Post Views: 27 Qovuşa öz sevdiyinə sevən can, Bütün bəxtlər sülh rəngitək ağ ola. Ömrü boyu bircə dəfə deyə can, Sonra qəlbi üzə,üzə ağ ola. Hisslərimin ar gözəli,ar xası, Ar ismətin,ismət arın arxası. Gözəl ola gözəl ilkin arxası, Ürəyində arzun üzü ağ ola.
İyun 30, 2015
HARİKA UFUK (YEni şeir) TÜRKİSTAN’DA ÖLÜM VAR
Post Views: 33 Azrail’in ayak sesi duyuldu, Uyan dünya Türkistan’da ölüm var. Şeytanlara, zalimlere uyuldu, Uyan dünya Türkistan’da ölüm var. Soydaşıma bin bir türlü zulüm var. Çuvaldızı batır önce sen sana, Kim zulmeder bu şekilde insana, Oğlu ölmüş, çırpınıyor bir ana, Uyan dünya Türkistan’da ölüm var. Soydaşıma bin bir türlü zulüm var.
Şəfa EYVAZ.”Xoşbəxtliyə rekviyem”
Post Views: 30 Bu gün doğum günüdür Və tam 33 il gecikmişdi xoşbəxtlik… Bir qərinə ayağını sürüyüb Çata bilməmişdi həyatın səssizliyinə. Ya həsrət əllərini uzatmışdı, Ya xoşbəxtlik… “Kloun təbəssümü” gəzdirən Saxta ürəklər qalmışdı səhnədə. Və pərdə arxasında Məğlub olmuş xoşbəxtlik Tam 33 il sonra Ağlayırdı həyata.
Afət VİLƏŞSOY.”Daha nələrdi…”
Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sevəndə yazılır sevgi şeiri, Sonradan yazılan xatirələrdi. Vüsal Oğuz Öldürdü bu sevgi, öldürdü bizi- -Bıçqıdı, tətikdi, daha nələrdi.. Narahat ruhlardı yerə enənlər, Həftənin günləri bəhanələrdi. Yağıya, düşmənə gərəyimiz yox, Qocalıb ölməyə diləyimiz yox, Sevgidən keçirik, ələyimiz yox, Ələnib keçənlər əfsanələrdi. Güləndə üzünə …
Kənan AYDINOĞLU.”Anam Türkiyənin bir parçasısan”
Post Views: 24 Anam Türkiyənin bir parçasısan, Gördükcə səni şad oldum, Adana! Qəriblər qəribdi qərib dünyada, Dünyada mən də yad oldum, Adana! Qoynunda dil açan yeni nəğmələr, Dodaqdan dodağa süzülüb gəldi. Hüsnü camalına tamaşa üçün, Ərənlər torpağa düzülüb gəldi. Günəşlə birlikdə oyanan səhər, Üzünə nurunu səpib gələcək. Köhnə xatirəni təzələməkçün, Sənin yanağından öpüb gələcək. Daha …