em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Əzizim incə-incə,
Yaman uzandı gecə,
Vətən deyib ağlaram,,
İnan kı, mən ölüncə.

Əzizim kimə qalar,
Ağlamaq simə qalar,
Ayrılıq ağır dərddi,
O da yetimə qalar.

Əziziyəm o bağlar,
O dövranlar o çağlar,
Qardaş yurddan köçkünəm,
Ürəyim qubar bağlar.

Əziziyəm dağda çən,
Dost olmaz ki, hər yetən,
Hərə bir dərddən ölür,
Mən yurdun həsrətindən.

Əziziyəm gündə mən,
Soyuqda mən, gündə mən,
Din-imandan olmuşam,
Yurddan ayrı düşəndən.

Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar,
Unutsanız Əzizi,
Göy kişnər, bulud ağlar.