Post Views: 29 HƏLƏ ÜRƏYİNDƏ DƏRDİ CAVANDI Titrədi əlində qələm-kağızı, Misrası cavandı, bəndi cavandı. Qonşu məhəllədə bir qız görübdü, Sevgidə cücərən dəndi, cavandı. Nə qədər havanın dəmin tutacaq, Zilini tutacaq, bəmin tutacaq, Nakam bir sevginin qəmin tutacaq, Sərəcək sinəyə, tərdi, cavandı. Ömrümü, günümü yaşadı mənə, Dərdim ki, tək deyil, qoşadı mənə, Vallahi, bu oğlan oxşadı …
İyul 25, 2016
Polad SABİRLİ.”Duyğular, düşüncələr”
Post Views: 54 Hər söz gəzdirənin, ağzı göyçəyin, Felinə uymadım, düşmədim tora. Qanqalın, tikanın, gülün, çiçəyin, Şirəsini çəkdim, yetişdim kara. Qabığım soyuldu, çıxdım dərimdən, Adımı qoruyub saxlamaq üçün. Kimlər gəlib keçdi həndəvərimdən, Mənə tən olmaqçün, haxlamaq üçün. Ağzımdan, dilimdən ələnib keçir, Xəlbirdən ələnən dən kimi sözüm. Sözbazlar söz gəzir, dilənib keçir, Məndən nə istəyir bilmirəm …
Polad SABİRLİ.”Polad şeir oxuyanda”
Post Views: 28 Ruhum yerindən oynayar, Damarlarımda qan donar. Aləm də nura boyanar, Polad şeir oxuyanda. Tanrım biri eyləyər min, Ürəklərdən silinər kin. Mələklər də deyər Amin! Polad şeir oxuyanda. Qanana var ehtiramım, Sarsılmadı heç inamın. Aşıb-daşdı da ilhamım, Polad şeir oxuyanda. Bədxah adamlar ucalmaz, Sevən ürəklər qocalmaz, Göydə quş da qanad çalmaz, Polad şeir …
Mayisə ƏSƏDULLAQIZI.”Sevgi küləyi”
Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Uzun oldu bu gecə, Bu baharın,yazın oldu bu gecə… Qəlbimin həsrət Nöqtəsi kiçildi. Kədərin boyuna kəfən biçildi. Vüsal gülə-gülə yolumu kəsdi, Sevgi küləyi əsdi… Qəlbi həyəcalı, sevən qadınların, Həsrətində, gah sığalın, gah tumarın… …
Mayisə ƏSƏDULLAQIZI.”Atılmış körpə”
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı …O körpənin təbəssümü, Daha görməz bu gecəni. Çünki… daha onun uyuduğu Boş beşiyi, anası elə Körpəsini atdığı kimi, atdı zibilliyə… O evdə daha Körpə görməz bu gecəni… Zülmət qaranlıq isə Üşüdər gəlib-keçəni… Körpəni …
Müzəffər MƏZAHİM.”Qorxudur məni”
Post Views: 33 Halaldır üz-üzə vuruşan mərdə, Namərdin pusqusu qorxudur məni. Həmd olsun Allahın verdiyi dərdə, Bəndənin basqısı qorxudur məni. Çoxda gözüm yoxdur, aza dözərəm, Belimə şəllənən duza dözürəm, Hər türlü cəfaya, naza dözərəm, Duyğusuz vasvası qorxudur məni. Qayıdar özünə etdiyin qarğış, Öz bahar ömrünə gətirmə qar-qış, Sözü üzə deyən düşmənə alqış, Dostların “mus-mus”u qorxudur …
Müzəffər MƏZAHİM.”Ləpə və qaya”
Post Views: 44 Şair dostum Camaləddin Əjdəroğlunun “Ləpə” şerini oxuyarkən İllərlə sahili yudu ləpələr, Yaladı qayanı suların dili. Bu qayğı, nəvaziş, tumar önündə, Ovuldu qayanın əyilməz beli. Elə ki, yumşaldı əridi sahil, Sular hücum çəkdi, bəndləri yıxdı. Yaltaq ləpələrin coşan selinə, Qaya təəssüflə son dəfə baxdı.
Abdulla MƏMMƏD.”Yurd daşı bağrımı yarır”
Post Views: 38 (Didərgin şərqisi,qaçqın harayı silsiləsindən) Qəzəb gözdə qara bulud, Yurdsuz dərdinə əl çalır. Dərd yiyəli yiyəsiz yurd Düşmən əlində alçalır. Qan ağlayır Həkəriylə, Çıxa bilmir yaza yurdum. Araz axır qəhər ilə, Dərdimi kim yoza,yurdum?! Hərə çəkilib içinə, Qılınc tək qında korşalır. Vətəndə yurdsuz keçinən, Özgə havanı gur çalır. Kül üfürüb el gözünə, Hərə …
Abdulla MƏMMƏD.”Dünya”
Post Views: 34 “Keçi can hayında,qəssab piy gəzir,” Gör kimlər qoynunda yarınır,Dünya. Başlılar başını götürüb gedir, Başsıza baş olur harının,Dünya. Səni duyan kəslər vaxtsız qarıyır, Abrına sığınır baxtsız qarıyır. Özündən qaçanlar dərdə yarıyır, Qoruya-qoruya arını,Dünya. Nə var yaşamağa-ürək boşdusa, Ürəksiz yanında sözün başdısa… Düzə göz yumduğun ehtiyacdısa, Zəlzələ dağıdar barını,Dünya. Ayıl,bu qəflətdən bir gözünü aç, …