NƏ QƏLƏM, NƏ VARAQ, NƏ VAXT BƏS EYLƏR!

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

Bir dövrün, zamanın astanasında,-
Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
Doğma diyarının ulu öndəri,-
Hayanda oldusa yenə haqq dedi.

Bu ulu torpağa, ulu diyara,
Öndərin sevgisi bitmədi şükür.
Sevincdən gözləri dolan torpaqda,
Rəhbərin zəhməti itmədi şükür.

Yenə tarix boyu göyə ucalan,
Bayrağın önündə əyilməyi var.
Ruhunun önündə əyilən dünya,
Tanrıdı öndərə yenə, yenə yar.

Bir dastan qoşulsa, ulu öndərə,
Böyük bir diyarda-yurdda səs eylər.
Ömrünü qələmə almaq istəsəm,
Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

Şərəfli bir ömrü yurdda yaşamaq,-
Mən indi bildim ki, asan deyilmiş.
Gözünə baxanda gördüm ki, göz də,-
“Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

BİR ELMİN SULTANI ZƏRİFƏ XANIM

Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə.

Bir elmin sultanı olmaq görünür,
Qismət yazılıbmış ömrün yolunda.
Gözəl ana oldu, qayğıkeş yoldaş,-
Əvəzsiz müəllim, elmin yolunda.

Yüksək mükafata layiq görülən*,-
Dünyada ən müdirk ilk qadın oldu.
Böyük Türk qadını Zərifə xanım,-
Dünya göz elminin sultanı oldu.

Doğma Ana yurdda əsrlər boyu,-
Aranıb, bulunmaz bir inci oldu.
Hippokrat dövründən bu günə qədər,-
Yeni tibb elmində birinci oldu.
Həyatı yaşadı şərəflə, məğrur,
Ulu öndərimiz-rəhbərlə birgə.
Adını dinləyib eşidən zaman,
Şadlanır, sevinir böyük bir ölkə.

Ömürdən keçdikcə günlər anbaan,
Nura boyanacaq yaşanan həyat.
Əsrlər üstündən keçsə də, belə,
Yenə yaşayacaq iki qoşa ad.

*Akademik M.İ.Averbax mükafatına layiq görülən ilk qadın olduğuna işarədir.

QADININ CAMALI GÜLƏ BƏNZƏMİŞ

Əsrlər boyunca türk dünyasında,
Qadının camalı gülə bənzəmiş.
Dilindən süzülən hər incə kəlmə,
Türk-İslam yurdunda ömrü bəzəmiş.

Gözündə həsrəti, qəlbdə kədəri,
Hər zaman şairin kədəri olmuş.
Yaradan Allaha dua edəndə,
Sevincdən gözləri hər zaman dolmuş.

Şükür ki, ay Allah, mən öz növbəmdə,
Türkün qadınına heyran qalıram.
Yenə də qələmi alıb əlimə,
Türkün qadınını yada salıram.

Ömürdən keçdikcə günlər anbaan,
Bu dövrü, zamanı danlaya bildim.
Şükür ki, gözündə Türk qadınının,
Dərin fəlsəfəni anlaya bildim.

Düzü, gənc olsam da, illər uzunu,
Dərin bir hikmətə vara bildim mən.
Şükürlər olsun ki, Uca Allaha,
Keçilməz sədləri yara bildim mən.

Ömür səhifəmdən kədəri, qəmi,
Yığıb bir sandıqa ata bilmişəm.
Şükür ki, torpaqda sevib qadını,
Şairlik anına çata bilmişəm.

Qəm baxsa, gözümə bu gündən sonra,-
Mən qəmə baxıram, qəmdən doyuram.
Sonuncu qəmimi yurda çatdırıb,-
Son dəfə kədərə nida qoyuram.

YARADAN ALLAHA DUALRIMDI

Yaşanan dünyada çatlamasın kaş,
Ta ki, babaların goru, İlahi!
Mən ki öz nəfsimlə bacarmalıyam,
Özümü özümdən qoru, İlahi!

Nəfsimlə, ruhumla bacarmaq üçün,
Qəlbimdə insafa yer elə, Allah!
Ucadan ucasan gözəl dünyada,
Qıyma bu dünyada bir telə, Allah!

Muhəmməd xətrinə gözəl dünyada,
“Quran”ı gözümə nur elə, Allah!
Tək ALLAH yenə də sənsən deyə sən,