“Elm və təhsil” nəşriyyatı tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Ödülü Mükafatı laureatı, Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” adlı yeni kitabı 272 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.

“Qarabağ şikəstəsi” adlı kitabında müəllifin-şairin Qarabağ mövzusunda yazdığı şeirləri və bu mövzudakı 11 poeması yer alıb.

Kitabı nəşrə hazırlayan və redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.

Ustad sənətkar, sevimli Xalq şairimiz Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” adlı kitabın Namiq Yaqubovun maddi dəstəyi ilə nəşr olunub.

Xatırladaq ki, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyi münasibətilə keçən ilin dekabr ayında “Ölüm də bir zarafatdı” və Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşri olan “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” işıq üzü görmüşdü.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.