
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
Bilmirəm,
Dəyişib nəsə,
İndi ayrı cür görürəm
Həyatın rəngini,
Ürəyimin dəngini.
Nə vaxtsa dörd əllə yapışdığımı
Əlimin tərsiylə itələyirəm.
Həyat, görürsənmi səni
Nə təhər üstələyirəm?
Canımdan əzizi yox-
Zamanında çox yandı.
Mən indi anlayıram,
Bütün yanlış adamlar
Sağlamlığa ziyandı.