
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
* * *
Əvvəl ürəyinə,
Sonra ağlına gəlmək istədim
Hamının.
Əvvəl ürəyimin yarsını verdim,
Sonra tamını.
Gözümdə böyüdüb
Qocaltdığım adamlar öldü,
Ümidlərimin ağ bənizi soldu.
Bir az məsumiyyətimi itirdim-
Bu idi ən çətini.
Özümə bir yol çəkdim,
Nə düzü var, nə tini…
Xatırlatma heç nəyi,
Xatırlatma, yaxşımı?-
Hər şey yaxşı yadımdadı,
Qanatma yaddaşımı.
* * *
Bəxt də insan deyil ki,
Deyək yatdı, ayılmadı.
İlahi, ya bu ömrə bir əl gəzdir,
Ya təzələ-
Bu sayılmadı.
Günəşi kim öyrədib,
Salıb mənim üstümə?
Hərdən batır, hərdən çıxır…
Öyrənə bilmədim bu unutmağı,
Ürəyimdən çıxsa, təkcə can çıxır.
Dünyanın harasındayam?
Hər yer qorxunc görsənir.
…Mən çoxluq adamı ola bilmirəm,
Mənə bir künc göstərin.
Bir cavab yazın