Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 6541 - 6600 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Nemət Tahir QARAXANLI.Hekayə

Post Views: 118 “Qorxulu yuxu” Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi.Yola çatanda sol tərəfə baxdı,maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı.Birdən ayağı səkinin qırağına ilişdi və ayaqqabısının üstü para-para oldu.Bu an elə bil ki,Həsəni maşın vurdu.Yox,bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı,daxili sarsıntı keçirməzdi..Ya maşın vurub öldürər,ya da yüngülcə zədələnərdi… Axı …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeir

Post Views: 105 SƏN DOĞMA BAKIMDAN ÖZGƏ DEYİLSƏN Əziz və doğma şəhərim Sumqayıtın yaradılmasının “60” illik yubileyinə Mən sənin qoynunda böyüməsəm də, Sən doğma Bakımdan özgə deyilsən. Yazdığım hər şeri qulaqlarıma, Həzin nəğmə kimi mənə deyirsən. Sənin torpağına ayaq basanda, Könlümdə dil açdı yeni nəğmələr. Qıza, gəlinlərə şeir yazanda, Bir sevgi hissləri hopdu canıma. Aylara, …

Azərbaycan ədəbiyyatı

Eyyub MƏMMƏDOV.Yeni şeir

Post Views: 133 Qırılmaq ümidin sinonimiyimiş Necədə yaraşır kəlmə kəlməyə Ümid ölümünə kim duz çevirmiş? Bəlkə özü qorxub gözə gəlməyə Gözlər çox aglarsa qızararıb şişər Qırmızı qəlbin də aglar qırmızı Yenə qan qaynıyır yenəmi görən? Fəsillər səf salıb payızla yazı Yan keçib gedəsən həyatdan qardaş Bir qonşu işi tək qarişmayasan Qismətə yaşamaq düşsə də belə …

Azərbaycan ədəbiyyatı

Nemət Tahir QARAXANLI.Hekayə

Post Views: 122 SEVGİ…NİFRƏT…XƏYANƏT…! Ərhun dərsdən gəldi.Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi.Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 106 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən YADIMA DÜŞÜBDÜ Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay yadıma düşübdü! Neçə vaxtdı bir dərd əyib qəddimi, Bölə bilmir köhnə …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 101 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən SORUŞ = Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh, sizin nə dərdiniz var e, bütün kommunal – işıq, qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi = Mənə dərdsiz deyən, ay zalım oğlu, …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 129 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən BATIRAM İÇİMİN HIÇQIRIĞINDA Yenə xəyallarla mən başıdaşlı, Qopub öz içimdən uzaqlaşmışam. Ürəyim ağrılı, gözlərim yaşlı, Gedib o yerlərlə qucaqlaşmışam! Gümanın itirmiş yalquzaq kimi, Düşüb dolaşıram viran yurdları. Gəzirəm yad kimi, bir uzaq kimi, Bir vaxt növrağımı quran yurdları! Gah “Qara qaya”da, gah “Ağ …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 97 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən SIZILDAŞIRMI Görən o yerlərdə yenə, ay Allah, Şimşəklər oynaşıb şaqqıldaşırmı?! Buludlar sıxanda kirpiklərini, Sellər dərələrdə aşıb-daşırmı?! Zümrüd bulaqların xoş nəğmələri, Yenə oxşayırmı gen dərələri?! Kükrəyən Bərgüşad, coşan Həkəri, Çırpılıb daşlara qıjıldaşırmı?! Şahinlər, şonqarlar ucalıqlarda, Durnalar, turaclar ovalıqlarda, Xınalı kəkliklər qayalıqlarda, Veribən səs-səsə qaqqıldaşırmı?! …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 97 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən DƏLİ KÖNÜL Dəli könül, necə gülüm-sevinim, Qatan qatıb, zəhər töküb şiləmə! Bir tərəfdən zalım fələk budayıb, Sən də düşüb bir tərəfdən şiləmə! Nə umursan yurd-yuvsı talandan, Hər şər vaxtı didələri dolandan. Dərdim azmı, sən də düşüb bu yandan, Yetim qalmış quzu kimi mələmə! …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU. “Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 109 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən QİSMƏTİM OLSUN Gözüm o dağlara calanıb, Allah, Dumanı – qəhərim, çəni – göz yaşım! Içimdə bir ocaq qalanıb, Allah, Qurum dura-dura alışır yaşım! Içimdə bir ocaq qalanıb, Allah, Tüstüsü burulub təpəmdən şıxır. Odu bir yanadır, közü bir yana, Külünü qaldırıb gözümə soxur! Içimdə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 150 MİNACAT – DİVANİ Bir divani bağlamaqda, Xudam, kömək ol mənə, Saz götürüm, dərgahında izininlə söz deyim. Halallıqla haqqa varmaq qəsdim oldu dünyada,– Nəfsim çəkdi imtahana imanımı – düz deyim. Tapındığım Adın oldu, tanıdığım kərəmin, «La İlahə İlləllah!»dı cövhərində zərrəbin. Günahlardan yan ötmədim, ver cəzamı birə min, Könlüm evi abad olsun, can evimə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 99 YA DAĞLAR (təcnis) Mənim yüküm binəsindən bəllidi, Çiynimdədi ya dəryalar, ya dağlar. Zalım fələk, nədi mənə tutduğun?- Hallarıma yaxın göynər, yad ağlar. Dost buyurdu:–od ol dedi, odam da, Dosta qurban ocağım da, odam da. Üç gündən bir müsafirdi odamda, Ya zülümlər, ya sitəmlər, ya dağlar. Sinəm üstü qəmə xırman yeridi, Qəm karvanı, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 118 ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM Gözəlliyin önündə əriyəndən qar kimi, Dənələnib dünyada səpələnən nar kimi, Hüsnü camalına mən heyran qalan yar kimi, Arayaraq dünyada göz yaşına dönürəm. Torpağın hər daşına ruh kimi hopa-hopa, Bəzən ömrün bir günü tufan tək qopa-qopa, Camalını düşünüb mən səni tapa-tapa, Arayaraq dünyada göz yaşına dönürəm. Axı sənsiz …

Azərbaycan ədəbiyyatı

Kənan AYIDNOĞLU.Şeirlər

Post Views: 143 GÖZÜMÜN AĞINDA, QARASINDASAN Yanaqdan göz yaşı süzüləndə də, Dastanlar torpağa düzüləndə də, Həsrətdən dodaqlar büzüləndə də, Gözümün ağında, qarasındasan, De, görüm dünyanın harasındasan?! Sevinc göz yaşına dönsəm də belə, Gözəlin qaşına dönsəm də belə, Torpağın daşına dönsəm də belə, Gözümün ağında, qarasındasan, De, görüm dünyasının harasındasan?! Torpağın canına hopub gələrəm, Borana çevrilib …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 94 TORPAĞIM QƏDƏR ƏZİZ, EY HARAY ÇƏKƏN DİLİM! Səninlə qürurlanıb tarixi varaqladım, Nəsimi, Xətayidən mən səni soraqladım. Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım, Torpağım qədər əziz, ey garay çəkən dilim! Bayrağım qədər əziz, ey haray çəkən dilim! Nəsiminin üsyanı, Vaqifin harayısan, Füzulinin qəlblərdə düzülən sarayısan. Dünyada hər bir türkün günəşisən, ayısan, Torpağım qədər …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeir

Post Views: 93 ELƏ Nə mənim halıma acı,nə də yan, Nə də, mənə görə belə qəm elə. Dağılıb gedirəm,bir az dur,dayan, Yığ məni bir yerə,topla,cəm elə. Elə gözlərin də ayaq saxlasın, Olsun da bir azca dayaq,saxlasın. Qoyma həsrətin də oyaq saxlasın, Bir şirin yalan de,uyut,dəm elə. Olmazmı belimi büküb getməsəm, Beləcə batmasam,çöküb getməsəm. Əlimi əlindən …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeir

Post Views: 121 Məni hələ tanıya bilmirsən,deyirsən… Göstər,bir dəfə də üzünü göstər, Könlümün qibləsin,yerin tanıyım… Ədanı,işvəni,nazını göstər, Beşin tanımayım,birin tanıyım… Sən sus da gözlərin dil açsın yenə, Üzü mən tərəfə yol açsın yenə. Açsın,dodaqların gül açsın yenə, Dərim öz əlimlə,dərim,tanıyım… Yığ məni əlinə,yığ al,qadınsan, Gəl olma bu qədər cığal,qadınsan. Çəkim saçlarına sığal,qadınsan, Darayım tanıyım,hörüm,tanıyım… Sən …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 99 NAMAZ HAQQINDA MƏSNƏVİ İmana gəl, qıl namazı, Gözləmə sən gələn yazı! O dünyanı düşün, inasan, İbadət et, vardır imkan! Düşünmə dünya malını, Saflaşdır sən xəyalını! Xasiyyətin, mərifətin, Düzgünlüyün, ədalətin,- Verilib hədiyyə sənə, Tanrı bəxş edibdi sənə. Şeytan azdırsa, yolunu,- Tövbə et, düzəlt yolunu! Unutma sən sağ, solunu, Həm acı, həm yoxsulunu! Hər …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 91 * * * Həyat bir dənizdi üzəsən gərək, Dayansan sən boğularsan, batarsan. Həyat bir ağacdi kölgəsində ol, Getsən kənara istidən yanarsan. Həyat bir oyundu sınağnan dolu, Çaliş diqqətli ol yoxsa azarsan. Həyat bir imtahan əgər ki bezsən, Açıb sən Quranı varaqlayarsan. Həyat bir sevgidi, sevgidə həyat, Yadına salıb məni ağlayarsan. Həyat bir …

Azərbaycan ədəbiyyatı

Şərif Ağayarın “Xanım T.” kitabı işıq üzü gördü

Post Views: 176 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Xanım T ” adlı növbəti kitabı “Yazıçı” nəşriyyatı tərəfindən 174 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin qələmə aldığı 39 hekayət toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Mənsur şeir

Post Views: 116 MƏHBUS QADIN Barmaqliqlar arasinda məhbus ömrü yaşar qadin…məhbus qadin.hər gün eyni həsrət ilə zindan pəncərəsinə düşən zəif günəş şüasina baxar qadin.məhbus qadin. Bir zamanlar keçərdi o billur ayna qarşisina… Indisə haradansa əlinə keçmişdi siniq ayna parçasi.yenə eyni həvəslə özünə baxmaq istər qadin..nəsə fikrindən keçirsə…kənar edir o aynani…kimin üçün?…bəzənir axi o kimin üçün? …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Mənsur şeir

Post Views: 103 SƏNİ KİMSƏ MƏNİM QƏDƏR SEVƏ BİLMƏZ Sənə elə inanmışdəm ki,bir gün xəyanət edə biləcəyin hec ağlıma gələrdimi?Səni elə sevmişdim ki,bir gün nifrətə çevriləcəyini düşünərdimmi ? Sənə…Sənə elə bağlanmışdım ki,bir gün vüsalın hicran olacağını bilərdimmi? Doğurdanmı elə bilirsən əğyar mənim qədər səni… sevə bilər?…Heç kim ,heç vaxt heç zaman mənim qədər səni sevə …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 108 *** kimsə bilməz qəlb sirrimi könül evim dərdən oyuq qəhərlənəndə gülürəm elə bilrlər dəliyəm Qocalıram mən gənc ikən Ağardıram qara saçı Sızıldayır yaralarım Həb almadan mən təbibəm İşıqsızdır gündüzlərim Çıraqsızdır gecələrim Yarı yolda qaldı eşqim Aya həsrət mən günəşəm Heç bir arzuma çatmadım Ümüdümdən kam almadım Ay allah hələ ölmədim Diriykən ölü …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Bayatılar

Post Views: 163 BAYATILAR Əzizim tikanı var, Gül üstə tikanı var Hər paxılın qəlbində, İynə tək tikanı var *** Əzizim butası var, Gül üstə butası var Xalçanın da üstündə, Naxışlı butası var *** Əzizim mesajı var, İl k sevgi mesajı var Yarımın telfonunda, Bir yığın mesajı var *** Əzizim qara gözlər, Billur tək qara gözlər …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 140 QIZLARA NƏSİHƏT Bir baxışa allanıb, Ömrünüzə qıymayın Qönçə kimi budaqda , Siz gül kimi solmayın Kiminiz ehtirasa , Kiminiz şan-şöhrətə, Kiminiz var-dövlətə, Allanıb satılmayın İsməti para-pula, Qisməti əyri-yola, Ömürü yarı yola, Gətirib çatdırmayın Siz Leyli yadigarı, Siz Həcərin övladı, Siz Azəri övladı Yad ölkəyə uymayın. BACILARIM Bir aynaya baxsam əgər Bənzərimi görmək …

Azərbaycan ədəbiyyatı

Baloğlan CƏLİL.Yeni şeir

Post Views: 105 Sənin pəncərəndə göyərən ağac Bu körpə,balaca, inadkar yolun Kökü gözlərimin yaşını dərib. Döşənib ayağın altına sənin, Sənin pəncərəndə gəlib göyərib. Sənin pəncərəndə göyərən ağac, Hər gecə dəhşətli yuxular görür. Yastığın üstünə dağılmış saça, Yorulmuş qoluna baxıb hönkürür… Gecə köynəyinin yaxası açıq, Bəyaz göyərçinlər az qala uça. Sanki qəfəsindən çıxmaq istəyir, Qoşa qanadları …

Azərbaycan ədəbiyyatı

Baloğlan CƏLİL.Yeni şeir

Post Views: 93 YAŞAYIR (Böyük şairimiz M.İsmayılın yubileyində deyə bilmədiyim şeir) Səni unudammaz bu dağ, bu dərə, Çoxun çırpılsa da, azın yaşayır. Göylərə uçsa da, şair dostların Hamının sözündə izin yaşayır. Gözəl xatırlayır «Natəvan» səni, O masa, o kürsü, o tavan səni. Həsrətlə gözləyir yurd-yuvan səni, Kül örtmüş ocaqda közün yaşayır. Taleyi ovcunda yazılan şair, …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Hekayə

Post Views: 116 KİFİR QIZIN GÖZƏLLİYİ Həyatında ən böyük düşməni ayna idi.Bəli…ayna…xüsusən qadın və qızların öz gözəlliyinə baxmaqdan doymadığı ayna onun görmək istəmədiyi düşməni idi…O dünyaya gələndə adını Günəş qoymuşdular.Dünyada gözəlliyinin tayı-bərabəri olmayan yeri-göyü öz nuruna qərq edən günəşin adaşı idi.Ancaq o bu adla fəxr etmirdi.Əksinə çox utanırdı.Çünki onun günəş adına ,günəş gözəlliyinə bir azda …

Azərbaycan ədəbiyyatı

Şərif AĞAYAR.Həyatı və Yaradıcılığı

Post Views: 383 Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2013-dək). Həyatı Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Şeir

Post Views: 160 METENİ GÖRDÜM DÜNƏN Əkbər Qoşalıya Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Qucaqlaşdıq, görüşdük. Üst-başından, saçından Yovşan qoxusu gəldi, Təzə yağmış qar ətri, Turan qoxusu gəldi. Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Əlini sıxdım onun, Ürəyim dağa döndü, Qayalar çiçəklədi, Səhralar bağa döndü. Şükr elədim Tanrının Kərəminə, lütfünə, Yuxularım çin oldu. Meteni gördüm dünən, Köçəsgərə …

Azərbaycan ədəbiyyatı

Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

Post Views: 88 * * * Bir gilə su! Bir udum hava! Bir ovuc torpaq! Bir parça işıq! Bir sən! Bir mən! Atəşlər içində cismim yananda Bir gilə suyum ol, bu yetər mənə! Sənin həsrətindən mən boğulanda Nəfəs ol, hava ol, bu yetər mənə! Yerə dirənən ayaqlarıma Güc veərn torpağım, möhkəm dayağım… Zülmətə qərq olan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeir.

Post Views: 82 YENƏ ÖMÜR UZUNU TANRI SƏNƏ YAR OLSUN! Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası, TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla! Məndən şeir istədin, istəməyə haqqın var, Yenə ömür uzunu TANRI sənə yar olsun! Gözəl körpə balanın gözlərinə ələnən, Bir nur damlası kimi dümağ, dümağ qar olsun! …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 119 MƏN YOX OLUM Gecə olsun, Bir otaqda bir şam olsun,bir də mən. Ağlasın şam öz eşqinə Ona vurğun pərvanəyə Ağlayım mən öz eşqimə Həsrət sənə çəkdiyimə Ağlasın şam,ərisin şam yox olsun şam Mən əriyim,mən yanım,mən yox olum Bir gül olsun Bülbülündən ayrı düşən bir gül olsun Ağlasın gül,ağlayım mən Ağlasın gül,solsun gül,yox …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 106 SEVƏCƏYƏM QƏBRƏ KİMİ Bilirəm ki çox sevirsən, Dərd çəkirsən bu sevgidən Mesajlarında həsrət var, Darıxırsan mənim üçün sən. Hələ çox var toy gününə, Bir il qədər sanki bir gün İnan canım hər bir hissi, Keçirdirəm sənin kimi Gündüz uzun gəlmir gecə, Gecə uzun bitməz sanki Yuxumdada xəyalınla, Açıram mən səhərimi Darıxma sən …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Həyatı və Yaradıcılığı

Post Views: 140 Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuta səhifələrində şeirləri dərc olunmaqdadır. 2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 97 RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN Rəngini itirmiş eşqdir həsrətin, Girib aramıza yaman uzandı. Səni tanımağım ayrılığından,- Yarı cinayətim,yarı cəzamdı. Qəlbimdən süzülən şirin duyğusn, Hələ yaz nəfəsin gəzir üzümdə. Ahdan köz götürən bir ocaq kimi,- Yanır baxışının yeri üzümdə. Hər gün göz yaşımla suvardım deyə,- Cücərdi qəlbimdə bu eşq tumu da. Bir qız yuxusunda …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 105 ANA Böyüdüb uçurtdun yuvandan məni, Harda gecələsin bu quşun,ana? Səni incidəndə dəcəl vaxtımda, Üstümdə duanmış qarğışın,ana. Gəlsə hüzuruna,baş əyər şah da, Şah baş əyən yerdə susar silah da. Saçının qarını əritməz ah da, Kiçik çiləsiyəm bu qışın,ana. Balandı qayıdıb səfərdən elə, Saçını üzümə aç pərdəm elə. Ömrə səpələnmiş bir dərdəm elə, Çək …

Azərbaycan ədəbiyyatı

Debüt: Günel ƏLİYEVA (Bakı şəhəri).Yeni şeirlər

Post Views: 102 Günel ƏLİYEVA (Əliyeva Günel Gündüz qızı) 1994-cü il mart ayının 9-da Bakı şəhərində anadan olub.2001-2012-ci illərdə Zakir Əhmədov adına 64 saylı orta məktəbdə, 5 saylı Bakı Peşə Liseyində təhsil alıb. * * * Sevirəm, Sevgimi qəlbimə yazıb çıxıb gedirəm… Sevirəm, Sənsizliklə yaşamağı da bilirəm… Sevirəm, Səni sevirəm… qəlbimdə sən gedirəm… Sən heç …

Azərbaycan ədəbiyyatı

Mövlud MÖVLUD.Məqalə

Post Views: 102 Pərzad arvad iyirmi doqquz yaşından dul qalıb. Əri öləndən sonra əlinə kişi əli dəyməyib. Bunu bütün rayon bilir. Şəxsən mən nənəmə o qədər arxayın deyiləm, nəinki Pərzad xalaya. Hələ neçə illər əvvəl çox adam xəbər göndərsə də, istəyənləri çıxsa da, rədd eləyib. Oturub-durub bircə kəlmə deyib: “Yetimlərimi böyüdəcəm!” Pərzad xala bütün ömrü …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Şeirlər

Post Views: 110 SƏN DÖNYAYA YARAŞIRSAN Zeynəb bibinin nəvəsi balaca Zeynəbə Hər ananın arzusudur, Qismət olsun ona nəvə. Hər atanın arzusudur, Qismət olsun ona nəvə. Gözləri göy, xumar Zeynəb, Hər kəs sənə baxar, Zeynəb. Baxan gözlər axar, Zeynəb, Sən dünyaya yaraşırsan. Saçı, qaşı sarı qızdır, Özü şirin, yaşı azdır, Hər hərəkəti bir nazdır, Sən dünyaya …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 92 O QIZI UNUTMARAM MƏN Gozlərim bir gozəl gordu, Məni gorub o da suzdu, Naz eləyib, həm də uzdu, O qızı unutmaram mən. Aşiq oldum zumrud gozə, Həsrət qaldım şirin sozə, Deyin, bu dərdə kim dozər, O qızı unutmaram mən. Urəyimdə arzu qaldı, O qız canımdan can aldı, Duşduyum bu hal nə haldır, …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeirlər

Post Views: 110 Deyirsən mən məndə deyiləm ki… Çıxar, bu kəlməni çıxar sözündən, Nə daş bil,nə buz bil,nə qar,özünü. Adam da heç belə çıxmaz özündən, Adam da heç belə qovar özünü?.. Bəlkə də bir çayda durulub qalıb, Bir yolda,cığırda yorulub qalıb. Bəlkə də, kiməsə vurulub qalıb, Tələs də,ayır da,qopar özünü. Bu adam deyilən sözündə durar, …

Azərbaycan ədəbiyyatı

Debüt: Mövlud MÖVLUD (Bakı şəhəri).Məqalə

Post Views: 158 Abdullayev Mövlud İsmayıl oğlu 1989-cü il avqust ayının 15-də Bakı şəhərində anadan olub.Hal-hazırda Bakı Slavyan Universitetinin Rus dili və pedaqogikası üzrə ali təhsil alır.Yazıları dövri mətbuat səhifərində müntəzəm olaraq dərc olunur. Mövlud Mövlud Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim. …

Azərbaycan ədəbiyyatı

“Güldar”ın təqdimatı keçirildi

Post Views: 122 Şahnaz KAMAL (Şahnaz Novruz qızı Kamalova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir. Xanım yazar ailəlidir, iki övladı var. DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın “Güldar” …

Azərbaycan ədəbiyyatı

Debüt: Bahadur ƏLİZADƏ (Bakı şəhəri).Yeni şeir

Post Views: 166 Bahadur Sabir oğlu Əlizadə 1995-ci il aprel ayının 3-də Bakı şəhərində doğulub.2001-2012-ci illərdə Binəqədi rayonundakı 182 saylı orta məktəbdə təhsil alıb.2012-ci il Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki “Gənc Ədiblər” Məktəbinin üzvüdür. Unutmayın siz məni!.. Mənim adım Xocalı, Qəlbim dərdlə yaralı, Keçdi illər… aralı, Unutmayın, siz məni!.. Mənim adım …

Azərbaycan ədəbiyyatı

Şəmşad AĞA.Köşə yazısı

Post Views: 106 “Reket şair”lər… Bu ifadə ilk baxışda, bəlkə də, çoxlarına qəribə görünə bilər, hələ qulaqlarda qəribə səslənməsi bir tərəfə. Bu da təbiidir, çünki bu ölkədə “reket” adında çox zada rast gəlinib. Yəni son 20 ildə “reket jurnalist”, “reket məmur”, “reket” nə bilim nə, falan, filan çox məxluq gördük. Amma “reket şair” ifadəsi çoxları …

Azərbaycan ədəbiyyatı

Şəmşad AĞA.Yeni şeir

Post Views: 115 Yaranışdan dəniz elə sevgi demək… Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə, donuqluğun göy Xəzəri darıxdırır… Heç olmasa bircə kəlmə danış dəli dalğalarla, bu susqunluq dalğaları kükrəməkdən karıxdırır… Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz, qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi… Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz: dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi… Mavi …

Azərbaycan ədəbiyyatı

Debüt: Şəmşad AĞA (Lerik).Köşə yazısı.

Post Views: 107 Şəmşad AĞA (Ağayev Şəmşad İslam oğlu 1982-ci il Lerik rayonunda) doğulub.2003-2007-ci ilərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Unudulanlar”, “Şəkillərin alın yazısı” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Sadiq Elyerin “Duzlu kofe” adlı bir hekayəsi var. Postmodern düşüncə aşılayan hekayədə bir sıra maraqlı məqamlar var ki, çağdaş dünyada gedən …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 162 QAPIMI DÖYMƏMİŞ AÇAN ADMLAR Gözlərim diksindi yağış səsinə, Yağış da kəsmir ki,gözüm isinə. Sığınar ruhumun can qəfəsinə. Qapımı döyməmiş açan adamlar. Qərib beşiyidir açdığım qucaq, Qürbətdə köz tutmaz yanan hər ocaq. Gör neçə bədəni başsız qoyacaq, Başını götürüb qaçan adamlar. Gəl ayaq izini yolumdan dər də, Dünya cənnət olsun qoy bu xəbərdə. …

Azərbaycan ədəbiyyatı

Debüt: Elnurə AĞAZADƏ (Sumqayıt).Yeni şeirlər

Post Views: 104 Elnurə Ağazadə 1982-ci il iyun ayının 22-də anadan olub.1989-1999 ildə Masallı şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Həmçinin 1995-ci illərdə fortopiano təhsili alıb.1999-cu ildə isə Loğman adına tibb texnikomuda qadın həkimi üzrə təhsil alıb. 2002-ci ildə bir firmada əczaçı kimi fəaliyyət göstərib.Sonra konpüter proqramları,dil(ingilis və rus) proqramları,keyfiyyət üzrə nəzarət işi barədə kurslar …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 99   MƏNİM AD GÜNÜM Bu gün mənim ad günüm Yığılıb qohum-qonşu , Birdəki dost tanışlar Gəlibdir çox hədiyyə Səndən də bir hədiyyə İntizarındayam yaman Baxışların oleydi Bu gün mənim hədiyyəm Birdə qoymazdım heç vaxt , Getsin gözümdən kənar. Bu gün mənim ad günüm, Gəleydi bir hədiyyə Bizim sevgi bağından, O qızılgül oleydi. …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 128 AZƏRBAYCAN QADINI Daim əzəmətli çəkilir adın, Qürurlu mətinli tarixdə ərsən Dünya qadınına tarixdə örnək, Kiri məğlub edən Tomristək nərsən. Sevgidə Leylisən, Məcnuna layiq, Dastanda Əslisən Kərəmə sadiq Döyüşdə Həcərsən Nəbiyə layiq, Bu gün Fərizəsən İlhama sadiq. İsgəndər məğrurdu öz şöhrətiylə, Ona qalib gəldin söz hikmətinlə Nüşabə adınla gözəl Bərdəyə, Şahı baş əydirdin …

Azərbaycan ədəbiyyatı

Klassik ədəbiyyatda işlənən şeir janrları

Post Views: 268   QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir.Qəzəl ərəb mənşəli sözdür.”Qadına məhəbbət” mənasını bildirir.Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur.Müxtəlif bəhrlərdə yazılır.Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrində olur. Beytlərin sayı 5-10 olur.(daha çox 7 beyt) Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 137   QAYIT Hələ ki, əvvəlki o ucalıqda, Gözümdə həmənki çinarsan, qayıt. Namərdin hər işi, əməli saxta, Ən incə yerindən sınarsan, qayıt. İblislər, şeytanlar dolar başına, Hər dindən, imandan edərlər səni. Çevirib bir kəntöy sapand daşına, Sonuncu gümandan edərlər səni. Son yarpaq kimidi son ümid… dedik… İstisi, soyuğu, küləyi bəlli. Fələyin əlində yaxamız …

Azərbaycan ədəbiyyatı

Zaur MURADSOY.Yeni şeir

Post Views: 104   YAXŞIDI Solan ümidlərin sevgi bağında, Ayrılıq gülünü əksək, yaxşıdı. Sənin öz dərdin var, mənim öz dərdim, Ayrı-ayrılıqda çəksək, yaxşıdı. Onsuz da məskənin salıbdı bizdə, Dolanır sakitcə biz gedən izdə. Böyük yer ayırıb ürəyimizdə, Həsrətə bir yuva tiksək, yaxşıdı. Gündüzlər gözünün qarasındakı, Gecələr qəlbinin qarasındakı, Bu iki ürəyin arasındakı, Qürurun hasarın söksək, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 103   DEYİR Nə vaxtdı gözündən qan-yaş axıdan, O sərin bulaqlar, qisas al deyir. El üçün darıxan, köməksiz qalan, Boynu bükük dağlar, qisas al deyir. Murovun başını duman-çən alıb, Şuşanın yolları xəyala dalıb. Qoca Xudafərin yadlara qalıb, Sürüsüz yaylaqlar, qisas al deyir. Xocalı, Kəlbəcər, Laçın ağlayır, Həkəri hönkürür, Tərtər çağlayır, Arazın naləsi ürək …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 104   ƏSGƏRİM Qarabağım darda qalıb, Satan satıb, alan alıb. Namərd bizi dərdə salıb, “Misri”, “Cəngi” çal, əsgərim, Qarabağı al, əsgərim. Dağlar yanır, daşlar yanır, Qarı düşmən haqqı danır. Ürəkdə qəzəb oyanır, “Misri”, “Cəngi” çal əsgərim, Qarabağı al, əsgərim. Demə bəxtimiz yatıbdı, Düşmən od-ocaq çatıbdı. Döyüş zamanı çatıbdı, “Misri”, Cəngi” çal, əsgərim, Qarabağı …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 95   Nişan üzüyüm Sən dostmu gəldin ömrümə mənim, Sol əlimə qonaq gələnim Ay mənim qəlbimə gedən yoluma, Qəfil qonaq gələn nişan üzüyüm Sən keçmişimin dərd ortağısan Mənim bu günümün can sirdaşısan Sən mənim yarıma sadiqliyimin İlk nişan payısan nişan üzüyüm Ömür yoldaşımın sevinc payısan Gələcək günümün nur çırağısan İsmətli gəlinlər yanında mənim …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 159   BU HƏSRƏTİN SONU YOXSA Vüasl məndən gendə dursa, Göz yaşlarım seltək olsa, Bezmərəm mən inan qəmdən Bu həsrətin sonu yoxsa. Eşq atəşin odu çoxsa. Leyli-Məcnundan ayrısa, Qorxmaram mən ayrılıqdan, Bu həsrərin sonu yoxsa Baxmaram səndən özgəyə Gülmərəm mən təbəsümlə, Mən gənc ikən qocalaram, Bu həsrətin sonu yoxsa. Mən qəlbimin qapısını Bağlayacam …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.”Çağırsam, kim grən eşidər məni…” kitabı.

Post Views: 124   Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qərb bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru, Fəxri üzvü, Xüsusi müxbiri, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli və istedadlı xanım yazarı Şahinə Könülün “Çağırsam, kim görən eşidər məni…” adlı ilk şeirlər kitabı 2008-ci ildə “MSV” nəşriyyatı …