Xəyalə SEVİL.”Bir az mənəm, bir az da mən deyiləm”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Bir az mənəm, bir az da mən deyiləm,
Görsən, tanıyardın, yoxsa yox məni?
Qırılmışam, bircə qırıq qalmışam,
Gözündə böyütmə belə çox məni.

O gün səni gördüm, o gün uzaqdan
Vuruldum, çıxıldım, azaldım yenə.
Məndən olsa idi duyğularımın
Cəmini, fərqini yozardım sənə.

Ayağım altına uzanan yolun
Gördüm, ömrü, günü gödəldi, deyim.
Məni yaman ağrıdırdı xatirən, –
Qoy yeri düşmüşkən nə gəldi deyim.

Qoy deyim ki, bu tüfeyli yalnızlıq
Uzun çəkir, bir kəsə yol tap, qayıt.
Aramızdan keçən vaxtı düşünmə,
Təzələnək, bir təzə yol tap, qayıt..

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir