşayıram mən.

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”

Post Views: 30 Bəzən susub-susub xəyala dalan! Bəzəndə çox danışıb gözləri dolan! Ürəyimdə yaşatdığım varlığım! Çox düşünə bilmirəm həyatimi! bilirəm bir gün tutacaqlar yasimi! heç vaxt ölməyəcək yaşayacaq varliğim! Zaman çox tez keçir! Dünən ən uşaq idim bu gün gənc oldum! Həyat məni sabah necə dəyişəcək bilmirəm! Bəlkə də zamanız öldürəcək! Amma heç vaxt yaşlanmayacaq …