Aysel CƏFƏROVA 1990-cı ildə Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
De, necə həyatda sevinəm, güləm?
Daha bu həyata qalmayıb inam,
Həyatdır insanı dərddən qocaldan,
Bəlkə də, bir daha sağalmaz yaram,
De, necə həyatda sevinəm, güləm?
Sən getdin, həyatdan mən zövq almadım,
Elə bil qırıldı qolum, qanadım,
Mən ki həyatımı səndə tapırdım,
De, necə həyatda sevinəm, güləm?
Yalançı gülüşdür simamda doğan,
Bəlkə də, Tanrıdır bizi sınayan,
Bəs necə əzabdan mən can qurtarım?
De, necə həyatda sevinəm, güləm?