Post Views: 39 E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Elmira Hüseyn qızı Axundovaya “Xalq yazıçısı” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 may 2018-ci il.
May 25, 2018
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qadına məktub”
Post Views: 325 Sizin qızınızla görüşürük biz, Gedirik gah yolla, gah kənar izlə. Bunu mən bilirəm, siz bilmirsiniz, O gəlir sizin öz icazənizlə. Tələbə yoldaşı, rəfiqəsi var, İşi də çox olur, bəzən dərsi də Mənəm qızınızın, necə deyərlər – “tələbə yoldaşı”, “rəfiqəsi” də Mən başa düşürəm siz anasınız Ürəyə sığışmır adi həyəcan O,evə dönüncə nigaransınız …
Xalq şairi Zəlimxan YAQUB.Qəzəllər
Post Views: 78 ÖLDÜRÜR Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə gözəl çıxışından sonra yazılmışdır. Ellər, məni ürəyimdən axıb gedən qan öldürür, Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür. Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm, Məni bu gün yaşadığım müqəddəs …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.Qəzəllər
Post Views: 211 * * * Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur, Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur. Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq, Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur. Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın, Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur. Gülüm əğyar qılıncıyla …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Şeirlər
Post Views: 64 Şeirlər Son gecədir bu gün yenə… Nəyin istisindən yananlar… Bir cüt ayaqqabı… Qağayı, axtar məni… Anara Birlikdən və tənhalıqdan… Bu payız da başlandı… Eşidirsənmi?.. Mühit içində… Ədalarından çaşdığım qadın… Ev. Özgə otağının kiri. Divarda Stalin… Dənizdən ayrılmış qupquru qaya… Əyrin-üyrün, dar küçələrin… Doğuldum 1939-da… Uşaqkən ölənlərin… Bax bu kitabı da oxuyub… Füzuliyə …
Rus şairlərindən çevirmələr – Xalq yazıçısı Anardan
Post Views: 33 Aleksandr PUŞKİN QURANA BƏNZƏTMƏ Yer hərəkətsizdir yaranan andan, Göylərin tağını sən saxlayırsan Ey böyük Yaradan, ulu Yaradan! Sellər göylərdən axıb məhv edərdi həyatı Əgər sən olmasaydın, Günəş işıqlandırmazdı hər səhər kainatı Əgər sən olmasaydın. Yaradana dua qılaq, O möhtəşəmdi, güclüdü, mükərrəmdi, Küləklərə hökm edəndi O, Bürkü gündə buludları göndərəndi O, Mərhəmətlidi, fəzilətlidi. …
Qulu AĞSƏS.”Bir may səhəri…”
Post Views: 35 zün dağ başına qoyan şəhərin ayağın xan kəndi yuyurdu kürəyinin təri cıdırda soyuyurdu. Girməzdi dumanına gün işığı havasına çay qaşığı. Qayaları sərxoş idi adamları tay-tuş idi küçələri taykeş idi. Qəbirüstü yazıları nəğmə kimi oxunurdu kolda-kosda tələf olan qurd-quşu gül qoxuyurdu. Kim idi qalxan o boyda dağı? – yağışdan sallanıb enirdi qonağı. …Dağın …
Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Post Views: 27 Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji …
VIII Şairlər Günü Şabran Mədəniyyət Evində
Post Views: 21 8 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Şabran Mədəniyyət Evində Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.
VIII Şairlər Günü Beyləqan Mədəniyyət Evində
Post Views: 33 7 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.