Blog

  • Saqif QARATORPAQ.”Bu can deyil artıq,bilirəm can belə olmaz”

    saqif muellim

    Bu can deyil artıq,bilirəm can belə olmaz,
    Salmış qəfəsə canımı,canan belə olmaz.

    Səpdim yoluna göz yaşımı, döndü dürr oldu,
    Baxdı rəqibim,söylədi ehsan belə olmaz.

    Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər,
    Bu surət ilə vallahi insan belə olmaz.

    Həsrət gözümü şad elə,bir pərdə görün sən,
    Bir pərdə qədər ömürdə hicran belə olmaz.

    Yalvarsam əgər Fatehə taxtından enərdi,
    Zalım balası rəhm elə,sultan belə olmaz.

    Dildən dodağa yetdi axır,söz də qocaldı,
    Döndü yüz ilə,yüz deginən an belə olmaz.

    Saqif yolunu Minada gözlər ki,gələrsən,
    Kaş ki deməsin öz yarı qurban belə olmaz.

  • Şəfaqət CAVANŞİRLİ.”Ölümə”

    Qaşla-göz ayrımında qalan ölüm,
    Tələsmə ömrümə balta vurmağa,
    Təzədən cücərir sönmüş arzular,
    Təzədən həvəsim var yaşamağa.

    Könlün arzulayır əbədi qonaq,
    Ruhun bir üzünü yorğun görəndə,
    Nə qədər cavanıq, insafın olsun
    Qurdlar süfrəsində qurdlar görəndə.

    Ya çəkimiz ağır qoca dünyada,
    Ya da başqa gözlə çox pis baxırsan.
    Almısan əlinə min cür silahı,
    Biz öndə, sən geri, bizə qaçırsan.

    Qaçmaq çox asandı, gözlər yumulsa
    Onda ayaqlar da yerdən kəsilər.
    Sən qurdları say, yumruq olubsa,
    Cavan əllərimiz dibdən kəsilər.

    Hələlik, bu qədər, sənə son arzum
    Üz-üzə gələndə yolunu dəyiş.
    Uzan yazılıbsa, düşünmə pozum,
    Həyanla utandır, baxışı dəyiş…

  • Şafa KAMİLLİ.” Birdənəmsən…”

    11061280_1614076985516004_9113405962356190684_n

    Sen olmasa neçə gülum,
    Dodağimda ğülüşmsən,
    Bu dünyada sevinc payim,
    Tək ,yeganə, sevgilimsən…
    Sensiz qala bilmirəm mən,
    Senlə nəfəs aliram mən,
    Sevgi payim ,ğülüş payim,
    Tək ,yeganə sevgilimsem,
    Sen mənimsən ,yeganəmsən ,
    Birdənmsən ,ürəyimsən,
    Gülüş payim ,hər şeyimsən…
    Bəxd ulduzum yaşa daima,
    Bu ürəkdə yeganəmsən…

    17.05.2015

  • Zeynəb Dərbəndli (Yeni şeir) Laçınım….

    z

    LAÇINIM

    Sənə dağ çəkdilər,yara vurdular,
    Yol, cığırlarını kəsib durdular.
    Milləti arı tək əzib, qırdılar,
    Oldu kənd, şəhərin talan Laçınım.
    Ay gözü yollarda qalan Laçınım.

    Körpələr tank altda əzdi, boğuldu,
    O cənnət el oba yandı, dağıldı.
    Sanmayın, yazdığım keçmiş nağıldı,
    Çöl, çəməni xəzan olan Laçınım.
    Ay güzləri yolda qalan Laçınım.

    Səni əsir edib, yaraladılar,
    Ləşləri ləş üstə sıraladılar.
    Adımızı qaçqın qaraladılar,
    Səni yıxdı fitnə, yalan Laçınım.
    Ay gözü yollarda qalan Laçınım.

    Dərbəndli Zeynəbəm, qələmim ağlar,
    Vuruldu köksümə, sağalmaz dağlar.
    Gözümə görünmür yaylağlar, dağlar,
    Öz yerində, əsir olan Laçınım
    Ay gözü yollarda qalan Laçınım.

  • “Füzuli – sufistik səmtlənməsi ədəbi kontekstdə”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Bilirik ki, ədəbi proseslər ictimai əksliklərin dəyişən meyllərini ifadə edir. Bu dəyişmə ara-sıra kəmiyyət çoxluğu yaratsa da, əksər hallarda keyfiyyətə zəmin doğurur. Keyfiyyətin özü də bir predmet olaraq qarşı və əks istiqamətə dəyişilməyə məruz qalır. Səmimi etiraf edək ki, 70-ci illərdən başlayaraq keyfiyyət yerdəyişmələri obyektdaxili ziddiyyətlərin mahiyyət qatında ədəbi əksliklərin mübarizəsini gücləndirib, köhnə ənənəçi formalara bir növ, sərhəd qoyub, fəlsəfi təzahürlə qarşılıqlı-dialektik münasibətləri artırıb. Elə çağdaş Azərbaycan ədəbiyyatşünaslığına yorulmadan xidmət edən bir çox ədəbiyyatşünasın – xüsusən Gülşən Əliyevanın (Kəngərli) da yaradıcılıq meylləri özünün keyfiyyət sıçrayışları ilə inkişafa yönələn dəyişmələrə təkan verir. İlk olaraq bildirək ki, ədəbiyyatımızın, ədəbiyyatşünaslıq elmimizin bu cəfakeş və əməksevər xidmətçisinin filoloji-elmi və fəlsəfi təhlilləri özlərinin orijinal forması, fəlsəfi-mistik, elmi çək-çeviri, məzmun əlvanlığı və obrazlar əhatəsi ilə diqqət çəkir, ədəbi ziddiyyətli xarakterlərin spesifik əksliklərini konkret arqumentlərlə verir. (daha&helliip;)

  • A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub (FOTO)

    A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub

    Ensonxeber.az-ın məlumatına görə, hər gün Türksat, Azərspace, Arabicsat peyklərindən və 800-ə qədər saytdan canlı olaraq bir neçə dildə yayımlanan, təkcə internet üzərindən günlük izləmə sayı 1 milyondan çox, peyk üzərindən isə milyonlarla olan A9 Televiziyasında “Adnan Oktarla Söhbətlər” verilişinin bu dəfəki qonaqları azərbaycanlılar olub. Verilişdə Azərbaycandan Ramiq Vəliyev, Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Aysel Vəlizadə, Sevinc Haqverdizadə,L’man Piriyeva, Elvin Pirquliyev iştirak edib. Verilişdə cənab Adnan Oktar müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdən bəhs edərək başlayıb. Daha sonra Azərbaycandan gəlmiş qonaqlarla tanışlıq olub. Qonaqlardan Ramiq Vəliyev Azərbaycanda görülən işlərdən, ölkəmizdə gedən inkişafdan, Olimpiya oyunlarından və ümumilikdə Azərbaycan barədə məlumat verib. Daha sonra verilişdə Azərbaycan haqqında hazırlanmış qısa sənədli film göstərilib.

    Cənab Adnan Oktar cənab prezident İlham Əliyevin İslam dini ilə bağlı sözlərindən bəhs edib və Ramiq Vəliyev Prezidentimizin İslam dini ilə bağlı sözlərini oxuyub. Cənab Adnan Oktar Prezidentimizin ailəsinin müasir və imanlı olduğunu vurğulayaraq ona və ailəsinə dua edib, gənclər tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. Verilişdə Bakı şəhərinin gözəlliyi haqqında söhbət edilərək, Bakının «Qafqazın Parisi» olduğu vurğulanıb. Verilişdə eyni zamanda yeni tikilən Heydər məscidi haqqında məlumat verilib.

    Cənab Adnan Oktar azərbaycanlılar haqqında bu sözləri deyib: “Azərbaycan xalqı candır. Cəsarətlidir, vicdanlıdır. Çox tərbiyəlidir azərbaycanlılar. Çox hörmətlidirlər. Əxlaqları idealdır. Heç degenerasiya olub pozulmadılar, çox əsalətli qaldılar”.

    Cənab Adnan Oktar Azərbaycanda İslam dini ilə bağlı görülən işlər barəsində bu sözləri vurğuladı: “Təbii ki, İlham bəy çox ağıllı davrandı, xurafata qapını heç açmadı. Həqiqi İslamın qapısını açdı, xurafatın qapısını bağladı”.

    Cənab Adnan Oktar verilişdə Qarabağ problemi haqqında maraqlanıb və Ramiq Vəliyev cavab olaraq torpaqlarımızın 20% – nin hələ də işğal altında olduğunu vurğulayıb. Cənab Adnan Oktar isə məsələ ilə bağlı bunları deyib: «Onu geri alacaqsınız (işğal olunmuş torpaqları), onu geri alacaqsınız, mənə güvənin yaxında onu geri alacaqsınız”.

    Daha sonra cənab Prezidentimiz və ailəsinin Həcc ziyarətinin şəkilləri göstərilib Adnan Oktar yenidən Prezidentimiz və ailəsinə dua edib. Verilişdə son olaraq Azərbaycan və Türkiyə dövlətləri arasında viza və pasport rejiminin aradan qaldırılmasının vacibliyi vurğulanıb. Cənab Adnan Oktar Azərbaycan və Türkiyə arasında viza və pasport sisteminin ləğv edilməsinin lazım olduğunu vurğulayaraq bu sözləri deyib: «Mən avtomobillə Bakıya gedib restoranda yemək yeyib geri gələcəyəm. Amma məndən xarici pasport tələb edilməməsi şərti ilə”. Verilişin sonunda cənab Adnan Oktar Azərbaycan dövlətinin hər türk övladının dövləti olduğunu vurğulayıb və Azərbaycanın inkişafı üçün dualar edib.

  • Eqoizm – ağıl ya ağılsızlıq?

    SavalanDüşünmək, həqiqətən də, böyük nemətdir. Bu gecə insanların bir çoxunun açıq həqiqətlərə, elmin ortaya qoyduğu vacib nəticələrə nə üçün belə biganə yanaşdığını düşünürdüm. Öncəliklə, insanların hadisələrə qarşı niyə heç reaksiya vermədiyi mənə çox təsir etdiyi üçün bunun mənşəyini düşünürdüm. Ardınca düşüncələrim uzandı və bu məqalə yarandı.

    Düşündüyüm şeylərdən biri də o idi ki, daha çox nə edə bilərik? İnsanların diqqətini dünyadakı bu qeyri-adi və fövqəladə hadisələrə necə yönəldə biləcəyimiz barədə düşündüm. Dünyanın müxtəlif yerlərində hər gün milyonlarla insan davamlı müharibə vəziyyətinin doğurduğu ölüm və işgəncə ilə, aclıq, səfalət və hər cür zülmlə qarşı-qarşıyadır. (daha&helliip;)

  • Əziz MUĞANİ.”Dost”

    1509680_782335231858445_8174014256845948200_n

    Dərd üstə inləyən bir saz kimiyəm
    Səsimdə bilinər kədərim, qəmim
    Sevincdən avazım bəlkə ucalar
    Dost mizrabı ilə çalınsa simim

    Böyükdür hikməti anlasan əyər
    Nadandan soruşma, o uca bilmir
    Bir hecaya sığan böyük xisləti
    Cümlələr sətirlər tam aça bilmir

    Böyük bir ümmandı, dərin dəryadı
    Sirrini anlasan qəlbinə dolar
    Xəyanət eyləsən əhdi peymana
    O yerlər ömürlük məzarın olar

    Yaxşı dost insana vüqar kimidi
    Mən onu əyilməz bir dağ bilirəm
    adına min kərə qara yaxsalar
    Dostumu qəlbimdə düm ağ bilirəm

    Uğurun qoşası qisməti olsun
    Verməsin dubirlər nərdi dostumun
    Sevinci mənim də sevincim olar
    Sızladar könlümü dərdi dostumun

  • Debüt: Aqil KƏNGƏRLİ (Göyçay rayonu).Yeni şeir

    a

    Aqil Kəngərli (Cəfərov Aqil Abbas oğlu) 1972-ci il 1 sentyabrda Göyçayda anadan olub. 1995-ci ildə BDU-nu, 2002-ci ildə Azərbaycan Müəllimlər İstitutunu bitirib.Tarixçidir. Bir neçə il “Azərbaycan” nəşriyyatında, müxtəlif redaksiyalarda jurnalist kimi çalışıb.”Xalq”, “Millət”, “Vətən səsi”, “Press-əks səda”, “Hünər”, Sabaha inamla”, “Hürriyyət”,”Azad yeni fikir” və s.qəzetlərdə müxbir,şöbə müdürü,redaktor işləyib. 2001-ci ildən pedaqoji sahədə çalışır. Hazırda Göyçay şəhər 7 saylı tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.”Məktəb-Press”qəzetinin əməkdaşıdır. Dövrü mətbuatda çap olunmuş 700-dən çox məqalənin və “Bir Allahın eşqinə” (2004), “Tanrı yolunda” (2005), “Yaxın və uzaq tarix” (2009), “Məni çağır yuxuna”(2013), “Mixaylonun silahdaşı –Partizan Qədir”(2014)və “ Vaxtsız getdi gəncliyim”(2015) adlı 6 kitabın müəllifidir. O, “Qızıl qələm”, “H.B. Zərdabi”, “Xalqın nüfuzlu ziyalısı”diplomlarına, “Xəmsə”ədəbi mükafatına layiq görülüb. Bir sıra kitablarda A. Kəngərlinin şeirləri verilmiş, adı “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” toplusuna , Ginnesin Rekordlar Kitabına namizəd olan “Avrasiya şairləri antalogiyasına”salınmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İraq-Tükmən Yazarlar Birliyinin üzvüdür.

    YENƏ DƏ BİRLİKDƏYİK

    Yenə də birlikdəyik, kədər uzaq, əhval saz,
    Elə sarılmışıq ki, bizi ayırmaq olmaz.
    Yalnız sevənlər duyar, qəlbi daşlar anlamaz,
    Göy otlar üstündəyik, nə lazım yorğan-döşək?

    Ağ üzünün rəngini, qardan almısansa, de,
    Şölə saçan camalı, nurdan almısansa, de,
    İnsaf et, bu baxışı, hardan almısansa, de,
    Dərdi-qəmi unudaq, bir şənlənək, gülüşək.

    Ömür keçir, il ötür, biz də doluruq yaşa,
    Bu fürsətdir, düşübdür, əsla verməyək boşa.
    Bu sevgidən məst olub, elə gəlmişəm cuşa,
    Gəl, həftədə bir gün yox, günaşırı görüşək.

  • Qalib Şamxaloğlu Aliyev (Yeni şeir) Turan dardadır …

    y

    Turan dardadır ..

    Qoy bilsin dost , düşmən , qoy bilsin cahan ,
    Men Oğuz türküyem , vətınim Turan !
    Ey Türk irqi , yatma , yuxudan oyan ,
    Vətən parçalanıb , Turan dardadır !

    Osmanlı tək durdu Çanaxqalada ,
    Avropanı vurdu Çanaxqalada !
    Ey , vuruşan ordu Çanaxqalada ,
    Vətən parçalanıb , Turan dardadır !

    Bilirsənmi neçe kərə bölünüb ,
    Azerbaycan altı yerə bölünüb !
    Tarix boyu düşüb şərə , bölünüb ,
    Veten parçalanıb , Turan dardadır !

    Kerkükde zülümler çəkir Türkmanım ,
    Yazılmır igidlik , mərdlik dastanım !
    Türk oğlu , sənədir bircə gümanım ,
    Vətən parçalanıb , Turan dardadır !

    Qazaxlar olublar rusun vassalı ,
    Uyğurlarım Çinde qanlı , qadalı !
    Səssiz qalma , millət , alma və balı ,
    Vətən parçalanıb , Turan dardadır !

    Ey Türk oğlu , namus , şərəf Turandır ,
    Bizə sələf , bizə xələf Turandır !
    Çözülməyən əsas kələf Turandır ,
    Veten parçalanıb , Turan dardadır !

    Şamxaloğlu fəryad edir , ey Xuda ,
    Çəkilsin yurdumdan bu qan , bu qada !
    Ey millətim , səs ver , sən bu fəryada ,
    Vətən parçalanıb , Turan dardadır !

    . . Qalib Şamxaloğlu

  • Fidan Abbasova (Yeni şeir) Bu dünyada vəfa yoxdur….

    y

    Bu dünyada vəfa yoxdur olsa – olsa qəm gətirər
    gül sandığın tikan olub çəmənlikdə kol bitirər
    sevən insan vicdan bilib ürəyində yar götürər
    niyə mənim taleyimi belə yazdım ulu tanrım?
    yəqin məndə günhakaram öz yolumu bir az azdım……………..

    Qəlbində bir insaf varsa doğru görüb doğru düşün
    nə mənası acı sözlə , təhqir edib pis söyüşün
    yaxşılığı savab üçün gösdər deki budur işim
    niyə həyat amansızdır bizə qarşı ulu tanrım?
    ürəyimdə insafsıza özü boyda məzar qazdım.

    Məni dost bil deyən kəslər gün gəlincə qaçıb getdi
    bir yuxu tək yatmış olan arzularda gözdən itdi
    bir gün varam , bir gün yoxam kim axdardı mərak etdi
    niyə insan övladının sözü belə ulu tanrım?
    yalan olan yerdə məndə doğru olan şer yazdım.

    Ürəyimi üzən qəmdən sevinc bilib tutan Fidan
    hər kölnünü yaxın bilib sonra səni yalan yozan
    qulağıma səhər tezdən dinlədiyim duam Azan
    məni daha sınaq etmə yorulmuşam ulu tanrım
    yaşadığım bu ömürdə kaş heç birdə olmayaydım..

  • Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) TANRI BUYURUBSA….

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    TANRI BUYURUBSA

    Ay sevgilim, gəlsən əgər,
    Xoş arzuma yetərəm.
    Qəlbimdəkin bilsən əgər,
    Çiçək olub, bitərəm!
    Axı özün bilirsən ki,
    Sənsiz bir bənövşəyəm.
    Səni uzaqdan görüncə,
    Şirin nar, gülövşəyəm.
    Ürəyini verəsən,
    Qədrini bilənlərə.
    Daim dua edəsən,
    Sevib-sevilənlərə!
    Sevgi ətri ürəkdə,
    Çağlayan bir bulaqdı,
    Hamımızın izləri,
    Bu dünyada qonaqdı.
    Sev ay ürək, bir alovsan,
    Bir ocaq!
    Bədxahların öz yerində sayacaq!
    Fələk pisin gözlərini ovacaq,
    Tanrı buyurubsa…
    Olan olacaq!

  • Şəfa VƏLİYEVA (Yeni şeir) “Bizim” dediyimiz ömür qurtarıb

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    nə eləsən elə… yadıma gəlmir,
    necə açılmışdı tale qapımız…
    Bakı küçələri tapa da bilmir
    harda dolaşıbdı addımlarımız…

    bizim pəncərəmiz yaman utanıb,
    örtüb rübəndini yanaqlarına…
    “bizim” dediyimiz ömür qurtarıb,
    yaşam artıq “sənin”, “mənim” adında…

    o qız ölüb… məzar daşı ömrünün
    “eşq” adlı tənhalar şəhərindədi…
    mənim boyadığım qara gününün
    ağlığı yoxluğum qədərindədir..

  • Gülnarə SADİQ.”Nə vaxtsa…” (Yeni şeir)

    gi

     

    Nə vaxtsa bir gün, şeirin birində,
    Hansısa misrada qovuşacağıq.
    Sərin kəlmələri düzüb yan – yana,
    Elə şeirdəcə yaşayacağıq.

    Gecə ulduzları – qələm götürüb,
    Düzəcək sakitcə vərəq üstünə.
    Durmadan yağacaq o ağ yağışlar,
    Eşqimin rəsmini sözlər çəkəcək.

    Heç vaxt dadmadığım göz yaşlarını,
    Tökəcək gözümə bu şair indi.
    Həsrətdən üşüyən hər ümidimi
    Yanan ürəklərə bükəcək indi.

    Araya suallar gələcək hərdən,
    Durmadan döyəcək qəlb qapısını.
    Çiçəklər, ləçəklər acıq eyləyib
    Didərgin salacaq bal arısını.

    GÜLNARƏ SADİQ

  • Hikmət Məlikzadə (Yeni şeir) Düşür….

     

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Düşür....

    Gülmə, güldükcə, mələklər də olur xar, düşür,
    Hərə bir donda, müəmmada səbəbkar düşür.

    Sevmək üstündə neçə aşiqi boğmuş hicran,
    Eşqi donmuş adamın qəbri, baxın, dar düşür.

    Torpaq, üstündə gedən köçlərə ünvan vermir,
    Tanrı sıxdıqca, bulud silkələnir…, qar düşür.

    Candı, üzməklə, cana vəlvələ düşmür əsla,
    Bağbanı yoxsa, bağın ortasına bar düşür…

    Hikmət, əhvalını pozmur davakar insanlar?
    Niyə axşamçağı ancaq yadına yar düşür?

  • Gülnarə İSRAFİLQIZI (Yeni şeir) Şuşam

     

    g

    Şuşam!

    və ağız suyunda laxtalanmış
    gözümdə ölmüş inqilabam!
    başı dumanlı,
    yaşıl tumanlı,
    qırmızı koftası soyundurulmuş,
    Şuşam!
    əllərdə oyunmuşam.
    Çiliklənmiş qeyrətindən
    bircə ovuc…
    yox,
    Mən səndən də böyük daşlaşdırılmış
    daşam.
    gözləri, ürəkləri tutmuşam,
    susdurulmuşam, susmuşam.
    qoy pıçıldayım…
    Şuşa günün mübarək Şuşam!

  • Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) VƏTƏN OĞLU.

     

    z

    VƏTƏN OĞLU.

    Sən vətənin övladısan,
    Şanı, şöhrəti, adısan.
    Elin qolu, qanadısan,
    Məğrur yaşa vətən oğlu.

    Elinin dayağı oldun,
    Işığlı çirağı oldun.
    Düşmənə göz dağı oldun,
    Məğrur yaşa vətən oğlu.

    Səni əymədi şər, yalan,
    Qoydun millət yolunda can.
    Səninlədir Azərbaycan,
    Məğrur yaşa vətən oğlu.

    Adın gələndə yer əsir,
    Düşmən ölməyə tələsir.
    Sözün, neçə dili kəsir,
    Məğrur yaşa vətən oğlu.

    Özün, adın boyda dağsan,
    Şir ürəkli, bir qoçaqsan.
    Azərbaycana dayağsan,
    Məğrur yaşa vətən oğlu.

    Ad qazandın hünərinlə,
    Qürur duydun vətəninlə.
    Zeynəb, fəxr edir səninlə,
    Məğrur yaşa vətən oğlu

  • Şəfa KAMİLLİ.”Uzaq dur məndən…” (Yeni şeir)

    1057881_584987098245357_844041490_n (1)

    Uzaq dur məndən…

    Hec sevməzdim gərək ,
    Bu mənim nəyimə gərk
    Ağrilr acilar isdemirəm mən ,
    Bu ürək qiriqdi yetəriqədr ,
    Uzaq dur ,sil at qəlbindən ,
    Demişdim ,üzərəm qiraram səni ,
    Uzaq dur ,sən məndən ,
    Yarali qəlbimdən ,
    Sevmə ,yaziqsan səndə qel məni ,
    Məndə söz bir daha sevməyəcəyəm ,
    Yarali könlümlə verib baş -başa ,
    Yaşaram ölütə tək sninlə sənsiz ,
    Yarali könlumdə yaşarsan ,yaşa .
    Ölənə kimisən öz xəyalinla ,
    Cox illər axdardim seni ,
    Tapdimasa soruşdum ,
    Özümdən ,bəs niyə tapdin ,
    Könlunə ,bir məlhəm tapdin onu sən ?
    Üzaq dur sən məndən ,
    Yarali könlmdən,qirmiyim səni ,
    Uzaq dur sən məndən ,qizmiyim səni ….
    Üzmüyum ,du zəhər dilimlə səni ,
    Uzaq dur ,sən məndən ,qirlar qəlbin ,
    Sən ,sevmə ,sevmə unud sən məni …

  • Pərvanə İsmayılova (Yeni Şeir) Kaş…..

    000

    İsmayılova Pərvanə Nurəddin qızı 1990-cı il may ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Baki Dövlət Universitetini bitirərək psixoloq ixtisasına yiyələnib Ailəlidir. 2 övladı var

    Qələm də bezibdi səndən yazmaqdan,
    Artıq tükənibdi gözümdəki yaş.
    Sətirlər dillənir ,misralar dinir,
    Ah səni unuda biləydim mən kaş….

    İndi o həsrətin mənə yük qalıb,
    Taleyim bəxtimə nə dönük qalıb.
    Dərdindən ömrüm də bax sönük qalıb,
    Ah səni unuda biləydim mən kaş….

    Sənə yox nifrətim ,ancaq özümə,
    Unutmaq beləmi çətin ,dözmürəm.
    Bu tənha qəlbimi sənsiz üzürəm,
    Ah səni unuda biləydim mən kaş….

    Səndəmi beləsən,söylə mən bilim,
    Yoxsa ki,çoxdanmı unudulmuşam,
    Məktubun dərmanım, xəyal təsəllim,
    Ah səni unuda biləydim mən kaş….

    Sənsizlik qəlbimdə yanar bir ocaq
    Elə hey səninçün yanıram nahaq.
    Həsrətin çox yaxın özünsə uzaq,
    Ah səni unuda biləydim mən kaş….

    Unuda biləydim olub keçəni,
    Dərdimi yadlarla böləydim mən kaş.
    Qəlbim bir söz deyir, dilim başqa söz,
    Ah səni unuda biləydim mən kaş….

  • HARİKA UFUK

    h

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    ERGUVAN RENGİ BENGİ YALNIZLIKLAR

    Gecenin sessizliğinde
    Saatin ayak sesleri
    Ürkek, aciz,
    Ağır aksak ritmiyle
    Koynunda yitti
    Harcanmış bir ömrün!

    Islandı kirpikler,
    Yaz yağmuru indi yüreğe
    Acımsı bir türkü eşliğinde…

    Eller açıldı gökyüzüne,
    Yağmur duasına çıkılmış gibi
    Bengi taş oldu umut,
    Erguvan rengi
    Bengi yalnızlıklara…

     

  • Kənan AYDINOĞLU

    47

    Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Bir dövrün, zamanın astanasında,-
    Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
    Doğma diyarının ulu öndəri,-
    Hayanda oldusa yenə haqq dedi.

    Bu ulu torpağa, ulu diyara,
    Öndərin sevgisi bitmədi şükür.
    Sevincdən gözləri dolan torpaqda,
    Rəhbərin zəhməti itmədi şükür.

    Yenə tarix boyu göyə ucalan,
    Bayrağın önündə əyilməyi var.
    Ruhunun önündə əyilən dünya,
    Tanrıdı öndərə yenə, yenə yar.

    Bir dastan qoşulsa, ulu öndərə,
    Böyük bir diyarda-yurdda səs eylər.
    Ömrünü qələmə almaq istəsəm,
    Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

    Şərəfli bir ömrü yurdda yaşamaq,-
    Mən indi bildim ki, asan deyilmiş.
    Gözünə baxanda gördüm ki, göz də,-
    “Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

  • Şəfaqət Cavanşirli “Satılmışlar” (Hekayə)

    sefaqet

    Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın masanın üstündəki dəftər qələmə yaxın qoydu. Soba yalnız otağı isidirdi, şam isə rahat yazmağı üçün işıq salacaqdı. Masanı lap qabağa çəkib əyləşdi. Hardan, necə başlayacağını bilmir, qaranlıqda yatmış balalarına kədərlə baxmağından məlum olurdu ki, yazdıqları onlara aid olacaqdı. Dəftəri açdı, dərindən ah çəkdi. Qələm əlində əsirdi, həyəcanlıydı. Çox fikirləşəndən sonra yazmağa başladı: (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Nə qədər yanımdasan”

    sefaqet

    Nə qədər yanımdasan,
    Vaxt itirmə, əylənək,
    Ürəyimizi boşaldaq, danışaq,
    Lazım olsa savaşaq, (daha&helliip;)

  • Deyişmə: Pərvanə İsmayılova və Elnur Coşqun

    1424259792_elnur

    Pərvanə İsmayılova

    Getdin bir qış günü sorğu-sualsız,
    Qorxdum baharı tək çağıram sənsiz.
    Hicranın həsrətli yağışı kimi,
    Özgə çöllərinə yağıram sənsiz.
    (daha&helliip;)

  • Debüt: Müzəffər MƏZAHİM (Neftçala).Yeni şeirlər

    Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
    1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
    Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc olunmuşdur. O dövrkü “ Azərbaycan gəncləri ,, “ Bakı axşam ,, “ Sovet kəndi ,,“ Bərəkət ,, “ Qala ,, və s. qəzetlərdə , “Azərbaycan “, “ Ulduz “, “ Qobustan “, “ Təşviqatçı”, “ Dialoq”, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub. “ Görüşünə gəlmişəm”, “Ata ocağı” və “Gələn baharadək” adlı üç şerlər kitabları çaptan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir.
    Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır. (daha&helliip;)

  • Aytaclar ölməsin deyə Quran əxlaqı

    sevincQuran əxlaqı sevgini öyrədir

    Həyatında Quranı ölçü götürən, həyatını Quranın hökmü, əmri və tövsiyələri ilə yaşayan, Quranda bildirilənləri əsas alan insanın sevgi anlayışı müasir cəmiyyətimizdəki sevgi anlayışından fərqlidir. Müasir cəmiyyətdə sevgi adı altında yaşanan münasibətlərdə hər kəs öz istəklərinin yerinə yetirlməsini gözləyir. Öz mənfəətini, öz rahatlığını güdür. Bu da təbii haldır. Çünki həyatının məqsədi yalnız bu dünyanı ən gözəl şəkildə yaşamaqdan ibarət olan biri üçün, əlbəttə ki, öz istəkləri hər şeydən öndə gəlir. (daha&helliip;)

  • Harika UFUK.”Çilli Kız Promete ve Hüzün yırtığı gözleri”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sönmeyen bir ateş dağın doruğunda
    Onulmaz yara
    Promete suskun
    Gece göz kırpıyor yıldızlara
    Ay hüzün yüklü
    Işığını eliyor dünyaya…
    Tıka basa acı yüklü
    Küçük gelinin çeyiz sandığı…
    Aç biilaç mahdumlar
    Geçmişin kalıntılarını aramakta
    Zifiri karanlık dehlizlerde…
    Bahçedeki erguvan ağacı
    Bükmüş boynunu,
    Günebakanların hep güneşe dönmesi
    Epey içerletmiş olmalı onu…
    Yarınların müzmin sevdalısı mahzun
    Çilli kızın çocuk gözlerinde yanıyor
    Bin hüzün yırtığı…
    Nerede kalmış,
    Nereye saklanmış
    Umudun rengine boyanmış bayırlar?
    Çilli kızın yüzüne vurmuş
    Akşamın ıslak alacakaranlığı
    Gecenin alev deminde…
    Bir lale açılmış
    İçinde bin bir lale devri ile
    Selamlamakta gökyüzündeki
    Göçmen kuşları,
    Her kuş ayrı diyarlardan
    Farklı haberlerle gelmiş gibi
    Kızıl laleye anlatıyor macerasını…
    Takvimlerde düşen sarı gülü
    Promete alarak
    Çilli kızın turuncu saçlarına iliştiriyor.
    Günebakanlar güneşi terk edip
    Sarı güle dönünce yönünü…
    Umudun rengine boyanmış bayırlar,
    Mutlu, gülümsüyor.
    Güllü kızın çilli yüzüne vurmuş
    Akşamın ıslak alacakaranlığı
    Gecenin titrek deminde…
    HARİKA UFUK
    MERSİN
    25 Mayıs 2014
    Saat: 15.58

  • Zeynəb DƏRBƏNDLİ.”Şuşam”

    Soldu gülüm, baharım,
    Bağda məhv oldu barım.
    Muğamatlı diyarım,
    Sənsiz qanadsız quşam.
    Mənim yaralı Şuşam.

    Söndürüldü öcağım,
    Tapdalandı torpağım.
    Küsdü çəmənim, dağım,
    Sanki, sınıq bir daşam.
    Mənim yaralı Şuşam.

    Qərib oldun yerində,
    Bilinmədi sirrin də.
    Yandı qəbirlərin də,
    Buza börünmüş qışam.
    Mənim yaralı Şuşam.

    Yetim qaldı çöllərin,
    Xəzan oldu güllərin.
    Susdu Xan bülbüllərin,
    Bilməm nədən danışam.
    Mənim yaralı Şuşam.

    Zeynəbəm, qəlbim sızlar,
    Məhv oldu gəlin, qızlar.
    Susdu kamanlar, sazlar,
    Mən, necə nəğmə qoşam?
    Mənim yaralı Şuşam.

    24.06.2014.

  • Gülnarə İSRAFİLQIZI.”Həyat bir az beşik”

    234435423665547648

    Həyat bir az beşik,
    bir az da məzardır..
    ölümlə ömür qardaşdılar.
    biri beşikdə, o biri məzarda günlənib yağışlanır.
    biri sabahlanır, biri axşamlanır.
    biri zülmətlənir biri nurlanır.
    hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir
    yer kürəsi çevrildiyi kimi.
    hər nurun arxasında bir zülmət,
    sabaha boylanır.
    Bəlkə də pıçıldayır…
    qəbrin nurla dolsun dünya sakinləri.
    nurla dolsun ki yaşanılsın.
    təki sən deyən olsun!
    yaşamaq yaşanmamışların içində məzarlanıb
    yaşanmışlarda isə bəsit xatirələr mürgüləyir.
    hər uzaqlaşan ləpir,
    sarı qum dənəciyinə çevrilib üst-üstə yığılıb.
    tam olaraq dediklərimə inanmasanız
    yeridiyiniz yolun sonunda ayaq saxlayıb
    ləpirlərinizin tözunu təmizləmək yetər…

  • Fidan ABBSOVA.”Uşaqlıq sevdamın həsrətindəyəm”

    Uşaqlıq sevdamın həsrətindəyəm
    o zaman her seyden xebersiz idim
    indi mən dünyanın harasındayam ?
    bəlikə o zamanlar belə deyildim….

    Sevirdim sübəsiz təmiz ürəklə
    ana məhəbbəti, ata sevgisi
    boyuye – boyuye alisdim məndə
    öyrendim nə imiş dosluq sevgisi…

    Hərdən, ağlamışam , hərdən gülmüşəm
    o məsum gülüşün əvəzi yoxmuş
    böyüyüb nə qədər yalan görmüşəm
    indiki sevgilər sadəcə oxmuş…

    Qoy dünyam boyansın təmiz sevgiyə
    qayıdım yenidən uşaq tək sevim
    bəlkədə çevrildim sevib dəliyə
    indisə hansı bir insanı sevim..?

    Üz tutsam dənizə çoşar dalğalar
    qaranlıq gecənin əsiri oldum
    boylansam həsrətin boynumu sarar
    yaxşı ki, mən onu bir az unutdum…

    Hardasan ay mənim vəfalı dostum
    Fidan körpə quş tək uçmaq isdəyir…
    kim bilir zamanın harasındayam
    kölnüm həmişəlik sevgi isdəyir…

  • Şəfa EYVAZ.”Məhəbbət”

    1423756700_sefa-xanim

    Nə qədər qaçsan da küncə bucağa,
    Gəlib düz içindən keçər məhəbbət.
    Doldurar badəyə şərbət əvəzi,
    Axan göz yaşını içər məhəbbət.

    İcazə istəməz, çalar qəlbini,
    Göz yaşı gətirər, verməz səadət.
    İçində cücərən yaşıl ümidi,
    Qazıyar kökündən, biçər məhəbbət.

    Qapayar, gözlərin doğrunu görməz,
    Dilində bal dadar acı həqiqət.
    Getmək istədimi əliboş getməz,
    Ruhunla dünyadan köçər məhəbbət.

    Dəlib ürəyini keçsə də gözəl,
    Axan göz yaşını içsə də gözəl.
    Ruhunla dünyadan köçsə də gözəl…
    Nəğmədi, haraydı, haydı məhəbbət
    Tanrıdan insana paydı məhəbbət…

    16.04.2013

  • Şəfa VƏLİYEVA.”Qayıt, boyuna qızlar”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    qayıt, boyuna qızlar,
    ürəyinə buzlar qurban.
    eşq dininə imansızlar,
    gülünə yarpızlar qurban.

    qayıt, aç qapımızı,
    o üzündə qonaq var.
    əzbərləyib adımızı,
    bu yayda da qınaq var…

    qayıt, ay kəndi yanmış,
    şəhəri talan olmuş…
    illərin səndən danmış,
    xoşbəxtlik yalan olmuş…

  • Şafa KAMİLLİ.”Qan yaddaşımız…”

    Dağ cəlib sinəmizə,
    Canimizi yarimcan ediblər ,
    Qaradaği alb bizdaən ,
    Bağrimizi qan ediblər ,
    Cox sevinmə ey ermən ,
    Cox cəkməz bu ayriliq ,
    Tezlik ilə Qarabaği ,
    Şuşamizi ,
    Alib sizden torpağmizi,
    Şadliq edib seinərik ,
    Öz Azeri bayrağmizi ,
    Qarabağa gətirerik ,
    Dağ cəkilmiş sinəmizə ,
    Qan yaddaşmizi biz silerik ,
    Qarabağa biz gederik ,
    Qarabağa biz gederik…..
    08.05 2012..

  • Xəyalə SEVİL.”Payız”

    1c6ca78d2a83

    AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Üşüyər,üşüdər pəncərəmi də,
    Gəlməz içəriyə, yadındı payız.
    Sarı saçlarını töküb çiyninə,
    İlahi, nə gözəl qadındı payız.

    Həmişə gözündə yaş saxlayanım,
    Sənə oxşayıram,gözüm bir əsim.
    Çağır,çağır gəlim buludun olum,
    Mənə göylərində yer ver tələsim.

    Üzünu , gözünü yuyum yolların,
    Üstünün, başının tozunu alım.
    Geriyə qaytara bilmədim onu,
    Barı ayağının izini alım.

  • Ülkər PİRİYEVA.”Bilmirəm”

    1425096966_ulkerxanim

    İlahi çəkdiyim ömür yoluyla,
    Bəxtimin əlindən gedə bilmirəm.
    Özümə heyranam daha özümdə,
    Xoşbəxtlik nədədir nədə bilmirəm.

    Ruhum nəfəsimi çəkir göylərə,
    Ürəkdən fəryadım çökür göylər
    Göz yaşım buludlar tikir göylərə,
    Vurulub nə qədər zədə bilmirəm.

    Bəlalar yurd saldı axır başımda,
    Taledən şimşəklər çaxır başımda.
    Az qala ağlımda çıxır başımdan,
    Dərdimə bir çarə edə bilmirəm.

  • Əsmər QASIMLI.”Məhəbbət”

    1423889445_esmer

    Məhəbbət bir dənizdir,
    Sahilləri olmayan…
    Məhəbbət bir dalğadır,
    İpə-sapa yatmayan…
    Məhəbbət sərt qayadır,
    Çox məğrurdur, əyilməz,
    Məhəbbət bir alovdur,
    Yanğısına dözülməz…
    Bir gilədir məhəbbət,
    Heç gözə görünməyən.
    Hərdən də bir oğrudur,
    Ürəklərə girərkən,
    İzi də bilinməyən.
    Bəzən bir ələm olar,
    Bəzən onun dərmanı.
    Bəzən bir təbib olar,
    Bəzən ölüm fərmanı.
    Kiminsə nəzərində
    o bir yaşıl yarpaqdır.
    Kimi deyir əslində
    quruca bir budaqdır.
    O bəzən həsrət olur ürəklərin gözündə.
    O bəzən nifrət olur,
    Xəyanətə uduzan sevgilərin
    dilində.
    Məhəbbət dəfinədir,
    Gizlənib ürəklərdə…
    O gah zirvə, gah da ki,
    Çıxılmaz bir quyudur.
    Kamilliyə gedən yol,
    məhəbbətin yoludur.
    Səncə nədir məhəbbət?
    Nədir onu dillərdə
    bu qədər edən şöhrət?…
    -Məhəbbət bir nemətdir,
    Bərəkəti tükənməz.
    Sevməyi bilməyənə
    Allah məhəbbət verməz.

  • Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”

    Qafqaz Əvəzoğlu

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.

    Sevdim ilk baxışdan, təmasdan səni,
    Gördüm ürəklərdə bir dastan səni.
    Olasan beləcə gülüstan səni,
    Düşməsin üstünə xar, Sumqayıtım!

    Qəlbimdə yandırdın od-ocağını,
    Ilkin bahar bildim hər bucağını.
    Açıb ana kimi öz qucağını,
    Olmusan bizlərə yar, Sumqayıtım!

    Doldun ürəklərə məhəbbətinlə,
    Ruha qida verdin ülviyyətinlə.
    Tanındın dünyada şan-şöhrətinlə,
    Eylədin özünü car, Sumqayıtım!

    Igid oğlanların bir tərlan-tülək,
    Qoynunu bəzəyən qızların mələk.
    Məhəbbət yanğılı gör neçə ürək,
    Tapdı qucağında yar, Sumqayıtım!

    Hüsnün ürəyimi çəkib qopardı,
    Mənimçün qışın da yazdı, bahardı.
    Könlüm harda belə qərar tutardı,
    Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!

    2009.

  • Rafiq ODAY.”Çanaqqala zəfəri!”

    Rafiq Oday foto
    Çanaqqala Zəfərinin 100 illiyinə

    Azadlığı başa tac
    Seçənlərin püşküdü,
    Vətənə namus andı
    İçənlərin püşküdü,
    Bu andla şirin candan
    Keçənlərin püşküdü, –
    Əbədiyyət yoluna
    Çıxanların səfəri,
    Çanaqqala zəfəri!

    Gözümüzün qan adlı,
    Seli, suyu qurudu,
    Bu qan aydan arıdı,
    Bu qan sudan dururdu,
    Türkün qurtuluş himni,
    Varolma düsturudu,
    Odur bizə bəxş edən
    Al şəfəqli səhəri,
    Çanaqqala zəfəri!

    Qos-qocaman ağacı
    Qurutmaq mümkün deyil.
    Buna təşəbbüsləri
    Unutmaq mümkün deyil,
    180 milyon bu gün
    Qürurla: “Türküm” – deyir.
    Bitib tükənərmi heç
    40 budağın bəhəri? –
    Çanaqqala zəfəri!

    Qorxu bizdən uzaqdı,
    Kənardı hürkü, Tanrım.
    Neylər sonsuz səmaya,
    Bir ovuc bürkü,Tanrım,
    Türk – Tanrının əsgəri,
    Qorusun Türkü Tanrım.
    Göyün yerə müjdəsi,
    Yerin göyə xəbəri, –
    Çanaqqala zəfəri!

  • Saqif QARATORPAQ.”Yol açıq”

    saqif muellim

    Yol açıq,
    getməyə nə var,
    üzünə durub,
    açılmaz bağlı qapılar…
    Baxt-bağlı qapıdı,
    gah düşər,gah düşməz
    kilidinə əlindəki açar.
    Ümid-tənha çiçək,
    göz yaşında islanıb,
    ürəyində bitəcək.
    itəcək…yollarda
    bir ömür,bir həyat…
    Heyhat!
    Mən də yaşadım deyə
    bir təsəlli var…

  • Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Bük əllərini, cam elə,
    Məni bu gecə şam elə…
    İstəyirsən, edam elə,
    Mənim səndən xoşum gəlir.

    Könlüm görmür çaxışını…
    Mamır basır naxışını.
    Yana əymə baxışını,
    Mənim səndən xoşum gəlir.

    Dağlar gərdi yelə sinə.
    Düz vermədi selə, sinə…
    Eləsinə, beləsinə,
    Mənim səndən xoşum gəlir.

  • Əlirza HƏSRƏT.”Yolum diskindi”

    575949_448528385223558_1371442086_n

    Qondu arzularım tikanlı telə,
    Açım qanadımı çətir tut yelə.
    Xatirən sığınan qucaqdım elə,
    Yerini boş görüb qolum diksindi.

    Divanə yolçudur ruhum bədəndə,
    Hələ Vətən gəzir bu qərib bəndə.
    Arxamca əlvida söylədin sən də,
    Ayaqlar altında yolum diksindi.

    Sən başqa məmləkət,mən ayrı ölkə,
    Nədir üstümüzə düşən bu kölgə?
    Dünyadan köçməyə qorxurduq bəlkə,
    Sevib cana gəldik,ölüm diksindi.

  • İlkin ABBAS.”Sən qoxulu şəhər”

    10515052_1454147261518412_988404994_n

    Bu gün yenə keçirdim,
    Sən qoxulu şəhərdən.
    Yollar mənə danışdı,
    Sən adlı bir nəfərdən.

    Dedim a yollar, baxın,
    Necədir mənim halım?
    Qonaq olur röyama,
    Tez-tez onun xəyalı…

    Yollar, o bir mələkdir,
    Geyinib insan donu.
    Mənə özəl yaradıb,
    Xaliqi-Sübhan onu.

    Onun qara qaşına,
    Gözünə qurban olum.
    Hər səhər sizdən keçən
    İzinə qurban olum.

    Çox uzaqdır bu şəhər,
    Gəlmişəm hardan-hara.
    Tək onun yoxluğudur,
    Günümü edən qara….

    Razıyam mən çəkim ah,
    Ondan gələn ahdırsa.
    Xoşdur mənə günahım,
    Sevməyim günahdırsa…

    A yollar, insaf edin,
    Çəkməyin məni dara…
    Ümidim tək sizədir,
    Aparın məni yara…

    Peşman etməyin məni,
    Belə uzaq səfərdə.
    Mən onu necə tapım?
    Bu cür böyük şəhərdə…

    Bu gün yenə keçirdim,
    Sən qoxulu şəhərdən.
    Yollar mənə danışdı,
    Sən adlı bir nəfərdən.

    30.04.2015…( 02:43)

  • Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”

    memmedhacizade

    Ah,nə ola bir dəfə,
    Baxışımız toqquşa.
    Dayanaraq üz-üzə,
    Gözlərimiz danışa.
    Danışmaya dilimiz,
    Hətta bir kəlmə belə.
    Qorxuram dilimizdən,
    Acı zəhər tökülə.
    Heç yaxın da gəlmərəm,
    Inan mən sənə sarı.
    Heç nəyə dəyişmərəm,
    Bircə o, baxışları.
    Hər səhər o, baxışlar,
    Salam verib keçəydi.
    Düşünəydim gün boyu,
    O baxışlar necəydi?
    Mən sənə baxmaq üçün,
    Hey qarşına çıxaydım.
    Gözlərimi qırpmadan,
    Gözlərinə baxaydım.
    Baxaydım ürəyimi,
    Danışdıran gözlərə.
    Ürəyimi yandıran,
    Alışdıran gözlərə.
    Hər gün başqa bir aləm,
    Hər gecə bir düşüncə.
    Yenidən doğuluram,
    Gözlərini görüncə.
    Hamıdan gizli-gizli,
    Ömür sürəydik belə.
    Nə bir gözə gələydik,
    Nə də düşəydik dilə.

  • Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

    10646868_273655359498567_6620189188081019440_n

    Deyirsən: ,, Yox, tanımıram,”
    Sən tanımasan da, olar.
    Səni heç də qınamıram,
    Sən tanımasan da , olar.

    Qartal gəzən dağda varam,
    Bülbül uçan bağda varam,
    Budaqda, yarpaqda varam,
    Sən tanımasan da , olar…

    Həm bəmdənəm, həm zildənəm,
    Dörd hikmətdən.. fəsildənəm.
    Halal əsil-nəsildənəm,
    Sən tanımasan da, olar.

    Sufi, dərviş, abid mənəm,
    Görünməzə şahid mənəm.
    Vətən bilir, şəhid mənəm,
    Sən tanımasan da , olar!

    Xoş arzuda, diləkdəyəm,
    Həzin əsən küləkdəyəm,
    Min-min güldə, çiçəkdəyəm,
    Sən tanımasan da, olar!

    Billur bulaq, dəli çayam,
    Gündüz günəş, gecə ayam.
    Tanrı verən bəxşiş, payam,
    Sən tanımasan da, olar!

    Çəməndə qızıl laləyəm,
    Gül üstə düşən jaləyəm.
    Dağdan axan şəlaləyəm,
    Sən tanımasan da, olar.

    İsrafilin surundayam,
    Həzrət Musa Turundayam.
    Məhəmmədin nurundayam,
    Sən tanımasan da, olar.

    Sevinc dolu gözdə yaşam,
    Fərəhimdən gərək coşam.
    Yaz müjdəli qaranquşam,
    Sən tanımasan da, olar.

    Həm xeyirəm, həm də ,, şər”əm,
    Haldan-hala tez düşərəm.
    Mən qəribə bir bəşərəm,
    Sən tanımasan da, olar!

    Neçə oğrun baxışdayam,
    Yüz ilməli naxışdayam,
    Enişdəyəm, yoxuşdayam,
    Sən tanımasan da, olar!

    Xoş amalam, saf niyyətəm,
    Şölələnən ülviyyətəm.
    Ecazkar bir təbiətəm,
    Sən tanımasan da, olar.

    Yaşıl meşə, göy çəmənəm,
    İşıq saçan-göycə, mənəm.
    Zəngəzuram, Göyçə mənəm,
    Sən tanımasan da, olar!

    Ələsgərəm, mən Alıyam,
    Sözümün şəkər-balıyam.
    İrəvanam, Borçalıyam,
    Sən tanımasan da, olar!

    Yurdun şəhəri, kəndiyəm,
    Dağı, bərəsi-bəndiyəm.
    Qoşa-qala Dərbəndiyəm,
    Sən tanımasan da, olar!

    Təbriz, Zəncan, Xoy da mənəm,
    Bir kökdə min soy da mənəm.
    Bütün VƏTƏN boyda mənəm,
    Sən tanımasan da, olar!

    Çəkdiyim ağrı, ahdayam,
    Dünən, bu gün, sabahdayam.
    Allah məndə, Allahdayam,
    Sən tanımasan da, olar!
    Sən tanımasan da…Olar!!

  • Rəşad MƏHƏMMƏDOĞLU.”Şüşədən boylanan Şuşamız!”

    578951_197118437124368_2030204772_n

    Uzun illərdir özləri yolda qalan Qarabağdaki yollarımın sinəsi cadar-cadar olub. Başı aşağı ikilən
    dağlarımız, sinəsi yanan tarlalarımiz 23 illik həsrətin əsarəti altındadır.Qarabağmızın döyünən ürəyi Şuşamız da bu həsrətin təsirindən uçüb sökülür. Biz isə hələ də müharibəsiz mübarizə parırıq.Hələki sadəcə özümüzu qoruyuruq, Bakının işğal olacağnı düşünərək qorunuruq. Amma Qarabağmızı işğal edən ermənilər isə hələ də öz çirkli, qondarma yalanlaryla dolu olan
    siyasətiylə dünyaya səs salıb öz “günahsız”lığnı sübuta yetirir.Görünür dünyada bir çox
    ermənipərəst qüvvələr həqiqəti belə görmək istəmir.Bizim günahsızlğmıza, faciələrimizə göz
    yumur. Biz isə hələ də “dozümlü, xeyirxahq, sülhsevər xalqıq” deyib durmuşuq. Bu məsələlərimizin
    həllini o insanlara, o ölkə sahiblərinə tabşırmışıq ki, o adamlar ermənilərə işləyir amma üzmüzə baxıb gülür.Biz isə uzun illərdi ümidli olduğmuz o insanlardan hələ də kömək gözləyirik. Daimi bütün müsəlman ölkələrini gizli-gizli terror quruplaryla, təşkilatlarıyla müharibələrlə talan edən
    Amerikadan, İşğalçı, separatçı Rusiyadan kömək gözləyirik. Vaxt isə öz axarıyla gedir. Şüşa isə yenə də uzun illərdi ermənilərin əsarətindədir.Neyləyək, başımız əhmiyyətli günlərimizə o qədər qarışıb ki, bu gün kədərlənəcək günümüz olanda sabah şən günümüz olur. Mənim “9may” qələbəm abamın qələbəsidir.O babamın ki o vaxt 1941-45 -ci illərdə Rus Alman müharibəsində Rusiyanın uğuru naminə döyüşdü.Hətta babamın doğulduğu Azərbaycan torpağı o vaxt rus ordusunun möhkələndirilməsi üçün
    Rusiyaya neft verirdi, silah istesal edib verirdi, ( eşitdiymə görə o vaxt Alman ordusunu lərzəyə gətirən “Katyuşa” raketləri Bakıda istehsal olunurdu) ərzaq göndərirdi. Demək Rusiyanın Almaniyaya əldə etdiyi qələbədə Azərbaycanın köməyi böyük olub. Amma indi həmin o rus ordusu Bakımzda 1990 – cı ildə 20 yanvar faciyəsi törətdi, ermənilərin torpaqlarımızı zəpt etməsində köməkçi oldu. İndi mən babamın qələbəsini necə keçirim? Mən babamdan yox, Rusdan küsmüşəm.”Ruz bizim mehriban düşmənimizdir” desəm yanılmaram…
    Bəyəm biz Şüşanı alıb Bakı kimi gözəlləşdirə bilmərikmi? Çox uzun yazmayım… (kövrəlirəm).,
    Onsuzda bu mövzuda olan yazılarmız hər gün oxunur, saqqız kimi çeynənilir.Bu il Şuşamızın işağlından 23 il keçir.Görünür necəki Şüşamızla aramızda şüşə olduğundan Şuşaya şüşədən boylanıb baxmışıqsa Şuşamıza eləcə də ardmzdakı o şüşüsədən boylanıb baxacayıq. Şuşa da o şüşədən bizə
    baxıb ağlayaraq heyfislənəcək.Döz Şuşa, döz.İnşallah həmişə arzuladığım kimi, (Artıq bu duaları
    etməyə utanıram Şuşadan).Səninlə aramızdakı şüşələri sındırıb torpağına qələbəylə ayaq basacayıq.
    Qarabağmza, sənə qovuşacayıq.
    İnallah. …Amin!

  • Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

    Arada bir zəng elə,
    De ki, səni sevirəm.
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    De ki,ay mənim ömrüm,
    Sənsiz qala bilmirəm.
    De ki, sənin həsrətin,
    Məni buza döndərir,
    Şirin-şəkər söhbətin,
    Ömrü yaza döndərir.
    De ki, sənin gülüşün,
    Gül-çiçəkli bahardı,
    De ki, sənin öpüşün,
    Təzətərdi, nübardı!
    De ki, o cazibəndən,
    Mən ölmüş hara qaçım?!
    Kimə deyim bu dərdi,
    Hansı qapını açım?!.
    …Arada bir zəng elə,
    De ki, səni sevirəm,
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    Sənsiz qala bilmirəm!!!

  • Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    Köhnə qapı kimi cırıldayır Göy,
    Göyün bir üzünü tüstü aparır.
    Anamın alnında can verir qırış,
    Kimsə ovduğumuz bustu aparır.

    Düz otuz ildi ki, canıma yükdü,
    Nə vaxtsa kölgəmi asacam mən də.
    Adamtək alçalmaq böyüklükdüsə,
    Bugündən səbrimi basacam mən də.

    Nə var quş olmağa Allahın altda,
    Əcəlin tətiyi basılıdı, qız.
    Mənim bu taleyə yiyə çıxmağım,
    Sənin baxışından asılıdı, qız.

  • Tural SAHAB.”Leksik mənamsan mənim”

    1545553_10203040697648544_1046483349_n

    leksik mənamsan mənim
    yəni həqiqətim
    Sənsiz qoşma, bağlayıcı
    uzaq başı ədat, nida olaram
    dodaqlarda
    uzaqlarda
    yəni sənsiz
    ürəyimdəki sözlərdə boğularam
    Ürəyimin hərəkəti
    hərəkətinin tərzi, yeri, zamanısan
    sevgin rəngdədi
    damarımda qanım
    mən varlıq, sən adım
    əvəzliklərə kimidi
    sözüm söhətim
    səndən sonrası yox
    səni əvəz edən yox
    bax belə bir taledi, qədərdi
    mənim həyatım
    çıxışlıq haldan, yönlük hala qədərdi
    sözəm mən
    məcazi mənamdı sənsizlik

  • Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir

    Məni həsrət qədərsevənmi var ki?
    məni ümid qədər axtaranmı var?
    Məni ümid qədər itirmədilər,
    məni həsrət qədər axtarmadılar.

    Mənə ruhum kimi göz qoymadılar,
    qara kölgəm kimi izləmədilər.
    Gedəndə dalımca kimsə baxmadı,
    gələndə yolumu gözləmədilər.

    Axı bir eh boyda çəkilmədim mən,
    axı bir ah boyda yaşamadım ki.
    Yer boyda savabın qurbanı oldum,
    axı günah boyda yaşamadım ki.

    Mənəm gündə yüz yol ümidi sınmış,
    mənəm gündə yüz yol alçalmış uşaq.
    Mənəm ürəyində ağ tükü olan,
    mənəm ürəyindən qocalmış uşaq.

    Bəlkə də,bəxtimi özüm itirdim,
    bəlkə də,əvvəldən bəxtim olmadı.
    İndidən özümə bir qəbir qazım,
    bəlkə heç sonralar vaxtım olmadı.

    Özümü öldürmək günah sayılmaz,
    bir belə yaşamaq səhvsə,günahsa.
    Tanrıda özünü öldürər bəlkə,
    vaxt tapıb yazdığı yazıya baxsa.

  • Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”

    1601578_710347309084020_7077466699777794928_n

    Batmağa yollanar gün yavaş-yavaş,
    Şəkilim üşüyər başın üstündə.
    Mən dəli bir sevgi, sən həykəltaraş,
    Yon mənim əksimi daşın üstündə.

    Bu daş ki, sükutdur-sükut hələlik,
    Tozumdan gözünə vurmasın külək.
    Biraz tənhalıq ver, biraz dəlilik,
    Vicudum ruhunu oxşasın gərək!

    Ürək qoy sinəmin üstünü oyub,
    Bəlkə də qədrimi bilərsən mənim.
    Darıxsan gözünün üstünə qoyub,
    Arada tozumu silərsən mənim.

    Yenə daş oyandım bu sübh çağına,
    Gözlərim kor oldu yaraşığından.
    Qaldır əllərini tut qabağına,
    Qoru gözlərimi gün işığından!

  • AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu

    378318_508394119221817_1971439614_n

    Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır.
    sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi.
    Labоratоriya 1989-cü ildə yaradılmış və оnun ilk rəhbəri filоlоgiya elmləri namizədi, mərhum Nurpaşa Hümmətоv оlmuşdur. Az müddət keçdikdən sоnra Nurpaşa müəllim dünyasını dəyişmiş, оnun əvəzinə 1990-cı ilin əvvəlində sənətşünaslıq namizədi, əməkdar memar Nərgiz Əsgərоva labоratоriya rəhbəri təyin edilmişdir.
    1993-cü ildə Nərgiz Əsgərоva elmi işlər üzrə direktоr müavini vəzifəsinə keçirildikdən sоnra şair Vaqif Aslan labоratоriya rəhbəri təyin edilmişdir.
    1997-ci ildə Azərbaycan MEA Ədəbiyyat Institutu Fоlklоr sarayının Şəkidə filialı yaradılmış və şair Vaqif Aslan həmin saraya direktоr təyin edilmişdir. 1998-ci ildən labоratоriyaya filоlоgiya elmlər namizədi, dosent Ulduz Mürşüdоva rəhbərlik edir. (daha&helliip;)

  • Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”

    qza

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Cahan GÜLSÜN.”Ölü Dəniz”

    cahangulsun

    Qulaq ver səsimə,duy harayımı,
    İndi təsəlliyə ehtiyacım var.
    Viranə qoyublar qəlb sarayımı,
    Səntək gözəlliyə ehtiyacım var.

    Gəlmişəm hal-əhval edim səninlə,
    Dalğalar ruhumu alsın aparsın.
    Gəlmişəm baş alıb gedim səninlə,
    Bu zalım dünyadan canım qurtarsın.

    Bəs sənə nə olub niyə durğunsan?!
    Gözümə birtəhər dəyirsən bu gün.
    Bir az kədərlisən, bir az yorğunsan,
    Bir az da qəddini əyirsən bu gün.

    Vaxt ötür, hər şeydən bezirsən,dəniz,
    Nifrət eləyirsən dünya varına.
    Sən də mi ölümü gəzirsən dəniz,
    Yazığın gəlmirmi dalğalarına?!

    Sanki yadlaşmısan,uzaqlaşmısan,
    Elə bil dünyadan qovublar səni.
    Sən ki qatilinlə qucaqlaşmısan,
    Çirkab sularında boğublar səni.

    Gəmilər dönübdür başdaşlarına,
    Qəbrini qoynunda qazdırıbdılar.
    Məhəl qoymayıblar göz yaşlarına,
    Səni diri-diri basdırıbdılar.

    Sənə nə deyim ki,güldürüm,dəniz,
    Söylə sonuncu kəz nə vaxt gülmüsən?!
    Gəlmişdim özümü öldürüm,dəniz,
    Gördüm ki, sən məndən əvvəl ölmüsən!

  • Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”

    1423889445_esmer

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Çiçəklərdən zövq alıb ömrü vuraydım başa,
    Bir kəpənək ömrüyle mən də ömür sürəydim,
    Qısacıq məhəbbətim onda dəyməzdi daşa…

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Qanadlarım zər dolu, ipək kimi qalaydı,
    Kaş bu sözü o zaman men ürəkdən deyəydim,
    Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı…

    Kaş kəpənək olaraq bu dünyaya gələydim…
    Çiçəklər dostum olar, çəmənlərsə məskənim,
    Kaş o zaman həyatın ləzzətini duyaydim,
    Nə həsrətim olaydı, nə də ki bir nisgilim…

  • Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb

    Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir.
    Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.

  • Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    nə eləsən elə… yadıma gəlmir,
    necə açılmışdı tale qapımız…
    Bakı küçələri tapa da bilmir
    harda dolaşıbdı addımlarımız…

    bizim pəncərəmiz yaman utanıb,
    örtüb rübəndini yanaqlarına…
    “bizim” dediyimiz ömür qurtarıb,
    yaşam artıq “sənin”, “mənim” adında…

    o qız ölüb… məzar daşı ömrünün
    “eşq” adlı tənhalar şəhərindədi…
    mənim boyadığım qara gününün
    ağlığı yoxluğum qədərindədir…

  • Elnur RƏSULOĞLU.”Bayatılar”

    elnurresuloglu

    Əzizim, ala gözlər,
    Bircə cüt ala gözlər.
    Qorxuram baxışlarla
    Canımı ala gözlər.

    Əzizim, dağlar qalıb,
    Sinəsi dağlar qalıb.
    Laçında ürəyimiz,
    Şuşada dağlar qalıb.

    Əzizim, gözəl yara,
    Vurğunam gözəl yara.
    Bu sevən qəlbimə sən
    Vurma, ey gözəl, yara.

    Əzizim, gözlər qalıb,
    Üz solub, gözlər qalıb.
    Evlərdə neçə uşaq
    Atasın gözlər qalıb.

    Əzizinəm, aranı,
    Gəzdim dağı, aranı.
    Heç baxmırsan üzümə,
    De, kim qatdı aranı?

    Əzizinəm, sürmə, gəl,
    Gözünə çək sürmə, gəl.
    Elnur sənsiz darıxır,
    Ayrılığı sürmə, gəl.

    Əzizim, külək əsir,
    Qar yağır, külək əsir.
    Bir qız məni özünə
    Eləyib, külək, əsir.

    Mən aşiqəm, gül üzə,
    Gül yanağa, gül üzə.
    Bir yol gəlib insafa,
    Heç olmasa, gül üzə.

    Əzizinəm, qar alıb,
    Dağ başını qar alıb.
    Zalımın zülümündən
    Dünyada daş qaralıb.

    Əzizim, dinlə məni,
    Qulaq as, dinlə məni.
    Avam insan deyiləm,
    Qorxutma dinlə məni.

  • Şafa KAMİLLİ.”Niyə sən..?”

    Niyə bu qədər doğmasn mənə ,
    Bu qədər ,doğmanin ,yadin içində ,
    Ançaq sən doğmasan,əzizsən mən,
    Görəsən ,niyə sən ? ,goğmasan belə ,
    Ömrümə ,bəzəysen ,işiqsan belə ,
    Görəsən ,bəs niyyə doğmasan dellə,
    Bu qədər , insani icində ,nədən ?
    Təkcə sən ,doğmasan ,əzizsən belə…
    Sən sanki , elə mənim özümsən ,
    Görəsen ,bu sensen yoxsa özümüməm ?
    Tərədüd icində qalmişam inan ,
    Bu qedr doğmanin ,yadin icində,
    Niyə sən ? Niyə sen ? doğmasan belə

  • Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”

    Ruhumu oxşayır bahar ətirli
    çiçəklər, bənövşə , yasəmən kimi
    Üzümdə canlanlr dərin sətirli
    qəlbimdə çalınır nəğməmim simi…

    Qaranquş yuvadan boylanır baxır
    Qəlbimdə ən dərin sevgi oyanır
    cəh -cəhlə hər yanı rəngə boyanır
    Əlimdə ən isti əllərin kimi…

    Sanki ilk eşqimi xatırlayıram
    Qaranqus gələndə bahar yaz kimi
    onu hər nəfəsdə arzulayıram
    ömrümün ən əziz arzusu kimi…

    Yarpaqda budaqdan düşür yavaşca
    Yağışda torpağa dolub yağdıqca
    mən səni sevmişəm qaranquşlarla
    durnalar elimə gəldiyi kimi…

    Fidan ilham alıb yazdı vəsfinə
    hələ deyiləcək neçə sözüm var
    heyranam mən sənin təmiz qəlbinə
    bir gün arzularım tam gerçək olar…

  • Allahşükür AĞA.”Qoca…”

    1424249538_sekil

    Sual işarəsinə oxşayır qoca,
    Sualın içində yaşayır qoca,
    Yol gedir. yol gedir xatirələrə…
    Sualın cavabı nəvələr gəlir,

    Nidalar kimi..
    Ayağını azca ləngidir qoca
    Bir azca əyir belini
    Nəsə tapırmış kimi
    Yenidən boylanır xatirələrə…

    Xatirələr uzaqda deyil ki,
    Əlində, üzündə qollarındadır.
    Onunçün torpağa o əyilir ki,
    Xatirələr getdiyi yollarındadı..

    Əyilir birini qaldıra bilmir,
    Beləcə dolanır küçəni qoca.
    Bütün xatirələr qapısı bağlı
    Açılmır ki,
    Keçə qocalıqdan gəncliyə qoca
    Həyat tək çırpınır küçədə qoca.