17 fevral 2023-ci il tarixində saat 15:00-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil olunacaq. 

15 fevral 2023-cü il tarixindən gec olmayaraq 35 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini (ferqanemukafat2023@gmail.com ünvanına göndərməklə) müsabiqəyə qoşula bilərlər. 

15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək.

Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş “Fərqanə” ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və “Fərqanə ədəbi məclisi”nin birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda baş tutacaq.

Ünvan: Rəşid Behbudov 142, (Azərbaycan Dövlət Dillər Universitetinin yanı)

Qeyd: Keçən il yarışmada qalib gəlmiş şəxslər yarışmaya qatıla bilməz…