“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Gözlərimin sevinci
Boyun-buxunun qədər…
Gözündəki sevinci
Yozdu yuxun nə qədər?
O yuxuyamı gəlmişdim
Öldürüb həsrət divini?
Sən yuxuyamı vermişdin
Yalanlarla sevdiyini?
Oyatma…Qırılar qəlbi,
Çilikləmə ümidini…
O qızın ayrılıq dərdi
Ovar, tökər gözlərini…