Post Views: 34 Yenə görüşdük Şeirə dönən bir sevginin ilk hecasında Mənim baxışlarım, Sənin gözlərinin qarasında Ulduzlardan danışdın torpağı dinlədim Sən göy qurşağı idin Mən qarışqa Gör hardan, hara iməklədim Balaca bir uşaqdım Nağıllara inanan Ana laylasında Gül tarlasına yuvarlanan Sonra sən gəldin Nağıllar şeirə döndü O balaca uşaq O gül tarlasında öldü
İyun 2, 2015
Fidan Abbasova (Yeni şeir) Nədir?
Post Views: 28 Nədir həsrətini çəkdirir mənə Sanki ürəyimi , ruhumu alır Nədir hər addımla rastlaşıb sənə məni sevgisinə götürüb qatır…. Doldurur ruhumu sevgisiylə bol sarılır boynuma sanki iki qol bu çətin , enişli , yoxuşlu bir yol Məni hər gün , hər gün başdan yaradır… Duyğular , arzular, gerçəkləşincə insanlar daima bədbinləşincə fikirlər bir …
Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…
Post Views: 35 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …
İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…
Post Views: 111 Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə, “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim. Elə ki başlayardı, nağılı danışmağa, Danışıb bitirməmiş, mən yuxuya gedəydim. Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə, Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım. Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi, Mən özümü dünyanın, ən xoşbəxti sanaydım… Kaş ki uşaq …
Şəfa Kamilli (Yeni şeir) Gecələr.
Post Views: 84 Kabusum ,düşmənim oldu, gecəlr . Sən yoxsan ,qatilim .oldu gecələr, Yarali qelbim kabus gecəlr , De ,görüm nə edim, kabus gecəlr . Uşuyən ruhumla tək -tənha ,qara gecələr , Qurbanin olduğum ,bilim bunu , Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr . Yay günü ,qardi -borandi , Titreyen qelbime ,kozdu ,yaradi …
Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü *** Sosial peyzaj Saxta təbəssümlər Eşidə bilmədiyin pıçıltılar kimidi; Adama hicran verir. …Ruhun fikri göydə, özü darda. Açığı, alındakı qırışların sayı qədərdi Sürüşkən xəyallar da… …Bir də görürsən, duaların dodaqlarının arasında güvə tutub. Məyusluq canını sarır, Əllərini Allahdan aralayırsan. Kölgənsə, …
Afət VİLƏŞSOY (Yeni şeir) Sənə
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O otaq saxlarmı dostluğumuzu? Gözümüz keçmişə dönə, ağlaya.. O kiçik kirayə otağındakı Toyda oynamırıq, sevincimiz qıt, Döndümü fələyin çarxı tərsinə? Atılıb-düşərdik, lap uşaq kimi Bir köhnə radio musiqisinə.. Bəlkə, tək bu çatmır xoşbəxt olmağa, Şirin xatirələr kövrəlir gendən. Orada bir parça …
Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu
Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümü çəkmisən ayağım altdan, Düşmüşəm, düşmüşəm üzümün üstə. Mən sənsiz ağ günə çıxmamışam, yox, Dumandı, çökübdü gözümün üstə. Yerə tullayıblar getdiyin yolu, Axı sən gedəndə “göylə” getmişdin. Mənim həsrətini gəlin aparıb, Ağlayıb atdığım suyla getmişdin. Ulduz pəncərələr açılıb …
Günel Əjdərqızı (Esse) Şirinlik
Post Views: 34 Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, …