Post Views: 35 25 iyul 2015-ci il tarixində, saat 17.00-da Kitabevim.az-da yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının imza günü keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçən tədbir təxminən iki saata yaxın davam edib.Müəlllif müxtəlif illərdə …
İyul 2015
Rafət Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (31 İyul)
Post Views: 32 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gəncyazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti
Abdulla Məmməd (Yeni şeir) TANRI BİZƏ DÜZ ELƏR!
Post Views: 27 NƏFSİNƏ QUL OLAN KƏS, ARTAN YERİN HARANDİR? DÜZ ƏYRİDƏN SEÇİLMİR, HƏRƏ BİR CÜR HARİNDİR. ƏYRİ ÇOX, DÜZ YOL AZDİ, YOL ARAYAN YOL AZDİ. YAZAR YAZA SÖZ YAZDİ, SÖZ PAYİZA YARİNDİ.
Alik Dənizsevər ( Yeni şeir) bəlkə də yaxşısı` susdum pis oldu.
Post Views: 26 o` ağa bürünən arzular öldü. amma basdırmağa yeri yox dolub. bəlkə də yaxşısı` susdum pis oldu. o` gözəl sandığım kifirdən -kifir. indi bir-bir gələn` əl edir gedir. xəbərsiz dinmədən məni tərk edir. o` ağa bürünən ümidlər öldü. amma basdırmağa yeri yox dolub. o` yolu yerisəm mənasız daha. yaxşı pis söyləsəm boşdu unut …
Xəyalə Sevil (Yeni şeir) Bir payız axşamı…
Post Views: 46 Bir payız axşamı Qaralan buludların Səsi düşər üstünə. Atar yağışını Göy üzü giley kimi. Yollar da burular Ayağının altından, Sola dönər,sağa dönər. Ürəyin “hə”ni, ”yox” u Bilməyən uşağa dönər. Elə darıxarsan mənsiz… Belə darıxarsan mənsiz!
Şəfa Vəliyeva (Hekayə)Bankın dördüncü mərtəbəsi
Post Views: 37 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Bankın dördüncü mərtəbəsi Niyə axı biz həmişə umduğumuzdan küsürük? Kim bilir, bəlkə də bu bizim yeganə xoşbəxtliyimizdir? Axı ən azından küsdüyümüz adamı necə dəyərləndirdiyimizi ölçə bilirik. Biz ondan nə qədər küsürüksə, onu elə o qədər də çox istəyirik…
Hayrettin YAZICI (Türkiye edebiyyatı) SEN BİLME
Post Views: 29 Hayaline arz ediyorum Bundan böyle belli değil yerim Ne kadar kalmışsa söyleyemediklerim Sen iyi bir şiirdin okuyamadım Ben kötü bir şairdim yazamadım Elimden yalnızca birşey geliyordu Kanadıkça kanadım Ümmi değildim ama anlıyamadım Çiçekler gözün kararatmış Amma da arsız Güller açıyor perva
Şəfa Kamilli (Şeir esse) Sevgi yoxdu ..
Post Views: 60 İnamim ,ümüdüm , Qirildi yenə , Qəlbimdə sevgi , yox , Bir boşluq hök edir, Bu sevən qəlbim , Sən incidmisən , Bir daha severmi , Eşid inanma , Yalanmiş,segində , Özndə sənin, Xəyanət etmisən ,
Zeynəb Dərbəndli (Yeni şeir)
Post Views: 28 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səni görən günden; aşiqin oldum; Axib yanağindan; yagişin oldum. Qaranlig yolunda işiğin oldum; Sən mənə hər şeydən əzizsən gülüm. Zərif əllərində gul çiçək oldum; Inan xəyal deyil; bir gerçək oldum. Sənin üçün sevən …
İslam Əzimov (Qəzəl) EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM
Post Views: 47 EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM ******* ..*****. Bu xəstə könlümə mən vəslini dərman demişəm, Lütfü haqqdan diləyib, canına canan demişəm ..***. Bir mələk olduğunu sən də bilirsən ,bilirəm, Əff elə qul xətasın, səhv edib ,insan demişəm. . .***. Gözəllər içrə səni, kim görüb ,mehparə deyib, Mən də mehparə bilib , …
Aqil Kəngərli (Yeni şeir) TƏBRİZ
Post Views: 61 Səni ziyarətə qışda gəlmişdim, Axır həsrət bitdi,sənə yetişdim. O soyuq havada suyundan içdim, Sanki onda gəldim cahana,Təbriz, Biz sənə övladıq,sən ana,Təbriz. Çoxdan arzum idi,gələydim sənə, Sevinci ,kədəri böləydim sənə. Diz çöküb qarşında,baş əydim sənə, Gəldim dinə Təbriz,imana,Təbriz. Biz sənə övladıq,sən ana,Təbriz.
Hikmət Məlikzadə
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, İlk dəfə tərs baxdı, zövqüm duruldu, Pöhrə Ay kimidi nazı ölmüşün. Bir yol demədi ki, adımı çəkmə, Min yol adın çəkdim azı, ölmüşün. Bədəni şüşəmi? Düz xətdən də düz, Baxışı hirsimi soyudur, Allah… Bir yanmış dedi ki, – köçümü sürüm, …
“Zərrələr” Astarada
Post Views: 29 Bu kitabxana ilə tanışlıq ürək açıcı olmasa da, biz kitabı kitabxanaya təqdim etdik. Bu yerdə atalarımızın misalı yadıma düşdü. ” Zər qədrini zərgər bilər” İrqindən dinindən, dünya görüşündən,adət-ənənələrindən asılı olmayaraq bölgələrimi və xalqımı sevirəm ümid edirəm ki, nə vaxtsa təqdim etdiyimiz zərimizin qədrini bilən, bir zərgər tapılacaq…! Maarifin və intellektual səviyyəli insanın …
Əsmər QASIMLI (Yeni şeir) Getdi
Post Views: 31 Getdi Bir günü gözlədim, vüsal qoxulu Hər arzum əlinlə pozuldu getdi Mənmi röyadayam? Sənmi yuxulu? Gözlərin gözümdən süzüldü getdi. Qarşıma çıxmışdın sən bu küçədə Qənimdir xatirən zülmət gecədə Deyirəm,ay zalım, qıydın necə də Dodağın sevgimə büzüldü getdi
Əlirza HƏSRƏT (Yeni şeir) QİSAS SEVDASI VAR ULAYAN QURDDA
Post Views: 24 Şişa torpağına hər gün dağ basıb,- Zalımlar gözümdə yaş oynatdılar. Açdım qucağımı vətənsizlərə, Qərib beşiyi tək boş oynatdılar. Döyüş meydanında qada var,qan var, Tərsinə ötüşür vədələr,anlar. Başsız bədənlərə bu toy tutanlar,- Gör nüçə bədənsiz baş oynatdılar.
M. Hâlistin KUKUL HAZRET-İ MEVLÂNA HAKKINDA BÂZI YANLIŞ TESPİTLER
Post Views: 29 HAZRET-İ MEVLÂNA HAKKINDA BÂZI YANLIŞ TESPİTLER M. Hâlistin KUKUL Büyük Türk-İslâm mutasavvıfı Hazret-i Mevlâna (1207-1273) hakkında, bugüne kadar, maksatlı veya maksatsız, bilerek, bilmeyerek veyâ gizli hedefli olarak, bâzı yanlışlıklar dile getirilmiş ve getirilmektedir. Bunlardan tespit edebildiğimiz birkaçı üzerinde durmaya çalışacağız. a) Mevlâna, ‘hümanist’ değildir: Hazret- i Mevlâna’ya ‘hümanist’ demek, O’na en büyük …
Burhan KURDDAN (Yeni şeir) HİÇ DOYUM OLMAZ
Post Views: 61 Müjde ver baharın güzelliğinden, İçimiz dışımız gülecen olsun. Güzel düşünelim, gülistan olsun Bizim bu ellere hiç doyum olmaz. Bırakalım dedikodu, gıybeti, Aksi halde kaybederiz kıymeti. Tarih, doğa, kültür ve de heybeti, Bizim bu ellere hiç doyum olmaz.
Yasemin DUTOĞLU.”ERENLER DİYARINDA HAYAT VE ÖLÜM”
Post Views: 35 Şehirler bir medeniyetin insan eliyle oluşmuş en somut göstergelerinden biridir. Arap dilinde şehir anlamına gelen Medine kelimesi ile medeniyetin aynı kökten geliyor olması şüphesiz bir tesadüf değil. Bir yandan medeniyetler şehirler inşa ederken, diğer yandan şehirlilerin ürettiği medeniyet şehirleri besler ve geliştirir. İşte bu yüzden, Ortadoğu merkez olmak üzere Atlas okyanusundan Uzakdoğu’ya, …
M. Hâlistin KUKUL.”HAZRET-İ MEVLÂNA HAKKINDA BÂZI YANLIŞ TESPİTLER”
Post Views: 66 Büyük Türk-İslâm mutasavvıfı Hazret-i Mevlâna (1207-1273) hakkında, bugüne kadar, maksatlı veya maksatsız, bilerek, bilmeyerek veyâ gizli hedefli olarak, bâzı yanlışlıklar dile getirilmiş ve getirilmektedir. Bunlardan tespit edebildiğimiz birkaçı üzerinde durmaya çalışacağız. a) Mevlâna, ‘hümanist’ değildir: Hazret- i Mevlâna’ya ‘hümanist’ demek, O’na en büyük ithâm / bühtân / iftirâdır. İftirâ; basit bir yakıştırma, …
Burhan KURDDAN.”HİÇ DOYUM OLMAZ”
Post Views: 53 Müjde ver baharın güzelliğinden, İçimiz dışımız gülecen olsun. Güzel düşünelim, gülistan olsun Bizim bu ellere hiç doyum olmaz. Bırakalım dedikodu, gıybeti, Aksi halde kaybederiz kıymeti. Tarih, doğa, kültür ve de heybeti, Bizim bu ellere hiç doyum olmaz. Birileri derse şunun şuyu var, Bizim oralarda billur suyu var. İnan ki ardında bin bir …
Hikmət Məlikzadə (Yeni şeir) Ölüm vaxtı keçmiş dərman kimidir
Post Views: 39 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Bu həyat elə bil qəm çəlləyidir, Yenə də sinəmin dağı çoxalıb. Mən ki bacarmıram fikir çəkməyi, Nədən saçlarımın ağı çoxalıb?! Yanmır, tüstülənir, bədəni donub, Neçə qurd dolanır şamı pərişan. Bu yerin üstündə min-min büt gəzir, Bu yerin altında hamı pərişan.
Şəfaqət CAVANŞİRLİ. “Qızım”
Post Views: 37 Yoldaşımla aramızdakı soyuqluğu qızım son günlərdə hiss etmişdi. Əslində, soyuqluğun səbəbini ikimiz də bilmirdik, sözlərimiz bir-birimizə xoş gəlmirdi. Ali təhsilli, yaşı qırxı keçmiş, həyat görmüş insanlardıq. On beş yaşlı qızımız olmasaydı, ailə xətrinə də olsa, savadımızın iki kəlmə sözü bir-birinin ardınca qoşub danışmağa gücü çatmazdı. Nişanlı olanda atam mənə bir kişinin ailədə …
Şəhanə CƏFƏROVA.” Niyə yenidən gəldin həyatıma?!!”
Post Views: 42 Niyə yenidən gəldin həyatıma?!! Mən səndən başqasini sevə bilmədim! Səndən başqasina səni sevirəm demədim. Qəlbimdə yaşadirdim gizlicə səni. Niyə yenidən gəldin həyatima?! Ağlatdin məni bilə-bilə Yenidən gəldin həyatima gülə-gülə unudurdum səni yalandan sevmirəm deyə-deyə!! Niyə yenidən gəldin həyatima?!
Təranə Turan RƏHİMLİ.Türkçülük şeirləri
Post Views: 232 MƏN TÜRKƏM Mən türkəm, türklüyümlə öyüləsi boyum var, Oğuz kimi mərd elim, azər adlı soyum var, Yağı bağrını yaran harayım var, hoyum var, Mən türkəm. Türkəm, türkün öcünü düşməndən alasıyam, Mən sultan Bəyazidin, Teymurun balasıyam, Babəkin, Cavanşirin alınmaz qalasıyam, Mən türkəm. Nizami, Yunus İmrə qələmindən sipərim, Koroğlu qalxanından dəmir düşmən çəpərim. Xətai …
Təranə TURAN RƏHİMLİ.Şeirlər
Post Views: 52 * * * Yenə yuxum qaçaq düşüb, Bu gecə – dözüm gecəsi. Yeyib bitirəcək məni Ömrün ən uzun gecəsi. Oyanacaq xatirələr, Elə ki, oyaq biləcək. Keçmişin künc-bucağından Kimlər tökülüb gələcək.
Nigar Rəfibəylinin poeziya sevgisi, sevgi poeziyası
Post Views: 91 NİGAR RƏFİBƏYLİ – 100 POEZİYA SEVGİSİ, SEVGİ POEZİYASI Orta məktəb illərində bizə çağdaş milli ədəbiyyatımızın bir neçə qadın şairini tanıtmışdılar: Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün və Hökumə Billuri. Bu sıralamada adı həmişə birinci çəkilən Nigar Rəfibəylinin o zaman nə tərcümeyi-halının ağır kədər qatını bilirdik, nə yaşının gənc çağlarında siyasi rejimin təzyiqlərinə, …
Gənc yazar Əli Musanın yeni kitabı işıq üzü görüb
Post Views: 28 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Ədəbiyyat işığı”Müstəqil ədəbi-bədii portalının Baş redaktoru, gənc yazar Əli Musanın “Sevgidir yaşadan məni” adlı ilk kitabı “Orxan” Nəşriyyat və Poliqrafiya müəssəsinin mətbəəsində 104 səhifə olmaqla, 500 tiraj həcmində işıq üzü görüb.Kitabın ön sözünün müəllifi Mingəçevir Turizm Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavin,i dramaturq, yazıçı-publisist …
Mədəniyyətimiz – “mədəni niyyətimiz”
Post Views: 35 Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır… Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir. Unutmayaq ki, ölkəmiz şərqdə ən …
“Mədəniyyətimiz-mədəni niyyətimiz” (II hissə)
Post Views: 31 Bu mövzuya o qədər aktual problemləri, müzakirə edilməli mövzuları salmaq olar ki… Amma ikinci hissəsini yazıb bu mövzunu tam bitirmək istəyirəm… – Nədənsə, cinsindən asılı olmayaraq aptekə vaxtından asılı olmayaraq, girib hamiləlik əleyhinə dərman, qoruyucu vasitə, hamiləlik testi alanda, həm aptekin işçiləri, həm də müştərilər bu alıcıya elə baxırlar ki, elə bil …
ƏGƏR?ONDA!
Post Views: 24 Xarici vətəndaşlar, xaricilərlə nigaha girmək istəyənlər üçün praktiki məsləhətlər Əgər əcnəbi vətəndaşı sevmişsinizsə, onunla ailə qurub, onunla bərabər onun vətəninə, digər ölkəyə köçmək niyyətindəsinizsə, o zaman bu praktiki məsləhətləri oxuyub, nəzərə almağı tövsiyyə edirəm. Yazımı işgüzar keyfiyyətlərimi, risk inzibatçı olmağımı nəzərə alıb, mövcud risklərə görə təsnifləşdirmişəm, “ən pis” halda, “ən yaxşı” halda, …
“Zərrələr” Cəlilabadda
Post Views: 34 Zərrələr növbəti qədəmini Cəlilabad rayon mərkəzi kitabxanasına qoydu. 24.07.2015-ci il tarixində Cəlilabad mərkəzi kitabxanasında oxuculara xidmət şöbəsinin müdiri, Elnarə Əhədova ilə görüşdük. Xüsusən kitabxana daxilində olan bölmələr diqqəti cəlb edirdi. Biz bütün şöbələrlə tanış olduq. Kitabxananın direktor müavini, İsrafilova Qənimət, uşaq şöbəsinin müdiri Rəna Təhməzova, bu şöbənin multimediya mütəxəsisi Cahan Əbillova və …
Mayisə ƏSƏDULLAQIZI.”Hər gün səhərimiz xeyrə açılsın!”
Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Səmalardan enir ruhum, ilhamım, Coşmasam, gecələr çıxmaz hilalım. Təkcə xoş əməllər, fikrim, xəyalım, Ömrümüzə xoş arzular saçılsın, Hər gün səhərimiz xeyrə açılsın! Zülmətdən günəşin gələn vaxtıdır, Dünyanın sevilib gülən vaxtıdır, Süsənlər bağların bar-baharıdır, Ömrümüzə xoş arzular saçılsın, Hər …
Təranə Turan RƏHİMLİ.Şeirlər
Post Views: 71 ADIMI «TƏRANƏ» QOYDUN Anama Adımı «Təranə» qoydun, Nənəmin oxuduğu bayatıdan, ninnidən kövrək ruhuma axan təranəylə böyüdüm. Rəngindən, görkəmindən yox, təranəsindən tanıdım palıdı, çinarı, söyüdü. Təranə-təranə yaddaşımı təzələdi Çayın, şəlalənin, bulağın öyüdü. Adımı «Təranə» qoydun, İldən-ilə yaşa doldum, Günbəgün təranələşdim. Bir vaxt itirdim nənəmi, bulağı, söyüdü…
Mais TƏMKİN.”Məndən sonra….”
Post Views: 22 Sagkən qara olan bəxtim, Ağ olacaq məndən sonra. Daşlara tuş gələn canım, Dağ olacaq məndən sonra. Görün, nələr deyir səbrim: -Döz, bilinər bir gün- qədrin! Güllərə qərq olan qəbrin, Bağ olacaq – səndən sonra… Qulağıma gəlir səslər: Nədəndir bu bəhsəbəslər?.. Demə məni sevən kəslər Doğulacaq- məndən sonra.
Zeynəb DƏRBƏNDLİ.”Dünya”
Post Views: 25 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Daha səni qınamıram Qoca dünya ulu dünya Sən heç düzələn deyilsən Kor fələyin qulu dünya Həqiqət az, haqsızlıq çox Vurulur ürəklərə ox. Bircə kəlmə düz deyən yox Yalanlarla dolu dünya. Məna vardır dünənimdə …
Elnur RƏSULOĞLU.”Zaraftyana”
Post Views: 34 Evimizdən uzaq, qərib şəhərdə Nə yaxşı var imiş dostlarım mənim. Dostluğa qəlblərin verib şəhərdə, Dostluğa and içmiş dostlarım mənim. Universitetin yaxınlığında Həmişəki yerə yığışdıq yenə. Piyada gəzərək “Sahil” bağında Olub-keçənlərdən danışdıq yenə. Dostlarım narahat sordular məndən: – Qorxmusan ki? Ağzın uçuqlayıbdır! Dedim ki, dostlarım, bu olub dünən, Qorxu məni yaman pis haqlayıbdır. …
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 27 * * * Getdikcə qəlbində qısqanclıq artır, Allahdan sübhünə şəfqət dilə sən. Ömrün şosesində bil sürət artır, Gülərsən sonuna rəhmət diləsən. Ayna,zülmət ömrə doğan Ay,nadan! Özünü görmürsən hələ aynadan? Özgənin səhvini görən,ay nadan, Özün öz səhvini gətir dilə sən. Qələm yox, bil tutub əlin yabanı, Qarşıq salmısan ya dan,ya banı? Ruhun əcnəbidir,dilin …
Nailm DAĞLAROĞLU.”Ay xumar baxışlım, ay gülər üzlüm”
Post Views: 24 Ay xumar baxışlım, ay gülər üzlüm, Tək sənsən könlümün gözəl maralı. Sən mənim dərdimi qanan, düşünən, Bir anda düşmərəm sənnən aralı. Sən mənim yarama məlhəm olmusan, Mənlə ağlamısan, mənlə gülmüsən. Dərdi-qəmlərimi yarı bölmüsən, Uzaq düşmə qoyma məni yaralı. Bir dənəmsən sənnən ayrı kimim var, Sözümüz bir, dil-dil ötən simim var. Nail deyər …
Gənc xanım yazar Aliyə Əsədovanın yeni kitabının imza günü keçiriləcək
Post Views: 26 25 iyul 2015-ci il tarixində, saat 17.00-da Kitabevim.az-da yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının imza günü keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin iştirakı da gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir. Ünvan: 28 may metrosu tərəfdə dəmiryol …
Gündüz Sevindiyi doğum günü münasibətilə təbrik edirik! (24 iyul 1978-ci il)
Post Views: 51 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qədim sahibini, Gündəlik İnformasiya Agentlikləri və Azərbaycanın MMədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik , Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti Gündüz Sevindik …
Şafa KAMİLLİ.”Kədər”
Post Views: 38 Yedin, bitirdin, məni, Ömrüm boyu əl çəkmədin, Hey mənimlə sən bərabər , Bütü ömrüm, Mənimləsən, Kədər… Niyə məni bu qədər sevdin? Niyə, məndən uzaq durmadim? Nə istədin sən məndən? Nə vermisən ,ala bilmirsən? Kədər… Gözlərim heç gülmədi ki, Ürəyimdə daima sən, Ömrüm boyu mənimləsən, Kədər… Mən istərdim, sənsiz olum, Üzüm gülsün, bəxtim …
Gənc xanım yazar Şəfa Vəliyeva “Peşəkar jurnalist” fəxri adına layiq görülüb
Post Views: 31 22 iyul 2015-ci il tarixində Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyi münasibətilə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər …
Allahşükür AĞA.Yeni şeirlər
Post Views: 29 Oynayır… Hərənin içində hava, Hərə bir sözə oynayır. Yoxuşlar üzü dağlara, Enişlər düzə oynayır… Misralardan evcik qurub, Gah yorulub, gah oturub, Yuxudan təzəcə durub, Bu adam təzə oynayır…
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Sərçə sevgisi” (Hekayə)
Post Views: 45 Burdan aşağı baxanda hər şey necə qəribə görünür. Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı. Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla bir budağa düzülərdik. Balaca meh əsən kimi hamısı uçardı, bir mən yox. Yelləncək kimi o budaqda …
Şafa KAMİLLİ.”Anam…”
Post Views: 94 Gecəni , gündüz etmisən , Nə yatmisan ,nə eylənmisən , Bütün günü hey ,calışmisan , Nazimizi cəkmisən , İndi xəstə düşmüdən , Ay mənim xəstə anam, Sən gözəlsən ,günəş tək , Ömtümə işiq ,şölə ,bəzəksən , Sənsiz olmasin günüm , Sən ömrümə ,yaraşiq , Arxa ,dayaq ,həyansan, Ey mənim xəstə anam, Gözlrin …
Harika Ufuk Doğum gününüz kutlu olsun..
Post Views: 28 Eğitimci, şair, yazar, araştırmacı… Adana’da doğdu. Öğrenim hayatına İstanbul’da Çengelköy İlkokulu’nda başladı. İstanbul Marmara Üniversitesi Eğitim Fakültesi Türkçe Bölümü’nü bitirdi. Aynı yıl Ankara Gazi Üniversitesi Mimarlık Fakültesi’ni kazandı. Devam zorunluluğu nedeniyle fakülteyi 3. sınıftan bıraktı. Adana’da Türkçe-Edebiyat öğretmenliği yaptı. 2005 yılının Ocak ayında “Çiçek Açtı Yalnızlığım” adlı ilk şiir kitabı Özgün Yayınevi’nden …
Əli Şirin Şükürlü (şeir-esse)Tale düsturu
Post Views: 69 tale nədir – sualına cavab olaraq bir neçə əhvalat danışım sizə; xəyalan çəkin rəsmini hər mənzərənin və tale barədə düşünərkən hər dəfə çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi içində rəsmi cızılmış o hadisələr.
Zeynəb Dərbəndli (Yeni şeir) Dünya
Post Views: 46 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Daha seni qınamıram; Qoca dünya; ulu dünya. Sən heç düzələn deyilsən; Kor fələyin qulu dünya. Həqiqət az haqsizliq çox; Vurulur ürəklərə ox. Bircə kəlmə; düz deyən yox; Yalanlarla dolu dünya.
Qədiməli Əhməd (Yeni şeir) PAYIZ ÖMRÜ
Post Views: 36 Mən bir payız ömrü oldum,əzizim, İndi məni ha xatırla,ha ara. Vaxtsız əsən küləklərə dözməyib, Yarpaq-yarpaq tökülmüşəm yollara. Günlər yağıb,aylar düşüb üstümə, İzlərində qarış-qarış itmişəm. Yuxu kimi,nağıl kimi illərin Dodağında misra-misra bitmişəm.
Abdulla Məmməd (Yeni şeir) ÇADIRDA DOĞULAN QAÇQIN UŞAĞI
Post Views: 30 (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən) Çadırda doğulan qaçqın uşağı, Axır ki, yetişdin məktəb yaşına. Vətəndə vətənsiz-başı aşağı Dərdinlə böyüdün başlı –başına. Acı taleyinlə oynayan artdı, Böyüdün yarı tox, yarı ac, bala. Kimsə sənə görə rütbəyə çatdı, Sənisə sarsıtdı ehtiyac, bala.
Hikmət Məlikzadə (Yeni şeir) Ruhlar da bədənə yük olur bəzən
Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhlar da bədənə yük olur bəzən, Zülmü bar verməyən bağa oxşatma. Hərdən qorxa-qorxa çıxdığım dağı, Sinəmə çəkdiyin dağa oxşatma. Bəsdir, kipriyimdən yelləncək asdın, Bir az da can soran zəli ol, quzum. Mən dəli olmağı bacardım, şükür, Sən də, ağlın varsa, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 27 CƏBRAYILIM Bulaqların aşıb-daşır gözümdə, Qəm-qüssədi hər kəlməm, hər sözüm də. Taqətim yox qollarımda, dizimdə, Çiçəyim, pətəyim, balım, Anam, doğma Cəbrayılım. Sən də mənsiz darıxırsan, bilirəm, Qərib eldə həsrətindən ölürəm. Elə bilmə sənsiz deyib, gülürəm, Ürəyimdə qara xalım, Anam, doğma Cəbrayılım.
Mayisə ƏSƏDULLAQIZI.”Ramazan dualarım”
Post Views: 22 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Allahım! Bu gözəl, müqəddəs gündə, Əl açıram sənin O qüdrətinə, Elə bu gecənin şan- şöhrətinə. Şəhid qanı qarışmasın torpağa, Nisgil yetişməsin heç bir ocağa. Ürəklərdə qoy sızıltı gəzməsin, Taleləri kədər, sazaq əzməsin! Allahım! Əl açıram sənin O qüdrətinə, …
Hikmət MƏLİKZADƏ.”Mən dəli olmağı bacardım, şükür…”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhlar da bədənə yük olur bəzən, Zülmü bar verməyən bağa oxşatma. Hərdən qorxa-qorxa çıxdığım dağı, Sinəmə çəkdiyin dağa oxşatma. Bəsdir, kipriyimdən yelləncək asdın, Bir az da can soran zəli ol, quzum. Mən dəli olmağı bacardım, şükür, Sən də, ağlın varsa, …
22 iyul-Azərbaycan milli mətbuatının 140 illik yubileyi tamam olur
Post Views: 76 XIX əsrin ikinci yarısında ədəbi proses təşəkkül tapdı. Kapitalist sənayesinin inkişafı, xüsusilə Bakının iri sənaye mərkəzinə çevrilməsi Ədəbiyyatımızın inkişafına təsir göstərirdi. Elm sahəsində aparılan ardıclı işlər öz bəhrəsini verirdi. Əsası Axundov tərəfindən qoyulan dramaturgiya bu dövrdə də inkişaf edirdi. Axundovdan sonra dram, faciə, tarixi-faciə, alleqorik mənzum dram, vodevil, kiçik məzhəkələr və başqa …
Rafiq bəy Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik
Post Views: 21 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrini, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”ini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii …
Nəcibə xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Post Views: 34 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar …
Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)
Post Views: 56 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …
Toğrul Kərimlini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1994-cü il)
Post Views: 27 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Mətbuat xidməti Sular daşa dönübdü …