
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Bircə sən keçməmisən,
Nələr keçib aradan…
Bir dönüb baxmadın da,
Görəsən, sağaldımı
Mən açdığım yaradan?!
Susdumu gözündəki
Hüznün səsi, gileyi?
Səni belə bilməzdim,
Bilməzdim ee, nə deyim?!
Dərd yığındı, dərd qoşundu,
Bacarmıram, tək deyil ki.
Səni görməmək, duymamaq,
Səni hətta düşünməmək
Unutmaq demək deyil ki.
Qaçmaqdı, hər şeydən qaçmaq,
Çölündəki səssizlikdən,
İçindəki küydən qaçmaq.
Qaçmaq, yorulmaq, dayanmaq
Və adını yuxu qoymaq
Və o yuxudan oyanmaq!
Bir cavab yazın