Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bəxtin qaranlıq üzünə
Ağlayar, həm gülər qadın.
Hər dərdini, kədərini
Ürəyində bölər qadın.
Kəsdirər qəm savaşını,
Əridər dərdin daşını,
Gizlin axan göz yaşını,
Öz içində silər qadın.
Etibarın, sədaqətin,
Yollarında olar mətin,
Düz ilqarın, məhəbbətin
Hər an qədrin bilər qadın.
Nəfəsiylə buz əridər,
Baxışıyla söz əridər,
Ağlayan qəlbi kiridər,
Ruhuyla dincələr qadın.
Qışda bahara dönər o,
Şam kimi yanar, sönər o,
Haqqın yolunda dinər o,
Haqq üçün incələr qadın.
Bir çiçəkdi zərif, incə,
Bir bahardı, gülü qönçə,
Sevgi, inamı ölüncə,
Ondan qabaq ölər qadın.
08.03.22