Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru.

Şuşa, həm Xankəndi bizim,
“Uvertüra”, “Cəngi” bizim,
Dolma və ləvəngi bizim, –
Dur gedək şəkil çəkdirək.

Qayaların daşı qanlı,
Bağrımızın başı qanlı.
Gözümüzün yaşı qanlı,-
Dur gedək şəkil çəkdirək.

Kərəm sazını köklədi,
Əsli nazını köklədi.
Beş il keçdisə, köhnədi,-
Dur gedək şəkil çəkdirək.

Arzular fərqlidi, bala,
Yercə olur, Göycə olur.
Yerdə yaşamaq zülümdü,
Daha məni, Göy, çək, olur…
Sağsan, urvatsızsan demək,
Ölsən, ölüm göyçək olur,
Dur gedək şəkil çəkdirək.