Ölkə başçımızın müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaqdır. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına vermişdir. Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 1900da həmin tamaşanın premyerası ilə başa vuracaqdır. 20 iyul saat 1200da isə kollektivdə mükafatlandırma mərasimi keçiriləcəkdir.
Yubiley ili ərzində bizimlə əməkdaşlıq edən, teatrımızda baş verən ədəbi hadisələri KİV-də yayımlayaraq dəstəyini əsirgəməyən həmkarlarızı 50-ci teatr mövsümün bağlanışı və növbəti gün mükafatlandırma mərasimində görmək niyyətindəyik. Hər biriniz dəvətlisiniz.
Hörmətlə,
Mübariz HƏMİDOV,
Sumqayıt Dövlət Dram
Teatrının direktoru
Azərbaycan Respublikasının Əməkdar artisti,
Kalmkiya Respublikasının Əməkdar İncəsənət Xadimi
Mənbə: http://sumqayitfakt.az