Kənan AYDINOĞLU

“Kənan, oğlum, obrazlılıq lazımdır o da sən də var.Sən əsl şairsən.Sən Nəriman Həsənzadənin davamçısısan.”

Nəriman HƏSƏNZADƏ.
Azərbaycan Respublikasının Xalq şairi.
Əməkdar İncəsənət Xadimi.
21 noyabr, 2009.Bakı şəhəri.

“İnsan əgər doğulubsa, xoşbəxtdi, özünü axtarırsa, daxili dünyasında baş verən burulğanlardan baş çıxarmağa çalışırsa, kamilləşmə, dünyanı dərk etmə yolundadı.Bütün yolların sonucu isə Allah dərgahında bitir.Allah sənə yar olsun!”.

Rafiq YUSİFOĞLU.
Şair,ədəbiyyatşünas,yazıçı,tənqidçi,tərcüməçi,
Filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi.

“Kənan Aydınoğlu hələ çox gəncdir, qarşıda onu gərgin yaradıcılıq illəri, sənət axtarışları gözləyir.Odur ki, bu gün, indilikdə onun şeirlərində redaktəyə ehtiyacı olan ifadələr, təsvirlər, dil, üslub xətaları yox deyil.İnanırıq ki, Kənan sənətdə istədiyinə nail olacaq.Bu yolda ona uğurlar diləyirik”.

Eyvaz EMİNALIYEV.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent.
Sumqayıt Dövlət Univeristetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının dosenti.
“Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafatı laureatı

“Onun könül duyğularını oxuyanda dərk edirsən ki, tərbiyənin aşılanması konkret meyar deyil, hisslərin dərk olunması ən birinci şərtdir.
Azərbaycan ədəbi müstəvisində əxlaq kodeksi gənc qələm sahibinin təfsirində çox aydın şəkildə verilir.Bu paralellikdə şair-zaman anlayışı bədii təfsirini itirmədən özünü qabarıqlığı ilə göstərir.
Onun dördlüklərində, qoşma və gəraylılarında bədii səciyyə və tarixi əhəmiyyət bir sıra periodik amilləri özündə mərkəzləşdirir və həmçinin ədəbi düşüncələrinin dinamikası passionar fakt kimi oxucunu düşündürür.İnsan və zaman anlayışı, müəllifin həyat fenomeninə münasiəbti, zənnimcə, bəşəri məfkurəvi hisslərin sinkretikasıdır”.

Məhəmməd NƏRİMANOĞLU.
Şair, yazıçı, publisist.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Azərbaycan” qəzetinin şöbə müdiri.