Azərbaycan Yazıçılar Birliyinin üzvü

           

Əslən Kürdəmir rayonunun Mollakənd kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunmuş Əbülhəsən Balaş oğlu Eyvazovun əziz xatirəsinə ithaf edirəm.

Bu müqəddəs yolu könüllü seçdi,
Üçrəngli bayrağı öpüb, and içdi,
Doğma vətən üçün canından keçdi,
İgid Əbülhəsən, mərd Əbülhəsən!

Üzündən, gözündən tökülürdü nur,
İşlədi, zəhmətlə qazandı uğur,
Belə övladyla el duyur qürur,
İgid Əbülhəsən, mərd Əbülhəsən!

Dostlar arasında hörmətli idi,
Necə qorxmaz idi, cürətli idi,
Sözü bütöv idi, qeyrətli idi,
İgid Əbülhəsən, mərd Əbülhəsən!

Aprel döyüşündə döyüşmüşdü o,
Bir anda böyüyüb, dəyişmişdi o,
Düşmənlə mərdliklə vuruşmuşdu o,
İgid Əbülhəsən, mərd Əbülhəsən!

Fəxr edilən oğul, vəfalı qardaş,
Füzulidə qoydu yağını çaşbaş,
Düşmənin qolları qırılaydı kaş…
İgid Əbülhəsən, mərd Əbülhəsən!

Vətən basılmazdır, şəhidlər ölməz,
Düşmənlər bir daha sevinməz, gülməz,
Adı qəlbimizdən heç vaxt silinməz,
İgid Əbülhəsən, mərd Əbülhəsən!


07.12.20.

One Reply to “Coşqun XƏLİLOĞLU.”İgid Əbülhəsən, mərd Əbülhəsən!””

Comments are closed.