Samvel Avanesoviç Qriqoryan (20 aprel 1907, Şuşakənd, Yelizavetpol quberniyası – 7 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985).
Həyatı
Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşakənd kəndinə dəmirçi ailəsində anadan olub[1]. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib.
1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.
Qriqoryan 7 iyun 1987-ci ildə dünyasını dəyişmişdir.
Yaradıcılığı
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb.
A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini (Sabir, “Բանաստեղծություններ” (“Şeirlər”), Yerevan, Haypetrat, 1957; Sabir, “Մանկական բանաստեղծություններ” (“Uşaq şeirləri”), Bakı, Uşaqgəncnəşr, 1960; Sabir “Հատընտիր” (“Seçilmiş əsərləri”), Yerevan, Haypetrat, 1962) erməni dilinə tərcümə edib.
1943-cü ildən Azərbaycan Yazıçılar İttifaqının erməni bölməsinin rəhbəri, 1957-ci ildən Bakıda erməni dilində nəşr olunan “Ədəbi Azərbaycan” (erm. Գրական Ադրբեջան) jurnalının redaktoru olub.
Samvel Qriqoryanın 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında “Dünya qəlbimdədir” adlı kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” qəzetinin 1976-cı il sayında Samvel Qriqoryanın “Bir foto-şəklin tarixi” yazısı işıq üzü görüb.
Qriqoryanın Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində dahi bəstəkarla bağlı xatirələri “Ədəbiyyat və İncəsənət” qəzetinin 1984-cü il 3 avqust sayında dərc olunub.
Qriqoryanın “Kommunist” qəzeti 1984-cü il, 30 noyabr sayında “Azərbaycan” adlı şeiri dərc olunub.
“Ədəbiyyat və İncəsənət” qəzetinin 1986-cı il, 24 oktyabr sayında Samvel Qriqoryan Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeir işıq üzü görüb.
1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə Samvel Qriqoryan ona açıq məktubla təbrikini çatdırıb. “Ədəbiyyat və incəsənət” qəzetinin 14 mart sayındaı “Şair dostuma açıq məktub”u dərc olunub.
İstinadlar
Ədəbiyyat
- Григорјан, Самвел Аванесович // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. III ҹилд. сәһ. 239;
- ԳՐԻԳՈՐՅԱՆ Սամվել Հովհաննեսի // Հայկական Սովետական Հանրագիտարան. հ․ 3, էջ 227;
- Սամվել Գրիգորյան, Նվիրական անուններ, Հուշեր, Բաքու, Գյանջլիք, 1974;
- Վլադիմիր Իսահակյան, Սամվել Գրիգորյանի պոեզիան, Բաքու, Յազըչը, 1982;
- Сурен Каспаров, Самвел Григорян, Баку, Язычы, 1982.