
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
* * *
Gözəl də deyildin, nə cox sevmişəm,
Üşüyən əlləri, donuq bənizi.
Yox idi çomağım – Musa deyildim,
Yar desən yarardım amma dənizi..
Mən ki ulduzlardan çələng hörərdim,
Qara saçlarına, pərişan telə..
Hər kəsin üzündə səni görərdim,
Məni gözlərində görməzdim yenə..
Ağlıma sis çöküb – qatı dumandır,
Səni ürəyimdə izləyirəm mən..
Ölüm ayrılıqdan daha yamandır,
Öldüm, axirətdə gözləyirəm, gəl..
* * *
Ürəyini bilmirəm,
Ətəklərin zil çalır..
Barmağının yerişi,
Yanağımda iz salır..
Sən gəzirsən süzülür,
Meh əsəndə tellərin..
Bir dua, bir əlimə,
Çox yaraşır əllərin..
Bu zülmətə süzülən,
Zərrədə gur işıqsan..
Sənə dünya yaraşmır,
Dünyaya yaraşıqsan..
Ürəyinin nurundan,
Don geymisən əyninə..
Başına nə ki gəldi,
Heç gəlmədi eyninə..