Çində ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusun (COVID-19) yayılması insanlarda gigiyena qaydalarının qorunmasının vacib amillərdən olduğunu isbat etdi. Bu qorxunc bəlaya qalib gəlmək üçun birlik nümayiş olunur. Ölkəmizin hər yerində insanları maarifləndirməyə yoluxmanın qarşısının alınmasına kömək etməyə çalışırlar. Bu mühüm işdə yazarlar da biganə qalmayaraq öz dəstəklərini əsirgəmirlər.
Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) növbəti “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” hekayəsini təqdim etmişdir.
Hekayə ilə http://yasamal.cls.az/front/files/libraries/81/documents/430282401.pdf tanış ola bilərsiniz.