Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Demirəm ki, əhdinə düz,Bircə mənəm bu dünyada.Ancaq özgə təravətli,Bir çəmənəm bu dünyada. Düşmüşəm haqq sorağına,Şöləyəm el çırağına,Haqsızlığın ayağına,Çətin enəm bu dünyada. Demə, bu mənəmlik nədir,Nəcibənin …
Azərbaycanlı şairə Adilə NƏZƏR.Yeni şeirlər
Post Views: 56 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri GÖRDÜM Mən ta əzəldən var idim,Getdim, gəldim məni gördüm.Dini, dili dəyişdirdim,Dünyada çox qəni gördüm… Zərdüştdən düşən işığı,Məhəmməd tək haq aşığı,Araya çökən boşluğu,Boşluqdakı çəni gördüm. Gəldim gəlinməz yolunan,Əsdim dərədə yelinən,Həyat ağacı bilinən,Sünbüldəki dəni gördüm. Ruhda partlayan mərmilər,Canda min ümidə dəyər,Gül, gülə …
Harika UFUK.”BENİ TERK ETME”
Post Views: 53 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisiCan dostumuz Zeytin 15 yaşında melez bir köpek. Border collie ve terrier karışımı, atalarında kurtluk da var. Kulakları da kurt kulağı, atalarından miras… Şu anda çok hasta… Epeydir tedavi görüyor. Maalesef düzelmedi. Bugün de serum bağlandı. Üç gündür gözlerim çağlayanlara döndü. Güya kızımı teselli edecektim. Onu …
Aşıqlar Birliyi yeni layihəyə başlayıb
Post Views: 48 Dastan-tamaşalar hazırlanacaq Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar …
Vətən yaşlı, torpaq əzəmətli, tarix yaddaşlı igidlər
Post Views: 41 Aprel döyüşlərinin qazaxlı qəhrəmanları🇦🇿Kapitan Mühüd Orucov Qazax rayonunun Fərəhli kəndində anadan olub. 13 iyul 1984 – ∞ Vətən🇦🇿Baş leytenant Elvin Namazov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 7 sentyabr 1990 – ∞ Vətən🇦🇿Əsgər Orxan Əliyev Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 11 avqust 1995 – ∞ Vətən🇦🇿🇦🇿Torpaq, əgər uğrunda ölən varsa, …
Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri: “Eşqsiz insanın qəlbi boş olar”
Post Views: 34 Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin (Urfan Əli) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur. İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXV hissə)
Post Views: 37 BACARMADI Hələ qar havalı baharın sonu,gül etmək istədi naz-bacarmadı,yaylaq yollarının açılmır donu-ümid yaya qaldı,yaz bacarmadı, Başqası düşməyib-qarlı o yoldu,qış hələ imkanlı,karlı o qoldu!gördüyüm bəd yuxu birəbir oldu-çeşməyə ərz etdim–“Yoz!”-bacarmadı, Varlı kotan çəkir,kasıb belləyir,çay tərsə düşəndə-basıb selləyir,qələmim özgələr dərdinnən deyir;yalvardım-“mənimkin yaz”-bacarmadı, Yurdum arasında Kürlə-Arazın,öz teli,pərdəsi hər bir avazın,tarı–zəhmı basdı ağsaqqal sazın,tarın etdiyini saz …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIV hissə)
Post Views: 39 BİLMİR… Gözlər nə cür buluddu?yağıb boşala bilmir,bu,nə cürə həyatdı?yaxşı çox qala bilmir. Səma açmaz qapısın,ki,insan göyə qalxsın,gərək ölüm aparsın,könül bacara bilmir? Yoldaş oldum naşıyla,öyündü daş-qaşıyla,vaxtın ağır daşıylayüngül-bacara bilmir. Gəldi gənclik yazıynan,qismət yazan yazıynan,o çiçəyin nazıynanbu gül bacara bilmir. Bəxt açmasa qapısn,yol nə cürə tapılsın?ümid əlini atsınhansı açara bilmir. Gülüm,get ayrı dolan,kimə gərəkdir …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Ağalar Bayramov səsinin sehri və yanğısı”
Post Views: 39 Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur: “Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir”. Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib – titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”. Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri də mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da. Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs. Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var – Qələbənin rəngi… Qələbənin dadı… O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə… İnşallah, o gün uzaqda deyil. Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar”. 60 yaş ömrün həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm də Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş! 60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. Və hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl də 60 yaşındaydı – müdrikliyi və əzəmətiylə, səsindəki şirinlik və ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə. Bu gün isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir – şuxluğu, gənclik təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə. Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm. Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: “Ağa, bu qədər yanırsan, görəsən biz sənə yana biləcəyikmi?” Musa Nəbioğlu Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Mənbə: https://525.az/
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“Saza baxsın tariximi yazanlar”
Post Views: 67 SARILDIĞIM SAZDI MƏNİM” Milətimi saz anladar, saz anlar, Saza baxsın tariximi yazanlar. Z.Yaqub Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, …
Əkbər QOŞALI.”O yollar, o evlər,o kitabxana və o teatr…”
Post Views: 41 Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup KİV və QHT başçısı, bloqgerlər və ictimai fəallar, Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə martın 13-də Ağdam rayonuna səfər etdi. Bəlli olduğu kimi Ağdam ötən il, noyabrın 20-də işğaldan azad olunub. Ağdama səfər imkanına görə göydə Tanrıya, yerdə dövlətimizə, Ali Baş Komandanımız başda olmaqla müzəffər Silahlı …
Əkbər QOŞALI.”İRADƏ, MƏN ÖLÜRƏM… “
Post Views: 42 Hər şey o qədər gözlənilməz, o qədər sürətli və qarmaqarışıq baş vermişdi ki – indi –üstündən xeyli keçəndən sonra da gərginliyi canımdan çıxmayıb; olanları başdan-aya¬ğa xatırlamağa çətinlik çəkirəm.Şeytanın bacağını sındırıb – uzun illərin həsrətinə son verərək, Təbrizə yollanmış-dım. Qəribə hisslər keçirirdim, nə gizlədim. Deyirdim, Təbriz ruhumu dirçəldəcək; de-yirdim, Arazın bu tayına döndükdən …
Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (II hissə)
Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Bu şeri 2017-ci ildə paylaşandaqədərin belə olacağından xəbərsizdik.Harda olsam,mənə bir pəncərə verin,bir ovuc göy üzü,bir damla dəniz,bir zərrə günəş…ilıq şüaların işığında yuyunsun fikirlərim.Harda olsam,gözlərimdən baş alıbgetsin üfüqlər,Baxışımı üşütsün dağların qarı,könlümdə ləpələnsindənizin suları.Harda olsam,yuxuma layla desin anadilin səsi,eyvanımı isitsinətcə balaları civildəşən qaranquşun nəfəsi.Bir əlçim …
Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (I hissə)
Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Ötən günlərin şeri… Elə xoşbəxtdilər küləklər…elə…Yorulmur saçını sığallamaqdan.Nə ola üzümə toxuna bir yol…Baxıb həsəd çəkə çoxu uzaqdan. Bir az mənim olsun qoy sizin küçə,Bitim ağac kimi yolunun üstə.Özüm gələmmirəm,barı uyusunGecələr xəyalım qolunun üstə… Eh,qismət deyilmiş yanında olmaq,Həsrətin sinəmdə təzə köz kimi.Heyif,gözlərindən öpə bilmədim…Öpüm …
Kənan AYDINOĞLU.”Oynasın”
Post Views: 31 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yenicə ailə həyatı quran Rüfət bəyə və Mədinə xanıma! Yaxından-uzaqdan gələn qohumlar,Qurulan məcslidə durub oynasın.Toy, məclis bayramı deyilən yerdə,Ayağa qalxaraq gülüb-oynasın. Qohumlar yığılsın qurğu-büsata,Qoy məclis çatdırsın sizi vüsala,Bir gün ömrünüzə şirinlik qata,Xətir istəyənlər durub oynasın. Bayaqdan əyləşən bəyə, gəlinə,Bəyi yetişdirən …
Kənan AYDINOĞLU.”Yayıldı”
Post Views: 37 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ustad Aşıq Şəmşirə Şəmşirin yazdığı gözəl şeirlər,Bir anın içində elə yayıldı.Murovun qoynunda yazdığı şeir,Yeni nəğmə oldu, dilə yayıldı. Dağların qoynunda Sən məskən saldın,Dağların qoynundan Sən ilham aldın,Murova. Qoşqara şeirlər yazdın,Yazdığın şeirlər çölə yayıldı. Gündüzlər qoynuna getdiyin dağlar,Kəlbəcər elində meyvəli bağlar,Səhərdən-axşama …
Xalq şairi Zəlimxan YAQUB.”Şahdan gəlib şaha gedən yoldayam”
Post Views: 444 Dan yerindən əsən mehə bələndim,Mehdən gəlib mehə gedən yoldayam.Duru gəlib duru qalmaq eşqinə,Şehdən gəlib şehə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm,Günlərimin beşi sevinc, sonu qəm.Bu dünyanın əvvəli qəm, sonu qəm,Ahdan gəlib aha gedən yoldayam. Yağış mənim, boran mənim, qar mənim,Uçrum mənim, keçid mənim, dar mənim.Ucuz yolda nə ölümüm var mənim?-Baha …
Xalq şairi Zəlimxan YAQUB.”Aman ölüm, mən dediyim vaxtda gəl!”
Post Views: 75 Sən dediyin vaxta sığmır arzular,Aman ölüm, mən dediyim vaxtda gəl!Təzə-təzə başlamışam uçmağa,Aman ölüm, mən dediyim vaxtda gəl! Selə dönüb yeriyəndə baxta su,Gəlir ömrün qarı, buzu, şaxtası.Hazırlansın tabutumun taxtası,Aman ölüm, mən dediyim vaxtda gəl! Gəl, arada kişi kimi şərt kəsək,Şərtimizi dürüst kəsək, mərd kəsək.Söhbət edək, qəm doğrayaq, dərd kəsək,Aman ölüm, mən dediyim vaxtda …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SÖZÜN FÖVQÜNDƏ DAYANAN KİŞİ”
Post Views: 37 Azərbaycan Aşıqlar Birliyinin katibi,Əməkdar mədəniyyət işçisi. İslam müəllim kimi bütün mənalı həyatını sözə həsr edən, sözlə yaşayan və heç zaman sözü urvatdan salmayan bir insan haqqında nəsə demək, nəsə yazmaq çox çətindir və adamdan böyük məsuliyyət tələb edir. Üstəlik bu söz onun ölümündən sonra xatirə şəklində deyilirsə, daha ağır olur və məsuliyyəti …
Azərbaycanlı şair-publisist Rafiq Odayın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 88 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Sən yer adamı deyilsən” şeiri İran İslam Respublikasının …
Azərbaycanlı şair Qafqaz Əvəzoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 52 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl …
Azərbaycanlı istedadlı gənc xanım yazar Təhminə Vəliyevanın məqaləsi “Gənclər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən “Sözün sehri” qəzetinin mart sayında dərc olunub
Post Views: 34 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru istedadlı gənc xanım …
Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin mart sayı işıq üzü görüb
Post Views: 43 “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb. Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı …
“Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 41 “Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə …
Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)
Post Views: 47 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, …
Əkbər Qoşalını doğum günü münasibətilə təbrik edirik! (3 aprel 1973-cü il)
Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanda ATATÜRK Mərkənizinin ictimai-siyasi şöbəsinin müdirini, görkəmli Azərbaycan şairini, publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR”
Post Views: 61 SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR Xalq şairi Zəlimxan Yaqub şeirlərinin birində yazır ki, “millətimi saz anladar, saz anlar, saza baxsın tariximi yazanlar”. Ölməz şairimizin bu kəlmələrində böyük hikmət var. Doğrudan da, saz bizim tariximizdir, dünənimizdən soraq verib, sabahımıza ayna tutan milli sərvətimizdir. Zəngin ənənəyə əsaslanan aşıq sənəti böyük bir əxlaq və tərbiyə məktəbidir, …
Azərbaycanlı yazıçı Əyyub Qiyasın növbəti yeni kitabı-“Havay tətilləri” adlı romanı işıq üzü görüb
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Əyyub Qiyasın “Havay tətilləri” adlı romanı “Qanun” nəşriyyatında nəşrə hazırlanb. Bu barədə müəllif özünü facebook səhifəsində məlumat paylaşıb. Kitabdakı hadisələr Azərbaycanda, Moskvada və Havay adalarının Hilo şəhərində cərəyan edir. Əsərdə keçmiş SSRİ lideri Leonid Brejnevin müəmmalı dəfninin sirləri və azərbaycanlı jurnalist Orxan Abbaszadə ilə amerikalı polis …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIII hissə)
Post Views: 39 QORXU… Bəşəriyyət yaranandaninsan qırmaqla məşquldu;sudakını,çöldəkini,göydəkini,göldəkini,obadakı,eldəkini…ələ düşəni qırırıq. Oksigenli ormanları,çiçəklərdə dərmanları,dənizlərdə limanları,təbiətin yaraşığıminbir guşəni qırırıq. Zavodların tüstüsündəgöydə gündüzü qırırıq,bəxtəvər insan görəndəgülən bənizi qırırıq,suda dənizi qırırıq,bir-birimizi qırırıq! Artıq bezib əməllərdənTanrı–başına Tac qoyubbizə “Virusu” göndərdi; Mərmilərin həmləsindəndünya olub yamaq-yamaq,düzü “Virusdan” qorxmuram,QORXURAM ADAM OLMAYAQ… QOCA… ÇoxdandIr tanımaz gəlib-gedəni,arabir nəyisə istəyər qoca,yanında oynayan xırda nəvəniçətində köməyə səsdəyər …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXII hissə)
Post Views: 54 YAZIQDAN-YAZIĞA NƏ PAY DÜŞƏCƏK? Zirvədə qarların gödəlir boyu,oyanan baharın havası ipək,axdıqca əriyən qarların suyu,dağlara sellərdən haray düşəcək, Ayı daxmasında bal kimi yuxu,nəfəsi qapıdan qovur soyuğu,çiçəkli çəmənə,səhraya doğruo,çeşmə qaçacaq,bu,çay düşəcək, Qar idim-əridim göylərə çıxam,sevirdim;ölürdüm gözünə baxam!sən–yazıq,mən isə sınmış budağam;yazıqdan-yazığa nə pay düşəcək?! Yağdı saçlarıma qar dənə-dənə,dedim:”Atma mıni,yar”,dönə-dönə,qisməti əzəldən nəs gətirənə,nə illər uğurlu,nə ay …
Kənan AYDINOĞLU.”Mənə hərdən elə gəlir ki…”
Post Views: 32 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Sevimli Ustad, Xalq şairi Vahid Əzizin zəngin yaradıcılıq təcrübəsi haqqında bir neçə söz Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin şeirləri həddindən artıq ictimai-siyasi məqamlarla doludu. Yəni, cəmiyyətdə cərəyan edən mühüm hadisələrə birbaşa müəllif münasibəti açıq-aşkar …
Coşqun XƏLİLOĞLU.”Şəhidlər olmasaydı”
Post Views: 51 Azərbaycan Yazıçılar Birliyinin üzvü Əslən Kürdəmirdən olan, Qarabağ uğrunda Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş, şəhidlik məqamına yüksələndən sonra “Azərbycan Bayrağı” ordeni ilə təltif edilmiş Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot İsmayılov Əbübəkir Vüqar oğlunun əziz xatirəsinə ithaf edirəm. Bu vətənin nə qədər cəsur insanları var,Qorxmaz, mərd, şir ürəkli igid aslanları …
TOSAYAD yayın organı “Kümbet” dergisinin Hakem Heyeti üyesi Dos. Dr Alpaslan DEMİR HOCAMIZ SANAL KİTAP FUARI CANLI SÖYLEŞİLERİnde
Post Views: 54 Bugün (Çarşamba) saat 14.00’de Pendik Belediyesi Sanal Kitap Fuarı’nda canlı yayın konuğuyuz. fuar.pendik.bel.tr adresinden izleyebilirsiniz. Sanal Pendik Kitap Fuarı’ ndan saat 13.00-16.00 arasında satın alacağınız Osmanlı’da Yaşamak ve Osmanlı’da Ölmek kitapları sizlere imzalı olarak gönderilecektir…
Şair Arif Erenin “Ses ipine asılan sözler” kitabı yayında
Post Views: 33 Kardeş Türkiye Cümhuriyetinin Kahramanmaraş şehrinde yayınlanan “Uluslararası Mevsimler” Sanat-Edebiyat-Kültür Dergisinin Sahibi, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi şair Arif Erenin “Ses ipine asılan sözler” kitabı yayında
“Uluslararası Mevsimler” Sanat-Edebiyat-Kültür Dergisinin 28. sayısı yayında
Post Views: 41 http://mevsimler.org/edergi/2021/sayi28/mobile/index.html
Azərbaycan yazıçısı Varisə “Sülh səfiri” titulu verilib
Post Views: 34 Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçiyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif edib. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib. AZƏRTAC xəbər verir ki, yazıçımız bu şərəfə Avropada dərc edilən “Metamorfoz” romanında, “Babam, …
Azərbaycan Yazıçılar Birliyinin Sözcüsü şair-publisist Xəyal Rzanın Qardaş Türkiyə Cümhuriyyətində “The World Smells Love” adlı kitabı İngilis dilində işıq üzü görüb
Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzanın Qardaş Türkiyə Cümhuriyyətində “The World Smells Love” adlı kitabı İngilis dilində işıq üzü görüb. Kitabda yer alan bütün yazıları aəzrbaycanlı yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan türkcəsindən çevirib. Azərbaycanın …
Coşqun XƏLİLOĞLU.”Unutmaz heç bir zaman, el-oba səni, Pərviz”
Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin üzvü Kürdəmir rayonunun Ərəbxana kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuş Pərviz Natiq oğlu Novruzovun əziz xatirəsinə ithaf edirəm. Hələ kiçik yaşından xətirli –hörmətliydin,Çox mehriban, gülərüz, şirin söhbətli idin,İstiqanlı oğuldun, dostluqda …
Coşqun XƏLİLOĞLU.”Məlik, səni həmişə xatırlayar xalqımız”
Post Views: 46 Azərbaycan Yazıçılar Birliyinin üzvüƏslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif olunmuş Məlik Kamran oğlu Zülfüqarovun əziz xatirəsinə ithaf edirəm. Anan səni böyütdüMin bir əziyyət ilə,Sən də sevdin ananı,Sonsuz məhəbbət ilə. Qəlbin tər-təmiz idi,Arzuların bir ümman,Taleyi heç kim …
Azərbaycanlı şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”
Post Views: 32 Haqdan yaranmısan nurdu əməlin,Tanrı dərgahından üzülməz əlin,Səninlə öyünür bütün türk elim,Yaradan göndərib bizə ərməğan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Zalıma, zülümə vermədin aman,Məzluma olmusan güvənli ünvan,Arzu-diləklərə sən oldun guman,Xalqa həqiqətin gözüylə baxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Dar gündə yetişdin Qarabağıma,Nur kimi səpildin qəm ocağıma,Doğma qardaş oldun yaman çağıma,Könlümüzə zəfər sevinci yaxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Sən …
Azərbaycanlı yazıçı-publisist Xalidə NURAY.”Vicdanın səsi” (Hekayə)
Post Views: 38 Fədayə orta məktəbi bitirməmiş, onunçün evlərinə yaxından, uzaqdan elçilər gəlirdi. O, qaragözlü, uzun hörüklü, cazibədar olmaqla bərabər, həm də çox ağıllı qız idi. Baxışlarındakı xeyirxahlıq, məsumluq, sadəlik onu görənləri heyran edirdi. Sevənləri gün-gündən artırdı. O isə heç kimə razılıq vermir, yalnız ali təhsil almaq üçün fikirləşirdi. Ali təhsil almaq, tələbə olmaq onun …
Azərbaycanlı şair Əziz MUSA.”Bənövşə”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir şirin sevdanın yadıgarısan,Düşmüsən nəğmə tək dilə, bənövşə,Könül sarayımın tacıdarısan,Qəddin açılmayır hələ, bənövşə. Bülbülün sinəsi dönübdür dağa,Arılar tökülüb gəlibdi bağa,Gülüm, canım olsun, sənə sadağa,Gəl bükmə, …
Azərbaycanlı şair Əziz MUSA.”Yaz yağışı”
Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gəldi qara buludlar, toqquşdu birdən, birə,Şimşəyin nərəsindən, silkələndi dağ, dərə,Elə bil yer göy uçdu,göylər birləşdi yerə,Leysan elə coşdu ki, sular döndü bir selə, Bircə anda …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Dərdimin yorğanı qalın”
Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Dərdimin yorğanı qalın,Çək üstümə, üşüyürəm.Arzularım ayaqyalın,Daşımaqdan tövşüyürəm. Xırda-xırda səpələdim,İçimə haqqın qanını.Üzümə tutub gedirəm,Düzüb qoşduğum yalanı. Fikirlərim qalıb çıplaq,İçimdə sözüm talanır.Düşüncələrim od tutur,Qəlbimdə dözüm talanır. Ömür …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Eşqimin qış harayı”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Payız elə getdi, qış belə gəldi,Ayrılıq küləyi əsdi bir ucdan.Görüşə bilmədik, bu necə dərddi?Qar da yolumuzu kəsdi bir yandan. Sanki acıq çıxır təbiət bizdən,Görüşmək vədəmiz …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ağlama, a körpə, ağlama belə,”
Post Views: 59 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru AĞLAMA, A KÖRPƏ, AĞLAMA BELƏ. Ağlama , a körpə ağlama belə,Sən hələ nə görüb, nə götürmüsən.Ömrün günlərini bir-bir ələyib,Hələ ildən-ilə ötürməmisən. Hələ keçməmisən dərd körpüsündən,Hələ …
Şəfa VƏLİYEVA.”Dərdi yanına sal gətir”
Post Views: 37 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Dərdi yanına sal gətir,Yeni görüşə gələndə…Özünə eynək al gətir…Böyütsün məni gözündə… Bəxtimin kiçik qızıyam…Falçı deyib gəlişini…Qəlbində ağrı, sızıyam,Qoru üzdə gülüşünü… Mənə “Qırmızıpapaq” al,Öz içimdədi canavar…Nağıl dünyandaca …
Şəfa VƏLİYEVA.”Qəhərim əlçim-əlçimdir”
Post Views: 49 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Qəhərim əlçim-əlçimdir,Kədərim ürək-ürəkdi…Bilən varmı, gələn kimdi?Bu yollar nəyə gərəkdi? Bilən varmı,qara divinQış yuxusu yaza düşüb…Bizim evlə sizin evinArasında kim üşüyüb? Kimdi biləndərin, adam?Gəlsin…görsün…bilsin…desin…Məni çox söylətmə, qadam,”Allah …
Şair-publisist İbrahim İLYASLI.”Eşqinə”
Post Views: 64 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri EŞQİNƏ Səhər verilişində Aşıq Əli Quliyevsaz çalırdı… Bu sabahlar bir qiyamət qopartdı,Saz Əlinin, Əli sazın eşqinə.Bu misralar kəlmə-kəlmə sinəmdəQatarlandı bu avazın eşqinə. Zilə qalxdı – beçə pərdə sızladı,Bəmə endi – barmaqları buzladı.Şah pərdədə ərəb …
Şair-publisist İbrahim İLYASLI.”Əmi”
Post Views: 38 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri ƏMİ “Əmi” deyə müraciət etdiyimizAşıq Əli Quliyevə Dərd yarı olardı dərd ola bilsə,Biz çəkən nədisə hədərdi, əmi.Qələmdən axanda qəm yığnağıdı,Saza qaldıranda kədərdi, əmi. «Dünya dolanması qatıb başları»,Yar-yoldaş unudub yar-yoldaşları…Könlükəsək-lərin, qəlbidaş-larınNə dərdi olacaq, nə dərdi, …
Xalq şairi Zəlimxan YAQUB.”Ana yurdun Kəlbəcəri yoxdusa”
Post Views: 50 İnsan oğlu vaxtsız getməz həyatdan,Bir qəzası, bir qədəri yoxdusa.Xoşbəxtlərin xoşbəxtidi dünyada,Yurd sarıdan dərdi-səri yoxdusa. Ocaq keçər, könül küldən qor ummaz,Qərib düşən qürbət eldən gor ummaz.O dağlarda adətimiz qorunmaz,Oğul toyu, qız nəməri yoxdusa. “Ceyran” bulaq sinəm üstən car olmur,Başı üstə saz dillənmir, tar olmur.Niyə mənim qulaqlarım kar olmur,Dəlidağdan bir xəbəri yoxdusa. Vaxtsız solub …
Xalq şairi Zəlimxan YAQUB.”Qurbanam, Türkə qurban!!!”
Post Views: 47 Tanrının əsəridi,Tanrılara tən gəlib.Çırpıb qanadlarını,Enib göylərdən gəlib,Qurbanam, Türkə qurban!Allah özü güc verib,Qoluna, qanadına.Bir mələk pıçıltısıTürk söyləyib adına,Qurbanam, Türkə qurban!Dəliləri dəlimdi,Haqqa çatan əlimdi.İlkimdi, əvvəlimdi,Əvvələ, ilkə qurban,Qurbanam, Türkə qurban!Dərd bağlanıb yükünə,Budağına, kökünə.Türkün bircə tükünəMin Oğuz, Bilgə qurban,Qurbanam, Türkə qurban!Haqqın yolu deyilən,Haqla dolu deyilən,Anadolu deyilənGörkəmə, görkə qurban,Qurbanam, Türkə qurban!Can içində can nədi,Damardakı qan nədi,Altay, Türküstan …
Xalq şairi Cabir NOVRUZ.”Bu nə cürə məhəbbətdi?”
Post Views: 50 Özü yandı, özü söndü,Bu nə cürə məhəbbətdi?Birdən-birə üzü döndü,Bu nə cürə məhəbbətdi? Bir qisməti həsrət imiş,Bir qisməti möhnət imiş,Bir qisməti nifrət imiş,Bu nə cürə məhəbbətdi? Əvvəl idi, axır oldu,Həmdəm idi, yağı oldu,Həqiqəti nağıl oldu,Bu nə cürə məhəbbətdi? Bir adı qəbahət imiş,Bir adı xəyanət imiş,Bir adı fəlakət imiş,Bu nə cürə məhəbbətdi? Çox-çox illərim …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXI hissə)
Post Views: 145 TEZLİKLƏ O GÜNLƏR GERİ QAYIDA Tezliklə o günlər geri qayıda,azala dünyanın qüssəsi,qəmi,doyunca dərdləşib çayxanarda,dolaşaq şəhəri səhərə kimi, Dostlar bir-biriylə qol-boyun gəzə,mövzuya çevrilə xoş xatirələr,valah,uzaq olmaq yaraşmaz bizə, hamı bir-birinə yadlaşa bilər. Ensiz küçələrdə keçdi vaxtımız,ürəyim sızladı–nə kimsəsizdir!düzünü deyim ki,köhnə Bakımızmənə indikindən daha əzizdir! Hafıflar-ulduzlu,mehli gecələr,kimi səyahətdə,kimi bağında,bir vaxt yaşıllıqda dincələn şəhərindi “Göydələnlər” …
Xalq şairi Nəbi XƏZRİ.”Səni yaz qatarı apardı tezdən”
Post Views: 186 Səni yaz qatarı apardı tezdən,Elə bil dünyanı qarlı qış aldı.Heç yana getmədin sən yerüzündən,Bəs niyə yer üzü birdən boşaldı. Hicran elə gəldi, ayırdı bizi,Sanki üfüqlərə uçan xəyaldın.Hicran elə bildi ayırdı bizi,Bir idin, min olub qəlbimdə qaldın. Gecələr sakitcə axan ulduzlar,Göylər çəmənində naxışlarındır.Hardansa gözümə baxan ulduzlarUlduz yox, həsrətli baxışlarındır!
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XX hissə)
Post Views: 324 GEDƏYDİN… Sən gedənnən ömür olub üzücü,sevdiyimə gərək peşman edəydin?bu tərəfdən yol salanda,gözucu,heç olmazsa bir az baxıb gedəydin, Yaşamaqda ürək həsrət çəkərək,ayrılığın zindanına çökərək,özgələrə tapşırmağa nə gərək?komamızı özün yıxıb gedəydin, Gəncliyimdən tək xatirə qalma-sən,mən dözərəm,amma gülüm, solma sən!sellərimdə ən sonuncu damla-sən;ürəyimdən özün sıxıb gedəydin, Qorunarsan baharımda, qışımda,ayrılığın uçrumları qarşımda,qara bulud timsallısan başımda,qalmaqdansa,gərək yağıb …
Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörək”
Post Views: 281 İnsanın şərəfi, bəzəyi, məncə,Deyildir nə ipək, nə tirmə, oğlum!Yaxşıdan yaxşı ol ellər içində,Dostuna bir ziyan yetirmə, oğlum! Yersiz gülümsəmə, yersiz ağlama,Bir könül də qırma, sinə dağlama,Sirrini ellərdən gizli saxlama,Dilinə yalan söz gətirmə, oğlum! Yel qanadlı illər ömürdən gedir,İnsan zəhmətilə kamala yetir,Bağında nərgizlər, lalələr bitir,Tikanlar, qanqallar bitirmə, oğlum! Ürəyim arzuyla doludur, dolu,Hünər meydanıdır …
Görkəmli Azərbaycan şairi Nüsrət KƏSƏMƏNLi.”Mənə biraz onnan danış”
Post Views: 527 Mənə biraz onnan danışMənə biraz onnan danışAz da olsa yaşat məniÇox dolmuşam için-içinBir az ağlat boşalt məniYaman sıxır həyat məni Mənə bir az onnan danışDuruşundan, yerişindənGəlişindən, gedişindənŞirin-şirin gülüşündənBacardıqca hər işindənNə bilirsən axır çalışMənə bir az ondan danış Mənə bir az ondan danışSöylə, neynir can yoldaşım?Qısqanclıqdan coşum, daşımQoy lap quru söznənsə dəÖzümü itirim, …
Xalq şairi Məmməd ARAZ.”Mənə biganəlik öyrət, ürəyim!”
Post Views: 55 Mənə biganəlik öyrət, ürəyim!Qıvrılım içimdə,Yatım içimdə.Yaxşını yamandan seçə bilməyim,Büdrəyim, yıxılım, batım içimdə. Bir gündə ütsələr meşəni, yolub,Yıxıb – sürüsələr dağları, susum.İçib məst olmasam, baxıb məst olum,Desələr bulağa şərabdır bu su. Sapanda güc olum, daşa ağırlıqTənha ulduzlara daş atan olsa,Deyim “xəlbirlənən” daş qumdur artıq-Yetimi, yesiri yaşadan olsa. Heç üzü qaraya üzüm gülmədiSən ki, …