Mahnı qoşdun çiçəklərə bir zaman,
İndi dolan bu yerləri, alış, yan,
Seyrangahda ceyranları ovlayan,
Ovçuların oylaqları qalıbdır.

Ərimişdir, dağ döüşndən enib qar,
İndi dağda nə qoyun var, nə mal var,
Köçən gündən ağır ellər, obalar,
Gözü yolda yaylaqları qalıbdır.

Aşıq dedi: gözüm qaldı sənəmdə,
Nə onda bir cürət oldu, nə məndə,
Gözəllərin zolaq-zolaq sinəmdə,
Bilərsiniz nə dağları qalıbdır…

*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.