
Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Çölün ortasında Tanrısız qalıb,
Gecələr üşüyür qəbir daşları.
Günbəgün dolaşır bu yer üzünü ,
Yorulur, tövşüyür qəbir daşları.
Gecənin bir vaxtı gözünü açır,
Diksinir yerində bir it səsindən.
Başını torpağa atıb yatanmır,
Tənha ,tək ruhların inləməsindən.
Allah haradasa bir daşda qorxur,
Gedib dayanmağa qəbir başına.
Ağaclar gecələr dua oxuyur,
Güllər ağı deyir qəbir daşına.
Tanrı yer üzündə nə qədər baş var,
Ayaqlar aparır gora başları.
Yığmışam cibimə nə qədər daş var,
Uyusun qoy orda qəbir daşları