“Zərif kölgələr” mənim həyatımda oyanış oldu. Heç ağlıma gəlməzdi ki, yazılarımı dərc edərəm. Və kitab çıxdıqda o qədər xoş qarşılandı ki, məni yazmağa ruhlandırdı. Bu kitabdakı yazarlarla bir arada olmaq mənim üçün şərəfdir. Gözəl, incə qəlbli xanımlar bir araya bu layihədə toplaşdı. Dəyərlərimizi cəmlədik. Kitabı oxuduqca zərif kölgələrin əslində güclü bir ruha sahib olduğunun şahidi oldum.
İndi isə “Zərif Kölgələr” 2 antologiyasına START veririk.
Antologiyamızda şeirlərini, yazılarını görmək istəyən xanım yazarlarımız zerifkolgeler@gmail.com ünvanına yaxud @zerifkolgeler instagram səhifəsinin direktinə yaza bilərlər.