Bioqrafi – Qiymet Meherremli – 02.12.1963 (doğum tarixi).
Azeri yazarı, Azərbaycan Yazıçılar və jurnalist birliklərinin üzvü.
Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Elyazmalar İnstitutunun elmi işçisi.
Azeri türkcəsini 4 şeir kitabı çap olunub:

1. “Yüreyimden nələr keçir” – Bakı, 1996

2. “Karib durna” – Sankt-Peterburq, 1999

3. “Ana, səndən doymadım” – Bakı, 2001

4. “Işığa sarı” – Bako, 2004

Görməsəm ölərəm səni…

Çox o yan-bu yan eləmə,
Qaçıra bilərəm səni…
Nə vaxt ki, düşsən əlimə,
Şeirimə bələrəm səni.

Əlindən dağlıyam deyə,
Yarama bağlayım deyə,
Küsdürüb, ağlayım deyə,
Tanrıdan dilərəm səni.

Hərdən ki sərtliyim tutur,
Dünyadan getməyim tutur…
Görəndə şitliyim tutur,
Görməsəm – ölərəm səni!

ƏVVƏLİ MƏHƏBBƏT…

Gözlədim, gəlmədin,
Ah! Sən neylədin?
Qəlbimi şüşətək
bil çiliklədin.

Yaxşı ki, duymadın nə çəkdiyimi,
Onsuz da qədrimi bilən deyildin.
Sulara baş əyən söyüdlər kimi,
Külək əsən səmtə sən də əyildin.

Könlümdə dəfn etdim ölən sevgimi,
Göz yaşım bu eşqi göyərdə bilməz.
Neçə dəfə ölüb-dirildiyimi
Bu dərdə düşməyən bir kimsə bilməz.

Heç sonu olmadı bu əzabımın,
Dayandı qəsdimə o üzü dönmüş.
Kələftək uzanan iztirabımın
Əvvəli məhəbbət… sonu ölümmüş…
Əvvəli məhəbbət… sonu ölümmüş…

RƏHMƏT OLSUN

Xocalı soyqırımına

Qönçə ikən solanlara,
Qar-sazaqda donanlara,
Qərib-qürbət məzarlarda
Qalanlara rəhmət olsun.

Arzusu kül olanlara,
Taleyi kəm cavanlara,
Ölümüylə yağıdan bac
Alanlara rəhmət olsun.

El yolunda şəhidlərə,
Torpaq olmuş igidlərə,
Rəhmət olsun yüz min kərə…
Rəhmət olsun!!!
Rəhmət olsun!!!