Çağdaş Azərbaycan ədəbiyyatının inkişafında poeziyayla yanaşı, həm də romanların xüsusi rolu vardır.Son zamanlar Çağdaş Azərbaycan ədəbi mühitində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların da roman janrına marağı artıb.Məhz bunun nəticəsidir ki, bu yaxınlarda “Apostrof” nəşriyyatı tərəfindən “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, istedadlı xanım yazar Aynur Abbaszadənin “Sonuncu addım” romanının təkrar nəşri işıq üzü gördü.
İlk tirajı qısa müddət ərzində satılan və oxucu kütləsi toplamağı bacaran “Sonuncu addım” romanı (Müəllif: Aynur Abbaszadə) yeni üz qabığı ilə təkrar çapdan çıxdı. Yazıçı insan ticarətindən bəhs edən bu sevgi romanında şübhə, nifrət və yalanın məhv etdiyi həyatları qələmə alıb.
Romanı bütün Ali&Nino mağazalarından,Yeraltından kitablar mağazasından (Mado restoranı ile üzbeüz “YerAltından Kitablar” kitab evi ( Nizami küçəsi), Baku, Azerbaijan),Bakı Kitab klubundan,Bütün metrolardakı kitab köşklərindən, Bukinist kitab mağazalarından,Şəhərimizin digər kitab mağazalarından əldə edə bilərsiniz.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.