Belə bir fikir formalaşıb ki, insanlar kütləvi şəkildə yalnız müharibələrdə ölür.
Halbuki kütləvi qırğınlara səbəb olan hadisələr yalnız müharibələr deyil. Bəzən
müharibələr qədər amansız olan təbii fəlakətlər də bir anda yüz minlərlə insanın
həyatına son qoyur. Dünya tarixinə nəzər saldığımızda güclü dağıntıya və
kütləvi insan ölümünə səbəb olan təbii fəlakətlər çox olub. Şamaxıda dəfələrlə
baş vermiş (1667,1828,1872 və1902) zəlzələdə 80 min, tarixə Böyük Ərzincan
Zəlzələsi (1939) olaraq keçən zəlzələdə 32 min, Aşqabadda baş verən (1948)
zəlzələdə 37 min (sonralar məlum oldu ki, 150-160 min nəfərdən çox) insan
həyatını itirib. Dünya tarixində ən dəhşətli fəlakətlərdən biri sayılan Aşqabad
zəlzələsini UNESKO 20-ci əsrin ən dağıdıcı fəlakəti kimi tanıyıb. Dağıntı, ölüm
sözlərinin sinonimi kimi səslənən zəlzələnin bir qorxunc tərəfi də çox zaman
gecə baş verməsidir. İnsanları yuxuda ikən haqlayan zəlzələlərdə insan ölümlərinin
sayı daha da çox olur. Deprem bölgəsi olan Türkiyə 1999-cu ildə də
zəlzələ ilə sınandı. Xeyli insan həyatını itirdi, binalar yıxıldı. 2023-cü ilin fevral ayı
da dağıdıcı zəlzələlərlə yadda qaldı. Yeraltı zərbələr və yerin üst qatının titrəməsi
ilə Kahramanmaraşın Pazarcık ilində Bakı vaxtı ilə 05:26-da 7,4 maqnitudalı
zəlzələ 10 ili vurdu. Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep,
Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən
Ankarada da hiss edildi. Zəlzələ çoxsaylı insan tələfatına, dağıntılara səbəb
oldu. 7,7 bal gücündə olan zəlzələ Hatay’ı da sarsdı. Türkiye’nin en önemli
eski yerleşim yerlerinden olan Hatay yerle yeksan oldu. Binalar yıxıldı. Minlərlə
insan enkaz altında kaldı. Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Azərbaycan,
ABŞ, İsrail, Ukrayna, Yunanıstan, Finlandiya, Pakistan, Rusiya və Almaniya
kimi ölkələr bir-birinin ardınca Ankaraya dəstək bəyanatları verdi. Acı
xəbərdən sarsılan Azərbaycan yardım üçün ilk müraciət edən və qardaş Türkiyəyə
ilk xilasetmə qrupu göndərən ölkə oldu. Zəlzələnin ilk saatlarından Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və
türk xalqına dəstək olduğunu bildirdi. Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət
edərək başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı. Ölkəmizin və
xalqımızın qardaş Türkiyənin yanında olduğunu ifadə etdi: “Bu dəhşətli zəlzələ
bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın
dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik.” Səfirlə söhbətində
Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında
olduğunu, dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların da yardım kampaniyasına
qoşulmasını xüsusi vurğuladı.
Türkiyəyə humanitar dəstək prosesində, xüsusilə ölkənin Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir.
Fevralın 6-da qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb
olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən,
Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərildi. Türkiyədəki bu
dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesində Heydər Əliyev
Fondunun ən yüksək səviyyədə iştirakını təmin edən Mehriban Əliyeva insanlıq,
mərhəmət, nəciblik, şəfqət hisslərini ifadə edərək Azərbaycan qadınının
adını tarixə yazdı. Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən
Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım aparan xüsusi təyyarələr
04 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023
yola salındı. Fondun könüllüləri bu prosesə cəlb olundu. Faciədən zərərçəkmiş
şəxslər üçün zəruri avadanlıqlar, çadırlar, istilik radiatorları, generatorlar, axtarış-
xilasetmə işlərinə dəstək məqsədilə ləvazimatlar, dərman preparatları, oksigen
maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım
boyunluqları, xərək daxil olmaqla tibbi ləvazimat, isti geyimlərdən təşkil olunan
humanitar yardım xüsusi təyyarə ilə Türkiyəyə yola salındı. Zərərçəkmiş vətəndaşlara
humanitar yardımı çatdırmaq üçün Fond əməkdaşları ezam edildi. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin kədərimiz olduğunu
qeyd etdi. Xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Fondun humanitar
yardımları ilə yanaşı, təbii fəlakət zonasında çalışan xilasedicilərimizə,
tibb işçilərimizə, diplomatlarımıza, hadisələri işıqlandıran media nümayəndələrimizin
əməyinə yüksək qiymət verən Birinci xanım Mehriban Əliyeva yardım
kampaniyalarında iştirak edən vətəndaşlarımıza təşəkkürünü bildirdirdi. Hazırda
zəlzələ nəticəsində yaranan vəziyyətin aradan qaldırılması istiqamətində qüvvələr
səfərbər edilir və xilasedici funksiyalar həyata keçirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı
Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülər
ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirdi. Çıxışında Prezident İlham
Əliyev və Mehriban Əliyevadan “kardeşim” deyə bəhs etdi. Bunlar Prezident
İlham Əliyevin və Heydər Əliyev Fondunun bu dəhşətli fəlakətin ağır fəsadlarının
aradan qaldırılması prosesindəki böyük və misilsiz qardaşlıq nümunəsinin
sübutudur.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş
vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin
(FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə
əməliyyatlarına cəlb edildi. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi
avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərildi. 4
funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv
terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan
ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi
üçün müvafiq şəraitlə təmin olunan mobil səhra hospitalında FHN-in peşəkar
tibbi heyəti xidmətə başladı. Hospital lazımi bütün dərman və preparatlarla təchiz
edildi. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi
üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərildi. Eyni
zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola
düşdü. Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədi ilə toplama
məntəqələri yaradıldı. Könüllü olaraq yardım kampaniyalarına qoşulan Azərbaycan
vətəndaşları əsil qardaşlıq nümunəsi göstərdi. Qəlbi Türkiyə üçün çırpınan
vətəndaşlar Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən
yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdi. Bu
günə qədər yardımların ardı-arası kəsilmir. Hər kəs əlini daşın altına qoydu. Kimin
əlindən nə gəldisə dəstəyini əsirgəmədi. “Geçmiş olsun, Türkiyə”, “Yanındayıq
Türkiyə”, “Başımız sağ olsun, Türkiyə” sözləri yardıma qoşanların dilindən
əskik olmadı. Prezident İ. Əliyevin göstərişi ilə SOCAR zəlzələnin fəsadlarının
aradan qaldırılması işinə dəstək verməyə başladı. “Qardaş ölkəyə humanitar
yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı ola1
Mart 2023 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 05
raq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya
elan etdi. “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə
zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri
əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyətə başladı. “Qardaş
köməyi” platformasına qoşulmaq istəyənlər üçün bank hesabı açıldı, əşya və
s. yardımlar üçün xüsusi yerlər ayrıldı. Yerli sahibkarların dəstəyi ilə TIR-larla isti
geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən
ibarət humanitar yardım göndərildi. Yardım prosesində yerli iş adamları şirkətlərinə
məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə
cəlb etdi. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca
uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması
yaradıldı. Yardım platformasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş
Adamları Dərnəyinin Azərbaycan şöbəsi (“MÜSİAD Azərbaycan”), Azərbaycan
Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri
İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklər yer aldı. 6 fevral 2023-
cü il tarixində Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü
zəlzələ nəticəsində zərərçəkərək ölkəmizə təxliyyə edilən Azərbaycan vətəndaşları
və onların digər ölkə vətəndaşı olan ailə üzvləri – ümumi olaraq 6 ailənin
(ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə
müddəti bitdiyi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində
reabilitasiyaya cəlb edildi.
Çalışdığım Azərbaycan Milli Elmlər Akademiyası zərər çəkmiş şəxslərə
köməklik məqsədilə fevralın 6-dan yardıma başladı. AMEA-nın kollektivi tərəfindən
fevralın 20-dək Türkiyənin AFAD qurumuna 90 571 manat ianə edildi.
Maliyyə yardımı davam edir. Azərbaycan dövlətinin və xalqının zərərçəkmişlərə
dəstək məqsədilə həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş
ölkə mətbuatı geniş yer ayırılıb. Azərbaycan Prezidentinin Türkiyə səfirliyini
ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Prezident
İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma
qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan
gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa,
onu da əsirgəmir”, – sözləri xüsusi qeyd olunub. “Milliyet” qəzeti Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ
bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini, tapşırığa
əsasən, Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif
dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa
taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat
və avadanlıqlar, eləcə də isti geyimlər göndərdiyi vurğulanıb. Azərbaycan Milli
Elmlər Akademiyasının Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş
şəxslərə köməklik məqsədilə göstərdiyi yardım qardaş ölkənin mediasında geniş
işıqlandırılıb. Dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin
də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə
fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik
rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı
rəngində işıqlandırıldığı qeyd olunub. Türkiyə KİV-lərində yer alan xəbərlərdə
Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında
olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri
06 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023
xüsusi vurğulanıb. Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “oncevatan”,
“erzurumolay”, “kastamonuguncel”, “konyabakis”, “yesiligdir”, “guvengazetesi”
və digər saytlarında AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna
maddi ianənin edildiyi və yardımların davam etdiriləcəyi diqqətə çatdırılıb. Türkiyə
KİV-lərində Azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında
uğurla çalışdıqları yer alıb. “Yeni Şafak” qəzeti Azərbaycan Fövqəladə Hallar
Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının
aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan
davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş
vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29
nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verdiyini yazıb, Azərbaycan
dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyini
qeyd edib. “Hürriyet” qəzetində Azərbaycan xalqının zəlzələdən zərər çəkənlər
üçün səfərbər olduğu vurğulanıb, Azərbaycanda başlanan yardım kampaniyası
barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək
yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri,
sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və
yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb. Azərbaycan xalqının
Türkiyəyə yardım səfərbərliyi davam edir.
Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı dərindən yaraladı. Bu gün ürəyimiz
Türkiyə ilə döyünür. Tarix boyu belə olub. Türkiyəmizin sevinci sevincimiz
olduğu kimi (Allah bir daha göstərməsin), kədəri də kədərimiz olub. Maddi
yardımlarla yanaşı, mənəvi olaraq da hər zaman Azərbaycan dövləti Türkiyə
Cumhuriyyətinin, Türkiyə Cumhuriyyəti Azərbaycan dövlətinin yanında olub.
Dövlətimiz, iş adamlarımız yardımları ilə, aydınlarımız yazdıqları ilə. Məsələn,
Əli Bəy Hüseynzadə “afət (yəni fəlakət) qarşısında şair, alim, gənclik və Qızılaya
ithaf”ən “Zəlzələ dolayısilə” şeirində XX əsrin fəlakəti sayılan Ərzincan depreminin
(1939) bütün acı mənzərəsi çızılıb. Ozanın, geoloqun, memarın, tarixçinin,
Qızılayın, gəncliyin və dizemenin (şairin) dilindən təqdim edilib. “Ərzincanda bir
quş var/Dalda yuva arıyor. /Qanadından qan sızar, /Dərdə dəva arıyor. /Gördü
fəci bir ölüm/İraq yerdən gələn var/Üzərində kəfən: qar,/Ya Rəbb, nədir bu zülüm?”
Vəya 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak
olanların xatirəsinə Xalq şairi Bəxtiyar Vahabzadə eyni duyğularla ithaf etdiyi
“Deprem” şeiri. “Eşidincə ata yurdda depremi, /Axdı yaşım, döndü başım, Türkiyə/
Hər dərdimin, hər qəmimin ortağı / Can qardaşım, qan qardaşım, Türkiyə.”
“Öz hökmü var hər zamanın, hər anın, / Yaman gündə yanındayıq biz sənin. /
Ana yurdda Vətənimsən, Vətənim, / Vətənimdə vətəndaşım, Türkiyə.” / Ey zamanın
yollarında hər zaman / Mənim arxam, yol yoldaşım, Türkiyə / Bu taleyi nə
yamanla, nə qına, / Dönəcəksən sən dünənki çağına / Qurban olum sinəndəki
dağına, / Uca başım, əməldaşım, Türkiyə!”
Bu gün ürəyi Türkiyə ilə, Türk qardaşları ilə dönünən bir ziyalı, bir vətəndaş
olaraq sənə səslənirəm: Geçmiş olsun Türkiyəm! Sən güclüsən! Sən böyüksən!”
Bu imtahandan da üz ağ çıxacaqsan. Acın acımızdır. Kədərdə (Allah kədər
verməsin) və sevincdə – həmişə birlikdəyik, yanınızdayıq. Birliyimiz əbədi olsun.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!!! Allah Türkiyəmizə zəval verməsin!
Lütviyyə Əsgərzadə