Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.”Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Ədəbi-bədii yaradıcılığını davam etdirməkdədir.
Gənc yazar Nurlana Beybudova həm orta məktəbdə, həm də ali məktəbdə təhsilini davam etdirən zaman bütün tədbirlərdə fəal iştirak edib.Əksər tədbirlərin aparıcısı, ssenari tərtibçisi olub.Dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının Naxçıvan Muxtar Respublikasına səfəri zamanı qonaqlara həm Naxçıvan Muxtar Respublikası, həm də Naxçıvan Dövlət Universiteti haqqında bilgiləri qonaqların nəzərinə çatdırıb.Naxçıvan Televiziyası gənc yazar Nurlana Beybudva haqqında çəkilişlər lentə alıb göstərir.Artıq iki ildir ki, ardıcıl olaraq “İlin ən yaxşı magistrantı” seçilir.Fəxri diplomlar və sertifikatlarla təmin olunub.
2012-ci il oktyabrın 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin Birinci Qurultayında “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir
Bu gün ən müqəddəs gündür, Anacan,
Sənin doğum günün mənimçün bayram.
Ürəyim sevinclə döyünür bu an,
Cismimi yaşadan ürəksən -ANA
Qəlbimdə ən ülvi diləksən -ANA
Sənsiz hər bir anım hədərdir, hədər
Sənli günlərimsə cənnətə bənzər
Bir quru baxışın dünyayə dəyər
Mənimçün həyatda sən təksən-ANA
Cismimi yaşadan ürəksən -ANA
Neynirəm dünyanın varın dövlətin
Mənasız yaşamın, şanın-şöhrətin
Hər şeydən üstündür mənə diqqətin
Hər zaman sən mənə gərəksən -ANA
Cismimi yaşadan ürəksən -ANA
Səninlə həyatım mənalı keçər
Yanında kədərim sevincə dönər
Hər an yanımda ol-mənə bəs edər
Qəlbimdə pak arzu-istəksən -ANA
Cismimi yaşadan ürəksən -ANA
Hikmətli sözünlə dolmuş yaddaşım
Həm anam olmusan, həm də sirdaşım
Yaşarsam olarsa əgər yüz yaşım
Yenə də sən mənə gərəksən-ANA
Cismimi yaşadan ürəksən -ANA
Ey ilahi varlıq, müqəddəs insan
Daim mənim üçün oldun pasiban
Mələktək yaratmış səni yaradan
Olmaz sənə bənzər bir mələk-ANA
Ad günün mübarək, mübarək-ANA