Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev(Ahverdoff) (азерб. عبدالرحیم بَی حق وئردیف, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev[* 1]; 17 (28) may 1870 , Şuşa — 12 dekabr 1933, Bakı) — Azərbaycanın yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Teatr və İctimai Xadim, Klassik Azərbaycan ədəbiyyatının Korifeyi. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasına Azərbaycandan birinci 5 Diplomatlardan biri seçilmişdir, Azərbaycanlıların Gürcüstan Parlamentda Deputatı seçilmişdir, “Leyli və Məcnun” Operasının Premyerasında birinci dirijor, Teatr Şurasının, təsisçisi və birinci sədri, Yazıçılar Birliyinin birinci sədri, Azərbaycanın birinci Təhsil naziri, məşhur “Molla Nəsrədiin” jurnalın Baş editorlarından biri

Həyatı
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan ittifaq” (1899) Peterburqda nəşr edilmişdir.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”,Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”,Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.

Azərbaycan poçt markası (2014)
Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

Yaradıcılığı
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

Ümumi 80-dən çox Hekəyasi var

Filmoqrafiya
Marallarım (film, 1963)
Evlənmək istəyirəm (film, 1983)
Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) – əsərin müəllifi