Post Views: 28 Səni sevib, unudacam bu axşam… Şam ahına yazıram bu günahı… Sevgi deyib büdrəyəndə o ağ şam… Deyəcəksən: darıxıram, qadınım… Şeirlərin də qəzəbi tutacaq sənə, O dörd divar hey üstünə gələcək… Bir qadının yalanına aldanıb, Elə qəfil dönəcəksən bir heçə… Sonra canın sevdalardan qorxacaq… Əksin güzgülərdə söyəcək səni İndi səni bir qadın unudacaq… …
İyul 3, 2016
Aydan ABDULLAYEVA.”Uzaq qadınam…”
Post Views: 31 məni sevmə… yazıq olar canına… ahu gözlərimdə dumanlanarsan… ya nə bilim… oxşadarsan anana, ya məni baharın gülü sanarsan… məni sevmə… yazıq olar canına… mən axı baharın gülü deyiləm… hər əsən yarpağa kövrəlməyim var, hər yağan yağışdan umub-küsürəm… məni sevmə… yazıq olar canına… “qara sevdan….,, olsam əgər yanarsan… fəsil-fəsil səndə ölsəm dinmərəm… gedişimi …
Nail DAĞLAROĞLU.”Əzəmətli Gədəbəyin”
Post Views: 24 Əzəmətli Gədəbəyin, Havasına qurban olum. İsti ana qucağında, laylasına qurban olum. Bağça salıb gül bitirən, Evlərə sevinc gətirən, Vətənə oğul yetirən, Anasına qurban olum. Sinəsini sipər salan, Gecə gündüz çöldə qalan, Vətən üçün şəhid olan, Balasına qirban olum. Nail deyər gözəl yazlı, Bülbülü var xoş avazlı. Aşıqların telli sazlı, Sinəsinə qurban olum.
Nail DAĞLAROĞLU.”Son zəng”
Post Views: 22 Azərbaycanımızın sabahki bütin məktəb məzunlarını ürəkdən təbrik edirəm və gələcək həyatlarında uğurlar arzu edirəm! Bir məzinin xahişiylə Birinci sinifdən bir addımladıq, Bizə ayrılğı saldı bu son zəng. Ata, ana kimi müəllimləri, İndi əlimizdən aldı bu son zəng. Ayrıldı gör neçə sinif yoldaşı, Aldı əlimizdən dostu sirdaşı. Gözlərdə həm sevinc həm kədər yaşı, …
Qalib ŞAMXALOĞLU.”Gözlərin”
Post Views: 28 Məhəbbət süzülür baxışlarından , Yenə məni oda saldı gözlərin . Qəlbimi gizlədim , kömək olmadı , Qəlbimi , könlümü çaldı gözlərin . Düşmüşəm sevdanın biyabanına , Aşiq qovuşmazmı öz cananına ? ! Nə dərdin , bəlan var gəlsin canıma , Məni mənliyimdən aldı gözlərin . Bu xəzan çağımda bahar kimisən , Qurumuş …
Qalib ŞAMXALOĞLU.”Nə fərq edər ki…”
Post Views: 24 Yarımla barışmaq ümidi ilə , Xəyala dalsam da nə fərq edər ki ? Şeyda bülbülündən əli üzülən , Gültəki solsam da nə fərq edər ki ? Gəlib hicran dəmi , ayrılıq dəmi , Üzür məni eşqin möhnəti , qəmi . Yığılsa gözümə dünyanın nəmi , Kövrəlib dolsam da nə fərq edər ki …
Mais TƏMKİN.”Bu gözəl qız Vüsalədir”
Post Views: 29 Gözəl dostum, ailəmizin fəxri üzvü sandığım Avrasiya-net saytının əməkdaşı əzizim, xanım Vüsalə Rüfətə ən xoş arzularla… Sözləri inci, dürdanə, Gözəllikdə o, bir danə. Tellər tökülüb gərdənə, Sanki axan şəlalədir, Bu gözəl qız Vüsalədir. Baxsa bihal olur adam, Yandım Anam, yandım Atam. Ağzı püstə, gözlər badam, Yanaqları al lalədir, Bu gözəl qız Vüsalədir. …