Post Views: 60 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2022 №2) sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına …
Yanvar 5, 2023
Pantomima Teatrı bu ay üçün maraqlı repertuar tərtib edib
Post Views: 28 Azərbaycan Dövlət Pantomima Teatrı yanvar ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb. AZƏRTAC xəbər verir ki, yanvarın 8-də “Ağ bığlılar”, 14-də “Undergraund”, 15-də isə “Pantomima buketi” tamaşaları göstəriləcək. Bundan başqa, yanvarın 21-də “Yük”, 22-də “6+1 nömrəli palata”, 28-də “Dejavü” və 29-da isə “Yük” tamaşaları nümayiş olunacaq. Səhnə əsərləri saat 18:00-da təqdim ediləcək. Mənbə: https://azertag.az
“Artım”da açılan SAFEZONE sərgisi davam edir
Post Views: 32 YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılmış gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin “SAFEZONE” (Təhlükəsiz zona) adlı qrup sərgisi davam edir. AZƏRTAC xəbər verir ki, gələn ilin fevral ayınadək davam edəcək sərgi öz ilhamını fransız filosofu Mişel Fuko …
Azərbaycan Dövlət Simfonik Orkestri Filarmoniyanın səhnəsində çıxış edəcək
Post Views: 24 Yanvarın 13–də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə keçiriləcək konsert proqramında orkestrin gənc solistlərinin ifalarında Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndiriləcək. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür. Mənbə: https://azertag.az
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert Ulu Öndərin 100 illiyinə həsr olunacaq
Post Views: 22 Yanvarın 10-da Beynəlxalq Muğam Mərkəzində “Burada və indi” adlı konsert təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, konsert proqramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq. Gecədə gənc ifaçılar Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli (violin), Leyla Əliyeva (piano) və Əsmər Kərimli (cello) rəngarəng musiqi nömrələri səsləndirəcəklər. Biletləri iTicket.az saytı və şəhərin kassalarından …