16 noyabr 2022-ci il tarixində saat 19:00-da “Bulatfilm Production” şirkətinin istehsalı olan “Sözün repressiyası” sənədli filminin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkiati dəstəyi ilə Nizami Kino Mərkəzində təqdimat mərasimi keçiriləcək. Sənədli filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğludur. Film 1937-ci ildə Stalin repressiyalarının qurbanı olmuş ədib və aydınlarımıza həsr edilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi