Mənimlə xoş məclis qurma qistəyən,
Qoy Ocaq dağının başına gəlsin!
Əgər Oyuqluda* yorulsa, atı,
Barı Divəklinin qaşına gəlsin!

Mənim Telliqayam, Dəvədaşım var,
Hər yerdə öz dostum, öz sirdaşım var…
Bizim oylaqlara gəlməsin yadlar,
Mehriban dost gəlsin, aşina gəlsin!

Mənasız keçməsin bir an ömür-hün,
Yaşıl bir talada toy oldu bu gün.
Ürəkdən istərdimŞ belə toy-düyün,
Əryan cavanların başına gəlsin!

Dağlar zivəsidir eşqim vüqarı…
Sözümdən incisə, könlümün yarı,
Qoy elə çəksin ki, qoşa yayları,
Nizə kirpikləri qaşına gəlsin!

Kim hünərlə vuyrur iş külüngünü-
Dağ çapır həftənin altı gününü,
Haqqı var, kef üçün, yeddinci günü,
Mehriban bulağın başına gəlsin!

Nə yazın dərdi var, indi nə qışın,
Bu gün siz nişandan, toydan danışın!
Məclisdə əyləşən dostun, tanışın,
İstərəm bu mahnı xoşuna gəlsin!

Kirovakan, 1961

*Oyluqlu, Divəkli-dağ adlarıdır.

*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.