İçimdəki sevdanın,
Ürəyi yara bağlar.
Bu yollar məni bir gün,
Aparıb dara bağlar.
Eşqin qəfəsmiş ömrü,
Quru həvəsmiş ömrü.
Yazıq o kəsmiş ömrü,
Dövlətə, vara bağlar.
Könlündə min arzu var,
Neçə mələr quzu var.
Boynubükük arzular,
Başına qara bağlar.
İtirdim eşqdə ağlı,
Könül qapısı bağlı.
Aynurtək qəlbidağlı,
Ümidin hara bağlar?