Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 34 of 34 NƏTİCƏLƏR
Mədəniyyət

Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür

Post Views: 37 Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 9 il …

Mədəniyyət

İçərişəhərdə Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib

Post Views: 39 Avqustun 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə dahi şair Əliağa Vahidin yaradıcılıq gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, proqram İçərişəhərdə, Vahidin abidəsi önündə təqdim olunub. Azərbaycanın Əməkdar artisti Loğman Kərimov şairin yaradıcılığının milli poeziyamız üçün əhəmiyyətindən danışaraq, onun əsərlərinin bu gün də aktual olduğunu vurğulayıb. Aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayev …

Mədəniyyət

Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür

Post Views: 39 Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür. AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 60 il ötür. Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, …

Mədəniyyət

Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür

Post Views: 38 Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür. AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… …

Mədəniyyət

Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür

Post Views: 40 Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 104 il ötür. Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də Azərbaycana Cəfər …

Mədəniyyət

Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür

Post Views: 40 O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu – Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi… AZƏRTAC xəbər verir ki, bu gün kino …

Mədəniyyət

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

Post Views: 66 Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət …

Azərbaycan ədəbiyyatı

Amerika dəftərindən (şeirlər) – Rafiq YUSİFOĞLU

Post Views: 98 *** Təyyarəmiz İstanbuldan havaya qalxıb, Üzü Los-Ancelesə doğru uçur… Xəyallar qönçə-qönçə, arzular puçur-puçur… Təyyarəmiz sehrli bir qayçı kimi biçir İllərin, ayların həsrət dumanını… Ürəyimiz əsə-əsə gözləyirik Nəvələrimizlə görüşmək anını… Yer ilə təyyarə arasında qalın bir pərdəyə dönüb buludlar… Elə bizim də gözümüzdə sevinc yağışları, Elə bizim də üzümüzdə bulud var… Təyyarəmiz göydə …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Vidadi BABANLI

Post Views: 38 Gəl Dostum, səfər etsən bizim ellərə,May ayı, yal-yamac güllələndə gəl.Gözlə, tamam yatsın çayların köpü,Sular həzin-həzin dillənəndə gəl. Oyanıb o başdan nəğməkar quşlar,Şirin cəh-cəhlərlə səni alqışlar.Ələkdən ələnən narın yağışlarÇiçəklər üstündə göllənəndə gəl. Yaylaqlar qoynunda gözəl keçir yaz,Qar durur quzeydə dümağ, bəmbəyaz.Durnagöz bulaqlar çağlayıb bir az,Lilparlı axarlar lillənəndə gəl. Nə tutub durubsan hisli şəhərdən?Gümrah …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zaman verir, hökmü zaman”

Post Views: 38 Millətin min illik bir                         oyun havası, mat qaldığı dünyadı –                         könül dünyası. Ulu Öndər əl qaldırıb                         oynayır                         saz                         havasına. El qovuşur fərəhlənib                         payızda                         yaz                         havasına! O Tay –  Araz                         havasına. Deyir Şərqə can sözünü                         Avropa                         caz                         havasına. Bir mömin qalxır …

Mədəniyyət

Mindən çox abidəyə məlumat lövhəsi quraşdırılacaq

Post Views: 40 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının …

Mədəniyyət

Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür

Post Views: 41 Azərbaycan təsviri sənət tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı professor Mikayıl Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycan, onun gözəllikləri idi. Rəssamın …

Mədəniyyət

Bu gün maestro Niyazinin doğum günüdür

Post Views: 42 O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl …

Mədəniyyət

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Post Views: 42 Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında …

Haqqımızda

Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Post Views: 55 Bu gün Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan, milli ruhun və azad düşüncənin fədakar müdafiəçisi, görkəmli dramaturq, yazıçı, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru Şıxəli Qurbanovun anadan olmasının 100 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dramaturqun mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən …

Azərbaycan Prezidenti

A.B.Səfərovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 72 A.B.Səfərovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 avqust 2025-ci il  Mənbə: https://president.az/

Mədəniyyət

Azərbaycanlı yazıçı Vidadi Babanlı vəfat etdi

Post Views: 86 Yazıçı Vidadi Babanlı bu gün günorta saatlarında 98 yaşında vəfat edib. Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə …

Mədəniyyət

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq

Post Views: 54 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib. Çap prosesinin sentyabrın əvvəllərində …

Mədəniyyət

VIII Beynəlxalq Animasiya Festivalına hazırlıq işləri görülür

Post Views: 37 Sentyabrın 3-dən 7-dək Bakıdakı Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksi və Animasiya Evində VIII Beynəlxalq Animasiya Festivalı – ANIMAFILM keçiriləcək. Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə baş tutacaq tədbirin təşkilatçıları qismində Azərbaycan Animasiya Assosiasiyası və “PERI FILM” MMC çıxış edirlər. AZƏRTAC xəbər verir ki, bu il ANIMAFILM festivalı …

Mədəniyyət

Milli Kitabxana Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib

Post Views: 77 Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Milli Kitabxanada bu münasibətlə “12 avqust – Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm  linkindən …

Ana səhifə

Bu gün Xalq şairi Qabilin anadan olmasından 99 il ötür

Post Views: 81 Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür. AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 99-cu ildönümü tamam olur. Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) …

Mədəniyyət

“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri” adlı kitab Ankarada çap edilib

Post Views: 48 Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti nəşr layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda yetişməsinə xidmət etmiş, Azərbaycanın Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin pyesləri və teatr əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap edilib. AZƏRTAC xəbər verir ki, əsərlərin …

Mədəniyyət

Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib

Post Views: 41 Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edib. AZƏRTAC Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) saytına istinadla xəbər verir ki, müsabiqəyə müraciətlərin qəbulu sentyabrın 1-dən başlayacaq. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli …

Mədəniyyət

Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür

Post Views: 41 Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. AZƏRTAC xəbər verir ki, bu möhtəşəm gün ilk dəfə Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Amerikada yaranan bu bayram daha sonra Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə …

Mədəniyyət

Şair-publisist Rafiq Odayın “Ruhum göylər əmanəti” adlı yeni kitabı nəşrə hazırlanır

Post Views: 74 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti,  “Həsən Bəy Zərdabi”  “Qafqaz – Media” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Ruhum göylər əmanəti” adlı yeni kitabı nəşrə hazırlanır. Qeyd edək ki, şair-publisist Rafiq Odayın bundan öncə “Bir yol başlamışam”, “Gecələr …

"Yeni nəşrlər"

Şair Dəyanət Osmanlının “Günbatana salam” adlı yeni kitabı nəşrə hazırlanır

Post Views: 53 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair Dəyanət Osmanlının 60 illik yubileyi ilə əlaqədar olaraq, “Günbatana salam” adlı yeni kitabı nəşrə hazırlanır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Bəxtiyar Vahabzadənin ev-muzeyində şairin 100 illiyi münasibətilə sərgi açılıb

Post Views: 93 Avqustun 16-da tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr …

Mədəniyyət

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür

Post Views: 52 Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz …

Mədəniyyət

Xan qızı, “Dürrü yekta” – Xurşidbanu Natəvan

Post Views: 62 Tarixən hökmdarlar, böyük dövlət xadimləri, öz əməli ilə yadda qalır, xalqın taleyində oynadığı əhəmiyyətli rola görə əbədiləşir, ölməzləşir. Bir də elm, ədəbiyyat, incəsənət xadimləri, şairlər, yazıçılar öz əsərləri ilə əbədiyaşarlıq qazanır, ölməzliyə qovuşur. Hər iki məziyyəti özündə birləşdirən belə tarixi şəxsiyyətlərdən biri də incə zövqlü, böyük ürəkli, cazibədar xanım, mütəfəkkir şair, cəsarətli …

Mədəniyyət

Türkmənistanda “Azərbaycan Milli Günü” – Mədəni irsimizin parlaq təqdimatı

Post Views: 43 Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada …

Publisistika

“Xalq yazılçısı ANAR.”Azərbaycan ürəyimdə bir şah damardır” 

Post Views: 52 Sivasda dünyaya gəlmiş Türkiyənin tanınmış şairi, azəri kökənli Yavuz Bülent Bakilər bütün qəlbiylə Azərbaycana bağlı insandır. Yazıma başlıq qoyduğum misra onun Bəxtiyar Vahabzadəyə həsr etdiyi şeirdəndir: Türkü türkdən başqa indi kim anlar, Yaram dərin, məlhəmim yox, vaxtım dar. Bir dastan yazar kimi yaz məni, Anar, Duy məni, Bəxtiyar, duy məni, Şahmar! Türkiyədə …

Mədəniyyət

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib

Post Views: 62 Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat etmişdir.Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Prezidentin xalqı ilə görüşü”

Post Views: 49 Cənab Prezidentsəfərəçıxıb,Gəzir ölkəmizi,səhərdi,səhər!O, gəlib səfalıbir yerəçıxıb, –Oxşayır ruhunuəsənküləklər.Çıxır görüşünəgüllə,çiçəkləTəzə sakinləridoğmadiyarın.Prezident görüşürbirağbirçəkləHalını soruşurbirixtiyarın.Burda qarışıbdır –gülüş,göz yaşı,Anların hökmünüZamansayırdı.Şəhid oğullarınşanlıBaşdaşı! –Prezident təmkinləxatırlayırdı.El-oba tökülüb,şəkilçəkdirir.Əl tuta bilməzdibu qədərinsan.Kimsə, əl eləyib

Azərbaycan Prezidenti

F.M.Manafovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 56 F.M.Manafovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif edilsin. …