
Məmmədov Məmməd Əbil oğlu 10 mart 1946-cı ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur.
O, 1961-ci ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd natamam orta məktəbinin 9-cu sinfini, 1964 cü-cü ildə isə Qədimkənd kənd orta məktəbinin
11-ci sinfini bitirmişdir. 1972-ci ildə N.Tusi adına ADPU-nu bitirib, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.
Əmək fəaliyyətinə 1969-cu ildə Salyan rayonunun Qaraçala kəndində başlamışdır. 1972-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Krımda əsgəri xidmətdə olmuşdur.
Məmməd müəllim 1973-cü ilin noyabr ayından 2011-ci ilin may ayına kimi Neftçala rayonunun Yuxarı Qaramanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir.
O, 2013-cü ildə Məşhəd və Kərbəla şəhərlərində ziyarətdə olmuşdur.
Məmməd Əbiloğlunun şeirləri 1970-ci ildən dövri mətbuatda çap olunmağa başlamışdır.
2017-ci ildə “Qovaq” adlı şeirlər kitabı çap olunmuşdur.
Bir cavab yazın