TƏRCÜMEYİ-HAL

Kamran Şeyxzamanlı 1992-ci il oktyabr ayının 4-də Azərbaycan ədəbiyyatı üçün görkəmli söz sənətkarları, mütəfəkkirlər, filosoflar bəxş etmiş qədim Gəncə şəhərində Şeyxzamanlılar ailəsində anadan olub.1999-cu ildə Gəncə şəhər 20 saylı orta məktəbin birinci sinfinə daxil olub.2010-cu ildə həmin məktəbi bitirib.2010-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib. Tələbəlik illərində isə şeirləri Sumqayıt şəhərindəki “Sumqayıt Universiteti”, Bakı şəhərində isə “Sözün sehri” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portallarında çap olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
Hal-hazırda Sumqayıt şəhərində “Gənc Yazarlar” Ədəbi Birliyinin, S. Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür. Sumqayıt şəhərində ”Sumqayıt Universiteti” qəzeti, Bakı şəhərində “Sözün Sehri” qəzetləri ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayədə Heyətlərinin üzvü və “Azərbaycan ədəbiyyatı”,”Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

Uzaqlara-Himalay dağının arxasına.
Sənsizliyə öyrəşdirmə məni
uçub getsən uzaqlara
bax ey ora
himalay dağının arxasına
nə edərəm axı mən?!
bu qara, balaca, kövrək oğlan
baş barmağını dişləyərək
hıçqıraraq için-için
ağlayaram sən getsən.
Bayramlarda gülmərəm
içərəm sənsizliyə
sənin yanına gəlmək üçün
qaranquşlara qoşulub
qatar olub gələrəm
bax ora
uzaq himalay dağının arxasına.
Sən getsən üzüm gülməz
dodaqlarım dodaqlarına
əlim əllərinə
gözüm gözlərinə
həsrət qalar.
Əgər ki, uçub getsən uzaqlara
orda bir qarayanız oğlan
sevərsən
məndə mənə bənzəyən
birini sevdin deyərəm.
Bəd dua etmərəm sənə
Sevgimi qəlbimə basdırıb
Bir məktub yazaram
öpərəm məktubu
doyunca bax səni öpən kimi
qadınım, dostum, sevgilim
deyən kimi
Göndərərəm bax ora
Ey uzaq himalay dağının arxasına.
Getsən, Getsən uzaqlara
Mən nə edərəm?!
Dişlərəm baş barmağımı
Silərəm göz yaşımı
Deyərəm dostlara
qəlbimdən bir mələk uçdubax ora
ey uzaq himalay dağının arxasına.
Kamran Şeyxzamanlı(Nizami)
18.03.2013 Gece 03.00

Üsyan!
Elə getmək istəyirəm
arxama baxmadan
saatımı götürmədən
heç bir çanta filan
yemək də istəmirəm.
Elə söymək istəyirəm
uşağın anadan olanda
anasını söyən kimi
ağlayaraq, çırpınaraq.
Elə çırpmaq istəyirəm
Qapını üzümə
Üzlərini görəməyim
Atamın
Anamın
Qardaşımın.
Elə söymək istəyirəm
Dünyaya,həyata
cəmiyətə və sənə
Bəlkə eşidər tanrı
Söyüşlərimi
Axı o eşitmək istəmir
Dualarımı ,Üsyanımı
fəryadımı, naləmi..
Getmək istəyirəm
Uzaq bir adaya
Insanların az olduğu
Insanlığın olduğu
Bir yerə.
Axı darıxmaq
Bura üçün
Cəhənnəmçün
Qonşumuz
Limon satan xalaçün
Tütək çalan qaraçı üçün.
Getmək istəyirəm
Ancaq
Mən bilirəm axı
Həyat dediyin
Yaşam, darıxmaq, ölüm
Arasında keçən
Gözəl, çirkin, kasıb, zəngin
Bütün qadınların
Eyni dadı verdiyi
Yumru bir kürədə
Mənasızlıq içində
əzab çəkməkdən ibarətdir.
Getmək istəyirəm
Hara ?
Hara gedirsən get
Qayıdacaqsan əlbət bir gün
Bu pisliyin- yaşamın içinə
Hamımız bir gün gedəcəyik
Ölümə-naməlum yerə
Gəldiyimiz yerə.

Kamran Şeyxzamanlı(Nizami)
9 Mart 2013

Şəkil

Nazını-qəmzəni kənara qoyub
Şəklini qəlbimə çəksənə gözəl
Albomda bir şəkil gözləyir səni
Alboma özünü çəksənə gözəl

Qəlbindən nifrəti at bir kənara
Şəklimi qəlbinə yapışdır görək
Darıxmış saçını salıb yanına
Başını sinəmə bitişdir görək

Daha illər keçər günlər qocalar
Şəklimiz ikidən-üçə yüksələr
Analıq sözünün sədalarında
Bizim ailəmizdə bir albom olar

2012-Senytabr

Sən demə Yalanmış o gözəl gözlər.

Bu qədər olarmı gözəl bu gözlər
Axtarıb tapardım orda hər sözü
Qaranlıq dünyama isıq saçardı
Mənə baxan gözlər alov saçardı.

O gözlər baxırdi çox xumar-xumar
Qəlbimə çəkirdi sanki bir tumar
Qaşlari gözlərə bir siğal sarar
Mənə baxan zaman sanki qəlb yanar

Gözlərin gözümə sataşan anda
O baxış qəlbimə toxunan anda
Saçlarin üzüne düşən zamanda
Ürəyim məhv olur sənə baxanda

Həyat tapmışdım mən o gözlərdə
Dodaqlar susurdu gözlər danışır
Ölümə məhkumdum mən o gözlərdə
Ürəyim dayanıb gözlər danışır.

Zamanın çarxıyla dəyişdi dövran
Yad baxış,özgə göz sataşdı sənə
Kamranı məhv edir bu dərdli hicran
Gözlərin fikrimdə canlanr her an.

Artıq unuduram mən o gözləri
Kor olub onları görməz olaydım
Sevirdim sevgiylə mən o gözəli
Sevməzdim daş olub dinməz olaydım..