Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Neçə üz tanıtdın mənə, İlahi,
Doğmalar tanıtdın mənə, İlahi.
Tanıtdın iti də, qurdu da mənə,
Tanıtdın qürbəti, yurdu da mənə.
Əxlaqın, əxlaqsız üzünü gördüm,
Yalanın ən qara gözünü gördüm.
Gördüm satılmazı ucuz satanda,
Gördüm batıranı, özü batanda.
İnsan şəhvətinin qaranlığını,
İlan simasını, səksəkəsini,
Sən mənə tanıtdın, sən ey, İlahi
İmanın qısılmış, qorxaq səsini.
Gördüm haqqını da, nahaqqını da,
Çarmıxa çəkəndə, boynun üzəndə.
Sonuncu peyğəmbər ölüb gedəndən,
Peyğəmbər olmadı bu yer üzündə.
Barmaq uzadanlar günah çində,
Şərin hər üzünü tanıtdın mənə.
Dedim insan qalım nahaq içində,
Yenə də, yenə də, yansıtdın mənə,
İlahi..İlahi!