em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Başımın tacı olmusan,
Bu sevdaya düşən gündən.
Tay məni məndən almısan,
Bu sevdaya düşən gündən.

Sənə qurban dünya, aləm,
Sən varsansa nə dərd, nə qəm,
Əvvəlki adam deyiləm,
Bu sevdaya düşən gündən.

Üzün ayı, günü danır,
Ruhum, qəlbim səni anır,
Ürəyim alışıb yanır,
Bu sevdaya düşən gündən.

Qurbam olum mən Allaha,
Qoymur batam mən günaha,
Bu dünya mənimdi daha,
Bu sevdaya düşən gündən.

Gündüzlərim noğul olub,
Gecələrim nağıl olub,
Ürəyim nəğməylə dolub,
Bu sevdaya düşən gündən.