Blog

  • Xalq şairi Səməd Vurğun doğum günündə anılıb

    sekil

    21 mart 2015-ci il tarixdə Qazax rayonunda yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi Səməd Vurğunun doğum gününə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Qazax və Ağstafa rayonlarında yaşayan sakinlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal növbədə tədbir iştirakçılarını salamlayaraq, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib.
    Düzənlənən tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edən Barat Vüsal Səməd Vurğun poeziyasının poeziya sevərlərin qəlbində həmişə yaşayacağını vurğulayıb.Tədbirin gedişatında musiqi məktəblərinin şagirdləri saz havaları üstündə şairin şeirlərini böyük məmnunluq hissi ilə ifa ediblər, şair haqqında öz fikirlərini bölüşüblər və Uca Tanrıdan Səməd Vurğuna rəhmət diləyiblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Harika UFUK.”Nevruzumuz kutlu olsun!” (Köşe yazısı)

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Dünyadaki birçok toplulukta farklı inanışlarda ve farklı isimler altında şenliklere konu olan dünyanın en eski bayramı ”Nevruz”dur. “Nev” yeni “ruz” ise gün anlamındadır. Kelimenin aslı Farsça olup yeni gün anlamındadır. Pek çok farklı kültürde özel ve kutsal bir anlam da taşımaktadır. Türklerde Ergenekon’dan çıkışı ve baharın gelişine duyulan sevinci, tabiatın canlanmasını simgeler. 21 Martta kutlanır.
    Türklerin İslamiyet öncesinden beri coşkuyla kutladıkları en eski bayramıdır. Nevruz Bayramı için hazırlıklar günler öncesinden başlar. Evlerde köklü bir bayram temizliği yapılır. Yeni kıyafetler dikilir. Giysiler baha gibi rengârenk olur. Canlı renklere özellikle kırmızıya daha fazla ağırlık verilir. O gün için “sömelek” denilen nevruz aşı pişirilir. Ziyafetler düzenlenir. Şekerler ve çerezler çocuklara dağıtılır. Pastalar, börekler, çörekler pişirilir. Günler öncesinden yumurtalar renk renk boyanır. Evde kaç kişi varsa hepsi için birer tane mum yakılır. Gelinlerin şimdiki kına tepsisi gibi Nevruz tepsisi itinayla hazırlanır. İçine renk renk süslenmiş boyanmış yumurtalar, çimlenmiş buğday, şekerlemeler, çerezler, pastalar, çörekler konur ve mumlar yakılır. Kadın-erkek, yaşlı- genç herkes bayramlık giysilerini giyer. Gençler kol kola girerek halay çekerler. Kız kaçırma oyunu ve at yarışı bu bayramda oynanan belli başlı oyunlardandır. Nevruz ateşi yakılır ve insanlar bu ateşin üzerinden atlarlar. Nevruz ateşinin kötülükleri kovduğuna inanılır. Nevruzda ağaç kesilmez, hele meşe ağacının kesilmesi iyi sayılmaz. Nevruzda özellikle dut ve şeftali fidanları dikilir.
    Türki cumhuriyetlerde bu bayramı kutlamaya çok önem verilir. Yeniden canlanmaya başlayan doğanın insanlara sunduğu bolluğu, bereketi, sevgiyi, kardeşliği, paylaşmayı ve dostluğu simgeleyen Nevruz, Azerbaycan, Kırgızistan, Özbekistan, Türkmenistan, Afganistan ve Tacikistan’da milli bayram olarak kutlanmaktadır. Hatta Azerbaycan dahil olmak üzere Türk kültürünü koruyan çok ülkede okullar tatil edilir, bu tatil 1-7 gün arasında değişir. Azerbaycan’da okullar bir hafta tatildir.
    3000 yıldan beri kutlanmakta olan bu şenliği, 2010’da Birleşmiş Milletler Genel Kurulu; Dünya Nevruz Bayramı olarak ilan etmiştir. Günümüz İran’ında, her ne kadar İslami bir kökeni olmasa da bir şenlik olarak kutlanmaktadır. Bizde baharın gelişi ve Türklerin Ergenekon’dan çıkışı, göç edişi kutlanır. Nevruz’umuz kutlu olsun.

    Adana.19 Mart2015

  • Harika UFUK.”Nevruz geldi hoş geldi” (Yeni şiir)

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Toprağın hareketi kanımızı coştursun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    Kadın- erkek, yaşlı- genç sevinç ile koştursun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Önce havaya, suya derken düştü toprağa,
    Cemrenin düşmesiyle canlandı birden doğa,
    Kırlarda dans ediyor koyun, keçi, at, boğa,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Gelenek- görenektir Türk’ü Türk’e bağlayan,
    Tasada sevinçte bir, ortak gülen, ağlayan,
    Bayramın coşkusuyla her yürek bir çağlayan
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Dikilsin dut, şeftali sakın kesmeyin meşe,
    Nevruzda eksilmesin, içinizdeki neşe!
    Şeker, tatlı, pasta, kek dağıtsın gelin Eşe,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Mumlar tek tek yakılsın evde varsa kaç kişi,
    Kovsun kötülükleri, kıskandırsın güneşi,
    Üstünden atlayalım yansın nevruz ateşi,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    El emeği- göz nuru yeni yaygı serilsin.
    Kurulan sofralarda ziyafetler verilsin,
    Bahçelerden, bağlardan nevruz gülü derilsin,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Hanımların başında türlü türlüdür oya,
    Nevruz senin bayramın gül, eğlen doya doya,
    Hünerlerini göster renk renk yumurta boya!
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Temiz, yeni, rengârenk bayramlıklar giyelim,
    Nevruzda pişen aşı sömeleği yiyelim,
    Komşularla gülelim, güzel sözler diyelim,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Giyilen urbaların süsü, rengi al olsun,
    İnsanlar mutlu mesut ağızları bal olsun,
    Genç kızların elinde çiçeklenmiş dal olsun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Gençler kol kola girsin çalsın davulla zurna,
    Çocuklar alkışlasın destek olsun oyuna,
    Herkes coşsun, eğlensin, tempo tutsun boyuna,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    *
    Harika dostlar ile tutuşalım el ele,
    Kız kaçırma oyunu çok keyiflidir hele
    At yarışı sevilir, neşe karışır yele,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    08.03.2005.Adana

  • Gülnarə İSRAFİLQIZI.”Başa düşsəydin!” (Yeni şeir)

    10649557_1595229947361302_2038457091311851064_n

    Başa düşsəydin!
    incitməzdi sözüm.
    bilirəm,başa düşməyəcəksən.
    yadındadır?
    çürütdüyün xəzinənə
    işıq daxil olmuşdu ki…
    xərclədiyin ləlin qədərini biləsən.
    hardan yadında olsun ki…
    yadında olsaydı,
    xəzinəni, başayaq keçən günlərə dəyişməzdin.
    bir udumluq, dünyanın ovcunda
    çiliklənməzdin…
    hardan biləsən ki,
    çilginin, doğrayır ömürünü.
    bir gün kaşlar,
    parçalarını birləşdirəcəkmi?!
    birləşmək,
    çiliklənmək qədərmi?!
    suallar cavab dolu…
    cavablarsa sual dolu ölür.

  • Fidan ABBASOVA.”Seçməsəydim, xoşbəxtliyim dururdu…” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Nə ümidlər bəsləmişdim içimdə,
    bir başqası gəlib onu uçurdu.
    Tələsdim mən bu taledə seçimdə,
    seçməsəydim, xoşbəxtliyim dururdu…

    Vədəsinə səbr, dözüm qalmadı,
    təsəlliyə toxdur mənim ürəyim.
    Bir gün olsun axtarmadı, sormadı,
    indi artıq deyildir o gərəyim…

    Ruhu ölmüş, eşqi sönmüş küləm mən,
    ocaq altda, odun üstə səpilmiş.
    Gözü dönmüş , sözü bitmiş diləm mən,
    nə bilim ki, məndən də vaz keçilmiş…

    Bir gün məni tərk etdiyin bu yerə,
    gətirəcək səni izlər, əzizim!
    Fidan getdi mən dəymişəm qəlbinə
    demək, burda artıq bitib sevgimiz…

  • Şəfa VƏLİYEVA.”Poçtalyona məktub…” (Yeni şeir)

    sefa1-450x300

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ…
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun..
    .
    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər…

    Hirsini sənə tökəcək…
    Ayrılıqdan yaman qorxar…
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam…
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

  • Şəfa EYVAZQIZI.”Bir şəklin qalaydı” (Yeni şeir)

    1423756700_sefa-xanim

    O ötən günlərdən xatirə kimi,
    Nə ola bir şəklin qalaydı məndə.
    Qırıq ürəyimə kömək, təsəlli,
    Nə ola bir şəklin qalaydı məndə.

    Gecdi göz yaşımı töküm o günə,
    Günlər yas saxlamır itkin ömrünə.
    Mən kölgə oluram yollara yenə,
    Nə ola bir şəklin qalaydı məndə.

    Bilirəm rəsmin də qəm gətirəcək,
    Zilimi udacaq, bəm gətirəcək,
    Quruyan gözümə nəm gətirəcək,
    Nə ola bir şəklin qalaydı məndə.
    Nə ola bir şəklin qalaydı məndə.

  • Şəhanə MÜŞFİQ.”Məni Sənə qısqanan saat” (Yeni şeir)

    1423890042_pic

    Bu gün uzun oldu deyəsen,
    Sənsiz hansi günüm yerindədir ki?
    Yoxluğun könül evimdə taxt qurub,
    Səndən yadigardır deyə
    Ona da baş əyirəm…
    Sənsiz saat da qəsdimə durub elə bil,
    Əqrəbin hər addımı
    Adını pıçıldayır qulaqlarıma…
    Saat məni sənə qısqanırmış elə bil
    Səninləykən yel qanadı açan əqrəb
    Indi yeriməyə də tənbəllik edir.
    Üçümüzük otaqda:
    Mən…
    Yoxluğun…Və saat.
    Hava da yaman soyudu birdən-birə,
    Yoxsa sənsizlikdirmi
    Məni üşüdən?
    Sənsizliyin soyuğundan qorunmaq üçün
    Sarılıram yoxluğuna,
    Sığınıram xatirələrə…
    Saat məni yoxluğuna da qısqanır,
    Əzizim,
    Deyəsən, yenə qanad açıb…

  • Teymur HƏBİBİ.”O qızı unutmaram mən”

    1491698_1718348995058408_1892849279862912385_n

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

  • Tural SAHAB.”Ölümün yeddi rəngi” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    Ədəbiyyat iki şey üzərinə qurulmuşdu- sevgi və ölüm. Sevgini az da olsa anladıq, anlamağa çalışdıq bəs ölüm. Ölüm nə üçündür, insan nə üçün ölür? Tanrı öz əsərini nə üçün məhv edir. Dinlər ölümün son olmadığını, yeni bir başlanğıc olduğunu söyləyir. Buna inanırdı, inanmaq istəyirdi gənc bağban. Axı o, bağındakı güllərə o qədər əziyyət çəkəndən, onlar yetişdikdən sonra kəsirdi, kəsməlidir. Yeni tomurcuqlar gül olsun deyə. Bir gülün açılıb, sonra solması, ən nəhayətində torpağa düşməsinə bənzəmirdimi insan ömrü. Yenə də beynində cavabsız suallar vardı ki, bu suallara cavab tapmaqdan acizdi, bir bilənə- ağsaqqala ehtiyac duyurdu. Elə həyat da sevgi və ölüm üzərinə qurulmamışdımı. Ədəbiyyat yaşaya bilməyənlərin üsyanı deyildimi. Xoşbəxt olan, sevdiyinə qovuşan niyə şeirlər yazsın ki? Ancaq ölüm elə bir şeydi ki, sevdiyinə qovuşsa da, qovuşmasa da, zəngin vəya kasıb yaşasa da sonunda hər kəsi gözləyirdi. Ölümün olması əslində bir yerlərdə ədalətin olmasının dəlili idi. Yaşasın ölüm deyə bağırdı..

    Birinci rəng: Bağban yetişən gülləri kəsir. Bu ətrafdan baxanlara qəribə görsənə bilər, ancaq bilənlər bilir ki, gülün kəsilməsi bitginin yaşaması, yenidən tumurcuqlaması üçün şərtdi. Bağban olan Allah öz yetişən güllərini- insanları onun üçün öldürüdü.

    Ölümün ilk rəngini elə çiçəklərinin arasında anlamışdı, ancaq qəlbinin tətmin olması üçün daha artığına ehtiyac duyurdu- ehtiyacı vardı. Bunun üçün yollara düşməyə- gəzib, dolaşmağ gərək duydu. Ömrünü ölüm adlı həqiqəti anlamağa həsr edəcəkdi. Çox qorxurdu deyilənlərin yalan olmasından, ölümün son- yox olmağından. Ürəyindki fəryadı dindirmək lazımdı, dindirmək. Gözlərini yumub dönməyə başladı. Bir xeyli fırlandıqdan sonra dayandı və o tərəfə doğru getməyə başladı. Onu nələr gözləyirdi, çox maraqlı gəlirdi. Gecə- gündüz dayanmadan yol getdi. Gecləri çay kənarlarında qurbağaların nəğməsini dinləyərək, gündüzlərsə buludlarla yarışa- yarışa gedirdi. Hər şeydə bir gözəllik görür, duyurdu. Qurbağaların səsini əvvəllər heç sevməzdi. Bu qurultu onu çox narahat edirdi gecələri bağında yatmağa çalışarkən. Ancaq indi o qurultuda belə ilahi bir hikmət görür, o səsi ləzzətlə dinləyirdi. Öz- özünə gülürdü. Yəqin ki, qurbağalar da bizim səsimizi sevmir, bu cür düşünür. Ancaq görəsən onların içindən də bir dəli çıxıb insan səsini sevə bilərdimi. Bu düşüncələrini başqaları eşitsəydi yəqin onu dəli adlandırardı. Gecə və gündüz necə gözəl bir ahənglə bir- birilərini əvəz edirdi ilahi. Günəş yenidən batmaq üçün doğur, gecə günəşi qarşılamaq üçün öldürürdü özünü. Bu yolçuluqda hər gecənin, hər günün bir- birindən fərqləndiyini gördü.

    İkinci rəng: Hər gecə, hər gün bir- birindən fərqlidisə, günəşin yenidən doğa bilməsi üçün gecənin ölməsi lazımdısa, deməli ölümdə həyat var. Ölüm yoxluğa deyil, varlığa- həyatın davam etməsinə xidmət edir.

    Iki rəngi ilə rənglənmişdi ölümün. Daha indidən özünü xoşbəxt hiss edirdi. Kim bilir bütün həqiqəti dərk edəndən sonra necə olacaqdı, nələri hiss edib, nələri düşünəcəkdi. Günlərcə, gecələrcə çay kənarında qalıb su səsini, günəşin doğmasını qurbağaların dünyasını müşahidə etdi. Ayrılmaq istəmirdi bu dünyadan. Əvvəllər düşünürdü ki, bağını sahibsiz qoyub harasa getsə güllərinin sonu necə olar, onlara kim qulluq edər. İndi bu qədər gözəllikləri görəndə heç gülləri ağlına belə gəlmirdi. Dağlarda, çəmənlər minlərlə gül növü vardı. Kimdi bunları qoruyan, qulluq edən. Nə qədər qulluq etsə də bağı heç vaxt bu qədər təmiz, gözəl olmamışdı. O, elə təbiəti kirlədənin, yox edənin insan olduğunu anladı böyük dəhşət içində. Sən demə insan bütün heyvanlardan daha vəhşi bir varlıqdı. Sevdiklərinin göz yaşları ilə qidalanan insan. Özündən qorxmağa başlamışdı. Bir az da buralarda qalsa ağlını itirəcəyindən qorxub, yenidən yollara düşdü. Günlərcə yol getdi, gecələrcə dinlədi ana təbiəti. Ən çox sərin bulaqlardan içdiyi suyu sevdi, ən dərin duyquları gecələri ulduzları seyr edərkən yaşadı. Oxuduğu kitablar deyirdi: – ulduzlar söndükdən sonra uzun illər işıq saçmağa davam edir. İndi bizim gördüyümüz bəzi ulduzlar min illər öncə sönmüş ola bilər. İnsan da ulduzlar kimi olmalı deyilmi? Öldükdən min illər sonra belə işıq saçmağa davam etməlidir. İnsanın işığı isə ancaq əsərləri ola bilər. Ulduzları o qədər sevdi ki, daha gecələri yol alıb, gündüzləri dincəlir, təfəkkür edirdi. Gündüz insan hər şeyi görməyə məcburdur, bu da insanı yorur, ancaq gecələr yalnız görmək istədiyini görürsən, dincəlir varlığın. Gecənin rəngi ilə rəngləndi ömrü. Bəzən ölümü gecənin qaranlığına bənzədirlər.

    Üçüncü rəng: Əgər gecə yoxluq deyilsə, sadəcə bəzi həqiqətlərin üstünü örtürsə, o zaman ölüm niyə yoxluq olsun ki?! Ölüm həyatın, yaşamın üzərində günəşin batmasıdır. Necə ki, gecədən sonra günəş doğur, ölümdən sonra yeni bir diriliş mütləq olacaqdır. Hər gecənin sabahı, hər qışın baharı, hər göz yaşının gülə çevriləcəyi gün mütləq gələcək.

    Bir az daha rənglənmişdi sonsuzluğun rəngi ilə. Yola davam elədi. Daha baharın nəfəsi donur, qış soyuq qılıncı ilə güllərin başı üzərində cəllad kimi dayanmışdı. Qışda yola davam eləmək mümükün deyildi. Bunun üçün yaxınlıqdakı kəndlərdən birində yaza qədər sığınacaq tapmaq ümidi ilə yolunu kəndin yanından saldı. Çox axtardıqdan sonra ona qoca bir qarının evini göstərdilər. Tək başına yaşayan bu qadına bir yardımcı lazımdı ki, bu soyuq qışı sağ olaraq başa vura bilsin. Həm qalacaq yer tapdığına, həm də bir insana ( ölümə bu qədər yaxın olan bir insana) yardım edəcəyinə, gününü boşuna keçirməyəcəyinə çox sevindirdi. Gəlib qapını döydü. Titrək əlləri ilə ağaca söykənmiş, həddindən artıq yaşlı qadın qapını açıb, onu içəriyə dəvət etdi. Bir qədər sonra artıq tanış olub, qarı nənəyə yardımıcı olacağını söyləmişdi. İlahi, necə sevinirdi yaşlı qadın. Atası uzaq səfərdən gələn bir uşaq, ya da ayrılıqdan sonra tam ümidini kəsmişkən sevdiyinə qovuşan aşiq kimi sevincliydi. Günlərini qarının işlərini görərək, boş vaxtlarını isə onunla dərdləşərək keçirirdi. Nələr danışırdı, nələr… oxuduğu bütün kitablardan utandı. İndiyə qədər niyə insanları oxumaq əvəzinə kitablara üz tutub, axtardığı həqiqəti aciz vərəqlərdən gözləyirdi. Kitablar hansısa yazarın təxəyyülü, insanlarsa Tanrının əsəri idi. Neçə qışdan, neçə bahardan sonra bu qədər şeylər bilirdi, ancaq nəyə yarasın ki, indən belə bu bildikləri. Uşaqları atıb getmiş, ömür- gün yoldaşı isə çoxdan rəhmətə getmişdi. Bu yaşında insanlardan heç nə istəməməyi, onlara güvənməməyi öyrənmişdi. Əzab verən bir şeydi bu, ölümə yaxınlaşarkən anlayırsan ki, insanlara güvənmək, inanmaq olmaz. Ən çox sevdikləri qanatmışdı qəlbini, ən çox dəyər verdikləri ağlatmışdı onu. Qarının yaşamağının işgəncə olduğunu anlayırdı. İndi ona sadə insan yox, bir ana nəzəri ilə baxırdı. Dərk edirdi ki, bu qarının yaşaması ölümdən daha yaxşı deyildi. Bağını- oradakı gülləri xatırladı. Yetişib, saralan gülləri necə kəsdiyini keçirdi gözlərinin önündən. Tanrının bu gülünü çox yaxında qoparacağını anlayırdı. Günlər rüzgarın kirpiklərində sürətlə ötüb keçdi. Ağacalar ilk çiçəklərini açmağa başlayanda, yaşlı qadın sonuncu çiçəyini də tökdü- bu yuxudan ayılıb, bu dünyadan köçdü. Sadə bir qəbir qazıb dəfn etdi, sirdaşını. Çox şey öyrənmişdi yaşlı müəlliməsindən, çox şey… O, ölümü soruşdu. Qadın həyatı anlatdı. O, həyatı istədi, qadın ölümü göstərdi. Əslində ölümlə həyatın necə vəhdət təşkil etdiyini öyrənmişdi.

    Dördüncü rəng: Müəyyən bir zamandan sonra insanın yaşaması deyil, ölməsi gözəldi, rəhmətdi. Yaşanan bir gün necə bitirsə, qoparılan bir gül necə quruyursa, hər arzunun- ümidin necə bir sonu olursa, yaşanan bir ömrün də sonu olmalıdır. Tanrı qocalıb əldən düşmüş bəndələrinin daha artıq əziyyət çəkmələrini istəmədiyi üçün, onları yanına alır.

    Yenə yollara düşdü: bəlkə özündən, axtardığından qaçmaq üçün, bəlkə də yaxınlaşmaq üçün. Heç nə bilmədən günlərcə yeridi. Küləklər əsəndə ağladı doyunca, sonra günəş çıxdı gülümsədi- nəyə gülümsədiyini özü də bilmədən… Məzarlıqlardan keçəndə, orada yatanlara saatlarca dua elədi, adsız- sansız məzarlara salam verib, hal- əhval tutdu. Ayaqlarına toxunsun deyə təbiətin ruhu ayaqyalın yeridi, yeridi və ən nəhayətində bir çölə gəlib çatdı. Burada bir nəfərin var- gəl elədiyini görüb yaxınlaşdı. Adam qumların üzərində əyləşib, baxışlarını çox uzaqlara yola salmışdı. Onun yanına gəldiyini duymadı belə. Bir xeyli səssizcə dayandılar, sonra saatlar keçdi, sonra günlər. Adam sadəcə zəruri ehtiyaclarını görür, sonra yenidən sükuta qərq olurdu. Nə qədər çalışsa da adamın danımadığını görüb, daha onu incitmədi, ancaq oradan uzaqlaşmadı da. Ürəyindən bir səs bu adamın ona danışacaq bir hekayəsinin olduğunu deyirdi. Onun üçün səbrlə gözlədi, baharın gələcəyi günü… Aradan həftələr, sonra aylar keçdi. İndi onun da saçı- saqqalı uzanmış, dərsinin rəngi günün altında yanıb, möhkəmlənmişdi. Bir gün yabancı adam sözə başladı: – indi vaxtıdı, indi sənə ölümün beşinci rəngini və öz hekayəmi anladacam.

    Beşinci rəng: Bəzi şeylər var ki, onun mükafat və cəzası bu dünya üçün deyil. Onun üçün ölüm və ondan sonra gələcək olan hesab günü mütləqdir. Bir də bu həyatda heç kimsə uğrunda öləcək və yaşayacaq qədər qiymətli deyil. İnsan özü üçün yaşamalı- ölümə qədər və ölümdən sonrakı həyatı üçün…

    Çox sevirdim, hər kəs kimi. Bilirsənmi indi sevirəm deyəndə, çox sevirdim deyəndə insanlar gülür, adama dəli kimi baxırlar. O qədər ucuzlaşıb ki, sevgi, sevgili…. Nəisə hekayəmi anlatım və sən çıx get, burası sənin yerin deyil…

    “ Bir gün gəlib, başqasını sevdiyini söylədi və getdi” – heyakə bu qədərdi. Gerisini özün anla, özün düşün. Hər şeyimi verdiyim bir insan bunu dedi və getdi . İndi deyə bilərsən ki, burada nə var səni sevməyib və gedib. Ancaq elə olmadı, gedərkən mənim həyatımı, ümid və xəyallarımı oğurladı. Əgər əynindəki paltarı oğurlayan adam oğru adlanırsa və bunun bir cəzası varsada, ümidlərini oğurlayan niyə oğru olmasın və niyə cəzalandırılmasın?! Bax bunun üçün ölüm var, bunun üçün ölüm lazımlıdı, çünki ikinci dediyim oğruların yarqılandığı məhkəmə, yalnız ölümdən sonrasında var…. bu birinci məsələ

    Səni çox sevdiyini deyir. Ümidin, arzun- hər şeyin olur. Sonra başqasını sevdiyini deyir və onları səndən alıb gedir. Bir düşün Allah desə ki, bu həyatı- bu əli, ruhu, ürəyi mən səni sevərkən vermişdim. Daha səni sevmirəm və verdiklərimi alıb, gedirəm. Olarmı belə bir şey?!- təbii ki, yox. ..Bu da ikinci məsələ. İndi get və yaşa. Çünki həyat iki hissədən ibarətdir- ölümə qədər və ölümdən sonra. Hər ikisinin haqqını ver.

    Altıncı rəngi, yaşadığın hər anda görəcəksən. Bu rəngi kimsə sənə anlata bilməz. Hər bitən gecənin sonrasında, hər gələn baharın ögey nəfəsində bir az daha rəngələcəksən, ölümün altıncı rəngi ilə…

    Yeddinci rəngi , isə ölüm gəldiyi zaman görəcəksən. Bu rəngi, yalnız ölənlər bilir…

    Yaşa- evlən, uşaqların olsun. Xoşbəxt yaşa, ancaq rəngləri ilə gözəlləşdiyin ölümü heç unutmayaraq….

  • İlkin ABBAS.”Tənha küçələrin “yol yoldaşı”yam” (Yeni şeir)

    10515052_1454147261518412_988404994_n

    Yoxluğun gətirdi ömrümə qəmi,
    Soldum susuz qalan zəmilər kimi.
    Gedişinlə mənim sevən qəlbimi,
    Batırdın dəryada gəmilər kimi.

    Artıq ürəyimdə qalmayıb dözüm,
    Gözlərdən axan bir kədər yaşıyam.
    Ardınca qaçıram xəyallarının,
    Tənha küçələrin “yol yoldaşı”yam.

    Nəyin çatışmadı, de, axı nəyin?
    İnan acıyıram sənin halına.
    Mən sənə ömrümü hədiyyə verdim,
    Sən məni dəyişdin dünya malına.

    “Əlvida” söylədin sən gülə-gülə,
    Həsrətin üstümə sarılır hər gün.
    Getmək…Necə asan səslənir dildə,
    Burda bir sevən qəlb qırılır hər gün.

    Daha həmin eşqi, o məhəbbəti,
    Başqa birisində görə bilmərəm.
    Bəlkə də xoşbəxtsən, vallah, nə deyim,
    Sənin günahına girə bilmərəm.

    Bu gediş səninçün çox asan oldu,
    Ruhumu canımdan qoparıb getdin.
    Gedərkən acıq da verdin üstəlik,
    Tüstümü təpəmdən çıxarıb getdin.

  • Vasif ZÖHRABOĞLU.”Yatmağa həvəsim yoxdu qəbirdə…” (Yeni şeir)

    1601578_710347309084020_7077466699777794928_n

    Dünya da küsdürdü özündən məni,
    Yox daha, ürəyim heç kəsi sevməz.
    Allahın sevdiyi kasıb bəndəni,
    Allahın qarnı tox bəndəsi sevməz.

    Baxdığın aynada özünü tanı,
    Səni bu aynadan qoparan da var.
    Allahdan havayı aldığı canı,
    Allaha minnətlə qaytaran da var.

    İnsanın ayagı torpağdadırsa,
    Torpağın bətnində kiriyər belə.
    Şamın kəraməti yanmağdadırsa,
    Şam da öz dibinə əriyər belə.

    Aldanma dünyanın hər daş-qaşına,
    Şeytanın ev yıxan min bir şəri var.
    Ey insan, deyilsən sən öz başına,
    Dünyanın Allahı, Peyğəmbəri var.

    Dayanma özgəylə çiyin-çiyinə,
    Özün öz boyunu öz əlinlə ölç.
    Səni kim danlayar özgə yerinə?
    Ölçürsən özünü əməlinlə ölç.

    Padşahı zülümkar, cəlladı axmaq,
    Səni də asarlar bir gün dilindən.
    Şairin silahı sözüdür, ancağ,
    Bu dərdin əlindən, qəmin əlindən.

    Allaha getməyə yolun da ola,
    Dərdini Allahla böləsən rahat.
    Ölüm də, əlinin altında ola,
    Ölmək istəyəndə öləsən rahat.

    Daş-qalaq eyləyin, susdurun məni,
    Gəlmərəm dünyaya, gəlmərəm bir də.
    Allahin yanında basdırın məni,
    Yatmağa həvəsim yoxdu qəbirdə

  • Elnur RƏSULOĞLU.”Məmməd Arazın” (Yeni şeir)

    elnurresuloglu

    Kədərə qərq edib Azərbaycanı
    Ağlatdı vəfatı Məmməd Arazın.
    Nə qədər dünya var yaşayacaqdır,
    Bitsə də, həyatı Məmməd Arazın.

    Fırçatək yaratdı min rəng qələmi.
    Mizrabtək yaratdı ahəng qələmi.
    Həqiqət uğrunda tüfəng qələmi,
    Söz oldu sursatı Məmməd Arazın.

    İti qələmiylə söz kəsarəti
    Qaldırdı ayağa xalqı, milləti.
    Fəxri təltiflər yox, xalq məhəbbəti
    Oldu mükafatı Məmməd Arazın.

    Bütün aləm nura boyanıb durur,
    Yatmış gözəl hislər oyanıb durur,
    Gözlərim önündə dayanıb durur
    Çəkiləndə adı Məmməd Arazın.

    Qəlbinin bəhəri sözləri oldu.
    Açılan səhəri sözləri oldu.
    Ölməz əsərləri, sözləri oldu
    Bizə amanatı Məmməd Arazın.

  • Elnur ABDİYEV.Yeni şeir

    1424259792_elnur

    Gecə Vətən dərdinə,
    Söykənib baş qoyuram.
    Səhər Vətən ağrısın,
    Ağrım bilib gözümdə,
    Mən qəlbən yuyunuram.
    Dərdlərim damla-damla,
    Süzülür,gözlərimdən,
    “Tanış olaq,oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki səsimi,
    Xocalının ahına,
    Qəlbimin sevgi adlı,
    Vətən qibləgahına,
    Yönəltmişəm nə vaxtdır?
    Bu mənəm ki elimdə,
    Soydaşlarım yuxulu,
    Düşmənlərim oyaqdır.
    Bizi səsləyir,Vətən,
    “Tanış olaq oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki sinəmin,
    Altında vurmur ürək,
    Onu döyündürməyə,
    Mübariztək ər gərək.
    Mübarizə yolunda,
    Mübarizlər gərəkdir.
    Tanış olaq oxucum,
    Mübariz nə deməkdir?
    Sadəcə yatmaq deyil,
    Bir az ayılmaq yetər,
    Mübarizlərdən doğur,
    Bütün mübarizələr.
    Vətən xəritəsinə,
    Gəl,yaxşı nəzər salaq,
    Mənlə deyil,oxucum,
    Vətənlə tanış olaq,
    Tanış olaq oxucum..

  • Debüt: Allahşükür AĞA (Saatlı rayonu).Yeni şeirlər

    1424249538_sekil

    Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ” adlı kitabların müəllifidir.DGTYB-nın üzvü, “Ocaq” qəzetinin bölgə müxbiridir.Hal-hazırda ixtisası üzrə öz rayonu olan Saatlıda Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.
    Gənc yazar Allahşükür Ağanın şerilərini təqdim edirik…

    Dönən deyiləm…..

    Məhəbbət məşəli yanır qəlbimdə,
    Gecə də, gündüz də sönən deyiləm….
    Min gözəl eşqini bəyan etsə də,
    Mən sənin eşqindən dönən deyiləm….

    Təsəlli ol mənə , barı təsəlli,
    Günahım sevməkmi, ey şəkər dilli?
    Eşqim, məhəbbətim gözümdən bəlli,
    Mən sənin eşqindən dönən deyiləm….

    İsti nəfəsinlə gəl, isit məni,
    İsidə bilmirsən, tap, üşüt məni.
    Harayıma hay ver, bir eşit məni,
    Mən sənin eşqindən dönən deyiləm….

    Dəyir xətrinə….

    Uşaq kimi dəymə–düşər olmusan,
    Adicə bir sözüm, dəyir xətrinə….
    Gözlərim gözünə elə bənd olub,
    Göz vuranda gözüm, dəyir xətrinə…

    Yandırıb yaxırsan sevəni qəsdən,
    Qısqanırsan hətta çiçəklərə sən,
    Günəşli günlərdə kölgəniydim mən,
    Yoxsa ayaq izim, dəyir xətrinə?

    Bu qədər insafsız olmaz ki, adam
    Görünür qəlbində hələ də yadam,
    Soyuq havalarda ocağam, odam,
    İsidəndə közüm, dəyir xətrinə….

    Xatirələr var….

    Xəyal aləminin tənhalıq quşu,
    Alaraq qoynuna apardı məni…
    Xəyallı dünyada qanad çalaraq,
    Saldı yaddaşıma olub keçəni….

    Gözümdə canlanır o illər mənim,
    Aradan ötsə də neçə qış, bahar..
    Qədrini bilmədim, bilmədim nədən,
    İndi o illərdən xatirələr var…..

    01..14..2015

  • Sadiq SALEH.Yeni şeir

    10754872_1513798758877123_2004902654_n

    Ey gül, eşidərkən gedişin qəmli küləklərdən,
    Bir ahu –nəva hasil olar göydə mələklərdən.

    Bir aşiqin əlbəttə ki, dövründə mənim qədri,
    Başı gözəlim çəkmədi ta dərd fələklərdən.

    Bülbüllərik əfqan edən hicrində ,əlamətdir,
    Qan yaşımızın rəngi,gülüm,bağda çiçəklərdən.

    Ya Məhdi zuhur etki düzəlsin bu fəna mülki,
    Ətrin gəlir hər bir açılan əldə,diləklərdən..

    Yox taqətim ey dil uzanıb əlləri zülm əhlin,
    Qeyrətləri yoxdur ki tutublar da bələklərdən..

    Zülm əhli qoparsa belə başları çiginlərdən,
    Saleh, qoparılmaz bu Hüseyn eşqi ürəklərdən.

  • Şəfa KAMİLLİ.” Sən necə unuda bilirsən məni?!” (Yeni şeir)

    sefaxanim

    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Gecəmdə, gündüzümdə,
    Hara baxsam gözümdə
    Sən varsan.
    Hər anımda, sən varsan,
    Min dəfə doğlub dünyay gəlsəmdə,
    Min dəfə bu dünyadan köçsəmdə,
    Qəlbimdə sevgin doğulub,
    Qəlbimdə sevgin ölərəm
    Amma düşünmə ki,
    Mən səni unuda bilərəm
    Sən mənim yuxusuz gecələrim,
    Yuxulu sabahlarımsan,
    Sən mənim sağalmaz yaram,
    Bitməz əzablarımsan
    Sən mənim arzum diləyimsən,
    Dünənim, bu günüm, gələcəyimsən,
    Hara baxsam bu dünyada
    Tək gördüyüm, görəcəyimsən.
    İndi mənə deyirsən ki,
    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Səncə unuda bilmişəmmi?

  • Harika UFUK.”Çanakkale’miz”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi

    Askerimin destan yazdığı yerdir,
    Şehidin kanıdır Çanakkale’miz!
    Düşmana mezarı kazdığı yerdir,
    Atamdan anıdır Çanakkale’miz!

    On Sekiz Mart günü en aziz gündür,
    Vatanı korumak Türk’e düğündür,
    Göz dikme yurduma kaçışın dündür.
    Ulusun canıdır Çanakkale’miz!

    Nusret gemisiyle ışıklar saçan,
    Bir devri kapayıp devirler açan,
    Kan renkli toprakta ak güller açan,
    Cennetin yanıdır Çanakkale’miz!

    İki yüz elli bin şehit yatıyor,
    Ülkemin yüreği sende atıyor,
    Türklük tarihine şeref katıyor,
    Şanlı destanıdır Çanakkale’miz!

    Çanakkale; dünya bilir, geçilmez,
    Şehidin kanına paha biçilmez,
    Anadolu’m bütün; diyar seçilmez,
    Türk’ün vatanıdır Çanakkale’miz!

    Bizim durağımız mübarek toprak,
    Dillense savaşı anlatır yaprak,
    Kurşunlar öyle çok adeta pıtrak,
    Mehmet’in şanıdır Çanakkale’miz!

    Harika’m övünür Çanakkale’yle,
    Elinde gelincik, nergis, laleyle,
    Başında hilâlle, ayla, haleyle,
    Kurtuluş tanıdır Çanakkale’miz!

    Adana.28 Ocak 2009

  • Harika UFUK.”ATATÜRK ADANA’DA” (Yeni şiir)

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi

    Atatürk’ün Adana’ya gelişinin 92. yıl dönümü

    Ayakbastı buraya Ata’m On beş Mart günü,
    Atatürk’le canlandı; Adana, Çukurova!
    Onun gelmesi sanki Adana’mın düğünü,
    Atatürk’le canlandı; Adana, Çukurova!

    Çekerek bastonunu “Yeşerecekti.” dedi,
    O güzel bastonuna dayanmadı, ekledi:
    Toprağın verimini çok güzel dilekledi.
    Atatürk’le canlandı; Adana, Çukurova!

    O günleri görmeyi inanın çok isterdim,
    Harika bir anının şahidi benim, derdim,
    Ata’mı görememek benim en büyük derdim,
    Atatürk’le canlandı; Adana, Çukurova!

  • Harika UFUK.Yeni şiir

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    AY VE DÜŞ TUTULMALARI

    Ay tutulmuş geceden
    Yıldızlar suda hapsolmuş
    Nilüferlerle raks ederek
    Yıkanıyor kentin ışıkları…
    Liraları yitmiş bozukluklarda
    Emekçi düş tutulmaları…
    Uzaklarda bir fener
    Göz kırparak
    Yolunu aydınlatıyor
    Gece yolcularının…
    Hırçın dalgalar
    Feneri kuşatmış,
    Yalnızlığın savrukluğuyla
    Sahili işaret ediyor.
    Söndü ışık,
    Birden
    Sessiz ve sakin
    Yankısını gözlerde bıraktı;
    Ay, tutuklu kaldı düşlerde…

  • Hikmət MƏLİKZADƏ.”Fikrim başayaqdır, duyğum ütüsüz” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Fikrim başayaqdır, duyğum ütüsüz,
    Nifrət bombasıyam ta mən Allahsız.
    Ürək qızdırmalı bir bəndə qalmıb,
    Ya Allah mənsizdir, ya mən Allahsız.

    …Sən kimsən, nazından öldüyüm adam?
    Tətiyə yönəlmiş barmaq kimisən.
    Sən də, a ürəyi qara daş qadın,
    Könül bulandıran qarmaq kimisən…

    Mən fəda elədim yolunda, nə var,
    Ağlama, gözünə yazığın gəlsin.
    Yüz baxış çürütdüm, bir demədin ki,
    Hayıfsan, özünə yazığın gəlsin.

  • Saqif QARATORPAQ.”Nəyi gözləyirsən susub bu qədər” (Yeni şeir)

    saqif muellim

    Nəyi gözləyirsən susub bu qədər,
    Bəs niyə demirsən qəlbindəkini?!
    Dolanıb dünyanı əlində çıraq
    Gəzib tapammazsan bir də bu günü…

    Hələ səninkidi bu vaxt,bu vədə;
    Hələ əlindədir bütün ixtiyar.
    Bu saxta qüruru tulla bir yana,
    Bu qapı,bu kilid,bax,bu da açar.

    Tanrı qədəminə düzüb bu yolu,
    Bəs niyə gedirsən ayrı yolla sən?
    Qanrılıb o yana-bu yana baxma,
    Dayanma,dəyişmə yolunu qəsdən.

    Həmişə ağlına qulaq asıbsan,
    Qəlbinin sözünə bax bircə dəfə.
    Taleyin payııdı bəlkə bu görüş,
    Bəlkə üzə gülür baxt bircə dəfə…

    Baş qoşma kimsənin məsləhətinə,
    Nə sən birincisən bu yolda,nə mən.
    Məhəbbət dənizdi-düşdün dayanma,
    Batıb gedəcəksən üzə bilməsən.

  • Quranda kitab əhli

    1426267774_nermin

    Bütün səmavi dinlərə baxdığımız zaman dinin təməlində tək Allah inancı, bir olan Allah`a iman və itaətə dəvət görürük. Allah hər dövrdə insanları haqq dinə dəvət etmək üçün elçilərini göndərib. Səmavi dinlərin heç birində elçilərə tabe olub iman edən insanların hansı qövmə mənsub olduqlarından asılı olmayaraq aralarında fərq qoyulmayıb.
    Bəzən Quranda bütün yəhudilərin lənətləndiyini iddia edirlər. Bu fikirlər sadəcə Quranı düzgün anlamamaqdan irəli gəlir. Quranı düzgün anlamaq üçün yalnız bir ayəyə deyil, ayədən əvvəlki və sonrakı ayələrə də baxmaq lazımdır. Məsələn, “Maidə” surəsinin 56-60-cı ayələrini buna misal göstərmək olar. Bəzən bu ayələrdən birində keçən Allah`ın lənətlədiyi ifadəsi ümumi götürülərək bütün kitab əhlinə aid edilir. Ayələrə birlikdə baxanda isə Allah`ın lənətləndirdiyini bildirdiyi bu şəxslərin kitab əhlinin içində olan, lakin dinə qarşı olub, müsəlmanların dinini ələ salıb oyun-oyuncaq hesab edənlər, tağuta ibadət edənlər olduqlarını görərik. Bu şəxslər isə yalnız müsəlmanlara deyil, həmçinin imanlı yəhudi və xristianlara da düşməndirlər.
    Qurana təktərəfli baxdıqda bir çox mövzuda olduğu kimi, yəhudi və xristianlara qarşı münasibət də yanlış anlaşılır. Halbuki Quranın bir çox ayəsində səmimi iman edən yəhudi və xristianlar təqdir edilmişdir. Hətta Quran müsəlmanları onları qorumaqla məsul etmiş, xoş rəftar etməli olduqlarını bildirmişdir. Bəziləri isə Quranın bu ayələrini görməzlikdən gəlib bütün yəhudi və xristianların düşmən olduqlarını, hətta onların lənətli olduqlarını iddia edirlər. Lakin Quranı hər tərəfli incələdiyimiz zaman bu ayələrin bütün yəhudilərə deyil, bir qisim radikal düşüncəli, ikiüzlü, Allah`a və müsəlmanlara qarşı düşmən olanlara aid edildiyini görərik.
    Elə “Maidə” surəsinin 69-cu ayəsində Allah: “İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allah`a və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”, -deyə xəbər vermişdir. Bu ayə ilə Allah səmimi iman edən hər kəsi yəhudi və ya xristian olmasından asılı olmayaraq müjdələyir. Ümumiyyətlə, Quranda ziddiyyət yoxdur. Allah bir ayədə lənətlədiyi birini, digər bir ayədə Cənnətlə müjdələməz. Buna görə də ayələrdə lənətlənən və müjdələnən insanların eyni qövmə aid, lakin imanlı və yaxud imansız olmasını nəzərdən qaçırmamaq lazımdır. Bildiyimiz kimi, Allah Quranda müsəlmanların arasında da münafiq xarakterli insanların olduğu bildirir. Bu insanları Cəhənnəmlə qorxudur. Burdan heç kim o nəticəyə gələ bilməz ki, bütün müsəlmanlar Cəhənnəmlikdir. Eynilə də ayələrdə kitab əhlinə qarşı keçən ifadələr bütün kitab əhlini hədəf almır.

    Nərmin Kərimzadə

  • Dünyanı dəyişməyə özümüzdən başlayaq

    1426266135_velizade-aysel

    Dövrümüzdə bir çox cəmiyyətlərdə əxlaq böhranı və bundan qaynaqlanan problemlər mövcuddur. Müxtəlif millətlərin maddi və texniki baxımdan inkişaf etməsinə baxmayaraq, əxlaqi cəhətdən tənəzzül etdikləri bir həqiqətdir. Bu tənəzzüldən çıxış yolu gözəl əxlaqı öyrənmək və buna sahib olmaqdır.
    Bu gün bütün dünya miqyasında baxdığımızda gözəl əxlaq yaşanmadığı üçün necə dəhşətli hadisələrin yaşandığının şahidi oluruq. Çox yaxın keçmişdə Türkiyədə Özgecan Aslan cinayətinin yaşanması gözəl əxlaqa sahib olmanın nə dərəcədə əhəmiyyətli olduğunu yenidən gündəmə gətirdi. Xüsusilə də atasının insanları sevgiyə, gözəl əxlaqa səsləməsi çox təsirli idi… Düşünün, hər gün dünyada bunun kimi onlarla təcavüz, qətl hadisələri baş verir. Körpə uşaqlara belə təcavüz edilib öldürüldüyü xəbərlərini oxuyuruq. İnsanlarda mərhəmət, sevgi, hörmət hissinin itdiyini, yerinə eqoist, yalnız öz mənfəətlərini düşünən, öz rahatı naminə başqalarına zülm edən cəmiyyətlərin formalaşdığını görürük. Halbuki gözəl əxlaqın yaşandığı bir cəmiyyətdə insanlar bir-birini öldürməz, başqalarının malına, namusuna göz dikməz. Hər kəs ətrafındakılara qarşı şəfqətlə, hörmətlə davranar.
    Dünyanın nizamını da əxlaq təyin edir. Cəmiyyətdə sakitlik və rahatlığın olması üçün insanlar fərdi şəkildə gözəl əxlaqlı olmalıdır. Hər bir kəs ədalətli olmağı bacarmalı, insanlara zərər verməkdən çəkinməlidir. Gözəl əxlaqlı olmaq həm də insanı olduğu mühitdə etibar, hörmət-izzət sahibi edər. İnsanlar yanlarında hər zaman dürüst, sevgi dolu, ədalətli, mərhəmətli, şəfqətli birilərini görmək istərlər. İnsanların bu xüsusiyyətlərə sahib olması lap körpə yaşlarından, ailədən başlayır. Uşaqları tərbiyə edərkən valideynlər onlara mərhəmətsizliyi, şiddəti deyil, sevgini, şəfqəti öyrətməlidirlər. Məsələn, ən çox rastlaşdığım hallardan biri, xüsusilə də, oğlan uşaqlarına pişikləri, itləri təpikləmək, incitmək yaxşı bır hərəkət imiş kimi öyrədilir. Yaxud da özlərindən böyüklərə kobud şəkildə cavab vermək, söyüş söymək, istədiyi bir şey olmayanda əlinə keçən əşyanı yerə çırpıb dağıtmaq, əsasən də ananın sözünü heçə saymaq və s. kimi yanlış əxlaq xüsusiyyətləri aşılanır. Bu cür mühitdə böyüyən uşaqların da əksəriyyəti gələcəkdə ətraf mühitin də təlqinləri ilə daha pis xarakterə bürünə bilirlər. Saytlarda heyvanlara edilən vəhşiliklərlə bağlı paylaşılan videoları yəqin çoxunuz izləmişsiniz. Təəssüf ki, bu vəhşilikləri edənlər daha çox uşaq və ya yeniyetmə yaşlarında olan vətəndaşlarımızdır. Bu yeniyetmələr incitdikləri heyvanların bir canlı olduğunu, onların da baxıma, sevgiyə, şəfqətə möhtac olduğunu unudurlar. “Yaradandan ötrü yaradılanı sevmək” anlayışından bixəbər olduqlarından gələcəkdə insanlara belə zülm edə biləcək hala gələ bilirlər.
    Gözəl əxlaqın vacibliyi məhz bu kiçik kimi görünən məsələlərdə özünü göstərməyə başlayır. Əgər uşaqlarımız kiçik yaşlarından sevgi ilə, gülərüzlə, şirindillə, səmimiyyətlə böyüdülsələr, gələcəkdə hər biri yüksək insani xüsusiyyətlərə sahib fərdlər olaraq cəmiyyətə qoşulacaqlar və cəmiyyətlər bu cür gözəl əxlaqlı fərdlərdən ibarət olacaq.
    Gözəl əxlaq olduqca geniş anlayışdır. Özünün ehtiyacı olsa belə, başqalarına yardım etmək, heç kimi incitməmək, heç kimə əziyyət verməmək, çətinliklərə qarşı səbirli olmaq, qarşılıq gözləmədən yaxşılıq etmək, haramlardan uzaq olub halalları axtarmaq, gülərüzlü olmaq, başqalarının səhvlərini anlayışla qarşılamaq, həmişə öz çatışmazlıqları ilə məşğul olmaq, başqalarının malına, namusuna, canına göz dikməmək, heç kimin arxasınca danışmamaq, boş zaman keçirməmək, boş danışmamaq, insanlara kobud davranmamaq və s. bütün bunlar gözəl əxlaqa sahib olan insanların xüsusiyyətləridir. Önəmli bir xüsusiyyət daha: bu cür insanlar hadisə adamı olmurlar. Yəni işlər yolunda ikən gülərüzlü olub, bir işi alınmadıqda əsəbiləşib özlərindən çıxmaz, ətraflarındakı insanlara qışqırmaz, onları incitməzlər. Hadisələr nə olursa-olsun, necə sıxıntılı vəziyyətdə olursa-olsunlar, daima səbirli, gülərüzlü, mehriban olurlar.
    Bu cür gözəl xarakterə sahib insanlarla hər kəs birlikdə olmaq, dostluq etmək istəyər təbii ki. Bəs bütün bu gözəl xüsusiyyətlərə özü sahib olmağı necə? Əgər ətrafımızdakı insanlardan gözəl davranışlar tələb ediriksə, ilk olaraq bu gözəl əxlaqa özümüz sahib olmalıyıq. Odur ki, dünyanı dəyişmək istəyiriksə, özümüzdən başlamalıyıq…

    Aysel Vəlizadə

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib

    gem

    11 mart 2015-ci il tarixdə, saat 14 : 00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə AYB üzvü,Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhməd, AYB və DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” İctimai Birliyinin sədri, gənc xanım yazar Günay Həsənli, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.Daha sonra isə sözü düzənlənən tədbirin bugünkü qonağı Elçin İsgəndərzadəyə verib.Tanınmış alim idə öz növbəsində yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
    Müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib, ona ünvanlanan sualları cavablandırıb. Tədbirin gedişatında müxtəlif illərdə işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gecənin rəngi ölmüşdü

    10649557_1595229947361302_2038457091311851064_n

    Dərsdən çıxmışdıq dərs-arası çay içməyə gedəndə Mübarizin aldığı şirniyyatdan qalmışdı. Artıb heyf olmasın deyə çantama qoymuşdum. Günay dedi ki, yaman bərk acmışam həmən bacın ölməyib ki deyib, çantamı açdım şiriyyatı çıxarıb üç qız arasında bölüm. Yol boyu hava o qədər xoş idi ki, yeridikcə xoşxal olurdum. Safuraya dedim: -Bacı gəlsənə bir az gəzək sonra gedərik evə. -Safura hə elə mən də evə getmək istəmirəm hava çox gözəldir. Meh belə əsmirdi. Safura dedi: Tarqovuya gedəkmi? dedim: yox bacı ora çox uzaqdır. İyirmi səkkiz mayda Cəfər Cabbarlı bağında əyləşək çox xoşuma gəlir o bağ. Nə isə getdik bağda gəzdik bir az o yan, bu yana. İskamyada oturub dini, dünyəvi bütün mövzulara toxunduq. Hətda binanın başında yanan göy işıq belə nəzərimizdən qaçmadı. Işıq yolkavari bir formada üç bucaq şəkildə binanın başının tən ortasına yerləşdirilmişdi. Indiyə qədər tikilən binaların heç birinin başında belə işarəyə rast gəlməmişdim. Görünür binanı tikən şirkət öz ölkəsinin gerbini yerləşdirmişdi. Nə isə sözüm bu deyil. Evə gəlmək üçün parkın başına tərəf irəlilədik. – Safura: dilləndi getmək istəyirsən? birinci dəfə qızı görürmüş kimi gözümü qızın üzünə zillədim. Bir neçə saniyədən sonra ayılmış kimi, istəyirsən on, onbeş dəqiqə də, gəzək sonra gedərik. Söhbət edə-edə parkın başına dolanırdıq. Birdən bir orta boylu çiynində asma çanta əynində cins şalvar, qaradan bir az açıq qısa gödəkçəli bir oğlan. Yaxınlaşdı bizə: – Bağışlayın bacı rayondan gəlmişəm. İndi qayıdıb getməyə imkanım yoxdur. Qalmışam burda mənə pul köməkliyi edə bilərsizmi? dilləndim: başqa adamlara yaxınlaşın. – Bacı doğrusu mən nədənsə inanmadım dedim Safuraya! Safuranın ürəyi yumşaldı. Yox bilmək olmaz. Bəlkə düz deyir? Gəl qayıdaq soruşaq. Əlacsız qalıb razılaşdım. Həm də, insanın içində şübhə qalanda bəlkələrə cavab tapa bilmirsən. Bəlkələrin cavabını bilmək üçün mən də, Safuraya qoşulub geri qayıtdım. Oğlan xeyli aralanmışdı. Safura oğlanın dalınca qaçdı ki, onu saxlasın. Mən də addımlarımı yeyinlətdim. – Ay qaqaş dayan! – Oğlan ayaqlarını cütləşdirdi. Buyurun: – Safura: siz hansı rayondan gəlmisiz? oğlan cavab verdi: Salyan rayonundan. Bəs necə olub burda qalmısız? – Oğlan iş axtarırdım getdim işlə təmin etmə ofisinə məndən beş manat aldılar ərizə doldurdum. Rayondan gələndə isə cəmi səkkiz manatla gəlmişdim. – Bəs qalmağa yerin varmı? Harda qalırsan gecəni? – İki gündür parkda yatıram. – Bəs qohum-əqrəbə heç kəs yaşamırmı şəhərdə? -Yaşayır dayım Sumqayıtda yaşayır amma şəhərə gəldiyimi deməmişəm. -Niyə? – Çünki əsgərliyə getməmişdən qabaq bir müddət dayım gildə yaşadım söz-söhbət oldu indi isə heç oraya getmək istəmirəm. Gedəcəm dayımın yoldaşı yenə də, söz-söhbət edəcək. Mən dövriyəyə keçdim. Bağışla qaqa bizim özümüzün də imkanımız yoxdur sənə dəstək olmağa. Amma çox narahat oldum. Safura ilə bir-birimizin üzünə baxdıq. Baxışlarımızla indi nə edək necə edək ki, bu oğlan üçüncü gecə də küçədə yatmasın deyə pıçıldaşdıq. Əlimizdən bir şey gəlmirdi. Soruşdum: bəs evdə neçə uşaqsız dedi: – Bircə mənəm. Anam, nənəm birdə mən! nə bacım nə də, qardaşım var. Atam da, dünyasını dəyişib.Özümüzün də evimiz yoxdur. Dayımgillə bir yerdə qalırıq. Gəlmişəm burda iş tapıb işləyim. Sonra yarımçıq evimiz var onu tikdirim. – Safura: qaqaş gəl sənə bir manat verim get evinizə bura şəhər yeridir. Allah etməsin başına zada bir iş gələr. Düzü ürəyimdən keçdi ki, Safura pul versə mən də qəpikləri özümə saxlayıb manatı verim. İki manat bizdən, azacıq da dilənsə beç manat yol pulu düzəldər. Mən xəbər aldım yaxşı bəs özünün nə qədər pulun var? cibindən gün ərzində dilənib yığdığı qəpikləri ovcuna tökdü. Bir manat altmış qəpik idi. – Oğlan yox iş söz veriblər. Mərdəkanda bir qoca qadın var. Tanımadığım bir adam onun nömrəsini verdi. Danışdım dedi: gəl sənədini ver mənə işləyəndə pulu ödəyər, sənədi götürərsən. Bayaqdan rayona gedirdin bəs sən? neyləyim pul tapmadım də… Iki başlı danışıq məni düşündürdü soruşdum: – Qaqa neçə yaşın var? on doqquz deyə cavab verdi: burda da əsgərliyə gedib gəlməyi ilə, yaşı arasında ziddiyyət var idi. Evə gələndə yol boyu ancaq onu düşündüm. Dediyinə görə Əfqanıstanda olmuşdu. Sülhməramlı qüvvələrdə. Nə bilim evin tək oğlu, necə olub bunu xarici ölkəyə əsgərliyə aparıblar? bildiyimiz kimi əsgərliyə on səkkiz yaşda aparırlar. Iyirmi yaşda da geri qaytarırlar. Bəs necə oldu. Bir ilmi hərbi xidmətdə oldu bu gənc oğlan? çox maraqlı idi. Amma cibindən bir telefon çıxardı ki, baxın! mən özüm idmançı olmuşam medallarım da var şəklini göstərdi. Əlində də diplom. Safura soruşdu: – bəs niyə öz sənətini davam etdirmirsən? – Orda da pul istəyirlər. Hər kim olursa olsun necə olursa olsun. Belə gənclərə baxanda adamın ürəyi acıyır. Nə hündür binanın başındakı işıq parıldayır nədə fəvvarə ilə bəzədilmiş park. Hər şey sönükləşir. – Safura yaxşı qaqa indi ki, sən pul istəmirsən bizdən, gəl gedək nəsə bir şey alım ye oğlan utandı. Yox sizin özünüzün də, pulunuz yoxdur axı?!!! həm də ac deyiləm ürəyim istəmir. Amma qəlbinin dərinliyində kaş ki, mənim dediyimə baxmayıb alaydılar arzusu açıq-aşkar gözlərinin kədərində görünürdü. Gedək qoğal alaq! Yenə də etiraz etdi. Yox ürəyim istəmir. Üçüncü dəfə təklifdə artıq oğlan susdu. Dedim gedək bacı bu sadəcə öz aləmində bizə qıymır. İyirmi səkkiz may metrosunun iyirmi səkkiz moll tərəfdə “Türk un məmulatları” olan bir yer vardı. Əvvəldən tanıyırdım. Göstərdim Safuraya ki, bax bacı girək içəri görək burda nə var? – Oğlan şirniyatları görüb dilləndi mən şirin şey yeyə bilmirəm. Bir az irəli getdik peraşkinin biri otuz qəpikdən üç ədəd peraşki, bir ədəd də əlli qəpiklik kartoflu pişinti götürdük. Safura bir manat mənsə tez çantamı açıb qırx qəpik çıxarıb aldığımız pişintilərin pulunu verdik. Ürəyim bir az rahat oldu ki, mənim də bu işdə bir qatqım oldu. Un məmulatlarından çıxanda tində bir arvad əl açmışdı yanında da, yeddi yaşları ancaq olardı bir oğlan olan uşaqı. -Ay bala Allah köməyiniz olsun. Allah rızası üçün. Öz-özümə dodaq altı pıçıldadım amin ay xanım Allah bizim köməyimiz olsun. Oğlan qeyri ixtiyari gülümsədi. Mən də, elə bu arvadın gününə düşmüşəm deyib başını aşağı dikdi. Onsuz da, Bayaqdan xəcalət çəkirdim dilləndim: qaqa bağışla məni bayaq mən də səni bunlardan biri hesab etmişdim. Haqqını mənə halal et.Oğlan dinmədi. Bir müddətdən sonra başını qaldırıb eybi yoxdur dedi: Tam olaraq bu gəncin kimliyini bilməsəm də kimin balasıdır. Hardan gəlib haraya getdiyini ürəyimə ağır bir yükün oturub sinəmi sıxdığının fərqinə varmışdım. Bir tərəfdən Əsgərlik yaşı, digər tərəfdən əvvəldən qadınla danışıb evində qalması üçün razılaşması, iki başlı sözlərini çözə bilməməyim şübhələrin içimdə daha da böyüməsi, və digər tərəfdən də canlı şüurlu bir insan olaraq, küçələrdə qalması hamısı qarma qarışıq bir yük idi ürəyimdə. Gecənin rəngi ölmüşdü. Hava da soyuqlaşmışdı bıçaq kimi kəsirdi adamı. Onu metro ilə Koroğlu stansiyasına yola saldıq… Safura da, məndən betər yüklənmişdi. Çünki yetərincə dəstək ola bilməmişdik…

    Gülnarə İsrafilqızı

  • Bilginin çoxluğumu, sevginin dərinliyimi?

    esmiraxanim

    Bilgini də, sevgini də var edən Allahdır. Sevgi dolu qəlblərdə Allahın nuru var və Allahın nuru bilgiyə aparan ən işıqlı yoldur. Vurğulamaq istədiyimiz bilginin çoxluğumu, sevginin dərinliyimi bir insan üçün ilkin lazım olacaq hansıdır? (daha&helliip;)

  • İnsanlar irqləri ilə fəxr etməkdən əl çəkməlidir

    esmiraxanim

    İlk öncə tək insanın düşüncə tərzinə diqqət yetirək. Əgər tək bir insan ətrafdakı insanlara cinsindən, irqindən, milliyyətindən, rütbəsindən asılı olmayaraq, gözəl düşünürsə və ədalətli rəftar edirsə, bu insanın kamil, uzaqgörən və vicdanlı insan olduğuna nümunədir. (daha&helliip;)

  • İnsanın gizli şəxsiyyəti “Səmimiyyət”

    esmiraxanim

    Səmimiyyət hər kəsin, hər an ətrafında qarşılaşmaq istədiyi önəmli bir xüsusiyyətdir. Səmimi üslublu insanlar, səmimi mühitlər hər insanın düşüncəsində müsbət izlər buraxır. Belə mühitlərdə iştirak etməkdən hər kəs məmnun olur. Səmimi insan həmsöhbətləri üzərində gözəl təəssürat oyadır, xoş hisslərə səbəb olur. Səmimi insanlarla ünsiyyətdə olmaq, səmimiyyətin hakim olduğu mühitlərdə iştirak etmək insanlara rahatlıq verir. Çünki səmimiyyət insanların, səmimi olmaq isə insanın özünün ən böyük rahatçılığıdır. Səmimi üslub sahibləri daxilən rahat olmağa namizəddirlər. (daha&helliip;)

  • Şərəfli ömür yolu

    4293bd856e2e

    Quba təkcə ağ almaları ilə öyünmür. Burada gedən abadlıq – quruculuq işləri, qədimliklə müasirliyin vəhdət təşkil etməsi göz oxşayır, vüsət alan sosial-iqtisadi tərəqqi prosesləri bu elin gələcəkdə də firavanlığının təmin olunacağını söyləməyə əsas verir. Ancaq Qubanın ən əsas, ən dəyərli sərvəti, əlbəttə ki, bu elin zəhmətkeş adamları, tərəqqipərvər vətəndaşlarıdır. Quba Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, ədəbiyyatına, siyasətinə görkəmli şəxsiyyətlər bəxş edib. Hər biri bir insan materialı kimi öyrənilməyə layiq bu şəxsiyyətlərin şərəfli siyahısında adı olan bir nəfəri də biz tanıyırıq.
    Onunla siz də tanış olun: İsgəndərov Sahib Səfər oğlu 1942 – ci il fevral ayının 3 – də Quba rayonunda kolxozçu ailəsində dünyaya gəlmişdir. Böyük Vətən müharibəsinin şiddətlə getdiyi həmin ərəfədə atasını əsgərliyə çağırmışlar. Nənəsindən icazə alan atası yeni doğulan uşağın adını Sahib deyə çağırmışdır: “Böyük oğlum İsmayıl 41 – ci ildə müharibəyə gedib. Bir xəbərim yoxdur. Mən də gedirəm. Bəlkə yurduma bir uşaq sahib oldu”. Həyat yoldaşı, qızları bu ada etiraz etsələr də, Səfər kişi seçimini dəyişməyib.
    Ürəyinə damdığı kimi də olur. Səfər İskəndərov müharibədən qayıtmır… Sahib Səfər oğlu dünyanı dərk edəndən anasını namaz qılan, evlərində babası Hacı Gəncəlinin Məkkədən 1915 – ci ildə gətirdiyi Quranı görüb. Anası həmişə ona halal yaşamağı tövsiyə edib. 1955 – 1956 – ci illərdə Quba rayon Zizik kənd 7 illik məktəbini bitirəndə anası ağır xəstə idi. O üzdən təhislini davam etdirə bilməyib. Anasını 1958 – ci ildə itirən Sahib bacılarına həm qardaş, həm də ata olub. 1964 – cü ildə özünə ailə qurdu. İki oğlu, bir qızı var. Hər üçü ailəlidir, hər üçündən nəvələri var. Şair xislətlidir Sahib İskəndərov. Həm də təvazökardır. Özünə şair deməyə utanır. Lakin yazdığı hər bir şeir onun ürəyindən qopan qəlpələrdir desək, yanılmarıq. Olduqca humanist, ürəyiyuxa, alicənab admdı Sahib kişi. Həm də cəsarətlidi, vətənpərvərdi, elinin, obasının təəssübkeşidi, qeyrətini çəkəndi. Onu yaxşı tanıyanlar, “çoxdanın adamları” – ağsaqqallar, ağbirçəklər bu kişinin fəzil insani xüsusiyyətlərini təsdiqləyir, göstərdiyi qeyrət nümunələrinə dair olmuş əhvalatlar danışırlar. …
    İrəvandan millət qaçırmış. May ayının bir günündə tanımadığı bir nəfər qapını döyüb. Sahib kişi qapını açıb. Qonaq həyətə gəlib və ağlamağa başlayıb: “ Bir yoldaşım, 3 balam var. Balalarım qorxudan gecə yata bilmirlər. Ermənilər başımızı kəsəcək. Xahiş edirəm, mənə bir sığınacaq verin…” O vaxt Sahib kişi iki otaqlı, bir eyvanlı təzə ev tikibmiş. Qonağın ağlamağına ürəyi göynəyib və deyib: “Razı olmaram ki, müsəlmanın başını erməni kəssin. Get, ailəni gətir”…Bir neçə gündən sonra əllərində iki çanta gəliblər. Nələri varmış qalıb İrəvanda. Bir il birgə yaşayıblar. Sonra Bakıya köçüblər. “El elə sığar, ev evə sığmaz” – deyib atalar. Amma Sahib kişinin geniş qəlbinə Allah sevgisi sığıb ki, bu da bütün yaxşılıqların hərəkətverici qüvvəsidir. Allah yaxşılığının əvəzini verib Sahib babanın. Yaxşı insanları qarşısına çıxarıb onun. Dostluqları qohumluğa çevrilib 2015 – ci il yanvarın 3 – də onların qızını Sahib kişinin nəvəsi İqbala gəlin gəlib. Taleyin bu gözəl gərdişinə bir şeir həsr eləyib Sahib baba:

    Qubaya deyirlər gülüstan – irəm,
    Gələn yollarına çiçək səpərəm.
    Ayağın altında qurban kəsərəm,
    Jalə xanım Gülüstana xoş gəlib.

    Sağa boylanırsan qarlı Şah dağı,
    Sola boylanırsan meyvə bağları.
    Sizlər olun kəndimizin qonağı,
    Qohumlarım kəndimizə xoş gəlib.

    Bir Allahdır kainatda ixtiyar,
    Jalə, İqbal, siz olasız bəxtiyar.
    Ömür yollarınız olsun həmavar,
    Jalə xanım evimizə xoş gəlib.

    Sərin keçir obamızda havalar,
    Səmamızda ucur telli durnalar.
    Allah sizə versin gözəl balalar,
    Jalə xanım İqbalıma xoş gəlib,
    Jalə xanım evimizə xoş gəlib. …

    Nankor ermənilərin Qarabağa təcavüzü üzündən soydaşlarımızın Qarabağdan köçməkdə olduğu günlərdən birində İskəndərovların kəndinə Ağdamdan bir ailə – ata, ana, 2 oğlan, 1 qız pənah gətiriblər. Atanın Adi Qaçay, qızın adı Səyalı, oğlanın adı Qəhrəman olub. Bu dəfə də qeyrət göstərən Sahib kişi atasından qalan yurdu – suyu, qazı, işığı olan 2 mərtəbəli evi, 10 sot həyatyanı sahəni onaların istifadəsinə vermək qərarına gəlib. Fikrini başa düşən biri ona deyib: “Sən nə edirsən? Onlar qaçqındır. Sonra evdən çıxmayacaqlar”. Sahib kişi ibrətamiz cavab verib: “Onların evini erməni alıb, Qoy mənim evimi müsəlman alsın.Təki o evi tikib, orada yaşamayan atama rəhmət desinlər”… Qaçqınlar 2 il Sahibgilin ata evində yaşayıblar. Sonra sağollaşıb Bakıya, Keşləyə köçüblər. O gündən bu ailələrin bir-birindən hec bir xəbəri olmayıb…

    Hazırda Quba rayonunun Zizik kəndində yaşayır Sahib baba. Dövlətimizdən çox razılıq edir: “Rəhmətlik, Ulu öndərimiz təmənnasız olaraq bizlərə torpaqlar, bağlar payladı. Şükür Allaha, hökümətimin sayəsində insanın yaşamasına lazım olan hər şeyim var”- deyən Sahib İskəndərov öz şeirlərində qədirbilənləri, haqq itirməyənləri tərənnüm edir:

    Üşüyənlər bilər közün qədrini,
    Anlağlılar bilər sözün qədrini.
    Yaxşı insanların qədrini bilək.
    O bir Allah bilsin düzün qədrini.

    Gözəl insani keyfiyyətlərinə, həmişə söz sahibi olduğuna görə el ağsaqqalı Sahib İskəndərova dəvət olunduğu məclislərtdə həmişə yuxarı başda yer göstəriblər, daha doğrusu, onun oturduğu yer həmin məclisin yuxarı başı sayılıb. Oğul evləndirənlər, qız köçürənlər ondan xeyir – dua alıblar. Bir çox hallarda arzu-istəklərini poetik tərzdə ifadə edib Sahib kişi. Onun başqa üstün məziyyətləri ilə səsləşən şairlik qabiliyyətini qiymətləndirən ətrafdakılar, qələmə aldıqlarını ictimalişdirməyin gərəkliyini deyiblər. Lakin tez parlayıb “ulduz” olmaq istəyən “məhsuldar” şairlərdən fərqli olaraq, Sahib İskəndərov tələsməmiş, oxucularla görüşməyin məsuliyyətini dərindən dərk etmiş, “taxçada-boxçada” qalan, indiyədək işıq üzü görməyən şeirlərini dəfələrlə götürüb-qoymuş, onları fikir süzgəcindən keçirmiş, nəhayət ki, kifayət qədər həyat təcrübəsi toplayandan, ömrünün kamillik, müdriklik zirvəsinə çatandan sonra şeirlərini dövri mətbuatda dərc etdirmək qərarına gəlmişdir. Elə bilirdim ki, Sahib babamı çox əla tanıyıram. Amma onu oxuduqca, düşüncələri ilə tanış olduqca bildim ki, onu hələ əla yox, yalnız yaxşı tanıyırmışam. Düzü, bu gecikmiş kəşfimə bir az özüm – özümdən utandım da. Sözün əsl mənasında Sahib babanı yenidən kəşf etdim, onun həyata baxışlarında bir yenilməzlik, mərdlik, ədalətsevərlik gördüm. Elə yenilməzləri, mərdləri vəsf edir şeirlərində:

    Güllələr altında qırpmadın gözün,
    Hünər meydanında söylədin sözün.
    Anadan əmdiyin müqəddəs südün,
    Deyirəm, Mübariz, halaldır sənə!

    Qeyrətli oğullar Vətənə gərək,
    Səntək şəhidlərə min rəhmət deyək.
    Ata süfrəsində yediyin çörək,
    Deyirəm, Mübariz, halaldır sənə!

    Mənfur düşmənlərə matəm çaldırdın,
    Günahsız qanların heyfini aldın.
    Rəhbərin verdiyi müqəddəs adın,
    Deyirəm, Mübariz, halaldır sənə!

    Allahın əmriylə taleh yazılar,
    Şəhidin məzarı cənnətlik olar.
    Bu gün uyuduğun o ana torpaq,
    Deyirəm, Mübariz, halaldır sənə! (Halaldır sənə”)
    Daim mənəvi ucalığa can atan, insanlığa tamam başqa tələblər verən şairin sevgi motivli şeirləri isə bir ayrı söhbətin mövzusudur. Bu sırada diqqətiçəkən məqam odur ki, şair əbədiyaşar, fədakar sevgini alqışlayır:
    Belə söyləyirlər, belə deyirlər,
    Qu quşları çüt yaşarlar həyatda.
    Əgər bu çütlüyün biri məhv olsa,
    O biri də ölər, qalmaz dünyada.

    20 Yanvarda cəllad Qarbaçov,
    Bakını döndərdi qan çanağına.
    Ey igid İlhamım, gəlin Fərizəm,
    Sizlər də oxşadız qu quşlarına.

    Güllə atmayınız qu quşlarına,
    Onlar yaralıdır, onlar cavandır.
    Qoy qoşa uçsunlar mavi səmada,
    Biri Fərizədir, biri İlhamdır.

    Qəhrəman İlhamım, gözəl Fərizəm,
    Adınız düşübdür dildən – dillərə.
    Siz dastan yazdınız tariximizə,
    Müstəqillik qaldı biz nəsillərə. (“İlham və Fərizə”)

    Təbiət gözəlliklərinin vəsfi Sahib İskəndərovun yaradıcılığinda əhəmiyyətli istiqamətlərdən birini təşkil edir. Bu qəbildən olan poeziya nümunələrində o, təbiət hadisələrinə, xüsusilə də baharda təbiətin oyanışına, onları müşayiət edən xalq adət-ənənələri ilə eyni prizmadan yanaşır, insanla təbiət arasındakı harmoniyanı arzuların çiçəklənməsi üçün vacib amil hesab edir:
    Bütün həyətlərdə yanır tonqallar,
    Sevinir qocalar, gənclər, uşaqlar.
    Azəri xalqına qəlbən deyirəm,
    Novruz bayramını təbrik edirəm.

    Allahdan arzumdu çörək bol olsun,
    Subay balalarçün nişan, toy olsun.
    Eşidək həmişə “Vağzalı” səsi,
    Yağı düşmənlərin gözü kor olsun.

    Bəzənsin xonçalar, oynayaq, gülək,
    Şadlanaq, əylənək, sağlıqlar deyək.
    Bu gün ölkədəki sabitlik üçün,
    Heydər babamıza rəhmət diləyək.

    Vətəni qoruyub saxlayacağıq,
    Düşmən fitnəsinə uymayacağıq.
    İlham cənabının rəhbərliyi ilə,
    Doğma Qarabağı qaytaracağıq! (“Novruz”)

    Sahib İsgəndərovun başçılıq etdiyi ailədə həmişə böyük – kiçiyin yeri bilinib, Ulu Öndərimiz Heydər Əliyevə, Onun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevə dərin sevgi, xüsusi rəğbət bəslənilib. Əliyevlər ailəsinə simpatiyalarının, inamlarının nəticəsidir ki, Sahib babasından irsi olaraq, şairlik qabiliyyəti əxz edən nəvəsi Səbinə Polad qızı Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya şeir yazıb:

    Xalqın sevimli anası,
    Əziz Mehriban xanım.
    Mənim ürəyim, canım,
    Hamının anasısan,
    Məzlumun dayağısan.
    Bu azad ölkəmizdə,
    Əmin-amanlıq olsun.
    Arzu-diləyim budur,
    Sizi Allah qorusun.
    Ən böyük zirvələrdə
    Heykəliniz qoyulsun.
    Siz məclisə gələndə
    Şahlar ayağa dursun.

    Ömrünün ahıl çağında, kamillik dövrünü yaşayan şair Sahib İskəndərovun poeziyası təravətini qoruyub saxlamışdır. İnanıram ki, bu şeirlərin dərc olunması onun həyat eşqini artıracaq, yaradıcı axtarışlara sövq edəcək. Arzu edirəm ki, bu poeziya nümunələri həm öz müəllifi, həm də oxucuları üçün həyatda bir düşərli talisman olsun.

    Fəzli Kərəmoğlu

  • Kənan AYDINOĞLU.”Türkün Türkçülük Dastanı” (Poema)

    10603255_706637782754308_673706837506198075_n

    Azerbaycan türkcesinden Türkiye türkcesine çeviren:

    Kamran MURQUZOV
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Kurucusu ve Çevirme bölümünün Baş editörü

    “Türk’ün Türkçülük Destanı”

    (Poema)

    Türk-Müslüman dünyasının kurulmasında ve toprak bütünlüğünün korunmasında zaman zaman kendi hökmdarlı borçlarını layıkıyla yapan Nuri Paşa’ya, Osman Gazi’ye, Ertuğrul beye ulu sayqılarla!

    “Türk’ün Türkçülük Destanı” yoğrulub gelir Turandan,
    Türkler yine ikna kalır Allah’la rehber “Kur’an” dan.
    Osman Gazi, Ortoğrulla meydanlarda cana gelip,
    Nuri Paşa at sırtında bak, Azerbaycan’a gelip.
    Meydanlarda döyüşməkçün ömrü boyunca er olmuşlar,
    Yağıyla meydanda bile halkına hüner olmuşlardır.
    Kalpleri yüzyıllardır coşup, taşıp çeşme gibi,
    Düşmanları meydanda da karşılayıp misafir gibi.
    Tarihlerin denemesinden yüzleri de beyaz çıxıbdı,
    Nuri Paşa, Osman Gazi-dözümlükdə dağ çıxıbdı.
    Kalbinde vatan özlemi, gözünde üzüntü olmuş,
    Meydanlarda tarih boyunca savaşı zafer olmuş.
    Şükür, yine zaferi tarih boyunca varaqlanıb,
    Nuri Paşa, Osman Gazi tarihlerden soraqlanıb.
    Turan adlı büyük yurdu sevibler göz yaşı kadar,
    Yiğitlikte kale olup yurdun, dağı, taşı kadar.
    Destanlardan tarihlere yaş gibi süzülüp gelip,
    Meydanlarda cəsrətçün toprağa dizip geldi.
    Karma düşmeyip yine yurtta Türk’ün yası, toyu,
    Canındadı, ruhundadı yiğitliği ömrü boyunca.
    Palan atın sırtında meydanda ruhu görmüşlerdir,
    Seve seve hak “Kuran” ı Adem’le Nuh’u görmüşlerdir.
    Kalbinde vatan özlemi yanaqdakı yaşa dönüp,
    Erenlikde dağlar gibi yurtta dağa, taşa dönüp.
    Bir zamanın diliminde candakı bir ruha hopub,
    Edirne’den, Erzincan’dan fırtına gibi bazen kopup.
    Osman Gazi, Ortoğrulla hükümdar-paşa olmuşlar,
    Vatan aşkı ile yanıp, bulutlar gibi dolublar.
    Vatanı darda qoymayıb meydanlarda döyüşüblər,
    Meydanlarda yağılarla yiğit gibi görüştüler.
    Toprağın uğruna yine tökübdülər al kanını,
    Tarih gibi yazıbdılar tarihine er canını.
    Kalbinde Allah kelimesi, dilinde Türk’ün sözüyle,
    Zengin tarihine dönüp sabaha bakan gözüyle.
    Kalbinde hasret dolusu inildeyen Lute gibi,
    Tarihini, geçmişini varaqlayıb kitap gibi,
    Ana yurdu seçmediler gözlerinin karasından,
    Kalplere süzülüp geldi taşlarının arasından,
    Feryat oldu, nale oldu zaman zaman, tarih boyunca,
    Dünya, hafızasında hatırla çok uludu Türk’ün soyu.

    ***

    Yunusumdan süzüldüler, Türk’ün Ana toprağında.
    Dastan olup dizildiler, Türk’ün Ana toprağında.
    Sultan Murad, Sultan Selim, toprağın kendim geleyim.
    Sıkıntıya göğüs gerim, Türk’ün Ana toprağında.
    Selam olsun erenlere, Şere göğüs gerenlere.
    Hakkı deyip, görenlere, Türk’ün Ana toprağında.
    Dağlar gibi çığlık çekim, Çələngimdən saray çekim,
    Hem güneş, hem de ay çekim, Türk’ün Ana toprağında.
    Bir ruh ile cana dönüm, Pıhtılaşan Gana dönüm.
    Zaman zamanla ana dönüm, Türk’ün Ana toprağında.
    Ertuğrul’u anayım, Osmanlı’nın gönlün alayım.
    Yunus gibi şair kalım, Türk’ün Ana toprağında.
    Mövlanamı atayım yada, Ömrüm de geçmesin bada.
    Türklere gelmesin yasak, Türk’ün Ana toprağında.
    Elenen bembeyaz kar olayım, Mevlam gibi bir tar olayım.
    Türklerime ben yar olayım, Türk’ün Ana toprağında.
    “Kuran” ı gözüm biliyorum, Türkleri tahammül biliyorum.
    Destanı kendim biliyorum, Türk’ün Ana toprağında.

    ***

    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Tarih boyunca meydanlarda hem feryat, hem çığlık oldun.
    Türk’ün şanlı tarihinde, doğan güneş, hem ay oldun.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Hem rusa, hem Ermeniye, ömrü boyunca baş eymedin.
    Silahsız birkaç yağının, kalbine de hiç dəymədin.
    Kareler kendisinde de, qəddi-kametin əymədin.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Kalbindeki özleminden, gözünün yaşı süzüldü.
    Türkiyəmi Qorumaqçün, senin tek erler dizildi.
    şükürler Ermeni, Rus’un, Yine dudağı büzüldü.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Erzincan’dan, Edirne’den, Ankara’dan, İstanbul’dan, –
    Büyük Türk’ün toprağından, zaman zaman yol gəlibsən.
    Azerbaycan toprağını koruyarak yağılar,
    meydanlarda erler gibi, yağının kalbin dəlibsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Səngərlədə silah gibi, Torpağımın gözündəsən.
    Dastan gibi yoğrularak, Türklərimin sözündəsən.
    Türk’ün şanlı varaqlanan, Tarihinde, özündəsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Türkün öz yurdu gibi, ruhumdasan, canımdasan.
    Zaman zaman kalbim gibi, döyünürsən, yanımdasan.
    Türksün, Büyük Türk oğlusun, Allah diyen anımdasan.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    “İstiklal”, “Hürriyet” kelimesi,-Türklərimin ilk harayı.
    Sengerde silahlı erler, durup yurttan başka.
    Nuri Paşam-Türkler için, yurdumun güneşi, ayı.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    ***

    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Tarih boyunca Türklərimin, bak, hüneri destan oldu.
    Yanaqdakı gözün yaşı, hem düğünden, hem yasdan oldu.
    Dar gününde dayanak olan, toprağım dosttan oldu.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    “Allahuekber” derken, nurlu gözü dolup gelen.
    Vatanın özlemi için, içelim gibi solup gelen.
    Ertuğrul sonra büyük, Türk’ün olup gelen,
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Yıldırımlar torpağmda, siyah bulut gibi çakıyor.
    Kederi, qüssəsi kalbin, süzülüp gözünden akıyor.
    Tarih kendisi yigitliğe, bugün hayran hayran bakıyor.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Meydanlarda zafer için, yağıyla yüz yüze gelen.
    Yeni yeni sefer için, yağıyla yüz yüze gelen,
    Ordu-ordu sabah için, yağıyla yüz yüze gelen.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Dağlar gibi, taşlar gibi, titrəməyəndə əsməyən.
    Kapanan Eski peymanı, tarih boyunca kesmeyen.
    Tarihin denemesinden da, yiğitler gibi küsməyən.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    ***

    Osman Gazi, Orhan Gazi,-Türk’ün hünərlik destanı.
    Osmanlı’dan başlar bak, Türk’ün hünərlik destanı.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.
    Meydanlarda savaş oldu, yağılarla görüşme oldu.
    Zaferlerden ilham alıp, tarih kendisi hayran kalıp.
    Türklərimi her anıp,-Türk’ün hünerlik destanı.
    Candan cana hopub gelip, tufan olup, kopup gelip.
    Yaradan’ı bulup gelip,-Türk’ün hünerlik destanı.
    Yine ruhum, canım oldu, zaman zamanla anım oldu.
    Pıhtılaşan kanım oldu,-Türk’ün hünerlik destanı.

    ***

    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Osmanlı’yı düşününce, gözün yaşına dönüyorum.
    Erenlikde erler gibi, yurdun taşınabilir dönüyorum.
    Kah güzelin hünerine, kah kaşına dönüyorum.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Haray içsem, harayıma, dağlar kendisi kaçıp gider.
    Osman Gazi Türkiye’den, mezarını açıp gelir.
    Güneş kendisi şəfəqinlə, aydınlığa dönüp saçıp gelir.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Tarih kendisi hünərinə, ömrü boyunca şahit oldu.
    Osmanlı’da, Türkiye’de, toprak gibi birim olup.
    Şer yürürlüğe dersler geçen, tarih boyunca zahid olup.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Erenlikdə erler gibi, canım kadar aziz oldun!
    Toprağına bağlılıkta, kanım kadar aziz oldun!
    Hasret çeken, feryat çeken, anma kadar aziz oldun!
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Meydanlarda zaferler, yurdum için zafer oldu.
    Mezarına baş çekmemek, benim için kader oldu.
    Allah’a şükür, yağının, umutları heder oldu.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    ***

    Adına destan qoşdumsa, göz yaşına dönmeyimmi?!
    “Türkler var” diye coşdumsa, göz yaşına dönmeyimmi?!
    Yunus gibi süzüldümse, destan olup düzüldümse,
    Dudak gibi büzüldümse, göz yaşına dönmeyimmi?!
    Seni görünce ağladımsa, Allah bel bağladımsa,
    Fırat gibi çağladımsa, göz yaşına dönmeyimmi?
    Kanını kanım bildimse, canını canım bildimse,
    Ruhunu anm bildimse, göz yaşına dönmeyimmi?
    Gözüm nuru “Kur’an” dısa, Türkçülüyüm Turandısa,
    Vilayetim Arandısa, göz yaşına dönmeyimmi?

  • Gənc yazar Kənan Aydınoğlu ilə görüş keçirilib

    01

    02

    03

    04

    10 mart 2015-ci il tarixdə, saat 13:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbin Rəhbərliyinin təşkilatçılığı ilə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimi və şagird heyəti iştirak edib.Tədbiri giriş sözü ilə açan 197 saylı tam orta məktəbin direktor müavini Anar Alıyev ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Kənan Aydınoğlunun həyat və yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairin üzvü olduğu müxtəlif ədəbi dərnəklər haqqında məlumat verib.Daha sonra isə sözü Kənan Aydınoğluna verib.Düzənlənən tədbirin keçirilməsinin əsas səbəbkarı sevimli şair, gənc yazar Kənan Aydınoğlu ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu dilə gətirib.Son zamanlar yetişməkdə olan gənc nəslin nümayəndələrinin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Qədim Azərbaycan torpağında yaşayan azərbaycanlıların istedadlı bir xalq olduğunu xüsusilə diqqətə çatdırıb. O, həmçinin Çağdaş dönəmdə istedadlı gənc yazarların ədəbi mühitdə tanınmasının, müasir ədəbi prosesə cəlb edilməsinin, yazılarının müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunmasının, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi”nə üzv olmağın önəmli olmasından ürəkdolusu danışıb.
    Sonra məktəbin müəllim və şagird heyətinin ünvanladığı sualları cavablandırıb, müxtəlif illərdə qələmə aldığı şeirlərdən səsləndirib, böyük məmnunluq hissi ilə həmin tam orta məktəbin şagirdlərinin qələmə aldığı şeirləri dinləyərək, hər birinin istedadlı gənc yazar olduğunu bildirib, qarşıdakı illərdə müxtəlif çətinliklər qarşısında dözümlü və səbirli olmağı, öz iradələrini nümayiş etdirib yaradıcılıq imkanlarını genişləndirilmələrini tövsiyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülten ERTÜRK.”Zamanın değeri” (Köşe yazısı)

    10000243_10152271703211506_1711077394_n (1)

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    “Zamanın değerini bilemedik
    Yoksa biz her şeyin hayırlısını mı dilemedik” Gülten Sultan

    Dememek için zamanın değerini anlamak ve yerinde o zamanı kullanmamız gerektiğine inanıyorum.
    Zamanın değeri ne altınla, ne parayla, ne de pulla ölçülür. Adeta sabun gibi siz onu tutmazsanız elinizden kayar gider. Değerlendiremesek ömür gider…
    Her yaşın kendine özgü güzellikleri vardır. Bunları yakalamayı hedef haline getirmemiz gerekir. Eğer o vakti yerinde değerlendirmesek hata bizde ve tembel oluşumuz dadır. Zaten hayattan dört dörtlük bir yaşam beklemek de olmaz. Hiç kimse dört dörtlük değildir. Çünkü dünyaya imtihan için geldiğimizi hiçbir zaman unutmamamız lazım.
    Boş geçen ölü zamanın bir daha geri gelmeyeceğini hepimiz biliyoruz. O zaman verimli, bize kazanç sağlayacak( hem maddi, hem de manevi) eylemlerde bulunmamız daha doğru olacaktır. Bunu yapalım derken 24 saat dilimini iyi planlamamız lazım. Vücudumuzun dinlenmesi için uyku saatlerimizin düzenli olmasına, sağlığımıza, beslenme düzenimize dikkat etmeliyiz.

    Kendimizi keşfedelim.
    Neleri iyi yapabiliriz?
    En çok nelerden hoşlanıyoruz?
    Mutlu olduğumuz anların sayısının fazla olması bizi her konuda verimli kılacaktır.
    İçimizde oluşan kötü düşüncelere yer vermeden güzellikleri yakalamak zamanın faydalı halde kullanmamıza sebep olacaktır.
    Ürettiğimiz her fikir eyleme dönüşünce sonuçlarına biz bile inanamayacağız.
    Zaman konusunda en önemli olan an, yaşadığınız şu anki durumunuz.
    Bir saniye, bir dakika, bir saat, bir gün, bir hafta, bir ay, bir yılda neler olabilir?
    Bir saniyede kaza olabilir.
    Bir dakikada nabzı duran insan tekrar hayata dönebilir.
    Bir saatte yağan yağmur çimenlerin yeşermesine sebep olabilir ya da geç gelen ambulans yaşayan kurtulacak olan bir hastanın ölümüne sebep olabilir.
    Bir günde size gelen bir teklif hayatınızın değişmesine sebep olabilir.
    Bir haftada ameliyat olan bir hasta sağlığına kavuşabilir.
    Bir ayda çok normal gözüken bir yakınınız teşhisi sonunda hayata gözlerini yumabilir ve ya bir ay içinde evlenmeyi planladığın ve nikah tarihini aldığın bir insan, bir ay sonra senin hayatında olmayabilir.
    Bir yılda bir önceki yıl hayalini bile kuramadığınız bir bebek sizin aileden olabilir….
    Olumlu ve ya olumsuz örnekler çok ama siz olumlularını kendinize yakıştırın diyorum.
    Vesselam hayat çok kısa, siz hayattayken sevdiğiniz insanların değerini zamanda bilin, bir gün bilmek isterseniz, onlara söylediklerinizi mezar taşı anlamaz.
    Zamanınızın kıymetini zamanında bilerek anlamlı, kaliteli güzel bir hayat sürmeniz dileği ile…

    “Zamanın değerini umursamayanlar
    Ömürlerini bitmez tükenmezmiş sananlar
    Tespihin taneleri kadar kısa bu hayat
    Sen onu harcamazsan o zaman seni harcar”

  • Harika UFUK.”TÜRKİYE’MİN KADINLARI BAMBAŞKA” (Yeni şeiir)

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Fedakâr, cefakârdır ülkemizde her kadın,
    Cana can Türkiye’min kadınları bambaşka!
    Cennet ile söylenir anam mübarek adın,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Ülkemiz yemyeşildir; görenler hayran kalır,
    Havası, suyu güzel; hastalar şifa bulur,
    Mis kokan kadınımız, rengini gülden alır,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Güzellerin içinden onlar hemen seçilir,
    Kınalı ellerinden zehir olsa içilir,
    Evlerinin önünden saygı ile geçilir,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Cenneti sermiş Mevla’m ayağının altına,
    Nasıl ulaşılır ki senin yüksek katına,
    Konuk olmak pek hoştur; cömert, temiz çatına,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Yuvaya kanat gerer, cesur dişi kartaldır,
    Bakışları anlamlı, yanakları al aldır,
    Huyu pek yumuşaktır, sözleri sanki baldır.
    Cana can Türkiye’min kadınları bambaşka!

    Savaşta ve barışta erkeğinin yanında,
    Mertlik dolaşmaktadır asil, temiz kanında,
    Güneş gibi doğuyor her sabah yurt tanında,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Doğruluğun timsali, hepsi sözünün eri,
    Sevgiyle dolup taşar, altındır yürekleri,
    Güller açar yerlerde, bir damla aksa teri,
    Cana can Türkiye’min kadınları bambaşka!

    Harika güzellikte yarışırsınız ayla,
    Dünya Kadın Gününü kutlayalım halayla,
    Kalplere yollandı ok, gümüşten parlak yayla,
    Cana can Türkiye’min kadınları bambaşka!

  • Leyla ARSAL.Yeni şiirler

    leylahanim

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    * * *

    Eşikte bekleyen göz ucuyla dahi bakmaz içeri
    Merak etmez ardı saray mı han mı kulübe mi
    Kalbi zelzele olanın kullanabildiği;
    -sadece kalp yetisi!-
    Kalbiyle görür kalbiyle bilir
    Kalbiyle koklar rüzgârın nefesini
    Ahh o eşikler ardı mıdır hep rüzgârın yurt bellediği

    * * *

    Kapalı kalmaktan ve kapatmaktan hep
    Şimdi sarkıtıyorum akciğerlerimi onuncu kattan aşağı
    Şairin dediği gibi tam da
    Burası “göğe bakma durağı”
    Benimkisi hem daha cüretkar /Rapunzel’in yanında

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl…” (Yeni şeir)

    sefa1-450x300

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə…

  • Ramil ƏHMƏD: Özüylə söhbəti…

    ramilehmed

    Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını bir yerə yığanda isə belə bir söhbət alındı:

    – Sənin təsəvvüründə şair obrazı necədir?
    – Bizdə daha çox sovet dönəmindən qalan pafoslu bir şair obrazı var: çox içən, əlindən siqareti əksik olmayan, ütüsüz köynəkli, üzü tüklü və sair. Şair deyəndə sakit bir küncə çəkilib davamlı mütaliə edən, yazan bir insan düşür yadıma. Yaxşı mətnin arxasında içki, siqaret yox, istedad, zəhmət, mütaliə dayanır. Əksinə, indi şairlər daha rasional, nizamlı olmalıdırlar. Çünki günümüzdə şeirin oxucusu azalmaqdadır. Gərək şair istər mövzu, istərsə də forma baxımından oxucunun diqqətini öz üzərinə çəkə bilsin.

    – İlham, istedad, zəhmət…
    – Çox yazmaq yox, yaxşı yazmaq. Kəmiyyət yox, keyfiyyət. Kitabım olsun deyə tez-bazar kitab çap eləmək yox, yaxşı bir iş ortalığa qoymaq. İlham pərisini gözləmək yox, qrafiklə işləmək, zəhmət. Mükafat iddiası yox, yaxşı mətn iddiası.

    – “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”…
    – Tez-tez özümdən soruşuram: kitablar ölürmü? Ölürsə, kitablar üçün də cənnət, cəhənnəm varmı? Bəlkə də… Amma hər insanın alın yazısı olduğu kimi, kitabların da öz həyatı, öz taleyi var. Onlar da insanlar kimi doğulurlar, ev-ev, ölkə-ölkə gəzirlər, kiminə dost, kiminə düşmən olurlar… Və sonda ya əbədi həyatla mükafatlandırılır, ya da tarixin tozlu bir küncünə atılırlar. Yaxşı kitablar həyatımızın bələdçiləri olurlar, yolumuzu aydınladırlar. Pis kitablar isə, sadəcə, vaxt itkisi…

    – Belə fikir var ki, ən çox satılan kitablar ədəbi dəyər baxımından əhəmiyyətsizdir, yüksək tirajla satılan əsərlər yalnız geniş kütlə üçündür.
    – Mən Ximenesin “şeir ucsuz-bucaqsız azlığa səslənməkdir” fikriylə razılaşır, istənilən cəmiyyətdə şeir kitablarının az oxunmasını qəbul edirəm. Nəsrdə isə oxucu daha çox kitabı sıxanda bir vedrə göz yaşı tökülən ucuz eşq macəralı, bütün mahiyyəti ancaq qatili tapmağa yönələn detektiv mövzulu mətnləri sevdiyini də anlayıram. Nə qədər satılmağın, əslində, mətnin dəyərinə elə bir təsir göstərmədiyini düşünürəm. Fikrimcə, pis kitabın çox satılması yox, çox satılanın bir növ ədəbi ölçüyə çevrilməsi daha təhlükəlidir.
    – Zamanın hökmü…
    – Bir çox şeylər zamandan, dövrdən asılıdır. Məsələn, hər nə qədər adı ətrafında mübahisələr olsa da, bəlkə də, Şekspir müasirimiz olsaydı, Hollivud filmləri üçün ssenari yazan biri olardı. Kim bilir…

    – Ədəbiyyat cəmiyyətin problemini qabartmalı, onu tərbiyələndirməli, doğru yol göstərməlidirmi?
    – Ədəbiyyatın üzərinə zorla bu cür missiyalar yükləmək doğru deyil. Biz üzərinə missiyalar qoyulmuş ədəbiyyatın halından da xəbərdarıq. Uzağa getməyək, Sovet dövründə yüz minlərlə tirajla nəşr olunan, o çağın gəncliyinin kult romanları, sevimli yazıçıları günümüzdə nə qədər tanınır və ən əsası həmin əsərlər ədəbiyyat tarixində nə qədər önəmlidirlər? Reallıq budur ki, nəinki zamanın sınağından çıxmaq, heç həmin əsərləri oxuyub üçdən-beşdən bir qiymət almağa məcbur olan tələbənin “sınağından” belə keçə bilmir. Vaxtilə Sovet ideologiyasına, o dönəmin oxucusuna hesablanan, ədəbi zövqdən başqa üzərinə hər cür missiya qoyulmuş əsərlərin ömrü də SSRİ-dən uzun olmadı…

    – Yazarın ən böyük istəyi nədir?
    – Hər bir yazar yazdığı kitabın onu yaşatmasını istəyir. Sözün hər iki mənasında; həm zamanın yaddaşında, həm də kitablarının qarşılığında normal qonorar alıb yaşamağı nəzərdə tuturam. Ədəbiyyat tarixində sağlığında tanınmayan, ağır həyat tərzi keçirən onlarla yazıçı, sənətkar adı saymaq olar. Ancaq kim deyə bilər ki, sahib olduğu dəyərli əşyaları satmaq, girov qoymaq, bu cür əzab-əziyyət çəkmək onların – təbii, mazoxistləri nəzərə almasaq – ürəyincə idi?!…

    – Sənət dünən və bu gün..
    – Çağdaş insan alim, şair, yazıçıdan daha çox şou əhlinin sözünə ehtiyac duyur. Günümüzdə insanlara sənətin, yoxsa televiziyanın, sosial şəbəkələrin daha çox təsir etməsi haqqında nəsə deməyə, məncə, lüzum yoxdur. Bütün bunları deməkdə məqsədim televiziya və interneti ittiham etmək deyil. Belə bir fikir var: uşaqlar valideynlərindən daha çox zəmanəsinə oxşayırlar. Bu gün isə bütün dəyərlərin bir-birinə qarışdığı, yaxşıyla-pisin, sivilizasiyayla-barbarlığın arasındakı sərhədin silindiyi bir dövrdür…

    – Bir az da ədəbi tənqid barəsində…
    – Birincisi, oxucunun ölçü meyarları başqadır, onu asanlıqla aldatmaq olar. Orta statistik oxucu daha çox pafosu yüksək qiymətləndirir, yalnız süjet arxasınca qaçır, əsərin strukturu, forması, dili onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir. İkincisi isə Dostoyevskini Baxtini və ya Puşkini Belinskinin gözüylə oxuyan oxucu əsərlərin dərin qatlarında gizlənənləri, fərqinə varmadığı mətləbləri daha yaxşı başa düşür. Dəyərlərin qorunması və böyük bir xaosun qarşısını almaq baxımından ədəbi tənqid vacibdir. İndi narahatlıq doğuran bircə sual qalır: ədəbi tənqid nə qədər sağlam və obyektivdir? Deyəsən, bu sualın qarşılığında çox az adamın nikbin cavabı var. Bəziləri üçün ədəbi tənqid və tənqidçi öz funksiyasını, missiyasını bitirmiş sayılır. Məncə, ədəbi tənqidi lazımsız bir iş kimi qəbul etmək insafsızlıq olardı. Hansısa bir əsər haqqında nə qədər çox yazılsa, bu, həmin əsərin uğuru deməkdir. Çünki hər kəs mətnə öz yozumunu verir, hər kəs mətnin fərqli-fərqli tərəflərinə fokuslanır. Müasir estetikaya görə isə yaxşı əsərlər çoxqatlı olmalıdır və bir mətnin nə qədər çox yozumu, şərhi varsa, bu, müəllifin uğurudur.

    – Müharibədə itirdiklərimiz və qazandıqlarımız….
    – Yəqin, nikbinliyimizdən irəli gəlir ki, itkilərimizə yox, qazanclarımıza fokuslanırıq. Müharibə olmasaydı, bu gün heyranlıqla izlədiyimiz filmlərin, rəsmlərin, zövqlə oxuduğumuz mətnlərin bir çoxu olmayacaqdı. Bilirəm, indi belə bir sual yaranır: qazandıqlarımızla itirdiklərimizi kompensasiya edə bilərikmi? Mənə görə, hansısa bir filmi bu gözlə izləmək, mətnə bu tərzdə yanaşmaq, hər əsərdə özünü axtarmaq doğru deyil. Bu yerdə Milan Kunderanın xoşuma gələn bir fikrini sizinlə bölüşürəm: “Kafkanın əsərini başa düşmək üçün onu roman kimi oxumaq lazımdır”. Biz yaranan əsərləri müharibədə itirdiklərimizlə, şəxsi faciəmizlə ölçsək, çox ucuz görünəcək. Amma bu sənətdir və o, bizim yaşantılarımız, itirdiklərimizlə yox, konkret meyarlarla, ölçülərlə dəyərləndirilir.

    – Nə üçün insanlar çox asanlıqla müharibə isteriyasına qapılırlar?
    – Freyd, Eynşteynə yazdığı məktubunda insanı nifrət və dağıdıcı instinktin müharibəyə sövq etdiyini vurğulayır və belə bir sual verir: “Məncə, biz müharibəyə ona görə nifrət edirik ki, təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik?” Yaxşı sualdır. Və nə yaxşı ki, ömür vəfa elədi, əgər İkinci dünya müharibəsinin başlaması iyirmi iki gün geciksəydi, Freyd bu sualın cavabını tapa bilməyəcəkdi. Görünür, hər işdə bir xeyir var…

    … və şeirləri

    AMERİKA

    Hər qadın bədəni
    kişi üçün yeni bir qitə…
    Kəşf edilir;
    aza-aza, keçə-keçə,
    üzə-üzə, öpə-öpə…
    Bütün kişilər Kolumbdu, bəlkə?
    Sevgi inanmaqdı
    ömrün sonuna qədər,
    ömrün sonuna qədər
    Amerikanı Hindistan bilməkdi.

    QIRMIZI

    naməlum bir ölü tapılanda
    gecə saatlarında,
    polis maşınının
    yanıb-sönən mavi işıqları altında
    protokola yazılmışdı
    mərhumun günahı:
    göydələnin damındakı
    antenin qırmızı işığından keçib
    və çox sevirmiş, çoooox…

    SEVGİNİN ZAMANI

    Sevginin üç zamanı var:
    darıxmaq, ayrılmaq və unutmaq.

    Əslində,
    biz özümüzü tanımaq üçün sevirik –
    necə sevdiyimizi,
    necə darıxdığımızı,
    necə ayrıldığımızı,
    necə unutduğumuz bilmək üçün…

    NİKBİNLİK

    Yolmayın,
    çobanyastığının günahsız ləçəklərini,
    Yormayın eyni suallarla onu:
    – Sevir, sevmir…

    Cavabını bildiyiniz sualları
    başqasından soruşmayın.
    Çiçəklər uşaqlar kimidir,
    yalan danışa bilməzlər…

    Göndərməyin parabüzənləri
    sevdiyinizin arxasınca,
    düşünün.
    Bəlkə də,
    barmağınızın ucundakı böcək
    elə sizi aparmaq üçün gəlmiş…

    O

    Bu qədər sevgilərin içində
    elə bil kiminsə sevgisi itkin düşüb.
    Bu qədər səsin içində hansısa bir doğma səs yox.
    Bu qədər adamın arasında kimsə çatmır.
    Əslində, bu qədər sevgilər, səslər, adamlar artıqdı.
    İndi bizə lazım olan
    sevginin, səsin, adamın sonuncu parçasıdı.
    Və xoşbəxtliyə bircə hərf çatmır – o…

    GÜNƏŞ

    Hərəni öz eşqi boyda göyə çevirir Allah!
    (Vaqif Bayatlı Odər)

    Bir boşluq ki içində
    heç dolmur…
    Boşluqlarla dolusan indi.
    Bir kədərə hamiləsən ki
    doğulmur illərdi,
    İçində böyüdərsən kədər balanı,
    Tanrı ruh üfürməz.

    Gülüşü kədərinə,
    sözləri sükutuna uduzan adam,
    uduzduqca hər gün özünə,
    baxıb, baxıb göy üzünə
    soruşar: niyə?
    Niyə, İlahi,
    hamıdan gücsüzəm,
    hamıdan zəif?

    Sanma özünü kimsəsiz,
    O, səndən xəbərsiz, səssiz,
    oturub öz taxtında,
    hamını öz vaxtında
    gözləyər göy üzündə.

    Ağrıdığın,
    ağladığın qədərsən…
    Nə qədər ki,
    göy üzündən
    minlərlə gözlər baxır,
    Nə qədər ki,
    O var, qorxma,
    ölməzsən, ölməzsən…

    Hesabla,
    ömrün boyu Günəşə
    nə qədər baxdın doyunca?

    Zəngli saatın
    səni hər səhər
    işə, dərsə, görüşə
    getməyin üçün oyandırdı.
    Heç Günəşi qarşılamaq üçün
    çaldımı zəngli saatın?
    Günəşi görmək üçün oyandınmı?

    Ömründə bircə yol
    iş üçün yox,
    dərs üçün yox
    günəşi görmək üçün,
    yaşamaq üçün olsa
    gözlərinin ilk açılışı,
    sevsən adamları,
    dünyanı,
    ağacları,
    günəşi,
    yağışı,
    onda hamıdan,
    hamıdan güclü olacaqsan!

    BİR ÇAY QAŞIĞI ÜMİD

    Hava proqnozundakı
    qısa ətəkli aparıcı
    üşümədən dedi ki,
    Somaliyə qar yağacaq…

    Görəsən,
    oradakı uşaqların ürəyindən
    qartopu oynamaq keçirmi?
    “Somali qutusu”na atılan
    qara qəpiklər
    onları ağ günə çıxardarmı?
    Somali üçün nitq söyləyənlər
    onlar üçün bircə gün ac qalarmı?

    Bir uşaq
    oturub yol kənarında,
    həyatla ölüm arasında.
    Həyatla ölüm arasında
    bir stəkan su,
    bir dilim çörək
    qədər məsafə…

    Xəyalları ilə oynayır uşaq,
    amma xəyalına belə gəlmir
    NTV-də italyan salatının hazırlanması:
    Holland pendiri – 200qr.
    Bolqar bibəri.
    Şüyüd.
    Reyhan.
    Zeytun.
    Mayonez.

    Afrika salatının resepti həmişə eynidir:
    BİR damcı göz yaşı.
    Vitamin A.
    Bir DAMCI göz yaşı.
    Vitamin B.
    Bir damcı GÖZ yaşı.
    Vitamin C.
    Bir damcı göz YAŞI.
    Kalsium.
    Bir çay qaşığı da ÜMİD…

    Bilmirsiniz,
    neçə dərəcə soyuq var Somalidə?..

  • Bakı Slavyan Universitetində “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilib

    1425628042_tedbir (1)

    5 mart 2015-ci il tarixdə Bakı Slavyan Universiteti “İnnovasiya və Texnologiya üzrə” Rektor Müşavirliyinin və “Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə akt zalında “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilmişdir.Tədbirdə milli qəhrəman İbad Hüseynov , Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ,Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev ,”Kempo “ federasiyasının prezidenti Rauf İbrahimli, tanınmış bədii qiraətçi Ağalar Bayramov ,HHQ komandiri Seymur İsayev ,Qarabağ qaziləri və digər ziyalılar iştirak edib.Tədbiri giriş sözüylə açan rektor Asif Hacıyev çıxışında gənclərin vətənpərvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanmasında böyük rolu olduğunu bildirib.Tədbirin təşkil olunmasında əsas məqsəd gənclərdə vətənpərvərlik hissini aşılamaqdır. Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev qeyd edib ki, bu tədbirin keçirilməsinin məqsədi gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlandı, bu hadisələrə siyasi-hüquqi qiymət verildi. Sonra isə vətənpərvərlik ruhunda ifalar səsləndi, qonaqlara təşəkkürnamələr və fəxri diplomlar verildi.

    Ülkər PİRİYEVA,
    Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü

  • Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib

    ramilehmed

    3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri, DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İbrahim İlyaslı, DGTYB və AYB üzvü, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Ramil Əhmədin həm özü, həm də yeni işıq üzü görmüş kitabı haqqında məlumat verib.Daha sonra Xəyal Rza rəhbəri olduğu aybkitab layihəsi çərçivəsində işıq üzü görən kitablar haqqında ürəkdolusu danışıb, gənc yazara yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin səbəbkarı gənc yazar Ramil Əhməd yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)

    234435423665547648

    Elə istəyirəm qığılcım axsın,
    Parlasın, gözümün yaşı yerinə.
    Çiynim bu dünyanın yükü altında,
    Əzilib getməsin boşu yerinə.

    Elə istəyirəm küləklər əssin,
    Çiçəklər dayansın dodaq-dodağa.
    Bu öpüş qanadlı mələyə dönsün,
    Aparsın məndən də məni uzağa.

    Elə istəyirəm nağıl danışsın,
    Hər gecəm, gündüzü yatırmaq üçün.
    Sinəmdə doğulmuş, körpə arzumu,
    Qızılgül içinə batırmaq üçün.

    Elə istəyirəm buludlar kimi,
    Ağlayım, quruyan dodaqlar üstə.
    Baharda ağacda tumurcuqlayım,
    Gizlin-gizlin açım budaqlar üstə.

    Elə istəyirəm torpaq ağlayım,
    Tökülsün gözümdən torpaq adamlar.
    İçimdə göyərən, içimdə ölən,
    Bir- bir yerə ensin yarpaq adamlar.

    Elə istəyirəm torpaqdan bitim,
    Yeriyim, yeriyim uzanım göyə.
    İçimdə göyərən, içimdə ölən,
    Yarpaq adam kimi ölməyim deyə.

  • Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Baxıram ürəyim ağrıyır yaman
    başımı alıbdır qatı bir duman
    sabaha olsaydı inanki güman
    səni sevmək üçün gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Kaş əlindən tutub yürüyə bilsəm
    kaş ki, həsrətini unuda bilsəm
    gütdiyin yolları geriyə dönsən
    səni görmək üçün çıxıb yollara
    qaçardım arxanca sonsuz xülyaya…

    Ruhum səni gəzir dağda , aranda
    kimə nə söyləyim səni soranda ?
    hisslərim dəli tək məni boğanda
    tutardım əlindən gedib röyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Nə yaxşı sevmişəm səni əzizim
    nə qədər taqət var yorulmaz dizim
    dünyada ən gözəl bu sevgimizin
    sarıb isti- isti bərk- bərk yorğana
    səni aparadım şirin xülyama…

    Səni gördüyüm gün ən gözəl günüm
    həyatım, varlığım, inan hərşeyim
    Fidan sənin üçün bəlkə taleyin
    verdiyi bir paysa gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

  • Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)

    sefa1-450x300

    Baxışında qar donub,
    Gözümdən yağış yağır.
    Xatirəylə ovunub,
    Günüm yolundan çıxır…

    Daha mənə söyləmə,
    Gün çıxacaq nağılı…
    Bilmirsənsə, öyrətmə
    Unutmağa ağılı…

    Soyuqluğun öyrədib,
    Ömrün qışı hardadır…
    Kirpiklərin gizlədib,
    Baxışında qardadır…

  • Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)

    1423756700_sefa-xanim

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər

    1425097377_11006139_657467767712978_2018236402_n

    Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.

    GÜNAHSIZ ”QATİL”

    Kimsəsizlər adasına yola saldım düşüncələrimi,
    Uzaqlaşdırmaq istədim mənim olan dünəni,
    Köksünə xəncər sancıb ölümünə bais olduğum
    Xatirələrimin yasını tutdum sonra.
    Gözlərimdə məzar qazdım ,
    Elə oradaca dəfn etməkçün illərin əzabını.
    Gözdən iraq olsa könüldən də uzaq düşəcəyi qorxusu vardı.
    Bəlkə də qəlbimdə.
    Fərqinə varmırdım bəzən davranışlarımın,
    Gah öldürüb, gah diriltmək istəyirdim hisslərimi.
    Axı sevginin mərhəməti qürurundan çox olur.
    Hisslərimin kölgəsiydim mən də əslində
    Hara getsə aparırdı məni də.
    Cinayətkar həbsə məhkum olmalıdır.
    Mənimsə cəzamı verən olmadı.
    Qatil idim mən də.
    Fəqət günahsız” qatil”.
    Məhkumlar başqalarına əzab verənlərdir.
    Mənsə içimdəki insanı öldürmüşdüm
    Xatirələrimin ölümünə səbəb olarkən…

    METAFORA

    Bu gün ilhama gəlib,
    Şeir yazır buludlar,
    Qüssə adlı nəğməni
    İfa edir ağaclar.
    Ürək neftsiz, benzinsiz,
    Qəmindən, kədərindən
    Od tutub hey alışar.
    Dalğalar aği deyib,
    Dənizini qucaqlar.
    Bir başqadir ,elə bil,
    Bu gün çilğin təbiət.
    Solub üzü, bənizi,
    Dəyişib əski səsi.
    Dünyaya vida edib,
    Gedib sanki əzizi.
    Göy üzündən ələnir,
    Hər yerə səpələnir,
    Sonra da heçə dönür.
    Qəmli- qəmli yağışlar

  • Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir

    11015859_1571129903127579_1875483957_n

    Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai fəaliyyətinə və liderliyinə görə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşdür.2014-cü ildə bakalvr pilləsini tamamlayaraq,Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində magistraturasına qəbul olmuşdur.2015-ci ildən yeni yaradılan Azərbaycan Tələbə Yazarlar Birliyini sədridir.

    ***

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)

    1423890042_pic

    Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir götür” məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı… Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə…
    Yağışın altında metroya doğru qaçarkən gurultulu alqış səsi məni dayanmağa məcbur etdi. Gözümün altından səs gələn tərəfə doğru baxanda yolun o biri tayında bir binanın qarşısına yığılmış insan ordusu diqqətimi cəlb etdi. Görəsən, bu camaatı bu soyuq havada ora yığışmağa vadar edən səbəb nə ola bilərdi? Bu sualın cavabı yağışdan da, soyuqdan da, evə gecikmək qorxusundan da daha vacib idi. Məhz bunu öyrənmək üçün istiqamətimi dəyişib həmin izdihama doğru getməyə başladım. Bu dəfə addımlarımı daha sürətli atır, tez bir zamanda oraya çatmağa çalışırdım. Eee, bu maşınlar da imkan verir ki… Piyadanın yolunda da piyadaya imkan vermirlər…
    İzdihama yaxınlaşarkən səslər daha aydın seçilməyə başlayırdı. Deyəsən, kimsə danışırdı… Yaxınlaşdım… Boyum balaca olduğundan heç bir şey seçə bilmirdim. İnsanlardan üzr istəyə-istəyə izdihamın ortasına doğru irəlilədim. Məni süzən əsəbi baxışları, dalımca deyinən insanları görsəm də fikir vermədən irəliləyirdim. Neyləyim, görmürəm axı…
    Axır ki, səhnəni görə biləcəyim rahat bir yer seçdim özümə… İndi görək nələr olur…
    Səhnənin ortasında bir tribuna qoyulmuşdu. Tribunanın arxasında əlində mikrofon tutan 45-50 yaşlarında bir kişi danışırdı, daha doğrusu, demək istədiklərini qarşısındakı vərəqdən oxuyurdu. Bu mənzərəni görəndə bir fikir məni götürdü: görəsən, vərəqdəkiləri özü yazmışdı, yoxsa kiməsə yazdırmışdı? Nə isə, bundan mənə nə… Kişinin görünüşü çox səliqəli idi. Qara kostyum, ağ köynək geyinmişdi. Köynəyin düymələrini axıra qədər düymələmiş, üstündən də qara rəngli qalstuk taxmışdı. Geyimi səliqəli olsa da, qabağa çıxan qarnı bu səliqəyə xələl gətirirdi. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, bu qarnı olmasaydı, heç olmasa biraz bundan balaca olsaydı necə gözəl olardı, yaşından da daha cavan görünə bilərdi… Nə isə, əsas məsələ onun görünüşü, səliqəsi yox, danışdıqlarında idi:
    -Əziz seçicilərim (hə, deməli bu adam nəyəsə namizəd imiş), mən artıq bir dəfə sizinlə görüşmüşəm. Məramım, məqsədim və saf niyyətim sizin hər birinizə artıq məlumdur…
    Saf niyyət? Söhbət deyəsən, komediyaya doğru inkişaf edir axı… Gözləyək, görək, axırı necə olacaq.
    – Bu gün də buraya toplaşmağımızın əsas məqsədi həm sizinlə səmimi münasibət yaratmaq, həm də sizə şən saatlar bəxş etməkdir. Mənim bütün həyatım boyu tək məramım olub:vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək! Bu gün Ulu Tanrım mənə bu məramımı daha gözəl bir şəkildə həyata keçirmək üçün bir şans verib. Əgər siz də mənə bu şansı versəniz əminəm ki, peşman olmayacaqsınız. Mən vəzifəm müddətincə sizinlə sıx-sıx görüşlər keçirəcək, sizin problemlərinizə qulaq asacaq və bu problemləri aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən vəkili olduğum bu millətin səsini dövlətimizdə duyuracağam. Bundan sonrakı illər ərzindəsizin həyat səviyyənizi maksimuma, problemlərinizi isə minimuma çatdırmaq üçün dayanmadan işləyəcəyəm…
    “Namizəd” sözünü buraya çatdıranda gurultulu alqış sədaları qalxdı. Təəccüblə ətrafıma baxanda hər kəsin üzündə bir sevinc, bir razılıq ifadəsi gördüm. Elə bil danışan adam verdiyi vədləri elə indicə həyata keçirmiş, xalqın bütün dərd-sərini aradan qaldırmışdı. Bu insanlar nəyə bu qədər sevinirdilər, görəsən? Axı bu danışılanların quru vədlərdən başqa bir şey olmadığını bilməli idilər. Bəlkə də mən səhv etmişəm düşünərək yenidən fikrimi həmin namizədin danışığında cəmləşdirməyə çalışdım:
    – Əziz həmvətənlərim, mən bir çoxları kimi sizə yalançı vədlər vermək fikrindən çox uzağam. Sizə verə biləcəyim tək söz ondan ibarətdir ki, əgər məni seçsəniz, mənə etibar etsəniz sizin etibarınıza layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Eşq olsun Azərbaycan xalqına!!!
    Yenə də gurultulu alqışlar qopdu. Danışan adam bir neçə saniyə fəxrlə, qürurla izdihamı seyr edib möhtəşəm bir ədayla səhnədən enmək üçün pilləkənlərə doğru addımladı. Bu yerişdə elə bir əda var idi ki, elə bil artıq
    seçilib xalqın vəkilliyi vəzifəsini öz öhdəsinə götürmüşdü…
    Elə o səhnədən enmişdi ki, açıq-saçıq geyimli, yaşı 60-ı keçmiş, ancaq hələ də özünü cavan qız kimi aparmaqdan utanmayan müğənni qadın oynaq bir mahnının sədaları altında özünü səhnəyə atdı. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, görəsən, bu soyuqda bu cür açıq paltarda üşümür? Səhnəyə çıxmağı ilə də heç sevmədiyim bir ifadəni işlətməsi bir oldu:
    – Əlləri görmürəm…
    Elə bu sözə bənd imiş kimi bütün millət başladı gurhagur əl çalmağa. Qadın isə açıqda qoyduğu sallaq qarnını oynada – oynada oxumağa, daha doğrusu, diskdə oxuyan mahnını ağız hərəkətləri ilə göstərməyə başladı. Camaat bir coşmuşdu ki, getdikcə daha da qəzəblə yağan yağışı, qılınc kimi kəskin soyuğu bilə hiss etmirmiş kimi hamı yerində rəqs edirdi. Onlara baxdıqca həm acıyır, həm də həsəd aparırdım. Yəni, bir milləti iki yağlı söz, bir oynaq mahnı ilə aldatmaq bu qədər mi asandı? Elə bu vaxt telefonumun cibimdə titrədiyini hiss etdim. Tez telefonumu çıxarıb baxdım, ekranda anamın adı və nömrəsi yazılmışdı. Ekranın yuxarı hissəsində “cavabsız zənglər” işarəsi də var idi. Allah bilir neçə dəfə zəng edib, eşitməmişəm. Tələsik zəngi açdım, amma bu səs-küydə səsini eşidə bilərəmmi əmin deyiləm:
    -Alo…
    Telefonun o biri başından nə isə xırıltılı səs gəldi. Əvvəlcədən zənn etdiyim kimi bu qədər qarışıqlığın içərisində anamın səsini eşitmək mümkün olmurdu. Onun nə dediyini eşitmədən onun məni eşidib anladığına ümid edərək dedim:
    -Ana, mən sənin səsini eşitmirəm. Amma narahat olma, burada bir tədbir var, ona görə gecikirəm. Indi çıxıram burdan, bir saata evdə olaram. Hələlik.
    Bunu deyib cavab gözləmədən telefonu söndürdüm. Onsuzda onun səsini eşidə bilmirdim axı…
    Anamın zənginə cavab verəndə bir tərəfdən də fikrim səhnədəki müğənnidə, onun hərəkətlərində idi. Zalım qızı Azərbaycan dilində elə bir cümlə bilirmiş kimi tək bir cülməni təkrarlıya -təkrarlıya durmuşdu:
    -Əlləri görmürəm… Eşq olsun Azərbaycan xalqına!..
    Artıq bu komediyaya dözə bilməyəcəyimi düşünərək oradan uzaqlaşmağa qərar verdim. Gördüyüm bu mənzərə onsuzda yerində olmayan əsəblərimi daha da korlamışdı. Sürətli addımlarla oradan uzaqlaşmağa, daha doğrusu qaçmağa başladım. Oradan uzaqlaşdıqca səs də arxamda qalır, mənim sürətimə çata bilmirdi. Lakin səhnəyə çıxan hər kəsin dilində əzbərə çevrilmiş o cümlə qeyri-ixtiyari mənim də dodaqlarımdan süzülürdü:
    -Eşq olsun Azərbaycan xalqına!!!
    Əlbəttə, sizin kimilərin sözünə hələ də inanan, etibar edən bu saf niyyətli xalqa EŞQ OLSUN!!!
    Yağış isə hələ də yağmağa davam edirdi. Ancaq bu dəfə sanki məni sakitləşdirmək, təskin etmək istərcəsinə daha aramla, daha mülayim.

  • Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir

    1423889445_esmer

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA

    (Z.Yaqubun eyniadlı şeirinə…)

    Gəlmədim hər kəsə yar demək üçün,
    Gülmədim sevənənar demək üçün,
    Sevmədim sevgilim var demək üçün,
    Bu sevgim çatıbdır ulduza, aya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Soruşma halımı, kədərlənərsən.
    Bəlkə də ağlarsan, bəlkə gülərsən.
    Məndən də dəli tək sevən görərsən.
    Bu da bir sübutdur yalan xülyaya
    Səni sevmək üçün gəldim dünyaya.

    Yoluma qar düşdü, şaxta buz saldı
    Qar dedim, buz dedim, qalanlar qaldı
    Mane olanlarım hey fürsət aldı
    Əldə qalanım da getdilər zaya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Dərdimi çəkənlər dərd oldu mənə.
    Mümkünmü sevən kəs sözündən dönə
    Demişəm sözümü, deyirəm yene.
    Baş getdi səcdəyə, dilim duaya.
    Səni sevmək üçün gəldim dünyaya.

  • Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər

    1425096966_ulkerxanim

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Allahım sən alma bu gözəlliyi

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər

    1425096609_10930950_824311900945041_1211605298913058029_n

    Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub.
    Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    AĞACINDAN

    Kimsəyə güvənim, etibarım yox
    Alıb asıbdılar dar ağacından.
    Şərəfi, isməti, xasiyyətini
    Töküblər zamanla ar ağacından.

    Bu gün bir səs, sabah bir səs duyulur,
    Yalanlar içində içim oyulur.
    Ümidlərim ürəyimdən soyulur-
    Güllə bağlayırlar xar ağacından.

    Zamanımı, gənc çağımı aldılar,
    Şeytan kimi xəyalıma daldılar.
    Arzularmı yarı yolda saldılar,
    Məni ayırdılar yar ağacından.

    Bəxtim əzrayılın əlinə keçib,
    Dünyanın nahaqqı səbrimi biçib.
    Sevdiyim sandığım qanımı içib,
    Yıxıb baş-aşağı bar ağacından.

    MƏHƏBBƏT

    Eşqə, məhəbbətə əsir düşmüşəm
    Ağıldan, kamaldan didərginəm mən.
    Bütün varlığımla yanıb-bişmişəm
    Məni boran-qar da soyutmur, nədən?

    Ilahi, ürəyim necə can çəkir!
    Zalım rəssam gözlərimə qan çəkir.
    Sevincdən, nəşədən məni yan çəkir,
    Vüsalın ruhunu unudub bədən.

    Ülviyyətin, səadətin yoxdusa,
    Kimə gərək, ədalətin yoxdusa?
    Sevənlərə məhəbbətin yoxdusa
    Məhəbbət, özünü harda gəzərsən?!

    AĞLADI

    Səni andım, ruhum səni səslədi,
    Könlüm yorğun düşdü, gözüm ağladı.
    Hicranı qəlbimdən şeirlə aldım
    Sevən könüllərdə sözüm ağladı.

    Vüsalı gözlədim yol qırağında,
    Ayrılıq dən oldu eşq darağında.
    Çökdüm dizim üstə yar sorağında
    Yollar susqun qaldı, dizim ağladı.

    Gəzdim bağça-bağı, çölü-çəməni,
    Soruşdum daşlardan, çiçəkdən səni.
    Yordu sənsizliyin kədəri məni
    Geridə qoyduğum izim ağladı.

    GƏL GÖRÜŞƏK

    Gəl görüşək, ay bənizlim,
    Bu dünyanın o üzündə.
    Adət etsin bizi gəzsin,
    El məhəbbət dənizində.

    Burda sevib sevilən yox,
    Sol kürəkdən çırpılır ox.
    Sevilməyi istəyən çox,
    Amma sevgi yox gözündə.

    Bir yurd salaq burdan uzaq,
    Sevgimizə dastan yozaq,
    Nəğmə qoşaq, şeir yazaq
    Qalsın bizdən eşq izində.

  • Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”

    Qafqaz Əvəzoğlu

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

  • Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”

    Rafiq Oday foto

    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

  • Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)

    saqif muellim

    Zalım,mən ha demədim
    Başa çəkək bu dərdi.
    Əlim ətəkdən uzun…
    Haşa! Çəkək bu dərdi.

    Ağla,bu gülə ağla,
    Dən düşən telə ağla.
    Oda yan,külə ağla,
    Yaşa… çəkək bu dərdi.

    Əlimdə eşqin camı,
    Süzmüşəm göz yaşıımı.
    Görsən ki dönüb hamı
    Daşa,çəkək bu dərdi…

  • Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Bezib şeytan yazıq təsbeh öpməkdən,
    Gəzib ömrü boyu səfil, qocalıb.
    O qıza deyin ki, güzgüyə baxsın,
    Yoxsa elə bilər qəfil qocalıb.

    Çoxunun İlahə sandığı qızı,
    Bir göz qırpımında gəzib, atırıq.
    Bir parça kağızdır arzular sanki,
    Elə ki, dəmləndik, əzib atırıq.

    Bilmirdin, yol güdən özünü güdür?
    Nəyini sevmişdin dəli Kərimin?
    Çəkil, kainatı sahmana salım,
    Yeri behişt olsun Əli Kərimin……

  • Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)

    1409288674_13314_src-300x207

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim döyünən qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdın.
    Könlümdə çağladın,gözümdə çaxdın.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?!

    Gözlərim diksindi saat səsinə,
    Uzaqda bəlkə bir nəğmə isinə.
    Sən allah,qulaq ver zənguləsinə,-
    Gör, zalım nə gözəl qurub saatı!

  • Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Baxdı neçə-neçə şeirlərimə,
    İstədi don biçə şeirlərimə,
    Köçdü küçə-küçə şeirlərimə,
    Mənim küçələrim üşümür daha…

    Bu yükə toxunma, daşıyan mənəm,
    Bax, ölüb-dirilən, yaşayan mənəm,
    Nə yaxşı, elə tək üşüyən mənəm…
    Mənim küçələrim üşümür daha.

    Dərdim bu dünyanın çiyninə deyil,
    Sözüm küçələrin əyninə deyil…
    Dizəcən yağan qar eyninə deyil,
    Mənim küçələrim üşümür daha.

    Qəlb yanar, özünü vurdusa közə,
    Ürək lazımdı ki, tablaya, dözə.
    Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
    Mənim küçələrim üşümür daha.

    Bu necə ömürdür, bu nə pay, Allah?
    İtirdim hesabı, özün say, Allah…
    Allah, sənə şükür, şükür, ay Allah –
    Mənim küçələrim üşümür daha!

  • Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Tamah mənim gözümdəymiş,
    Dünya, məni bağışla, sən.
    Demə , günah özümdəymiş,
    Dünya, məni bağışla, sən!

    Durdum neçə can qəsdinə,
    Nahaqdan dəydim şəstinə.
    Qan tökdüm, yıxdım üstünə,
    Dünya, məni bağışla, sən.

    Sən safsanmış, təmizsənmiş,
    Çəmən, meşə, dənizsənmiş.
    Yaradana əzizsənmiş,
    Dünya, məni bağışla, sən.

    Hərdən həddimi aşmışam,
    Nə bilim, bəlkə, çaşmışam.
    Hər gün sənlə dalaşmışam,
    Dünya, məni bağışla, sən.

    İndi-indi anlamışam,
    Özümü sahmanlamışam.
    Əbəs səni danlamışam,
    Dünya, məni bağışla, sən.

    Şeirsənmiş, qəzəlsənmiş,
    Sən Adəmdən əzəlsənmiş,
    Yaşamağa gözəlsənmiş,
    Dünya, məni bağışla, sən.

    Kin bəsləyən ürək də ,,mən,”
    ,,Bədniyyət*”, xoş dilək də mən.
    Şeytan* da mən, mələk də mən,
    Dünya, məni bağışla, sən.

    Sülh bağlayaq, savaş bitsin,
    Sevinc gəlsin, kədər itsin.
    Sənə qarşı eylədiyim,
    Pislikləri unut getsin,
    Dünya, məni bağışla, Sən!

  • Ülviyyə Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (25 fevral 1988-ci il)

    Ulviyye xanim

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının, Köşəyazılarımız.Com portallarının əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

  • Xəstəliklər insana nəyi düşündürür?

    Firuze

    Xəstliklər ardındakı hikmətlər

    İnsan aciz bir varlıq olaraq yaradılıb. Tez xəstələnir, kiçik bir virusun hətta, bəsit gördüyümüz qrip xəstəliyinin təsiriylə günlərlə yataqdan qalxa bilməyəcək qədər zəif düşür.Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır.İnsan mikroskopik bir virusun öz bədəni üzərində əmələ gətirdiyi zəifliyə əngəl ola bilmir ,məhz bu zaman acizliyini və Allaha nə qədər möhtac olduğunu çox yaxşı qavramış olur.Əslində xəstəliklərdə bir çox hikmət var.Məsələn:

    Xəstə olan bir insan sağlam olmağın Allahın bir lütfu və neməti olduğunu daha yaxşı anlayır; belə desək, saglamlığın qədrini xəstəlik zamanı bilir.Əgər insan uzun müddət xəstələnmirsə , məhz bundan dolayı bir rahatsızlıq, ağrı ya da acı hiss etmirsə insan bu vəziyyətə alışır .Ancaq qəfil gələn bir xəstəlik ilə qarşılaşdıqda sağlam olmağın əslində Allahın bir lütfu olduğunun fərqinə varır.
    İnsan ciddi bir xəstəliyə tutulduğu zaman dünyanın nə qədər ötəri olduğunu, ölümü və axirəti daha çox düşünür.Bəzi insanlar ölümcül bir xəstəliyə tutulduqlarında ya da qəza və ya xəstəlik nəticəsində bir üzvlərini itirdiklərində bunu özləri üçün pis hadisə kimi dəyərləndirirlər.Halbuki bəlkə də bu insanın xəstəliyi dərd və bəla olaraq , axirətdə qurtulması və yalnız Allaha yönəlməsi üçün bir vəsilədir.
    Xəstəliklə bərabər insanın Allaha olan duası və yaxınlığı artır.Ciddi bir xəstəliyin vücud üzərindəki əlamətləri artdıqca ,bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu zaman insan bütün səmimiyyətiylə Allaha dua edərək yenidən sağlam olmağı istəyir .
    Xəstəlikdən əvvəl Allaha tam təslim olmayan bir insan bəlkədə xəstəliyi sayəsində bu gözəl xüsusiyyəti qazana bilər;ötəri dünya həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında, sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı umar.
    Əgər ALLAH dilərsə, insan heç bir zaman xəstələnməzdi, ağrı hiss etməz və ya acı çəkməzdi. Ancaq əgər insan belə bir çətinliklə qarşılaşırsa da bilməlidir ki ,bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm də Allahın gücünü anlaya bilməsi baxımından çox böyük hikməti var.

    O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şüəra Surəsi 78-81)

    UNUTMAMAQ lazımdır ki “əgər bir virus səbəbiylə bir insan ağır bir xəstəliyə tutularsa” bu ALLAHın bilgisi daxilindədir.”Əgər bir qəza nəticəsində insan yaralanır və şikəst qalırsa” bu da ALLAHın yaratdığı qədər daxilindədir.Xəstəliyi əmələ gətirən də ALLAHdır ,müalicəni edən həkimi yaradan da, ona bildiklərini öyrədən, dərmanı yaradan və bunları şəfaya vəsilə edən də ALLAHDIR. ALLAHa iman edən və Onun yaratdığı qədərə təslim olan insanlar hər çətinlik və xəstəlik anında gözəl əxlaq göstərirlər. Bu həqiqəti qəlbən qavramaq və xüsusilə də belə bir hadisə ilə qarşılaşdıqda ALLAHIN bizdən istədiyi o gözəl əxlaqı göstərə bilmək yəni ,səbr edib hər halımza görə Allaha şükr etmək çox əhəmiyyətlidir.

    Firuzə HƏSƏNZADƏ