Blog

  • Ülkər Dəniz (Piriyeva) Cığatel İsaqızı Kitab Evim.Az-da tam səmimi oxucularıyla…

    10917454_1558366874419447_7188618601172256045_n

    20 iyun Kitab Evim.Az yenidən kitab sevərləri, saz, söz aşiqlərini gözəl xanım, əsl ana, Ədəbiyyata gec gəlib amma tez bir zamanda minlərlə insanın qəlbində şeirə, sənətə böyük məhəbbət yaradan ən dəyərli ürəyə malik şairə Cığatel xanım İsaqızının ətrafına toplamışdı. Həmin günü həmçinin Cığatel xanımın 50 illik yubiley yaşı günü qeyd olunurdu. “Seçilmişlər” adlı yüzlərlə şeirlər toplandığı kitabın təqdimatı Cığatel xanımın “Cığatel xanım sevərlər”i salamlaması ilə başladı. Ömrünün 50 ilinin xeyli vaxtını həm ana, həm gözəl insan, həm də əsl şair kimi söz üçün yandıran Cığatel xanım sözün insan həyatında önəmli rol oynadığını və şairin ən qiymətli zinətinin söz olduğunu dönə-dönə vurğuladı. Onun
    “Şairi aldatmayın” şeirindən bir parça; (daha&helliip;)

  • Ülkər Dəniz ( Piriyeva )Qənirə xanım Paşayeva oxucularıyla Kitab Evim.Az-da….

    qp

    Bədii qiraətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi.

    19 iyun Kitab evim.Az  yenidən gözəl bir insanla təqdimat keçirdi. Dəyərli insan, əsl xanıməfəndi, jurnalist, Millət vəkili hörmətli Qənirə xanım Paşayeva və onun ürəyini qoyduğu müxtəlif mövzulu kitabları ilə gözəl və yaddaqalan görüş baş tutdu. Görüşdə müxtəlif mətbuat nümayəndələri, tanınmış insanlar və ən əsası Qənirə xanım Sevərlər iştirak edirdi. İlk çıxış elə Qənirə xanımın özü tərəfindən oldu. O Azərbaycan Gəncliyində kitaba olna marağ bərpa etmək üçün hər kəsdən öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmələrini və bu yolda onun mütəmadi xidmətlərinin olduğunu söylədi . Həmçinin hər bir Azərbaycan vətəndaşının öz xalqının tarixini geniş şəkildə bilməsində kitabların bizim həyatımızda əvəzsiz rolounun olduğunu və gələcəyə yüksək istedadlı kadrlar yetişdirmək istəyiriksə, kitabları həyatımızın ayrılmaz bir parçasına çevirməyimizin gərəkli olduğunu dəfələrlə vurğuladı. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün yalanları söyləyib getdin…
    səni aldatmağa söz tapammıram…
    təsəllin budurmu üfləyib getdin?!
    ömrüm şam ömrüdü… hələ yanıram…

    sənə kim demişdi, Gəncə düzləri
    lalələr içində sevda bitirir?
    gərək tanıyaydın… mənim gözlərim
    sənin hər şəklində bir nur itirir…

  • Şəhanə Cəfərova ŞEİRLƏR

    G

    Boş deyib keçmə

    Bu həyati boş deyib keçmə
    Məni özündən uzaq etmə
    Geri gəl belə getmə
    Sevgimi boş deyib keçmə!
    Uzaq ya yaxin-pis ya yaxşi
    Sən yoxsan nəyimə lazim bu həyat!
    dəli etmə
    öldürmə məni
    sevirəm axi səni.
    Oynama hisslərimlə!
    Xoşbəxt olaq sevgimizlə!
    İkimizi boş deyib keçmə.
    taleyimiz Əbəlkədə bir!
    Qaçmayaq taleydən Olaq bir!
    Sevgimizi boş deyib keçmə.

    Sənin ürəyin mənə məxsus!

    İllər keçsə belə dünya dönsə belə
    Sənin ürəyin mənə məxsus.
    Kimi sevirsən sev kimlə olursan ol
    Sənin ürəyin mənə məxsus!
    Boş deyib keçmə məni
    boşuna sevməmişəm səni
    Qoymaran unudasan məni
    Sənin ürəyin mənə məxsus.
    Yaxşi düşün həyatini
    Sevgimin alaram qisasini
    Kimsəsiz deyiləm tutma yasimi
    Sənin ürəyin mənə məxsus
    Hər kəlməni yazanda
    Səni düşünürəm hər anda
    Ayriliğimizi deyil qovuşmağimizi!
    Sənin ürəyin mənə məxsus!

    Yarim qaldi!

    Xoşbəxt idim onunla
    Üzüm gülürdü onunla
    Bilmirəm nə oldu
    Xoşbəxtliyimdə yarim qaldi onunla
    Ürəyim hələ belə olmamişdi
    Gözlərimdə belə xəyala dalmamişdi.
    Kimsə ürəyimi belə Əələ almamişdi
    Tez başladi tezdə bitdi
    Sanki yuxu idi ayildim gözümdən itdi
    Axtardim onu tapa bilmədim
    Həyatim kimi yuxularimda yarim qaldi!
    Ürəyimdə bilinməyən hisslərlə sevirdim.
    Onsuz yaşaya bilmərəm elə bilirdim
    Ürəyimdə sevgim yarim qaldi
    o getdiyi gündə yarimda onunla getdi
    Qalan yarimda onsuz yarim qaldi.
    Özümdə o gedəndən kimsəsiz qaldim

  • Şeir: Ahmet ÖZTEK KAR BAHARI Tablo: Hüseyin SARTAŞ

    kumbet

    KAR BAHARI

    Bir turna uçurdum, gönlüm ağına.
    Yaktı yüreğimi saldı, bağına.
    Gelir diye koştum, zorlu dağına.
    Döndü güzel günüm, zar baharına.

    Yasla geçer benim, kara gözlerim.
    Gün geçtikçe yârim, canım özlerim.
    Gelmez olur kızım, kızan sözlerim.
    Yandı güzel sürüm, er baharına.

    Düşe kalka çıktım, ben bu dağlara.
    Yavruma yandım da kandım ağlara.
    Nasıl gidem dosta, nasıl bağlara.
    Söndü güzel sözüm, var baharına.

    Nazlı yavrum gömdüm, kara toprağa.
    Ezildi yüreğim, kuru yaprağa.
    Kapandı gözlerim, döndü kurağa.
    Erdi güzel gönlüm, har baharına.

    Bu dünyada var mı candan bir özge
    Gün geçtikçe, kanlı bağrımı eze
    Görsün eller, nasıl geldim ben dize
    Sevdi güzel gözüm, dar baharına.

    Varın gidin, derdim anama verin
    Açmadan güllerim, bağımda derin
    Kara saçım akla, doldu kederin
    Bitti güzel dünüm, yar baharına.

    Öztek Ahmet, nasıl geldi bu başa
    Ağuyu yuttun da saldın mı aşa
    Kanlı yüreğin çaldın, taştan taşa
    Öldü güzel gülüm, kar baharına.

    02 Şubat 2015/Ahmet ÖZTEK
    Tablo: Hüseyin SARTAŞ

  • Yavuz Bülent Bakiler (Məqalə) GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU

    kumbet (1)
    GOROĞLU-GÖROĞLU
    KOROĞLU-KÖRÖĞLU

    Türkiye’de lise ve üniversite mezunu 5 milyon kişi üzerinde bir anket yapılsaydı ve onlara sorulsaydı, denilseydi ki:
    “Köroğlu kimdir ve nerede yaşamıştır?”
    Herhalde 4 milyon 999 bin kişi derdi ki:
    “Köroğlu bizim halk kahramanlarımızdan birisidir. Şairdir. Çamlıbel ve Bolu dağlarında yaşamıştır. Çalıp söylediğimiz güzel türküleri vardır!”
    Eğer 1980 yılından önce, bana da böyle bir soru sorulsaydı aşağı yukarı, ben de aynı şekilde cevap verirdim. Ama 20 yıl önce Özbekistan’a gittiğimde Taşkent’te Semerkant’ta Buhara’da büyük bir hayretle fakat anlatılmaz bir sevinçle gördüm ki Köroğlu, Türkler daha İslamiyet’i kabul etmeden önce, Hazar Denizi’nin doğusunda yâni Türkistan’da doğup yaşayan Oğuz boyundan bir ozanmış. Bizdeki Köroğlu Türkistan’daki Goroğlu’nun basit bir kopyasından ibaretmiş. Özbekistan’da Köroğlu’na Goroğlu diyorlar. Gor, Özbek Türkçesi’nde “mezar” demektir. Efsaneye göre kahramanımız, gorda yani mezarda doğduğu için, ona Goroğlu denilmiş. Özbek Türklerine göre Goroğlu’nun asıl adı Rövşen’dir. Rövşen, Türkistan’da Çenbil veya Çandibil dağında oğlu Övez’le veya Hövez’le birlikte yaşayan bir kahramandır ve aynı zamanda ozandır da.
    Türkiye’de çalınıp söylenen Köroğlu destanlarına göre de onun asıl adı Ruşen Ali’dir. Arkadaşı Ayvaz’la birlikte Çamlıbel veya Bolu dağlarında yaşamış bir kahramandır. Türkistanlı Rövşen, Türkiye’de Ruşen olmuştur. Övez veya Hövez, Ayvaz ismini almış, Çandibil dağı yerini Çamlıbel dağına bırakmıştır. Goroğlu ise Köroğlu diye değişikliğe uğramıştır.
    Azerbaycan’a gittiğimde gördüm ki Azerbaycan Türkleri, Özbeklerin Goroğlu dediği kahramanımızı Koroğlu diye sahiplenmişler. Övez veya Hövez Azerbaycan’da “Eyvaz” olmuş. Çandibil dağına ise Azerbaycan’da Çenlibil dağı denilmiş. Azerbaycan Türkleri de Koroğlu’nun kendi ülkelerinde yaşadığını iddia ediyorlar. Özbekistan, Azerbaycan, Türkiye yanında Kafkasya da, Gürcistan da, Kazakistan da, Kırım da, Gagavuz Türkleri de, Tacikistan da, Sibirya Tobolları da, Karakalpaklar da Köroğlu’na sahip çıkıyorlar. Bütün bu ülkelerde de bizdeki gibi çalıp söyleyen Köroğlu’lar olmuş. Ama bütün o Köroğlu’lar asıl Goroğlu’nun taklitlerinden başka bir şey değil. Bizim Başbakanlık arşivlerimizde belgeyle sabit: 1579-1582 yılları arasında Bolu çevresinde Köroğlu isimli bir eşkıya yaşamış. Doğru, ama esas Köroğlu’ndan yüzyıllar sonra.
    Köroğlu ile ilgili ilk ilmî eser, 1842 yılında İngiltere’de neşredildi.1856 yılında ise Rusya’da. Bizdeki Köroğlu çalışmaları Batı’daki çalışmalardan çok daha sonradır.
    Köroğlu için hazırlanan o ilmî eserlerde anlatılmıştır ki, kahramanımız, Türkler İslâmiyeti kabul etmeden önce, bugünkü Türkmenistan’da doğmuş-yaşamış bir büyük Oğuz ozanıdır. Dede Korkut gibi bir Oğuz ozanıdır. Köroğlu destanları en çok Türkmenistan’da söyleniyor. Yalnız Türkmenler Köroğlu’na Goroğlu diyorlar. Goroğlu’nun Türkmenistan’da yaşadığı dağın ismi Çandibil’dir. Çamlıbel değil Çandibil. Türkmen destanlarında Goroğlu’nun oğlu, Övez veya Hövez diye geçmektedir. Bizde ise Övez, Ayvaz olmuştur.
    Türkmenistan’ın Ankara Büyükelçiliği’nin şair ve roman yazarı, aziz dostum Annaguli Nurmemmet, Ankara’da 1996 yılında, Goroğlu Türkmen Halk Destanlarını tam 8 cilt halinde yayımladı. Dikkat buyurmanızı istirham ederim. Türkiye’de Kültür Bakanlığı tarafından yayımlanan Köroğlu Kol Destanları sadece 335 sayfalık bir kitaptır. Doğu ve Batı Dünyasında, hiçbir ilmî heyetin huzuruna, 8 ciltlik Göroğlu Halk Destanları dururken, 335 sayfalık kitapla çıkamayız. Edebiyatımızı, dilimizi, tarihimizi, destanlarımızı, geleneklerimizi, Türkistan ve Azerbaycan dikkate alınmadan ortaya dosdoğru koyamayız.
    Neden Türkistan’ı ve Azerbaycan’ı çok sevmemiz gerektiğini anlatabildim mi acaba? Kimse kırılmasın, öfkelenmesin, bu 8 ciltlik Göroğlu Destanları da yüzde yüz bizim milletimizin destanlarıdır. Selçukluyu da, Osmanlıyı da Türkmenler kurmadı mı? Biz de Türkmen değil miyiz? Yunus Emre de, Karacaoğlan da, Göroğlu gibi Türkmen şairleri değil mi?

  • Hikmət Məlikzadə (Yeni şeir) Nə sevgi sənlikdir, nə sən sevgilik

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər can bir adamı qaraya çəkir,
    Hərə bir can dartır öz ağlığına.
    Qayıt, ağ əzaba bükdüyün canın,
    Diz çök qarşısında, döz ağlığına…

    Tabutdu elə bil o qara taxta,
    Sənin nə vecinə ölən kimdi, qız.
    Yaman naz atırsan, o da ruh verir,
    Kaş, bircə biləydim kölən kimdi, qız…

    Bir ömür bəs etmir bir sısqa eşqçün,
    Özünə zəhmət ver, yu xəyalları…
    Nə sevgi sənlikdir, nə sən sevgilik,
    Çəkil, boşa verim bu xəyalları.

  • Şafa KAMİLLİ (Yeni şeir) Ən böyük günahım…

    s

    Qəmim, kədərim,
    Göz yaşlarım,
    Ən böyük günahım ,
    Dərdim-sərim,
    Qəlbimdəki tək sevgim.
    Ahu, naləm,
    Qəlbimdəki yaram,
    Ən böyük günahım,
    Yuxusuz gecələrim,
    Ürək, həmdəmim, (daha&helliip;)

  • Təranə TURAN RƏHİMLİ (Yeni şeir) Mən bu ömrü yaşamışam

    t

    Payızı, qışı xoş gəlir,
    Yolu eniş, yoxuş gəlir.
    Ömür mənə tanış gəlir,
    Mən bu ömrü yaşamışam.

    Bu dünyanın saz vaxtıydı,
    Türkün basılmaz vaxtıydı.
    Vaxtıydı, ya bivaxtıydı,
    Mən bu ömrü yaşamışam.
    (daha&helliip;)

  • Xuraman Camalqızı (Debüt)QARABAĞ SEVDALILARI AND

    xuraman

    Xuraman Camalqızı (Abbasova Xuraman Camal qızı) 1959 cu ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Gənc yaşlardan şeir yazmağa başlayıb. 2007-ci ildə “Durnalar Var Köçümdə”adli kitabım işıq üzü görüb. Vətən həsrəti, Qarabağ harayı, şeirlərinin başlıca mövusudur. “Laçın yurdu” jurnalında və bəzi qəzetlərdə şeirləri dərc olunub.

    QARABAĞ SEVDALILARI AND

    Qarabağ sevdalıları cəmlənin bir arada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
    Bu elə bir gündür ki, durmaq olmaz daldada Əliyevin And içmə mərasiminə həsr edirəm…

    Qartallar tək, mavi, əngin səmada
    Dağlarda, daşlarda örüşlərdəyəm
    Qarabağ uğrunda döyüşlərdəyəm.
    Azad olmuş Qarabağda qürur ilə gəzəcəyik
    Əzəmətli dağlarında qartal kimi süzəcəyik
    Tarixi biz yazırıq, nəsillər ansın bizi
    Dümənləri tapdalayıb, cəsarətlə əzəcəyik
    Vətənsevər, qeyrətli bir insan sansın bizi (daha&helliip;)

  • Mais TƏMKİN (Yeni şeir) Yığır məni

    m

    Bəlkə mənə ərki var,
    Dərdin boşu, bərki var.
    Fələk verən dərd ki var:
    Boğaza yığır məni.

    Dad, bu dərddən, dad, ağa*,
    Qoy bu dərdə qadağa.
    Salıb dilə, dodağa.
    Ağıza yığır məni.
    (daha&helliip;)

  • Nail DAĞLAROĞLU (Yeni şeir) Hardasan?

    sekil

    Sənsiz elə darıxmışam,
    Ey sevgilim, gəl hardasan?.
    Məni üzən dərdlərimi,
    Gəl mənimlə böl, hardasan?.

    Sənsiz ömrüm talanıbdı,
    Yanar oda qalanıbdı.
    Dərdə, qəmə calanıbdı,
    Məni qəmnən al, hardasan?. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA (Yeni şeir) Uçurumdu uçurum…

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Uçurumdu uçurum…
    Uçurumdu uçurum…
    Hikkə geyinən gözlər…
    uçuram, hey… Uçuram…

    Buludlanıbdı sözlər…
    İndicə, bax, indicə…
    bir leysan başlayacaq…
    İncə-incə, çox incə… (daha&helliip;)

  • Kənan AYDINOĞLU (Yeni şeir) Bu dünya şairin nəyinə gərək?!

    Photo Kenan

    Bu dünya şairin nəyinə gərək?!

    Günahı duayla yuyub gəlibdi,
    Ömrü şeir üçün qoyub gəlibdi,
    Onsuz da dünyadan doyub gəlibdi,
    Bu dünya şairin nəyinə gərək?!

    Divara daş kimi vurulub qalan,
    Bir göz qrpımında durulub qalan,
    Yalan üzərində qurulub qalan,
    Bu dünya şairin nəyinə gərək?!

    Süleyman mülküdü qalan ha deyil,
    Şairi yadına salan ha deyil.
    Şairin könlünü alan ha deyil,
    Bu dünya şairin nəyinə gərək?!

    Əhd-peyman bağlamaz sonuna qədər,
    Dağılmaz gözündən qəm ilə kədər.
    İstər gündüz olsun, istərsə səhər,
    Bu dünya şairin nəyinə gərək?!

    Sevinib, şadlanıb, gülən deyil ki,
    Ömrü başa vurub ölən deyil ki,
    Sevinci, kədəri bölən deyil ki,
    Bu dünya şairin nəyinə gərək?!

     

  • Aytən xanım (Şeirlər)

    11418586_865231416894943_933864311_n

    Qədər məhkumuyam

    Sən olan şəhəri tərk edirəm mən,
    Keçdiyim yollardan keçərsən mənsiz.
    Səndən uzaqlara tək gedirəm mən,
    O, görüş yerinə gələrsən mənsiz.

    Soruşma kimsədən, soruşma məni,
    Heç vaxt axtarmağa çalışma məni,
    Sevgimiz xətrinə bağışla məni ,
    Birtəhər yaşayıb, dözərsən mənsiz.
    (daha&helliip;)

  • Günel ƏJDƏRQIZI (Məqalə) Atalar sözləri

    gunelxanim

    Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – “atalar sözləri” günümüzdə də öz əhəmiyyətini saxlamaqdadır. Onların bəziləri müasirliklə səsləşir, bəziləri isə üst-üstə düşmür. Atalar sözlərini dərindən təhlil edəndə ortaya elə maraqlı faktlar çıxır ki, insanı düşünməyə vadar edir. Düşünəndə də ürəyini qorxu bürüyür. “Yuxarıya baxırsan bığ, aşağıya baxırsan saqqal”. Atalarımız pul haqqında elə fikir yürüdüblər ki, təzadlı məqamlar ortaya çıxıb. “Pul əl çirkidir”, “Pul hər şeydir”, “Pul kəsəni qılınc kəsməz” və s. və i. söyləyib atalarımız. Bir anlıq düşünün. Pulun hər şey olmasına inamın yüksək olduğu cəmiyyətimizdə pulun əl çirki olması qənaətinə gəlmək üçün gərək səfeh və dəli olasan. Yəqin ki, atalarımız “pul əl çirkidir” deməklə gəncləri sınamaq istəyiblər. Qərara gəliblər ki, nəyin düz, nəyin yalnış olduğuna özümüz qərar verək. Buna başqa mövqedən də yanaşmaq olar. “Pul əl çirkidir” – deyimi kasıb atalarımıza, “pul hər şeydir” isə varlı atalarımıza məxsus olub. (daha&helliip;)

  • Şəfaqət Cavanşirli(Hekayə)Qurdlar və Canavarlar

    sefaqet

    Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar.

    Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. Qurdlar ölümünə yaxın yerə sakitcə uzanıb “ məni parçalayın ” işarəsini verə bilərlər. Lakin canavarlar qurdlar kimi ölümündən sonra baş verəcək hadisələrin qoxusunu duya bilməzlər. Biz qurdlarda neçə illərin günahları gizlənir, tələmizə düşən neçə ovun bərəlmiş gözlərinin xatirələri var… (daha&helliip;)

  • Ziyadxan Nəbibəyli, Hikmət Məlikzadə haqqında

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Ziyadxan Nəbibəyli,
    Yazıçı-publisist, t.e.d., professor, Prezident mükafatçısı

    Tanrı ilə baş-başa

    «Hikmət Məlikzadə dərdi fəlsəfi mənalandırmaya cəlb edən şairdir. Onun poetikası dolğun və məzmunludur».
    Əzizə Cəfərzadə

    Azərbaycanın Şirvan torpağından süd əmən Hikmət Məlikzadə gəncliyinin ilk illərindən kimliyini ortaya qoymuş bir gərəkli vətəndaşımızdır. O, artıq bir çox həmyaşıdlarını qabaqlamış, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmiş, Prezident mükafatına layiq görülmüş, öz yaradıcılığı ilə bir çoxlarını, o cümlədən mənim də diqqətimi özünə cəlb etdirə bilmiş fərqli yaradıcıdır, heç kimi təkrarlamır və yeni ideyalar müəllifidir. (daha&helliip;)

  • Elnur ABDİYEV (Yeni şeir) Ələyə

    elnur

     Xəlbirindən keçirəcək bir anda,
    Sığışmışıq dünya boyda ələyə.
    Gələn gündən qol çəkmişik bir anda,
    Gözləyirik bir gün bizi ələyə.

    Kim ödəmir, tale qoyan tavanı?
    Yaş ötdükcə damır ömrün tavanı.
    Bu yandığım yağsız,quru tavanı,
    Yandıran od deşib edib,ələy ə!

    Coşqun,baxmaz nə şirin,nə acıya,
    Sondur əgər ömrün xəmri acıya.
    Haqq divanı çətin sənə acıya,
    Vay o gündən gördüyünü əl əyə.

  • Xəyalə SEVİL (Yeni şeir) Anamın əlləri

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Anamın əlləri qocalır yaman,
    Əllərinə cavan qırışlar düşür.
    Aybaay, günbəgün ,saatbasaat
    Cavanlığı barmağından sürüşür.

    Anamın əlləri qocalır yaman,
    Əllərinə illər ağrısı çökür.
    Bizim qayğımızı, zəhmətimizi,
    İndi də qocalmış əlləri çəkir.

    Bu qocalmış əllər cavan əllərin
    Beşik yürgələyən xatirəsidi.
    Anamın əlinə düşən qırışlar
    Onun taleyinin xəritəsidi.

    Anamın əlləri qocalır yaman,
    Ömrümü bu qoca əllərə yazın.
    Ölsəm, ruhumu da yaşadar mənim,
    Qəbrimi anamın əllində qazın.

  • Fidan ABBASOVA (Yeni şeir) sən bizi tərk etdin qəlbim və məni…

    f

    Qələmdə ağlayır , vərəq də . söz də
    arxanca boylanan o qəmli göz də
    sənə hər gün baxan öyrəşən üz də
    tutb buraxmayan o əllər kimi
    sən bizi tərk etdin qəlbim və məni…

    Sancılan ox kimi sızlayır ürək
    içimdə qalmadı bir arzu, isdək
    kim yalqız insana olacaq dəsdək
    min insan gəlsədə susdurmaz məni
    sən bizi tərk etdin, qəlbim və məni…

    Bir yad insan kimi danışma barı
    qışdakı o buzlu bəm-bəyaz qarı
    itirdim bir gözəl mən vəfadarı
    hanı mən demişdim tək qoydun məni
    sən bizi tərk etdin qəlbim və məni…

    Bu ağır yük ilə çıxmasam başa
    demə ki, eşqimiz dəymişdir daşa
    daha get kim ilə istərsən yaşa
    sınıq ürəyimi ovudan qəmi…
    sən bizi tərk etdin , qəlbim və məni…

  • Şəfa VƏLİYEVA (Yeni şeir) Təpinə bilmirəm… sözümə baxmır…

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    dözüb durmaq olmur… yıxılır ölür
    hər gün bircə-bircə can ümidlərim…
    çəkdiyim ağrılar sən qoxuludu,
    həkimlər uydurur xəstəlikləri…

    daha yaşamağım bir ovuc qalıb…
    ürəyim canıma sinmir… sığışmır…
    gözüm bulud olub yoldan asılıb,
    təpinə bilmirəm… sözümə baxmır…

    bilirəm… bilirsən, sevmək asandı…
    bir-iki şeirdi dəli əlində…
    sən elə bilirsən ölmək asandı,
    ömür adlı sənsizliyin əlində?

  • Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) A Dünya

    z

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    De, niyə bizləri sınağa çəkib,
    Sən özün özünə şadsan a dünya?
    Kiminə kilo ilə qızıla dönüb.
    Mənə qəlb yandıran odsan a dünya.

    Az olubmu mənə, verdiyin əzab,
    Allah deyən bəndə, buna etməz tab.
    Kimi dərd qəm içir, kimisi şərab,
    Kiminin ağzında dadsan a dünya.

    Nə yazığ, bizləri fələyə satdın,
    Özün hər arzuya, diləyə çatdın.
    Dərbəndli Zeynəbi, qərib yaratdın,
    Sən dünya adında, adsan a dünya.

  • Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”

    saqif muellim

    Üzümdəki təbəssüm
    içimdəki hıçqırıq,
    Sızıb üzə çıxınca
    olubdu qırıq-qırıq.

    Sinəm bir köhnə divar,
    güllələrlə yazılıb.
    Bir eşqin kölgəsində
    qəbrim çoxdan qazılıb.

    Dünən qəfil güllədən
    ölənin yasındayam.
    Gündüzlər “Fatihə”-də,
    gecələr “Yasin”-dəyəm.

    Təbrizdə güllələnib,
    Hələbdə soyuluram.
    Bir çinaram,min ildi
    içimdən oyuluram.

    Tökülür yarpaqlarım,
    könlümdə xəzan yeli.
    Məni tərsinə atıb
    qoca taleyin əli…

    Dövranın sapı çürük,
    demə:” soldu gül nədən?”
    Mən də qəfil ölərəm
    bir çovutma güllədən.

  • Harika UFUK.”Gözyaşlarım”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Nehirleri mecralarından çıkarıp
    Bana getirsen
    Ödeyemezsin bir damla gözyaşımı.
    Gönlümden gönlüne
    Uçmaz ki sevdam!
    Artık
    Kanadı kırık, yüreği yanık,
    Üşümüş, ıslak,
    Yaralı kuştur aşk…
    Yitik anılar yumağı
    Titrek uykusuzluğuma sarılmış,
    Tırnaklarım
    Uykusuzluğumla yastığıma geçmiş.
    Yağmur
    Dışarıda cama,
    İçeride yüreğime vuruyor.
    Güçsüz değildim ki ben
    Yıkamazdı hiçbir kuvvet!
    Şimdilerde
    Ordusunu kaybetmiş komutana,
    Süngüsü düşmüş askerlere dönmüşüm.
    Geçecek bu iğreti tutsaklık,
    Kabullenemediğim yenilgi
    Zafere dönüşecek
    Biliyorum.
    Yaraya tuz basmayı da öğrenmek gerek!

  • Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səni gizli görümmü?
    Tellərini hörümmü?
    Bal kimi dodaqları,
    Yana-yana öpümmü?!
    Busələri pay eylə,
    Vücudunla könlümü,
    Məcnunlara tay eylə…
    Ürək yaşasın deyə,
    Heyranam gözəlliyə…
    Xəta olmasın deyə,
    Kimsə xətrinə dəyə,
    Səni gizli görümmü?!
    Meyxoş olum, ölümmü?!

  • İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər

    Adnan-Oktar

    İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. Gəlir bərabərsizliyi, sosial ədalətsizlik olmaz, məzlumların pulunu yeyənlər silinib gedərdi. Lakin sevgisizlik, dünyanı bu qorxunc mənzərəyə aparır. İnsanlar paylaşmaq əvəzinə israf etməyi üstün tutur. (daha&helliip;)

  • Fidan Abbasova (Yeni şeir) Qapını üzümə çırpıb gedərkən

    f

    Qapını üzümə çırpıb gedərkən
    heç düşünmədinmi kim var otaqda
    bir zaman qürurla məni sevərkən
    bilməzdim qoyarsan sən məni yolda….

    Qəlbimə toxundu o sərt baxışlar
    elə bil dünyadan küsən kimiyəm
    ilahi böyükdür hər vaxt bağışlar
    mən sanki bir dəmir qəfəs kimiyəm…..

    Sarıb hər yanımı kədər üzüntü
    var olan bir seyi necə yox edək
    o mənim dünyamın sonsuz sevinci
    deyirsən ayırdıq yox olaq gedək?…..

    İsdərsən bir düşün isdərsən üzül
    daha o qoydugun yerdə deyiləm
    Fidan bəsdir daha sıraya düzül
    mən onsuz dünyandan çıxıb gedirəm.

  • Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti

    10603255_706637782754308_673706837506198075_n

    Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün ən çox səciyyəvi olan keyfiyyətlərdən biri-daha çox yazarları təbliğ etmək məqsədilə əməli fəaliyyətə illər öncəsi başlayan və bu məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atan Rafiq Odayın ictimai fəaliyyəti də yaradıcılığı qədər geniş və çoxşaxəlidir (daha&helliip;)

  • Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək

    k

    Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək,
    İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik.

  • Həsrət Əli Zülfüdağlı (Debüt) YARISI BİZİK DÜNYANIN

    hesret

    Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır.
    1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi olaraq dərc edilən şairin ilk kitabı “Ocaq daşı” 5000 tirajla (Gənclik nəş.)işıq üzü görmüşdür. indiyə kimi şairin “Şam ömrü”, “Anaların laylasında”, “Bir çiçək eşqi”, “Mələklər”,”Elə sevirdim ki”, kiçik yaşlı uşaqlar üçün “Almalı nağıllar” və “Şur” nəşriyyatında nəşr olunan ” Nə susmusan” adlı təcnislər kitabı oxucuların diqqətinə çatdırılmışdır. Hal-hazırda “Ömür üçün ayrılan vaxt” və “Altı an” adlı kitabları çap ərəfəsindədir. 1995-ci ildən AYB-nin üzvüdür. Ailəlidir, dörd uşağı, doqquz nəvəsi var. Bakı şəhərində yaşayır.

    YARISI BİZİK DÜNYANIN

    Yarı isti, yarı soyuq,
    Yarı torpaq, yarı suyuq,
    Bu dünyanın yarısıyıq,
    Yarısı bizik dünyanın.

    Gecə sabah açılınca,
    Zaman dönür bir qılınca,
    Qaçırıq çörək dalınca,
    Arısı bizik dünyanın.

    Vaxtın zalım arabası,
    Dəyirmana aparası
    Dənlik buğdası, arpası,
    Darısı bizik dünyanın.

    Dərd önündə dönək dağa,
    Sinəmiz verək qabağa,
    Gəl qoymayaq dağılmağa,
    Varisi bizik dünyanın

    Sonunda ölüm qucası,
    Həm alçağı, həm ucası,
    Həm cavanı, həm qocası,
    Qarısı bizik dünyanın.

     

  • Günel ƏLİYEVA (Yeni şeir)Məni duyan dalğalar

    gunel

    Məni duyan dalğalar
    Qəlbim kimi yas saxlar.
    Danışar harayından,
    Nisgilli hər anından.
    Dərdim elə böyük ki
    Ox olub bağrım yarar.
    Özgəsi gülüb keçər,
    Ağlasa anam ağlar.
    İçimdə dərdin cəmi,
    Nifrət yüklü bir gəmi,
    Köksümə çəkdim qəmi,
    Əzab məni yaralar.

  • Azər Cəbrayıllı (Debüt) Sevən qəlblər

    sekil

    Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı iqtisadiyyatının təşkili və idarə edilməsi” fakültəsinin qiyabi şöbəsinə daxil olub.1993-cü ilin mart ayından sentyabr ayınadək könüllü olaraq Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında Nazirlik tərəfindən keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi üçün müharibə veteranıdır. Ailəlidir, bir qızı, bir oğlu var.

    Sevən qəlblər

    Mən sənə eşqimin baharı dedim,
    asta-asta açan bir qönçə bildim.
    Qəlbimin açarı , ön sözüm dedim,
    qəlbimin hakimi mən səni gördüm.

    Mən sənə qəlbimin nurusan dedim,
    qəlbimdə olmasan nə edərəm mən?
    Qəlbim də kor olar kor gözlər kimi,
    sənsiz bu dünyada nə edərəm mən?

    Mən sənə dünənin özüsən dedim,
    keçmişi unudan sabahı görməz.
    Sənə mən qəlbimin çırağı dedim,
    sevən ürəklər çünki heç vaxt sönməz!

    Mən sənə kədərin şəriki dedim,
    kövrələn qəlbimin dərmanı bildim.
    Sənə ümidimin közüsən dedim,
    köz varsa bu halda həyat var bildim.

    08 mart 2014-cü il

  • Əsmər Qasımlı (Yeni Şeir)

    1423889445_esmer

    Buludun da dolub gözü elə bil ki bax bu axşam,
    Axıdaraq göz yaşını kimdən imdad diləyir o?
    Nə yaxşıdır, heç olmasa qara bulud qara günü,
    Taleyindən çıxardaraq yer üzünə çiləyir o.

    Bir gecədə yer üzünə düşən hər bir damla yağış,
    Günəşin al şəfəqiylə par-par yanır səhəri gün.
    Axıtmasa göz yaşını çıxararaq ürəyindən,
    Qurudaraq yox etməz ki dərdi, qəmi, qəhəri gün…

  • Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”

    elnurresuloglu

    Əgər bir gözələ könlümü verib
    Sevirəmsə, demək, yaşayıram mən.
    Ürəyimin mənə dediyi yerə
    Gedirəmsə, demək, yaşayıram mən.

    Bəsdir yaşadığım mütilər kimi!
    İtirsəm, itirrəm, söylə nəyimi?
    Axı mən insanam! İstədiyimi
    Edirəmsə, demək, yaşayıram mən.

    Çox ağac əkmişəm dostluq bağında.
    Dostluq etməmişəm pul marağında.
    Dostun köməyinə dar ayağında
    Yetirəmsə, demək, yaşayıram mən.

  • Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”

    sekil

    Bəzən susub-susub xəyala dalan!
    Bəzəndə çox danışıb gözləri dolan!
    Ürəyimdə yaşatdığım varlığım!
    Çox düşünə bilmirəm həyatimi!
    bilirəm bir gün tutacaqlar yasimi!
    heç vaxt ölməyəcək yaşayacaq varliğim!
    Zaman çox tez keçir!
    Dünən ən uşaq idim bu gün gənc oldum!
    Həyat məni sabah necə dəyişəcək bilmirəm!
    Bəlkə də zamanız öldürəcək!
    Amma heç vaxt yaşlanmayacaq varligim!!

  • Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)

    gunelxanim

    Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib (daha&helliip;)

  • Hikmət Məlikzadə Şeir Esse

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi…
    Sən sənsən.
    Mən mən deyiləm…
    Nə deyirsən,
    Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza,
    atım,
    ayda bir kərə açılan poçt qutusuna?! …
    Ah nə ola,
    onun da ahı tuta,
    Mənə ürək açalar,
    qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…
    Allahım, neynim?!

  • ZEYNƏB DƏRBƏNDLİ (Yeni şeirlər)

    z

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Gedəcəyik

    Allah, bizə özün yar ol
    Qıyma ürək döyünməsin.
    Arxalılar mənəm deyə,
    Qarşımızda öyünməsin.

    Bu dünya fani dünyadir,
    Hər kəs, qonağ gəlir bura.
    Hamı torpaqdan gəlibdir,
    Dönəcəyik, eyni gora. (daha&helliip;)

  • Əlirza HƏSRƏT.”Kitabım”

    575949_448528385223558_1371442086_n

    Kövrəldim bu gəlişinə,
    Yubandın nədən,kitabım?
    İkimiz bir canıq elə,
    Sən ruh,mən bədən,kitabım.

    Qoy gəlsin sözə əl basan,
    Sevən könlü duyar asan.
    Bu qəribin yurd payısan,
    Ay mənim Vətən kitabım.

    Eşq nurudur sözün cəddi,
    Məğrurdur əyilməz qəddi.
    Gözəlliyə ibadətdi,
    Hər nazın,ədan,kitabım.

  • Gündüz SEVİNDİK.”Şeirlərimnən soydular…”

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Gözlərim yada düşmədi,
    Məni içimnən soydular.
    Məni ürəyimnən asıb,
    Şeirlərimnən soydular…

    Daşladılar sol-sağımı,
    Yaxınımı, uzağımı –
    Kölgəmi, əl-ayağımı,
    Nə də “yeməkdən” doydular…

    Tərpəndim, gücə gəldim mən,
    Bilmədim necə gəldim mən…
    Dünyaya gecə gəldim mən –
    Adımı Gündüz qoydular!…

  • Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi… Sən sənsən. Mən mən deyiləm…
    Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza, atım,
    ayda bir kərə açılan poçt qutusuna?!
    …Ah nə ola, onun da ahı tuta,
    Mənə ürək açalar, qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…
    Allahım, neynim?!

  • Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”

    10603255_706637782754308_673706837506198075_n
    “Tanrı aşiqi və ya Tanrı şairi”

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc olunması, daha çox xeyriyyə aksiyalarında və tədbirlərində fəal iştirak etməsi, köməyə ehtiyacı olan hər kəsə, xüsusilə də uşaqlara qarşı humanizm prinsiplərinə uyğun olaraq, davranması Züleyxa Sultanın yazar olmasından savayı, eyni zamanda dərin düşüncəyə malik incə qəlbli bir insan olduğunu təsdiqləyir.Ədəbi-bədii yaradıcılığının isə daha çox Klassik poeziya ənənələri üzərində qurulması isə ideya-bədii istiqamətinin doğru müəyyən olunmasını göstərən ədəbi fakt kimi oxucunun gözü önündə canlandırır.Üzvü olduğu cəmiyyətdə baş verən hadisələrə öz humanizm prinsipləri ilə yanaşması,həqiqətən də, təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının inkişafı yönümdə Xalq ruhunda yazılan Aşıq şeirinin müxtəlif janrlarından sonra xüsusilə seçilən və zaman-zaman “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” kimi səciyyələndirilən qəzəl janrında bir-birindən daha gözəl və dolğun ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməsi bu baxımından üstünlük təşkil edir.Poetik təxəyyülə, obrazlı nitqə sahib olması isə günü-gündən gənc xanım yazarın istedadını daha qabarıq şəkildə üzə çıxmasına, eyni zamanda həmyaşıdları arasında gənc nəslin nümayəndəsi kimi tanınmasına səbəb olur.Ədəbi prosesə qoşulmaqda heç bir çətinliyin olmayacağına ümid yaradır. Müasir Azərbaycan ədəbi dilinin daxili imkanlarına dərindən bələd olması, bədii təsvir və ifadə vasitələrini yerli-yerində istifadə etməsi, durğu işarələrinin əsərin məzmununa uyğun şəkildə gənc xanım yazar tərəfindən işlədilməsi yüksək potensiala, dərin düşüncə tərzinə malik olduğunu göstərən ədəbi faktor kimi ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılanmasına səbəb olur. İdeya-mövzu və məzmun forma baxımından yüksək sənətkarlıq nümunəsi sayılmağa layiq olan həmin misralar-könül çırpıntıları əslində zaman-zaman, tarix boyu müxtəlif dövrlərin sayılıb-seçilən mütəffəkir alimlərin-filosofların söylədiyi hikmətli sözlər və aforizmlərin həmin faktoru öz-özlüyündə təsdiqləməklə yanaşı, eyni zamanda gələcək üçün sanballı bir-birindən daha zəngin və rəngarəng ədəbi-bədii nümunələr, poeziya örnəkləri-könül çırpıntıları ərsəyə gətirməyə qadir olduğunu təsdiq edir.Zəngin yaradıcılıq yolu keçdiyini nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, gənc xanım yazarın fəaliyyəti bununla məhdudlaşmır.Əksinə, daha dolğun əsərləri ilə dövri mətbuat səhifələrində çıxış etməyə başlayır.Belə ki, qələmini Publisistika sahəsində sınayan köşə yazarı Züleyxa Sultan bir-birinin ardınca mövzu və məzmun baxımından rəngarəng olan və ictimiyyət nümayəndələri tərəfindən müsbət qarşılanan mövzulara, xüsusilə XX əsrin ən böyük faciəsi hesab olunan Xocalı soyqırımı ilə ilgili müəllif qələmindən çıxan “Xocalı faciəsi: terrorizmin qanlı ideologiyası” məqaləsi ən bariz nümunə kimi oxucunun gözü önündə canlanır. Son zamanlar yaşadığı dönəmdə baş verən ən son olaylara öz münasibətini özünəməxsus tərzdə bildirməklə duyğu və düşüncələrini ifadə etmiş olur.Sonda yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzər alaraq, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm.

    Dərin hörmət və ehtiramla,
    Kənan AYDINOĞLU,
    8-9 iyun 2015-ci il.Bakı şəhəri.
  • Fidan ABBASOVA

    10526078_797984123612319_1933593962302783172_n

    Ömürlük həmdəmim olmayan gözəl
    daha başqa ömür gəzib arama
    sən ruhun özütək gözəldən gözəl
    yandırıb bağrımda ocaq qalama….

    Ac qalmış ruhuna bəs deyil eşqim
    nəyi axdarırdın tapmadın məndə
    əgər aldadırdın deyə bilərdin
    günhakar olmuşuq biz iki bəndə….

    Suallar içində qalmışam çaşıb
    indi zaman məndən nəyi gözləyir
    səbirdə inanki qalmayıb daşır
    içimin odunu çölüm bilməyir…..

    Mənim ürəyimin yazısı yoxmuş
    pozulub taleyim qismətim inan
    Fidan ruhu çökmüş mənasız sözmüş
    mənə söylədiyin hər şeyin yalan…

     

  • Tural ADIŞİRİN (Yeni şeir)

    turalAYB və DGTYB üzvü,
    Mən gördüm o qizı bir adı pünhan,
    Görüşə qaçırdı əlində dəftər.
    Bir vaxta düşmüşdü görüş, imtahan,
    Orda da, burda da gözləyirdilər.
    Müəllim, rəhm eylə çıxsa yadından,
    Bir az fikirləşsə, bir az macal ver,
    O da imtahandı, bu da imtahan,
    Məhəbbət fənnindən qıza sual ver.
    Ələ məqam düşüb, o, ürək açıb.
    Çəmənə iz düşür, izə şeh düşür,
    Bəlkə taleyinin dalnca qaçıb,
    Qız “3” ə danışsa, qıza “5” düşür.
    Səadət diləyək,gərək,o qıza,
    Göz nurla sevinsin, ürək eşq ilə,
    Oğlandan “5” alsa, səndən “3” alsa,
    Nuş olmaz, müəllim, “3”-ü “5” eylə.
    O da imtahandı, bu da imtahan,
    Demə orda bilən, burda bilməyir,
    Eşqin pedaqoji qanunlarından,
    Sizin fakültədə dərs keçilməyir…
  • Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib

    5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri nəzərə alaraq sərgi Azərbaycan, İngilis, Rus, Türk dilləri olmaqla 4 dildə olmaqla keçirildi. Sərgidə milyonlarla il yaşı olan tam orjinal 30 fosil (daşlaşmış canlı qalıqları) sərgiləndi. Xalqa paleontologiya elmi, fosillər və canlıların təkamül keçirmədiyi haqqında ətraflı elmi məlumatlar verildi.

  • Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”

    sekil

    Qoyma ağlayım!
    Həyatım çox acılı!
    Sil göz yaşlarımı!
    Qoyma ağlayım!
    Həsrətim var, Sənsizliyim var!
    Acı çəkən dərdli ürəyim var!
    Sənsizlikdən parçalanan ürəyim var!
    Qoyma Sənsizlikdən ağlayım!
    Həyat məni hər addımda öldürür…
    Düşündükcə yoxsan həyatımda
    Bir daha gözlərim dolur…
    Gəl, qoyma, ağlayım!
    Mən də xoşbəxt olmaq istəyirəm.
    Mən yalnız həyatımda Səni istəyirəm!
    Ruhum da Sənsiz ağlayır!
    Geri gəl, qoyma, ağlayım!

  • Xəyalə SEVİL.”Gücüm çatmır”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O gətirən ümidlərin
    Yüzü gedər ,biri gəlməz.
    Günüm, ayım, ilim mənim
    Diri gedər, diri gəlməz.

    Bu dünyanın adamıyla
    Əyrim, düzüm düz gəlmədi.
    Mənim tər -təmiz hisslərim
    Qız getmişdi, qız gəlmədi.

    Vur ,yarala ürəyimi,
    Mən öləndə sağalaram.
    Tut başı aşağı məni
    Tut ,sirkələ, çoxalaram.

    Ruhum düşər bədənimdən-
    Qoru məni ,ruh qardaşım.
    Bu qocalmış ,əldən düşmüş
    Qarı məni ,ruh qardaşım.

    Cənnətə savabım mənim,
    Cəhənnəmə suçum çatmır.
    Qaldım iki aralıqda-
    Qayıdımmı ,gücüm çatmır.

  • Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”

    11351237_1618881298368906_9192770107247552831_n

    Bu nədi, İlahi, dözə bilmirəm ,
    Bu qedr özüme, mən , zülm edirəm ,
    Qarşimda bir ,duvar ,bir qaya sanki ,
    Bu qedr ,pissemimi .,düşününürəm mən ,
    Bilmirəm ne edim bu ağrilarla ,
    Sadec qelbimde boyük nifret var ,
    Qəlbimə ,biredki özü özemə ,
    Sadece yaşmaq isdemirəm mən ,
    Ne edim ,bilmirem ,axi bu nədi ,
    Bu qeder acilar neyimə qerk .
    Ehhh qəlbim ,sənlə küsəm mən daha ,
    Bir daha senlə danşmaram,mən ..
    Nə etdin sən mənə ,küsdürdün ,
    özümü ,özümlə, yenə…

    03.06.2015

  • Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”

    abdullamemmed

    QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM

    (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən, bağrımı dəlir,
    Haranın külünü töküm başıma ?!

    Yerinə düşmür heç, sözüm yerinə,
    Ha “İllah” edirəm- söz yerə düşür.
    Əyrilər ucalır düzün yerinə,
    Əyilə- əyilə düz yerə düşür.

    Yad əldə didilən bir əlçım yunam,
    Bir əlçim buludam yol çəkən gözdə.
    Köhnə bayatılı qəmli oyunam,
    Nəmli göz yaşıyam verilən sözdə.

    Kimi söz götürür, söz yerə salır,
    Kimi ot bitirir dillərin üstə…
    Dərdi şələləyib, çiynimə alıb,
    Çıxıb gedəcəyəm illərin üstən.

    Bəxtimin rənginə çalan ocaqda
    Gözlərim özgə rəng görmür- neyləyim?
    Qarala-qarala qalan ocaqdan,
    Gedən səadəti necə əyləyim?!

    Bir ovuc adamın əlindən qaçan
    Bir ovuc torpağam, bir ovuc suyam.
    Qərib çadırlara köksünü açan
    Yurdu qəribsəyən qərib harayam.

    Hər gözdən bir həsrət, bir qüssə yağır,
    Bir qərib hava çal, isinsin canım.
    Qəriblik alnıma yazılan ağı,
    Qəribəm, yurdumda qəribəm, canım!

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən başıma gəlir,
    Haranın külünü töküm başıma?!

    Azerbaycan. Quba.
    19.02.2001.

  • Qalib ŞAMXALOĞLU.”Ürək”

    y

    Nə vaxtdı baxıram yollara sənsiz ,
    Düşmüşəm səhraya , çöllərə sənsiz .
    Dözə bilməyirəm illərə sənsiz ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Gündüzüm gecətək qaralanıbdır ,
    Bu dərdli ürəyim paralanıbdır .
    Ürək pərdəsindən aralanıbdır ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Dərdi ürəyimə salası oldum ,
    Kədərlə baş – başa qalası oldum .
    Dilləndim , « zalımın balası » oldum ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Haqdan diləyirəm lütfi inayət ,
    Mənə zülm etməyin deyil cinayət ?
    Arxayın ol ki , sən partlar nəhayət ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Qalibin sevgisin anlamadın sən ,
    Eləcə kəsildin sən mənə düşmən .
    Bir dəfə cavab ver , bir dəfə dillən ,
    Bu qədər həsrətə dözərmi ürək ?

  • Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”

    10671462_1506906362912856_7090846000264678093_n

    İcazə ver deyim sözün doğrusu,
    Qoy olum üzündən busə oğrusu.
    Ürəyimin bəlkə keçə ağrısı,
    Qulaq as sözümə incitmə məni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Xumar baxışlara heyran olmuşam,
    Sənsizlikdən xəzan kimi solmuşam.
    Nə müddətdi mən də sənsiz qalmışam,
    Sənsiz çoxalıbdı saçımın dəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Sən eşid Naili yaxın gəl gülüm,
    Sənsiz qalsam vaxtsız bükülər belim.
    İsti əllərinə gəl yetsin əlim.
    Dağıt xəyalımdan dumanı-çəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

  • Elnur RƏSULOĞLU.”İçində”

    elnurresuloglu

    Gecə qonaq idin yuxuda mənə,
    Qapımı döyürdün qorxu içində.
    Bildim ki, bu sənsən duycaq ətrini,
    Ətirlər içində, qoxu içində.

    Yox oldun baxmamış gözlərinə mən,
    Səni tapdım düşüb izlərinə mən,
    Başımı qoymuşdum dizlərinə mən,
    Yuxuya getmişdim yuxu içində.

    Yuxudan oyandım, ayıldım sənsiz,
    Dözmədi ürəyim bayıldım sənsiz,
    Bir dəli, divanə sayıldım sənsiz,
    Hörmətdən də düşdüm çoxu içində.

  • Elnur ABDİYEV.”Ömürdən”

    1424259792_elnur

    Külək döyür,ömrümüzün yazını,
    Yarpaq-yarpaq günlər uçur ömürdən.
    Yaşayırıq Tanrı yazan yazını,
    Hər günümüz gün-gün köçür ömürdən.

    Kiçilirik böyüdükcə yaşımız,
    Ağır olur bəzən ömür daşımız.
    Dünya boyda bir qazanda aşımız,
    Qaynadıqca buğ-buğ içir ömürdən.

    Elnur Coşqun,sevgi ömrün marağı,
    Qəlb telini darar eşqin darağı.
    Həyat alıb əlinə bir orağı,
    Gün keçdikcə günü biçir ömürdən.

  • Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ay, çöhrəsi duvaqsız,
    Namusu suvaqsız ləçər,
    Sən bildin nədi ayrılıq?
    …Sevgi yaralarımın qaysağını
    qopardana qədər pirdin mənimçün.
    Əlçatmaz, bakirə adamdın;
    İndi nəşəsi olmayan sığal kimisən.
    Gözlərinə de ki, bir də
    30 il məhkumluq yaşamış bir kişi
    yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
    Sanma, ayağına düşüb
    pozğun baxışlarına aldanacam.
    Mən gerçək sevgi ölüsüyəm,
    Yalançı eşq dəlisi yox.
    Mən sənin nəyini sevdim axı?!
    Heyif, səninçün ən şirin çağlarımdan,
    ən çox sevdiyim qadından keçdim –
    gəncliyimin dadından keçdim.
    Heyif o gözlərə ki, sənə baxdı,
    Heyif o əllərə ki, özgə sığalına məhkum
    saçlarına tumar çəkdi.
    Məni vicdan qorxuları,
    Səni qumar çəkdi.
    Bəsdi, mələk donu geydin.
    Tale kitab deyil,
    Ömür də yol.
    Ayıbdı, bir az özün ol.

  • Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan

    Gulnarexanim

    Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın.
    nəfəsimi çəksəm ciyərlərimə
    hopardın bəlkə də
    hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
    sənsə az qala ürəyimi taptalayacaqdın
    yanımdan qızılquş kimi şığıyıb getdiyində.
    bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
    özümü aldatdım,
    tənhalığımın təkliyində.
    yaxınlaşıb salam verə bilmədim gedişinə.
    yola salmağa həvəsli kimi.
    ey qarmaqarışıq ruhumun qonağı,
    xoş gəlmisən demədən,
    xoş getdin dedim gəlişinə.
    şirin sözə ac olduğum halda, acıdım.
    divara hörülmüş kimiyəm.
    yeriyən daş gördünmü heç?
    taptasanda sinəmdəki daşı taptayacaqdın!
    divarlaşmışam insanların arasında.
    sərhədlərim keçiləməz olub.
    hərdən daşın gözlərindən yağış damcılayanda,
    yanağım islanır.
    dup-duru bulaq qaynayır elə bil.
    hərdən də,
    guruldayıram şimşək kimi göyün üzündə.
    nə daşım əriyir,
    nə də səsim kiriyir.
    sədləşirəm,
    sərhədləşirəm,
    hisslərimdə.
    varlıqla yoxluq arasında nə sən varsan,
    nə də mən!
    biz yoxuq!
    gedişin mübarək,
    gəlişinə daşlaşdığım!
    divara xoş söz desən nə olacaqdı ki…

  • Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

    necibexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru

    Nədəndi bu qədər soyuqsan mənə.
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
    Yoxsa sözlərin də sənə yad oldu?

    Bəlkə günahkaram, bəlkə suçunam?
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxular da şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət şürüşüb,
    Həsrətin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam.
    Nağıla dönmüşəm qış gecəsində.
    Bu eşqin önündə qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam.
    Qınama, məni də yorub bəlkələr,
    Özümlə-özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin buz nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi
    Mən də ki, dözmürəm soyuqluğuna.

  • Təranə ŞƏMS, (yeni şeir) Buludam

    teranexanim

    “Elimiz.Günümüz” qəzetinin əməkdaşı,

    şairə, jurnalist, publisist

    Buludam, dolmuşam leysan tökərəm

    Torpağı yuyaram, sevgi əkərəm.
    Qəlbimdən keçəni, zilə çəkərəm.
    Kaş məni bir duyan, anlayan ola.

    Yağarsa yağışlar, daşqın qorxusu
    Ətrafa yayılar torpaq qoxusu,
    Duymaz gözəlliyi bəzən çoxusu,
    Uyarıb nadanı, qınayan ola.

    Buludlar dağılar, günəş nazlanar
    Səmadan, sayrışan şəfəq sallanar.
    Təbiət özü də, bəzən aldanar,
    Bu nəfis duyğunu, anlayan ola.

    Yağmurlar daşüstə, çiçək bitirər
    Hər düşən toxumu, göyçək bitirər.
    Çürüyü, çürüdər, gerçək bitirər,
    Qananı yuxulu, sanmayan ola.