Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Ayağım altında bir yarpaq qaldı,
Ürəyim gülümsədi…
Düşdü yenə əlimdən göy yelənli dəsmalım,
“Ah”ım göyə tələsdi…

Bir sərçə qanadıyla havanı sığalladı,
Təsəllimə döndü…
Dərdim nadinc, sevdam yaman cığaldı,
Bəxt yazan bir vüsal yazıb,
Bilmirəm hansı yöndü…

“Bu da keçər…” bilirəm, üzüyüm paslansa da,
Yetim qaldı barmaqlarım…
…yenə nömrəni yığdım…
Telefonun çalsa da,
Açma…
… Çoxdu umacaqlarım…

Verdiyin narahatlıq,
Yaşatdığın nə varsa
“qısa”, “müvəqqəti” deyil…
Yuxuma gəlməyin varsa,
Gəl…
… Bir fələyə, bir sənə, bir özümə söyürəm…
Və bunlar telefon söhbəti deyil…
Şəfa Vəli (2023)