25 yanvar 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Poçtalyona məktub” adlı yeni şeirlər kitabının imza törəni keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25